Hibrid müharibələr –
Asimmetrik müharibələrin növü kimi
Müharibə
anlayışının dəyişməsi və 20-ci əsrin
sonlarında ortaya çıxan yeni müharibə formaları
hərbi ekspertlər, politoloqlar və hərbi tarixçilər
arasında ardıcıl debatlar olaraq ciddi mövzulara
çevrilib. Şərti olaraq Klauzevits sonrası və ya ənənəvi
olmayan kimi adlandırdığımız bu dövrdə
müharibənin xarakterini və dinamikasını təsvir
etmək və ya 21-ci əsrdə müharibə növlərini
ən yaxşı şəkildə göstərmək
üçün bir neçə konsepsiya işlənilib.
Digər tərəfdən,
məqalədə müharibə anlayışında gedən
transformasiya proseslərin 20-ci əsrin sonlarında onun yeni
formalarını və ya yeni kateqoriyalarını ortaya
çıxarmadığı, əksinə daha əvvəllər
istifadə olunan, amma sonradan müəyyən səbəblərdən
müraciət olunmayan və ya az müraciət olunan
müharibə növlərinə diqqət yetirilir. Məqalədə
müharibənin dəyişdirici mahiyyətini ortaya qoymaq
üçün xüsusi anlayışların (yeni
müharibələr, dördüncü nəsil müharibəsi,
mürəkkəb müharibə kimi) əsas arqumentləri təqdim
edilir.
Yeni müharibələr
Müharibə
anlayışındakı transformasiya ilə bağlı müzakirələrin
çoxu ənənəvi dövlətlərarası
müharibə və qeyri-ənənəvi dövlətdaxili
silahlı qarşıdurmalar arasındakı fərqlə
bağlı idi. 1990-cı illərin sonu və 21-ci əsrin əvvəlləri
köhnə müharibələr - yeni müharibələr
dixotomiyası və qloballaşmanın yeni müharibə
nümunələri yaratmasının şahidi oldu.
"Yeni müharibələr"
termini akademik camiada geniş və maraqlı bir mübahisəyə
səbəb oldu və müharibə anlayışında gedən
transformasiyanı başa düşmək üçün
aparılan elmi araşdırmaların əsas elmi mövzusu
oldu. Bir tərəfdən Meri Kaldor, Herfried
Münkler, Mark Duffield, Dietrich Jung və Klaus Schlichte,
Bjørn Møller kimi bir neçə alim ənənəvi
müharibə, Klauzevitssayağı müharibə, trinitaryan
müharibə (müasir dövlətin yüksəlişi ilə
əlaqəli) və Soyuq Müharibədən sonrakı silahlı
qarşıdurmaların yeni aspektləri arasındakı
əsas fərqlərə diqqət yetirdilər.
Yeni
müharibələrlə əlaqədar alimlərin ümumi
müşahidəsi ondan ibarətdir ki, İkinci Dünya
Müharibəsindən sonra dövlətlərarası
müharibənin klassik, Klauzevitssayağı nümunəsi tədricən
dövlətdaxili zorakılığın müxtəlif
formaları ilə əvəz olundu. Regional
xüsusiyyətlərə baxmayaraq (yəni müharibənin
xüsusiyyətlərinin bəziləri regionun coğrafi, mədəni,
iqtisadi şərtlərinə görə spesifik ola bilər)
son və müasir silahlı qarşıdurmalarım müəyyən
ümumi xüsusiyyətləri mövcuddur:
1. Müharibənin
asimmetrik konfiqurasiyası;
2. Jus in bello-ya edilən
(Müharibə etmək hüququ) hörmətsizlik;
3. Mülki şəxslərə
qarşı yönəlmiş zorakılıq.
Qloballaşmanın
müharibə anlayışına təsir etməsi nəticəsində
“yeni müharibələr” konsepsiyası transmilli və
transmilli və sub-dövlət təhdidlərinin
yarandığını iddia edir. Beləliklə,
müharibənin destatizasiyası (dövlətsizləşdirilməsi)
iqtisadi qloballaşmanın transformasiya gücü, kimlik siyasəti
(identity politics), mülki şəxslərin məcburi yerini dəyişməsi
və zərər çəkməsi göstərir ki, ən
son və müasir müharibələrdə dərin dəyişikliklər
gedib. Herfried Münkler qeyd edir ki, “dövlətlərarası
müharibənin klassik modelinin artıq istifadə
olunmadığı görünür” və bildirir ki,
dövlətlər mütəşəkkil zorakılıqda
faktiki olaraq inhisarlarını itirirlər və onlar “hərbi
sahibkarlar” ilə əvəzlənirlər.
Münkler yazır: “Dövlətlər müharibə sahəsində
de-fakto inhisarçılığını itiriblər,
onları yarımhərbi və ya qismən özəl aktorlar
əvəz edib - yerli hərbçilər və partizan dəstələrindən
tutmuş dünya miqyasında fəaliyyət göstərən
muzdlu firmalarına qədər beynəlxalq terror şəbəkələrinə
qədər”.
