İnam qələbəyə
çağırışdır
Deyirlər hərbçilər Vətən sevgisi ilə dolu olurlar. Onlar nəinki fikirləri ilə, düşüncələri ilə, eləcə də doğulduğu torpağa candan bağlı olmaları ilə fərqlənirlər. Tarixdə döyüş qabiliyyəti, bacarığı, istedadı ilə ad qoyan, döyüşlərdə şücaət göstərən, bundan sonra yüz illər keçsə də, tarixin səhifələrində, insanların yaddaşında qalacaq bir çox qəhrəmanlar var. Doğma torpağını candan sevən, sözün əsl mənasında, Vətən sevgisi ilə dolu olan baş leytenant Camal Əzizbəyli belə insanlardandır. Zabitlə söhbətimiz qısa olsa da, səmimi və xoş idi.
Həmsöhbətim Camal soyuq bir qış gecəsində sadə bir ailədə dünyaya göz açıb. Uşaq yaşlarından formaya, hərbiyə maraq göstərib. Bu marağı həyat yoluna çevirən isə oxuduğu məktəbdə fizika müəllimi Zaur Mustafayev olub. Zaur müəllimin şagirdlərinə mütəmadi döyüşlərdən, Vətəndən danışması Camal kimi çoxlarının ruhuna, mənəviyyatına təsir edir.
“Heç unutmaram 26 fevral 2007-ci il.
İlk dərsimiz fizikaydı.
Zaur müəllim gülərüz, xoşsöhbət
adam idi.
Amma həmin gün üzündə kədər
və qəzəbin qarışığı bir
ifadə vardı.
Dərs başlar-başlamaz Xocalı
soyqırımından, ermənilərin
vəhşiliklərindən söz açdı.
"Xocalı soyqırımı
Ermənistanın Azərbaycana
qarşı işğalçılıq
m
üharibəsinin gedişində
dinc azərbaycanlı
əhaliyə qarşı
törədilmiş soyqırımı
cinayətlərinin ən
dəhşətlisidir. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
Ermənistan silahlı
qüvvələri bütün
beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı
şəhərinin dinc
əhalisinin üzərinə
ağır hərbi texnika yeridib, onlara misli görünməmiş
qəddarlıqla divan tutub,
şəhəri yerlə-yeksan
edib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə
qarşı yönəlmiş
dəhşətli cinayət
əməli nəticəsində
613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə
vəhşicəsinə qətlə
yetirilib, onlardan
63-ü uşaq, 106-sı qadın,
70-i qoca olub. Nəticədə 8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər
girov götürülüb.
Girov götürülənlərdən 150 nəfərin, o cümlədən
68 qadının və
26 uşağın taleyi
naməlumdur". Sonra Xocalı
faciəsini özündə
əks etdirən şəkillərə və
videolara baxdıq.
"Qisas qiyamətə
qalmayacaq, sizlər Qarabağımızı azad
edəcək, Xocalıda
vəhşicəsinə qətlə
yetirilən körpələrimizin,
ana-bacılarımızın qisasını alacaqsız",
- Zaur müəllim dedi. Müəllimin sözlərindən sonra gözlərimiz dolsa da, ürəyimiz
qan ağlayırdı.
O gün qərara aldım, hərbçi olacaq, qisas gününü
qiyamətə qoymayacağam.
Onu da fərəhlə bildirim ki, həyat
yoluma çıraq olan müəllimimə hər zaman könüldən minnətdar
olacağam. Qədim
yunan filosofu və ensiklopediyaçı
alim Aristotelin dediyi kimi: "Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib",
- deyə baş leytenant Camal Əzizbəyli bildirdi.
Gənc zabitimizin sözlərindən
sonra ümummilli lider Heydər Əliyevin "Cəmiyyətin
gələcək tərəqqisi
bir çox cəhətdən indi gənclərimizə nəyi
və necə öyrətməyimizdən asılı
olacaqdır" fikrini
xatırlayıram. Doğrudan
da, belədir, Camalı tanıyana qədər adını belə bilmədiyim Zaur müəllimin cəmiyyətin gələcək
tərəqqisi üçün
öz şagirdlərinə
Vətən sevgisini, düşmənə nifrəti
aşılaması bu
gün Azərbaycan Ordusuna ağıllı, bacarıqlı bir zabit bəxş edib.
Camal söhbət
əsnasında əsgərlərindən,
onların bilik və bacarığından
da söz açdı. “Bu gün
sağlam təfəkkürlü,
yüksək mənəvi
keyfiyyətə malik gənclik yetişir.
Bu da cəmiyyətin
düzgün formalaşmasından
irəli gəlir.
Fərqli mühitdə böyüyən,
fərqli düşüncəyə,
təhsilə malik olan bütün əsgərləri birləşdirən
vahid ünsür vətənpərvərlikdir. Hər biri ilə fərdi
söhbət apararkən,
məktəbdə, ailədə,
cəmiyyətdə onlara
düzgün vətənpərvərlik
hissləri aşılandığı
açıq-aşkar bilinir.
Vətənini sevən əsgər
məsuliyyətli olur.
Məsuliyyət isə
nizam-intizamda, döyüş
hazırlığında özünü
göstərir, - gənc
zabit dedi.
Əsgərlərindən xatirənə ömürlük həkk olunan nələri xatırlayırsan sualına
gənc komandir cavab olaraq əsgər
Sadiq Fətiyevin adını çəkdi.
“Sadiq Cəlilabaddanıydı. Mənəvi keyfiyyətləri, nizam-intizamı, bacarığı hər zaman əsgər yoldaşlarına nümunə idi. Əsgərlərimin heç biri inciməsin məndən, hər biri nizam-intizamlı, bacarıqlı olub. Sadiqi yaddaşıma həkk edən tərxis olunarkən dediyi sözlər idi. "Komandir gedirəm, bu gediş birdə gəlməyəcəm anlamına gəlməsin. Ali Baş Komandan döyüş əmri verəndə sizinlə çiyin-çiyinə, kürək-kürəyə Şuşaya, Qarabağa gedəcəyik. O gün şəhadət qismətimiz olsa cənnətdə, yaşamaq nəsibimiz olsa Qarabağda dalğalanan üçrəngli bayrağımızın altında zəfər marşının sədalarını dinləyərik". Bu sözlər bir əsgərin arzusunun dilinə gətirə bildiyi kiçik bir hissəsiydi. O gün sözləriylə, arzusuyla xatirəmə ömürlük həkk olunan Sadiqin, döyüşlərdən sonra qəhrəman kimi hər kəsin xatirəsinə həkk olunacağına əminəm”, - zabit dedi.
Camalla səmimi söhbətimiz gözəl ovqata, Böyük Qələbəyə inama çevrilir. O inam ki, hər birimizin qəlbində yurdumuza, yurddaşımıza tuşlanan hər bir mərmiyə zirehdir, döyüş meydanında düşməni məhv edəcək silahdır. Əsgər Sadiq Fətiyevin dediyi kimi: “Qəlbizimdəki Vətən sevgisi, ruhumuzdakı inamla, Qarabağda üçrəngli bayrağımızın altında zəfər marşını dinləyərək söhbətləşmək ümidilə...”
Ceyhun CƏFƏRLİ
Hərbi And.- 2020.- 2 oktyabr.- S.19.