ERMƏNİ MURDARLIĞININ YENİ SİFƏTLƏRİ

.

İnsancasına rəftar hər kəsə xoş gələn bir münasibətdir. Kimisə qimətləndirəndə “yaxşı insandır” deyirik. Bu zaman varlığımızda xoş emosiya hakim olur, gözümüz qarısında müsbət təəssürat spektri yaranır. Mənim fikrimcə, “insan” sözü böyük hərflə yazılmalı olan məfhumdur. Ona görə ki, insan yaradıcı qabiliyyətə malik olan dərrakəli, şüurlu bir varlıqdır. O həm yaşayır, həm də yaşadır. Bəşəri qanunları dərk edən hər kəs kənar mənfi təsirlərə uymadan bu məsuliyyəti daşımağa və insanlığı daim uca tutmağa borcludur.

 

Ziddiyyəti istisna edilməyən həyatımızda düşdüyümüz konkret şərait həmişə mühüm şərt hesab edilə bilməz. Hər şey insan adını hifz etmək iqtidarında olan kəsin özündən, mənəvi paklığından, obyektiv baxışından asılıdır. Bütün münasibətləri dava-şavaya gətirib çıxarana necə insan demək olar?! İnsan hisslərinin təbiiliyi, gerçəkliyi, habelə mənfi və müsbət çalarları onun həyatının bütün məqamlarında təzahür edir. Bu proses çox suallar doğurur. Məsələn, insan keşməkeşli həyatda özünü necə tapır? Özünə uyğun gələn peşəni düzgün seçə bilirmi? Həyatda çoxmu dost qazanıb? Ədalətsiz addımlara necə qiymət verir? Ondan ötrü həqiqət dəyərlidir, yoxsa şəxsi mənafe? Haçansa onun varlığına saxta hisslərin soxulmasına rəvac verirmi? Milli eqoistliyi qəbul etmək onu utandırır, yoxsa ürəyincədir? Haqsızlığa boyun əyirmi?...

Sözün qısası, insanı insaniyyət üzrə imtahana çəkmək asan olduğu qədər ağır yüklərə malikdir. Yer üzündə tamam saf insan da yoxdur. Xatasız ömür tapa bilməzsiniz. Çünki nöqsan həyatın inkişaf impulsudur. Səhv etdikcə daha yeni qüvvə mənbələri arayır və ehtiyatlı fəaliyyət qaydalarına ciddi əməl etməyə çalışırsan. İstəmirsən ki, başına dəyən təsadüfi bir daş təkrarən sənə tərəf gəlsin. Milli mənada bu deyilənləri ermənilərə aid etmək olarmı?!

Bu sualın cavabını ulu dədə-babalarımız çoxdan bizə söyləyiblər. Xəbərdarlığımız daimidir. Bu barədə çoxcildli tarixi əsərlər yazılıb. Habelə özümüz şəxsi həyatımızda insanlığa zidd erməni əməllərinin canlı şahidi olmuşuq. Erməniyə insan kimi baxan gözlərimiz çox oxlanıb. Hər dəfə güzəştlər etmişik. Di gəl ki, çıxış yolu tapılmır. Erməni tənqid süzgəcindən nə qədər keçirilsə də, düzəlmir, insaniyyəti qəbul etmir.

Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda yenilməz ordumuzun apardığı müzəffər yürüş erməni murdarlığının yeni sifətlərini açdı. 10 noyabr 2020-ci il tarixində təslim sənədinə qol çəkildikdən sonra torpağımızı dinc şəkildə tərk etmək şansı əldə edən düşmən sülhpərvərliyimizə görə bizə öz məmnunluğunu bildirmək əvəzinə sonsuz nifrət nümayiş etdirir, vəhşi əməllər törətməkdən çəkinmir, qəddar işğalçı əməllərə görə zərrə qədər də utanc hissi keçirmirlər. Əsarətdə qalan doğma ev-eşiyimizi sökür, talayır və od vurub yandırırlar. Bir yandan da meşələrimiz qırılır. Apara bilmədikləri heyvanları doğrayıb necə gəldi yollara atırlar. Qəsdən yandırılmamış evlərin qapısına sürpriz minalar qoyulur. Körpülərin altına tələ kimi partlayıcı mərmilər bağlanır. Köçən ermənilər arasında bir nəfər də yoxdur ki, bu iyrənc hərəkətlərə görə utanaraq onlara “dayan” desin.

