Hərb tarixinin predmeti və müharibələrin meydana gəlmə səbəbləri  

 

Təbəqəli cəmiyyətin meydana gəldiyi vaxtdan bəri hərb işi insan fəaliyyətinin geniş sahələrindən birini təşkil edib. İctimai-tarixi şəraitin reallığından doğan müharibələr qədim insanların əsas qayğılarından biri olduğu kimi bu sahədə əldə edilən nəticələr, primitiv qənaətlər, ayrı-ayrı döyüş faktları müasir bəşəriyyətə miras qalan ilkin yazılı mənbələrin də başlıca mövzularından birini təşkil edirdi. Şahlar, fatehlər qazandıqları hərbi uğurları qayaüstü yazılarda və başqa mənbələrdə həkk etdirir öz qələbələrindən nişanə qoymağa çalışırdılar. Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının qədim əcdadlarının tarixinin öyrənilməsində hərbi xarakterli həmin mənbələr elə indiçox böyük əhəmiyyətə malikdir.

 

İnsan cəmiyyəti inkişaft etdikcə. mədəniyyət yüksəldikcə yazılı mənbələrdə hərbi məsələlərə daha geniş yer ayrılırdı və bəzən ayrı-ayrı əlyazmalar bütünlükdə buya digər müharibənin təsvirinə həsr edilirdi. Lakin həmin mənbə və əsərlər sistemli xarakter daşımırdı və buna görə də bu əsərlərin meydana çıxdığı dövrdən hərb tarixinin insanın zehni fəaliyyətinin müstəqil sahəsi kimi formalaşdığını qəbul etmək olmaz. Bu, xeyli sonralar baş vermişdi. Dünya təcrübəsində hərb tarixinin bir elm sahəsi kimi formalaşması XVII-XVIII əsrlərə aid edilir. Azərbaycanda isə bu daha gec başlayıb. Bununla belə, hərb işinə aid hər hansı bir məlumatı özündə əks etdirən yazılı mənbələr hərb tarixi üçün qiymətli materiallardır və ona görə də qədim mənbələrin, hərbi fikir tarixinin araşdırılması da hərb tarixinin öyrəndiyi sahələrdən biridir.

 

Bütünlükdə, konkret zaman müddətində hərb işinə aid məsələlərin qoyuluşu və həlli xüsusiyyətləri hərb tarixinin 7 predmetini təşkil edir. İnkar etmək olmaz ki, qədim yazılı mənbələrdə də buya digər vaxt ərzində baş verən hərbi hadisələr haqqında, hərb işinin ayrı-ayrı tərəflərinin gedişi haqqında konkret fakt və məlumatlar var. Lakin həmin məlumatlar daha çox təsviri xarakter daşıyır. Aydındır ki, bu zaman baş verən hadisələrin mahiyyəti, qanunauyğunluqları açılmırdı. Hərb tarixi isə sadəcə təsviri məlumatlardan ibarət deyil. O, ayrılıqda götürülmüş (konkret zaman müddətində) müharibəni və ya müharibələrin, hərb işinin vəziyyətini öyrənir, onun tarixi doğruluğunu müəyyənləşdirir və sonra ümumiləşdirmələr apararaq onların arxasında dayanan qanunauyğunluqları üzə çıxarır.

 

Konkret olaraq hərb tarixi müharibələrin meydana gəlməsi qanunauyğunluqlarını, onların gedişini və nəticələrini, təzahür xüsusiyyətlərini, tarixdəki ictimai yerini, mürəkkəbliyini və ziddiyyətlərini, iqtisadi-siyasi səbəblərini, məzmun və məqsədini, müharibələrin aparılmasında xalq kütlələrinin və ayrı-ayrı şəxslərin rolunus. məsələləri öyrənir. Bu zaman zəruri ümumiləşdirmələr aparmaqla bərabər, tədqiqat obyektinə çevrilmiş konkret müharibənin, onun buya digər kampaniyasının və ya əməliyyatının hazırlanmasına, aparılmasına, döyüşlərin təhlilinə xüsusi diqqət yetirilir.

 

Hərb tarixinin öyrəndiyi sahələrdən biri silahlı qüvvələr quruculuğu tarixidir. Bu sahə müxtəlif dövrlərdə və zaman çərçivəsində ordu quruculuğunun qanunauyğunluq və prinsiplərinin tətbiqi xüsusiyyətləri, orduların, qoşun növlərinin formalaşması və inkişafı, maddi-texniki bazası və komplektləşdirilməsi, daxili quruluşu, təlim-tərbiyə sistemis. məsələləri əhatə edir. Silahlı Qüvvələr quruculuğu tarixinin öyrənilməsi ordunun inkişaf mənzərəsini, onun cəmiyyətlərin ictimai-siyasi həyatında oynadığı rolututduğu mövqeni düzgün qavramağa imkan verir.