Yeni
müharibələrin xüsusiyyətləri ilə
bağlı əsas fikilər hərbi iqtisadiyyatdan gəlir
götürən və sülh proseslərinin
başlanmasında və ya “zorakılıqdan imtina” da
birbaşa və ya dolayı maraqları olmayan “maraq
qruplarının çoxluğu” ilə bağlıdır.
Müəllif müharibənin transformativ xarakteri ilə
bağlı fikirləri bir neçə dəyişikliklər
üzərində dayanır:
- müharibənin destatizasiyası
(dövlətsizləşdirilməsi) və ya hərbi
qüvvələrinnin özəlləşdirilməsi;
- hərbi gücün daha
böyük asimmetriyası;
- zorakılıq
formalarının avtonomiyası.
Bu cür
müharibələrin uzanması tendensiyası (kölgə
iqtisadiyyatı, kənar güclərin dəstəyi, resurs
istehlakının artması və yerli hərbçilərin
hərbi iqtisadiyyatından qazanc əldə etməsi səbəbindən)
olduğu üçün əsas xüsusiyyətlərdən
biri də odur ki, “dövlətlər arasındakı
qısa müharibələr” (əsasən XVII əsrin
ortalarından XX əsrin əvvəllərinə qədər
müşahidə olunurdu) “cəmiyyətlər
arasındakı uzun müharibələr” ilə əvəz
edilir. Sonuncu qeyd olunan hadisənin
aşağıdakı xüsusiyyətləri var:
- qüvvələrin/müharibə
edən tərəflərin asimmetriyası;
- şiddətin tədricən
özəlləşdirilməsi;
- mülki şəxslərə
qarşı gücün (son dərəcə qəddarlıqla)
tətbiq edilməsi.
Eynilə, Meri Kaldor və
Basker Vashee də qeyd edir ki, yeni müharibələr
özü ilə bərabər yeni qəddarlıqlar gətirir.
Bunlar əsasən mülki şəxslər, yəni
qeyri-döyüşçüləri hədəf alan vəhşiliklərdir,
məsələn, “əhalinin geniş miqyasda yerdəyişməsi,
sosial həyatın məhv olması, tarixi və mədəniyyət
abidələrinin dağıdılması və s.
Müəlliflər bildirir ki, bu müharibənin xarakterinin dəyişdiyini
göstərir, yəni artıq müharibədə birbaşa
iştirak edənlərdən daha çox mülki şəxslər
həyatını itirir.
Digər tərəfdən,
bir sıra elmi əsərlər müasir müharibələrin
“yeniliyinə” qarşı çıxır. Siniša
Malešević, Mats Berdal, E.A. Henderson və D. Singer
müasir müharibələrin səciyyələndirən
xüsusiyyətlərin (qırğınlar, banditizm, əhalinin
yerdəyişməsi və ya cinsi zorakılıq müharibə
taktikası kimi) əslində yeni olmadığını,
uzun tarixə sahib olduqlarını, “yeni müharibələr”in
çoxu sadəcə müxtəlif dövlətlərarası,
ekstremal və daxili müharibələrin birləşməsi,
yəni “köhnə müharibələr”in bir kateqoriyaya
yığılmış forması olduğunu qeyd edirlər.
Yeni müharibələr
haqqında tezislər yenidən nəzərdən
keçirildi. Mary Kaldor kimi bəzi alimlər tənqidlərə
cavab olaraq bu məsələyə yenidən baxdılar və
əsas arqumentlərini yenidən ifadə etdilər: Yeni
müharibələr empirik bir kateqoriya kimi deyil, daha çox həm
tədqiqat strategiyası, həm də siyasətə bələdçi
olaraq müasir müharibənin məntiqini izah etmək yolu
kimi başa düşülməlidir
Nyuman qeyd
edir ki, “yeni müharibələr haqqında ədəbiyyat
müasir münaqişənin xüsusiyyətlərini
şişirtməklə vətəndaş müharibəsi
anlayışının dərinləşməsinə
böyük şərait yaradıb” və “vətəndaş
müharibəsinin sosial və iqtisadi dinamikasına dair ədəbiyyat,
insan təhlükəsizliyi də daxil olmaqla, təhlükəsizlik
müzakirələri üçün zəngin məlumatlar təqdim
edir”.
Dördüncü nəsil müharibələri
Köhnə müharibə
və yeni müharibə arasındakı mübahisələri
ilə yanaşı, daha bir maraqlı anlayış ortaya
çıxıb - Dördüncü Nəsil Müharibələri
(DNM). İndiyə qədər qeyd olunan iki yanaşmada müəyyən
əsas elementlər mövcuddur:
- müasir müharibənin
“aydın olmayan təbiəti” mövcuddur, yəni müharibə
və barış, dövlət və özəl,
döyüşçülər və
qeyri-döyüşçü arasında fərqlər yoxa
çıxır;
- dövlət aktoru zəifləyir;
- dövlətin legitimliyinə
etiraz edən və edə biləcək qeyri-dövlət
aktorlarının sayı artır.
