İşğalçı Ermənistan humanitar atəşkəsi pozmaqla
sülh tərəfdarı
olmadığını nümayiş etdirir
Milli Məclisin deputatı Malik Həsənov
- Malik müəllim, rəşadətli Azərbaycan
Ordusunun işğal altında olan bir sıra yaşayış
məntəqələrimizi, strateji y üksəkliklərimizi
azad etməsi hansı perspektivlərə
yol açdı?
- Sentyabrın 27-dən Azərbaycan
Silahlı Qüvvələrinin
əks-hücum əməliyyatları
bir daha göstərdi ki, dövlətimiz diplomatik mübarizədə olduğu
kimi, döyüş meydanında da böyük üstünlüklərə
malikdir. İşğalçı, təcavüzkar Ermənistan Azərbaycanın
tələb etdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər
əsasında danışıqlar
prosesinə getmək üçün razılığın
alınmasına kömək
məqsədilə dünya
dövlətlərinə, nüfuzlu
təşkilatlara yalvardı,
imdad istədi, onların qarşısında
diz çökdü.
Bir sözlə, Azərbaycan işğalçını, təcavüzkarı
sülhə məcbur
etdi.
- Rusiya Federasiyasının
vasitəçiliyi ilə
Azərbaycanın və
Ermənistanın Xarici
İşlər nazirləri
arasında Moskvada keçirilən görüşdə
oktyabrın 10-dan etibarən
humanitar atəşkəslə
bağlı razılıq
əldə olundu. İşğalçı dövlətin bu razılaşmanı ilk andan
kobud şəkildə
pozması nədən
irəli gəlir?
- Humanitar atəşkəsin
ilk anından Ermənistan
silahlı qüvvələrinin
hərbi əməliyyatları
davam etdirmələri,
itirilmiş mövqelərini
yenidən geri qaytarmaq üçün cəhdlər göstərmələri,
yaşayış məntəqələrini,
mülki əhalini atəşə tutmaları
işğalçı dövlətin
sülh danışıqlarına
çağırışlarda riyakarlığını nümayiş
etdirdi.
Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən
Gəncəyə raket
hücumu Ermənistanın
Azərbaycan xalqına
qarşı soyqırımı
aktıdır. Erməni vəhşiliyi nəticəsində
aralarında azyaşlı
uşaqlar olmaqla 9 mülki şəxs həlak olub, 34 nəfər isə yaralanıb. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn
fundamental prinsiplərinə, həmçinin beynəlxalq
humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl
qoymadığını açıq-aşkar
nümayiş etdirir.
Mülki
əhaliyə atəş
açmaq insanlığa
qarşı cinayətdir.
Ermənistanın törətdiyi cinayət
əməllərinin bugünədək
cəzasız qalması
yeni müharibə cinayətlərinə yol açır. Dünya
baş verənləri
görməzdən gəlib,
heç nəyi eşitmək istəməsə
də, ədalət deyilən məfhumun mövcudluğu bu seyrçi mövqelərə
işıq salmaqla Ermənistana “dur” deməyə hər zaman çağırış
edir. Ermənistanın humanitar atəşkəs
rejimini kobud şəkildə pozması
dünyaya, ən əsası bu razılığın əldə
olunmasında vasitəçiliyi
yerinə yetirən Rusiyaya hörmətsizlik kimi dəyərləndirilməlidir.
İşğalçı dövlət bir
tərəfdən dünya
dövlətləri, nüfuzlu
təşkilatlar qarşısında
diz çöküb danışıqların bərpası
ilə bağlı yalvarışlar edir, digər tərəfdən
isə bu razılaşmanı pozur.
Ermənistan hakimiyyəti bu
kimi cinayət əməllərini davam etdirməklə beynəlxalq
hüququn mövcudluğunu
qəbul etmədiyini bir daha nümayiş
etdirir. Təbii ki, bu kimi yanlış düşüncələr bu
günədək işğalçıya
hansı əməlləri
törətməsindən asılı
olmayaraq “gözün üstə qaşin var” deyilməməsinə
əsaslanır.
- Dünya yenə də bəyanatlarla kifayətlənməkdədir. Buna münasibətinizi bilmək
istərdik…
- Azərbaycan döyüş
meydanında üstünlüyə
malik olduğu halda humanitar atəşkəsə razılıq
verməklə Ermənistana
şans verdi.
Amma işğalçı dövlət
bu şansdan beynəlxalq hüquq normalarına uygun bəhrələnmək əvəzinə
əldə olunan razılığı pozmaqla
sülh tərəfdarı
olmadığını nümayiş
etdirir. Beynəlxalq
hüququn norma
və prinsipləri,
BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsi kağız
üzərində qalıb.
Dünya
dövlətləri, nüfuzlu
beynəlxalq təşkilatlar,
xüsusilə ATƏT-in Minsk qrupu həmsədrləri yalnız danışıqların
aparılmasına çağırışlar
etməklə missiyalarını
bitmiş hesab edirlər. Dünya ikili siyasətin
yaratdığı problemlərdən
nəticə çıxarmaq
istəmir. ATƏT-in
Minsk qrupunun baş verən soyqırımı
aktı ilə bağlı mövqe bildirməməsi birmənalı
qarşılana bilməz.