Erməni müəlliminin rəzilliyinə bir baxın: Kəlbəcəri tərk edən məktəb direktoru hallalığını qazana bilmədiyi sinif otaqlarını dağıdır, müqəddəs təhsil ocağını külə çevirir. Görəsən, dünyanın hansı yerində belə murdar xəbislik görsənib?! Öz zəruri şəxsi əşyalarını aparmaq əvəzinə mədəni irsimiz qəsb edilir, ziyarətgahlarımız dağıdılır. Bağlıpəyə kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına aid Xudavəng monastrında tarixi eksponat kimi nə varsa, daşınır. Dini abidə talanır və üstəlik milli şovinizmə uyaraq monastrın üzərinə erməni bayrağı sancılır.

İnsan üçün həyatın ən yüksək mənası başqalarına həyat verməkdir. Yaxşılıq ömür uzadır. İşğaldan yeni azad olan yurdlarımızda qədim və mədəni ocaqlara qeyri-insani yanaşma isə açıq-aşkar o iyrənc mənanı əks etdirir ki, ermənidən ötrü müqəddəs heç nə yoxdur. O, özgə həyatını sökməkdən, saf könülləri didikləməkdən həzz alır. Yaxşı ki, rus sülhməramlılarının müdaxiləsindən sonra Xudavəng monastrından sökülmüş zənglər geri qaytarıldı və bu sayaq anti-bəşər erməni hərəkətləri dünyanın əksər media orqanlarında, internet şəbəkəsində yayımlandı. Qınayanlar az olmadı. Lakin erməni dəyirmanına su tökənlərin içərisində yenə “dur” deməyə bir şəxs tapılmadı. Əksinə ermənilər tərəfindən davamlı surətdə rəzil vandallıq planlarının genişləndirilməsi məqsədilə Kəlbəcər dağ yollarının darlığını bəhanə gətirməklə rahat köçmək üçün əlavə 10 gün güzəşt istənildi. Biz isə törədilən vəhşiliyin müqabilində “yox” demədik, insanlıq göstərdik və yenə güzəştə yol verdik.

Rusiyanın tanınmış ictimai xadimləri kimi hərbi ekspert İqor Korotçenko ilə yanaşı jurnalist Maksim Şevçenkonu yaxşı tanıyır və onlara xüsusi rəğbət bəsləyirik. Əlbəttə, rəy söyləməkdə göstərdiyimiz səmimiyyət çox əsaslıdır. Onların yalnız bir maskası var. O da insanlıq simasını itirməyən bir maskadır. Geniş izlənilən teledebatlarda təkcə Azərbaycan barədə deyil, Rusiyanın bütün daxili və beynəlxalq siyasəti ilə bağlı müzakirə obyektinə çevrilən mövzularda müqəddəs həqiqət mizanını pozmur, ədalətli mövqe nümayiş etdirirlər. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üzərində gedən diskussiyalarda heç vaxt birtərəfli, yaxud qərəzli fikirlər söyləməmiş, öz ölkəsinin düzgün siyasət aparmasından məmnun qalmış və yersiz ermənipərəstliyin əleyhinə çıxış etməkdən qorxmamışlar.

İqorun da, Maksimin də cəsarəti öz dövlətinin milli təhlükəsizliyinə təminat yaradan cəsarətdir. Öz doğma vətən marağına görə söz deyən bu ekspertlər yalnız öz ürək səsinə qulaq asır, qlobal müstəvidə Rusiya adına xələl gətirməmək üçün beynəlxalq hüquqa zidd mühakimələr söyləmir, bəzi ermənipərəst ekspertlər kimi daşnak pulu hesabına əlinə mikrofon almır, yersiz çərənçilik etmir, Rusiya siyasətini yolunu azmış Ermənistanın biabırçı əməlləri ilə çirkləndirmirlər.

Son zamanlar Ermənistanın döyüş meydanında ağır məğlubiyyətindən qeyzlənən erməni lobbisi Korotçenko və Şevçenkonun əsaslı fəndlərlə apardığı ekspert mübarizəsinə qarşı müxtəlif səmtlərdə ova çıxmışdır. Təhdid və böhtanlar dayanmır. 5 noyabr 2020-ci il tarixində Rusiyanın “ Gradator.ru” saytında sözügedən mövzuda dərc edilmiş məqalədə qeyd olunur ki, erməni təbliğat maşını Rusiya media sahəsində onlara zidd olan bütün səsləri aradan qaldırır. Onlar Rusiya KİV-in erməni bataqlığında "üsyançıları" qorxutmağa və şərləməyə çalışırlar. Erməni millətçiləri Şevçenkonu hətta qətliamla hədələyir, sosial şəbəkələrdə açıq şəkildə yazırlar ki, onun ürəyini yerindən çıxaracaqlar.