Artıq 1989-cu ildə
“döyüşün dəyişən siması” Dəniz
Qoşunları Qəzetindəki (Marine Corps Gazette) bir məqalədə
dördüncü nəsil müharibəsi ilə əlaqələndirilirdi:
“Dördüncü nəsil
müharibəsi geniş yayılıb, ancaq əsasən izah
edilmədiyi görünür. Müharibə və sülh
arasındakı fərqlər demək olar ki, yox olur. Bu
arasında xətlər olmayan bir vəziyyətə gətirəcək,
bəlkə də heç bir döyüş bölgəsi və
cəbhə olmayacaq. Həm də 'mülki' və 'hərbi'
arasındakı fərq də yox ola bilər”.
Dördüncü nəsil
müharibəsi haqqında danışan nəzəriyyəçilər
də bu yöndə israr edirlər: “Dördüncü nəsil
müharibəsi eyni vaxtda şəhərdə, kənd yerlərində
və virtual şəbəkələrdə aparılır.
Aşkarlanmamaq və düşmənin zəif nöqtələrini
hədəf almaq üçün daim hərəkət edilir”.
Dördüncü nəsil
nüharibəsi anlayışı (hərbi cəhətdən)
daha zəif aktorların rəqibin siyasi iradəsinə ciddi təhlükə
yaratmaq üçün ənənəvi və qeyri-ənənəvi
vasitələrin birləşməsini ehtiva edir. Tomas
Hammesın qeyd etdiyi kimi “dördüncü nəsil müharibəsinin
fundamental postulatı bundan ibarətdir ki, düzgün istifadə
olunarsa yüksək siyasi iradə böyük iqtisadi və hərbi
qüdrətə nail ola bilər”. Deməli,
dördüncü nəsil müharibəsi “düşmən
silahlı qüvvələrini darmadağın edərək
qalib gəlməyə çalışmır”. Bunun əvəzində partizan taktikasını və
ya vətəndaş itaətsizliyini sosial, mədəni və
iqtisadi əlaqələrin həssas şəbəkələri,
dezinformasiya kampaniyaları və innovativ siyasi fəaliyyətlə
birləşdirərək, düşmənin siyasi iradəsinə
birbaşa hücum edir.
Dördüncü nəsil
müharibəsinə qarşı tənqidlər tarixçilərdən
gəldi və bu konsepsiyadan “zərif uyğunsuzluq” olaraq imtina
etdilər. Tənqid ənənəvi və qeyri-ənənəvi
vasitələrin qarışıqlığını ortaya
qoyan nizamsız müharibə tarixi ilə əlaqəlidir.
Qeyd olunur ki, belə bir qarışıq o qədər də
yeni deyil, Kalvelin (Callwell) 1906-cı ildə nəşr olunan
“Kiçik Döyüşlər” kimi əvvəllər
yazılan əsərlər bunun sübutudur.
Dördüncü nəsil
müharibə konsepsiyasına reaksiyalar göstərdi ki, əslində
baş verənlər müharibənin təkamülünün
bir hissəsidir, yəni bir növdən başqa bir növə
keçmək.
Qarışıq müharibələr
Qarışıq
müharibə konsesiyası Tomas Huber tərəfindən
ortaya atılıb. Bununla o, nizamlı və nizamsız
qüvvələrin eyni vaxtda vahid istiqamətdə mübarizə
aparmasını ehtiva edən əsas müharibələri nəzərdə
tutub. Huber Amerika inqilabı, Vyetnam müharibəsindəki
qarışıq müharibə, Sovetlərin
Əfqanıstandakı təcrübəsi və s. kimi
illüstrativ keyslərə diqqət yetirib. Huber qeyd edir:
“Qarışıq müharibə düşmənə
qarşı nizamlı və əsas qüvvələrin
nizamsız və ya partizan qüvvələrlə eyni vaxtda
istifadə edilməsidir. Başqa sözlə,
qarışıq müharibələrlə
iştirakçılar eyni vaxtda həm ənənəvi, həm
də qeyri-ənənəvi güc tətbiq edərək hərbi
gücünü artırır”.
Hoffman
mürəkkəb müharibə nəzəriyyəsini
“strateji səviyyədə sinerji və kombinasiyalar” kimi ifadə
edib, lakin əslində Huberin təqdim etdiyi tarixi hadisələr
göstərir ki, “silahlı və nizamsız qüvvələr
nizamlı qüvvələrlə işləyəndə
nizamsız qüvvələr ikinci yerdə qalır və
onlar ikinci növ ənənəvi qüvvə kimi nəzərdən
keçirilir”.
Hibrid müharibələr
Hibrid müharibə termini
21-ci əsrin ilk onilliyində bir neçə alimin “gələcək
münaqişələrin qarışıq və aydın
olmayan xarakterinə” diqqət yetirdikləri zaman daha çox
istifadə edilməyə başlandı.
Dəyanət
Ağalarlı
Hərbi And .- 2020 .- 27noyabr .- S.19.