Belə olan təqdirdə,
ATƏT-in Minsk qrupunun vasitəçilik
missiyasını yerinə
yetirməyə ehtiyac
varmı? Azərbaycanın Xarici İşlər naziri ilə ATƏT-in
Minsk qrupunun amerikalı
həmsədri arasında
telefon danışığında
Endryu Şofer bölgədəki gərginliyin
humanitar atəşkəsin
əldə olunmasından
sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu və məsələnin həlli
üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb. Bu, münaqişənin həllində
vasitəçılik missiyasını
yerinə yetirən qurumun həmsədrlərindən
birinin məsələyə
adi yanaşmasıdır.
Siyasi dialoqun zəruriliyini bildirən dövlət, təşkilat
öncə beynəlxalq
hüququn norma
və prinsiplərinin
yerinə yetirilməsi
üçün işğalçıya
təzyiq göstərməli,
qərar və qətnamələrin icrası
üçün bütün
dövlətlərə tətbiq
olunacaq vahid mexanizm haqqında düşünməlidir. Bir
tərəfdən Ermənistan
silahlandırılır, onun
işğal olunmuş
ərazilərimizdə apardığı
süni məskunlaşdırma
siyasətinə göz
yumulur, Ermənistanın
baş nazirinin “Qarabağ Ermənistandır”
bəyanatına sərt
mövqe ortaya qoyulmur, ən əsası işğalçı
30 ilə yaxındır
ki, adı ilə çağrılmır,
amma sülh danışıqlarının davam
etdirilməsinə çağırışlar
edilir.
- Ermənistan silahlı qüvvələrinin Gəncəni
atəşə tutması
Azərbaycan xalqına
qarşı növbəti
soyqırımı aktı,
Xocalı faciəsinin
davamı kimi qəbul olunur. Qondarma «erməni soyqırımı»na dəstək olan dövlətlər erməni
vandalizmi ilə bağlı niyə susurlar?
- Ermənistan zaman-zaman havadarlarının dəstəyi
ilə azərbaycanlılara
və türklərə
qarşı soyqırımı
və deportasiya siyasəti həyata keçirib. Lakin tarixi saxtalaşdırmaqla
özlərinə saxta
tarix yazan ermənilər dünyanı
öz yalanlarına inandırmağa az da olsa nail olublar:
“Belə olmasaydı, Fransa dövləti cox da uzaq
olmayan tarixi, XX əsrin dəhşətli
faciəsi olan Xocalı soyqırımını
bir kənara qoyub, qondarma “erməni soyqırımı”nı
tanımaz, hətta onu digər dövlətlərə qəbul
etdirməzdi. Bu gün Ermənistanın belə vandalizm aktlarını heç nədən çəkinmədən
davam etdirməsi də həmin dəstəklərdən qaynaqlanır.
Nə zamanadək dünya ikili siyasətinə son qoymayıb, maraqlar ədalət prinsipinin arxasında əriyir, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
həllində ədalətli
yanaşma gözləmək
sadəlövlük olar.
30 ilə yaxın
zaman dünyanın Ermənistana dəstəyinin,
«başına sığal
çəkməsinin» aydın
mənzərəsini yaradır.
- İşğalçı dövlətin humanitar atəşkəsi kobud şəkildə pozması
proseslərin növbəti
gedişində hansı
addımlara əsas verir?
- Möhtərəm Prezidentimiz
İlham Əliyev oktyabrin 9-da rəşadətli
Azərbaycan Ordusunun Hadrut qəsəbəsini,
bir neçə kəndi və mühüm strateji yüksəklikləri azad
etməsi münasibətilə
xalqa müraciətində,
həmçinin “CNN International”, “Sky News”,
RBK televiziya kanallarına
müsahibələrində işğalçı dövlətə
və havadarlarına bir sıra mesajlarını
çatdırdı. “Azərbaycan öz üzərinə götürdüyü
öhdəlikləri həmişə
yerinə yetirən ölkədir. Mən həmişə
demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir.
Lakin atəşkəs birtərəfli
proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü
necə aparır” bəyan edən dövlətimizin başçısı
İlham Əliyev, eyni zamanda, bu
bəyanatı da səsləndirmişdir ki,
dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər
çalırıq və
biz öz torpaqlarımızı
geri alacağıq, ərazi bütövlüyümüzü
bərpa edəcəyik!
Möhtərəm Prezidentimiz İlham
Əliyev Gəncədə
törədilən cinayətlə
bağlı “Twitter” hesabındakı
paylaşımında bir
daha bəyan edib ki, Ermənistanın
Gəncəyə raket
hücumu erməni faşizminin növbəti
təzahürüdür. Ermənistanın bu alçaq əməlləri Azərbaycan
xalqının iradəsini
heç vaxt sındıra bilməz.
Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva da Gəncə şəhərinin
Ermənistan silahlı
qüvvələri tərəfindən
raket atəşinə
tutulması ilə əlaqədar rəsmi “Instagram” səhifəsindəki
paylaşımında dünya
birliyini baş verən bu hadisələrə
laqeyd qalmamağa çağırıb.
Azərbaycan güclü
dövlətdir. Dövlətimizin qətiyyəti,
xalqımızın iradəsi, rəşadətli Ordumuzun qüdrəti, birliyimiz,
həmrəyliyimiz işğal altında olan bütün
torpaqlarımızın azad
olacağına əminliyi günbəgün artırır. Ermənistanın törətdiyi cinayətlər, təxribatlar
bir daha dünyaya bu
çağırışı edir ki, kimin kim
olduğunu tanımaqla yanaşı, birtərəfliliyi
bir kənara qoyub
işğalçını adı ilə
çağırmaq və sülh
danışıqlarının nəticələrə yol açmasına dəstək olmaq zamanıdır.
Hərbi And.- 2020.- 16 oktyabr.- S.9.