Korotçenkonun şəxsiyyətini və ləyaqətini nüfuzdan salmaq üçün geniş miqyaslı pul xərclənir. Vyaçeslav Maltsev adı altında sosial şəbəkədə təxribatçıların əli ilə İqor Korotçenko haqqında hər cür yalan-palan yazır və ağlasığmaz cəfəngiyyat uydururlar. Bu günlərdə erməni KİV-də “Rusiyalı ekspert” İqor Korotçenkonun tərcümeyi-halının kəskin təfərrüatları" sərlövhəli məqalə dərc edilib. Hiyləyə bir baxın. Korotçenkonun Rusiya eksperti olması dırnaqarası yazılır. Halbuki əsl ekspert odur, öz ölkəsini doğma hisslərlə sevir və müdafiə edir, dürüst çıxışları sayəsində Rusiyanı təkcə Azərbaycanın gözündə ucaltmır, həm də bütün dünya xalqlarının könlündə ruslara sevgi duyğularını gücləndirir.

 Yeri gəlmişkən vurğulamaq istəyirəm ki, hərbi-siyasi uğurlarımızı öz çıxışlarında şəksiz etiraf edən daşnak tərəfdarları yaman pisikirlər. Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, MDB İşləri üzrə komitənin sədr müavini Konstantin Zatulin indi teledebatlarda udquna-udquna danışır. Ermənipərəst mövqeyi ilə tanınan məşhur rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun boğazı tez-tez quruyur. Demək, müdrik Prezidentimizin diplomatik sahədə yaratdığı yeni və obyektiv mizan-tərəzi sübut etdi ki, siyasi fikir arenasında erməni nəfəsli zatulinlərin, solovyovların fikir yürütməkdə hündürlük səviyyəsi çox alçaq imiş. Qoy, onların nadürüst, vicdansız mövqe aqibəti yolunu azan özgə ekspertlərə dərs olsun. Bilsinlər ki, pul gücünə yox, həqiqət gücünə söz sahibi olmaq daimi ucalıqdır!

Ehtimal ki, erməni faşizmi üzərində tam və qəti qələbəmizdən sonra yaranmış obyektiv reallığa qarşı ədalətsiz mübarizə haçansa səngiyən bir məqama çatacaq, xain ürəklər iflic olacaq, yalançı dillər qıfıllanacaq. Hələ ki, həqiqət deyən simalar fiziki təhdidlərə, şifahi öcəşkənliyə, biabırçı böhtanlara, nahaqq iddialara mərdanə dözməkdədir. Erməni öz tərsliyi ilə özünü cəzalandırsa da, Cənubi Qafqazda hökmən dinclik yaradılmalı və sivil birgə yaşayış qaydalarına ciddi əməl edilməlidir. Ədalətsizliyə qarşı susmaq insanlığa yaraşmaz. Zənciri qırılmış vəhşi heyvan cildinə girən erməni lobbi təşkilatlarının hədələrinə, erməni xainliyinə, daşnak vəhşiliyinə qətiyyətlə nöqtə qoyulmalıdır.

Milləti yalnız mənəvi ucalıq, ədalətli yaşam tərzi dinc yaşada bilər. Bəlkə, Ermənistanın sarsaq Baş naziri Nikol Paşinyanın gözlənilən istefasından sonra onun postunu bir ağıllı erməni lideri tutarsa, gələcək illərdə hər hansı siyasi sabitliyə ümid etmək olar. Bəlkə, ehtimal etdiyimiz o lider başıpozuq hərbi-siyasi rəhbərliyi başa sala bilər ki, xainlik hissləri ilə yaşayan ürəkdə yaralar heç vaxt sağalan deyil. Erməni kökündən dəyişilməsə, onlardan insanlıq ummağın heç bir ümidverici təhəri yoxdur!...

 

İbrahim MƏSİMOĞLU

müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Hərbi And .- 2020 .- 27noyabr .- S.21.