 

Hərb tarixinin öyrəndiyi sahələrdən biri də hərb sənəti (məharəti) tarixidir. Müharibələrin başladığı gündən ona hazırlığın və aparılması üsullarının təkmilləşdərilməsi hərb işinə 8 cəlb olunan insanların diqqət mərkəzində olub. Vaxt ötdükcə şübhəsiz ki, bu sahədə də müəyyən təcrübə əldə edilibbu təcrübə gələcək inkişaf üçün bir özül rolunu oynayıb.

 

Məlumdur ki, hərb sənətinin (məharətinin) üç tərkib hissəsi mövcuddur: strategiya, əməliyyat (oparetiv) sənəti və taktika. Hərb sənəti (məharəti) tarixi həm müharibələrin aparılması forma və üsullarının meydana gəlməsini, onların inkişaf mənzərəsini (strategiya) öyrənir, həm də əməliyyatların (əməliyyat sənəti) və döyüşlərin (taktika) aparılması forma və üsullarını, müxtəlif vaxtlarda onların qanun və üsullarının təzahür xüsusiyyətlərini öyrənir.

 

Konkret dövrzaman müddətində hərbi əməliyyatların aparılması üçün mövcud olan fikir və baxışların, istər müharibə və istərsə də sülh dövründə hərbi sərkərdələrin onlara rəhbərlik sahəsindəki praktiki fəaliyyətləri, xalq kütlələrinin, o cümlədən tanınmış şəxsiyyət və sərkərdələrin hərbi fəallığı, hərb sənətinin inkişafını şərtləndirən qanunauyğunluqların mahiyyətinin açılması və öyrənilməsi də hərb sənəti tarixinin predmetini təşkil edir.

 

Bunlardan başqa, hərb tarixi hərbi silah və texnikanın, hərbi təbabətin, hərbi rabitənin və hərb işinin digər müxtəlif sahələrinin tarixini də öyrənir. Zaman baxımından hərb tarixi yaşanıb arxada qalmış mərhələlərin öyrənilməsi ilə məşğul olsa da heçdonuq bir sahə deyil. Çünki hərb tarixi təkcə keçmiş tarixi tədqiq etmir. Eyni zamanda bu tarixi tədqiq edib ümumiləşdirməklə hərb işininelminin gələcək nəzəri və praktiki inkişafı üçün zəruri proqnozlar, elmi qənaətlər verir. Ona görə də hərb elmininişinin davam etdirilməsi, elmi, nəzəri və təcrübi qənaətlərin ümumiləşdirilməsi hərb tarixinin əhatə dairəsinə aiddir.

 

Müharibələrin meydana gəlmə səbəbləri

 

Bəşər tarixi boyu xalqların cığırdaşına çevrilmiş müharibələrin meydana gəlmə səbəbləri, hərəkətverici qüvvələri, onların qarşısının alınmasının mümkünlüyü yolları, dövrün ictimai-siyasi və hərbi fikir cərəyanlarının diqqət mərkəzində olub. Vaxt ötdükcə müəyyən müşahidə və ümumiləşdirmələrdən sonra bu barədə bir sıra fikir və mülahizələr meydana gəlib. Lakin bu fikir və mühakimələr dövrün ictimai-inkişaf səviyyəsindən irəli gedə bilmədiyi üçün sözsüz ki, onun toxunduğu məsələlər də bəsit şəkildə açıqlanırdı. Təbiətin və cəmiyyətin ictimai-inkişaf qanunauyğunluqları kəşf edilmədiyi bir vaxtda ictimai-tarixi bir hadisə olan müharibənin meydana gəlmə qanunauyğunluqları haqqında irəli sürülən fikir və nəzəriyyələr obyektiv gerçəkliyi ifadə etmirbununla da təbii ki, onun elmi şəkildə qavranılmasını da qeyri-mümkün edirdi. Bəsit qənaətlərin, elmi nəticə və nəzəriyyələrin müəlliflərinin irəli sürdüyü fikirlər tarixi baxımdan müəyyən əhəmiyyətə malik olsalar da onlar hələ müharibələrin meydana gəlmə və inkişaf qanünauyğunluqlarını izah etməyə nəinki qabil deyil, əksinə onlar öz qeyri-elmi mövqeləri ilə ictimai fikir tarixində yanlış qənaətlərin yayılmasına zəmin yaradırdılar. Bu nəzəriyyələrin bəziləri müharibələrin başlanmasını ilahi qüvvələrlə bağlayıb onları xalqların və insanların alın yazısı kimi qələmə verirdi. Ancaq cəmiyyətin bütün sahələrində olduğu kimi hərb elminin, ictimai-siyasi fikir tarixinin inkişafı nəticəsində aydın oldu ki, müharibələr heç də xalqların alın yazısı deyil, onların meydana gəlməsinin səbəbləri konkret tarixi şəraitdə cəmiyyətdə baş verən ictimai-siyasiiqtisadi ziddiyyətlərdə axtarılmalıdır. Müharibələr heç də təsadüfdən meydana gəlmir. O müəyyən dairələrin və qüvvələrin həyata keçirdikləri siyasətin tərkib hissəsidir, onun başqa vasitələrlə davamıdır. Bu fikri ilk dəfə elmi şəkildə formalaşdıran K.Klauzevits siyasətdən danışarkın onu 10 mütləqləşdirib cəmiyyətin iqtisadi möstəvisindən təcrid edilmiş şəkildə götürsə də əslində həmin müddəa müharibələrin mahiyyətinin düzgün araşdırılması üçün prinsipial əhəmiyyətə malikdir.

