Düşmən Azərbaycan Ordusunun gücü
qarşısında acizdir
Milli Məclisin deputatı Cavid Osmanovun www.yap.org.az saytına
müsahibəsi
- Cavid müəllim, bu günlərdə işğalçı Ermənistan
Azərbaycana qarşı
növbəti hərbi
təxribat etdi, yaşayış məntəqələri,
dinc sakinlər ağır texnikalardan atəşə tutuldu. Azərbaycan Ordusu bu təxribata
cavab olaraq əks-hücum əməliyyatı
həyata keçirir.
Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanın tarixi torpaqlarında
yaradılmış Ermənistan
yüz ildən artıqdır ki, hər vəchlə öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmək
üçün cəhdlər
edir. Tarixi Azərbaycan əraziləri
olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı da bu çirkin və beynəlxalq hüquqa zidd niyyətlərdən irəli
gəlir. Ermənistan Azərbaycan
torpaqlarının işğalını
davam etdirir.
Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayıb və
barışmayacaq. Ermənistanın mənfur işğalçılıq
siyasəti nəticəsində
Azərbaycanda bir milyondan çox insan öz doğma
torpaqlarında yaşamaq
hüququndan məhrum
edilib. Otuz ilə yaxındır
davam edən bu vəziyyətdə Ermənistan nə beynəlxalq hüququ, nə də BMT-nin qətnamələrinin
tələblərini saya
salır, öz əhalisinin belə acınacaqlı durumda yaşamasını nəzərə
almır.
Bölgədə sabitliyə ciddi təhlükə olan bu ölkə Azərbaycanın illərdir
davam edən xəbərdarlıqlarından nəticə
çıxarmadığı, məsələnin danışıqlarla
həllinə hər vəchlə mane olduğu,
eləcə də hərbi təxribatlarını
davam etdirdiyi üçün ordumuz işğalçıya cavab
vermək hüququndan
istifadə edir. Dünyanın
bir sıra ölkələri
və beynəlxalq qurumlar da dəfələrlə
bəyan edib ki, Ermənistanın işğalçılıq siyasətinə
son qoyulmalı, ilk növbədə
işğalçı hərbi
qüvvələr torpaqlarımızdan
çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər
öz yurdlarına qayıtmalıdırlar. Hazırda ölkəmiz
müharibə şəraitindədir.
Ermənistan Azərbaycan Ordusunun
cəbhə zonasında
yerləşən mövqelərini,
yaşayış məntəqələrimizi
iriçaplı silahlar,
minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti dəfə qeyri-humanist mahiyyətini, insanlığa qarşı
olduğunu sübut edir. Mülki obyektlərin və
əhalinin vurulması
Ermənistanın Azərbaycana
qarşı dünya tarixində görünməmiş
üsullardan istifadə
etdiyini bir daha ortaya qoyur.
- Ermənistan hakimiyyəti bundan əvvəl də bir sıra
təxribatlara əl atmışdı. O zaman da ordumuz tərəfindən
layiqli cavabını almışdı...
- Bəli, bu ilin
iyul ayında Azərbaycan və Ermənistanın dövlət
sərhədinin Tovuz rayonu istiqamətində də qanlı toqquşmalar baş vermişdi. Ermənistanın məkrli və
çirkin təxribatının
qarşısı ordumuzun
qüdrəti və şücaəti, qəhrəman
oğullarımızın qanı
bahasına qətiyyətlə
alınıb və bundan sonra da
alınacaq. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə
baxmayaraq, ordumuz hər zaman öz qüdrətinə arxalanır və əks-hücum əməliyyatı
ilə düşmən
təxribatına layiqli
cavab verir. Düşmən isə Azərbaycan
Ordusunun gücü qarşısında acizdir.
Azərbaycan Ordusu xalqımızın
qürur, dövlətimizin
güvənc mənbəyidir.
Hazırda Azərbaycan Silahlı
Qüvvələri dünyanın
ən güclü 50 ordusu sırasındadır.
Ordu quruculuğu istiqamətində
həyata keçirilən
sistemli və məqsədyönlü tədbirlərin
nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş
hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu,
dövlətimizin başçısı
İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın
inkişaf etmiş orduları sırasında
qərarlaşan güclü
ordumuz var. Biz əminik
ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını
azad etmək gücündədir. Yüksək döyüş qabiliyyəti,
mənəvi-psixoloji hazırlığı
və vətənpərvərliyi
ilə seçilən
Azərbaycan Ordusu tezliklə döyüş
meydanında qəti və son sözünü
deyəcək. Ümidvaram, irəliyə
doğru gedən zəfər yürüşümüzün
qarşısında erməni
faşistləri bu dəfə də duruş gətirə bilməyəcək. Buna görə də istər pandemiya ilə mübarizədə,
istərsə də cəbhədə düşmənə
qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir.
Hər birimiz məsuliyyətlə
davranmalı, nizam-intizama
riayət etməli, cəmiyyətimizdəki mövcud
təhlükəsizliyi və
sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi
səfərbər etməliyik.
Güclü Azərbaycan Ordusu
düşmənin istənilən
təxribatına, həmləsinə
layiqli cavab vermək iqtidarındadır.
Azərbaycan Ordusu yüksək
səviyyəli texnikaya,
döyüş qabiliyyətinə
malikdir və torpaqlarımızı işğaldan
azad etməyə hər cəhətdən hazırdır. 2016-cı ilin Aprel döyüşləri
və bu ilin iyul ayında
Azərbaycan-Ermənistan sərhədində
baş verən hadisələr bunu bir daha təsdiq
edir.
- Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasətinə qarşı indiyə kimi sərt tədbirlər görməyib. Vəziyyətin bu həddə çatmasında beynəlxalq birliyin işğalçı Ermənistana təzyiqlər göztərməməsi nə dərəcədə rol oynayır?
- Dünya birliyi Ermənistanın illərdir davam edən işğalçılıq siyasətinə, Azərbaycana qarşı qəbulolunmaz hücum cəhdlərinə qarşı çıxmalıdır. İşğalçı Ermənistana imkan verilməməlidir ki, beynəlxalq hüquq normalarını ayaqlar altına atsın. Əks halda, məkrli erməni siyasəti Ermənistan üçün acı nəticələrə səbəb olacaq, regionun inkişafını və beynəlxalq əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Bundan sonra baş verə biləcək hadisələrə görə işğalçı Ermənistan rəhbərliyi məsuliyyət daşıdığını anlamalı, öz ölkəsini və xalqını daha böyük fəlakətlərdən xilas üçün çalışmalıdır.
Azərbaycan güclü
dövlətdir, əldə olunmuş təhlükəsizlik,
əmin-amanlıq, sabitlik, inkişaf
və sosial rifah
müstəqillik dövrümüzün ən
böyük nailiyyətləridir. Biz
xalqımızın əyilməz iradəsi, uzun
illərin əziyyəti və zəhməti, şəhidlərimizin
qanı bahasına qazandığımız uğurları hər
vəchlə qorumalı, inkişaf etdirməli
və istənilən pozuculuğa
qarşı öz vətəndaş mövqeyimizi nümayiş
etdirməliyik. Əminəm ki, erməni işğalçıları
üzərində tezliklə qəti qələbə
çalacağıq. Ölkə Prezidentinin
xalqa müraciətində dediyi
kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq
işidir. İnanıram ki,
Ali Baş
Komandanımız cənab İlham
Əliyevin rəhbərliyi ilə işğal
altında olan bütün
torpaqlarımız azad ediləcək,
xalqımız tezliklə qələbəni qeyd
edəcək, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq!
Hərbi And.- 2020.- 2 oktyabr.- S.7.