 

Dövlətlər, partiyalar, siyasi dairələr və qüvvələr həmişə qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün müxtəlif yollardan və vasitələrdən istifadə edirlər. Sülh dövründə bu formalar ideoloji, siyasi, iqtisadis. yönümdə ola bilər. Lakin ziddiyyətlərin kəskinləşdiyi, qarşıya qoyulan məqsədlərə dinc vasitələrlə çatmağın mümkün olmadığı vaxt siyasətin zorakı vasitələrinə-silahlı mübarizəyə əl atılırdı. Buna görə müharibə siyasi münasibətlərin davamı kimi qəbul və təhlil edilir. Siyasətsiz müharibə mümkün deyil. Siyasi məqsədi olmayan güclü döyüşlər də müharibə yox, adi dava-dalaşdan başqa bir şey deyildir. Müharibə aparan tərəflərin siyasi maraqları müharibənin məqsədini, silahlı mübarizə isə həmin məqsədə çatmağın vasitəsini təşkil edir.

 

Lakin müharibə elə mürəkkəb bir prosesdir ki, bəzən onun əsil mahiyyətinin başa düşülməsi çətinləşir. Bu da ondan irəli gəlir ki, müharibəyə əl atan dövlət və qüvvələr ixtiyarlarında olan idjeoloji vasitələrdən, diplomatik kanallardan, siyasi imkanlardan istifadə edərək ölkə daxilində və xaricində apardıqları təbliğat vasitələri ilə yanlış təsəvvürlər yarada bilirlər. Müharibənin meydana gəlmə qanunauyğunluqlarına ciddi bələd olmayan adamlar isə yalnız müharibənin xarici əlamətlərinə görə nəticə çıxarırlar ki, bu da çox vaxt düzgün olmur. Onun üçün böyük hərb nəzəriyyəçisi K.Klauzevits müharibəni buqələmunla müqayisə edir. Çünki müəyyən vaxtlarda müharibə elə xarici əlamətlərlə müşayiət olunur ki, həmin əlamətlərə görə müharibənin sosial xarakterinisiyasi məzmununu müəyyənləşdirmək mürəkkəbləşir. Tarixdən də məlumdur ki, ədalətsiz müharibələrdə silahlı qüvvələr bütün gücü ilə döyüşərək qorxu, zorakılıq, aldatma, ideoloji təsir və s. kimi amillərdən istifadə edib müharibənin sosial mahiyyətini gizlədirlər.

 

Ermənistanın təcavüzkar dairələri Azərbaycana qarşı müharibəni başlayarkən məhz belə üsul və vasitələrdən məharətlə istifadə etdilər. Onlar öz siyasətlərinin mahiyyətini Dağlıq Qarabağ ermənilərinin hüquqlarının Azərbaycan tərəfindən kobud şəkildə pozulması, tarixi həqiqətlərin bərpası, millətlərin öz müqəddəratını müəyyənləşdirmək hüququs. kimi şüarlar altında gizlədərək keçmiş İttifaqdünya ictimaiyyətində yanlış təsəvvür yaratmağa nail oldular. Havadarlarının təzyiqi və köməyi nəticəsində hətta ABŞ Senatı da erməni millətçilərinin işğalçılıq siyasətini ört-basdır edən qərarlar qəbul etdi. Müharibənin ideolojidiplomatik hazırlığının yüksək səviyyədə təmin edilməsi bir sıra digər amillərlə birlikdə müəyyən dövr üçün Ermənistanın öz məqsədlərinə zorakı yolla çatmağa münasib xarici şərait yaratdı. Doğrudur, vaxt ötdükcə istər dünya ictimaiyyəti, istərsə də Ermənistanın ayrı-ayrı dairələri müharibənin hansı məqsədlərə xidmət etdiyinionun hansı nəticələrə gətirib çıxardığını açıqlamağa başladılar. Lakin bu keyfiyyət bir daha göstərir ki, müharibənin ideoloji hazırlığının aparılması üçün fəal siyasət yeridilməsi tərəflər üçün əlverişli şərait yarada bilər.

 

Müharibənin aparılması diplomatik, ideoloji hazırlıqdan başqa ölkənin iqtisadi və hərbi hazırlığını, elmi potensialının da səfərbər olunmasını tələb edir. Çünki müharibə çox böyük miqyaslı sosial hadisə olduğu üçün onun aparılması da böyük miqyasda güc, qüvvə və potensial tələb edir.

 

Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

Hərbi And.- 2020.- 9 oktyabr.- S.16.