Rauf Əliyev: Azərbaycan informasiya müharibəsində də Ermənistana
qalib gəlir
Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başladığı geniş miqyaslı hərbi təcavüzünə cavab olaraq qəhrəman Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları hərb meydanında ardıcıl olaraq qələbələrlə yekunlaşır. Hər gün Ordumuzun cəbhədə əldə etdiyi uğurlar haqqında məlumatlar əldə edirik.
Müharibə eyni zamanda informasiya
cəbhəsində də
gedir. Hamıya məlumdur ki,
müharibə zamanı
informasiya sahəsində
həyata keçirilən
siyasət çox böyük əhəmiyyət
daşıyır.
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi
ilə müharibə
dövrü üçün
müəyyənləşdirilən və həyata keçirilən siyasət
düşmənlə həm
hərb meydanında, həm də informasiya müharibəsində
üstünlük qaznmağımıza
şərait yaratmışdır.
Müharibə başladığı
dövürdən bəri
cənab Prezident dünyanın ən məhşur televiziya kanalları olan “CNN İnternational”, “Əl-Cəzirə”,
“Euronews”, “CNN-türk”,
“Rossiya-1”, Türkiyənin “TRT Haber”, Rusiyanın “Pervıy Kanal” televiziyasına, ümumilikdə 10-dan çox
televiziya kanalına müsahibə vermişdir.
Cənab Prezident bu müsahibələrində
Ermənistanın Azərbaycana
qarşı apardığı
işğalçılıq siyasəti, uzun illərdən bəri işğal altında olan torpaqlarımızda azərbaycanlılara aid olan
bütün tarixi-mədəniyyət
abidələrinin məhf
edilməsi, həmin ərazilərə qeyri-qanuni
köçürmə siyasətinin
həyata keçirdiyi
və 27 sentyabrdan başlayaraq Ermənistanın
növbəti dəfə
mülki əhalimizə
qarşı başladığı
geniş miqyaslı hərbi əməliyytlar və təcavüzkarın
təxribatlarına qarşı
Azərbaycanın həyata
keçirtdiyi cavab tədbirləri barədə
məlumat vermişdir.
Cənab
Prezident oktyabrın
12-də Türkiyənin məşhur
“Haber Global” televiziya kanalına
verdiyi müsahibə zamanı Moskva şəhərində razılaşma
nəticəsində əldə
olunan Humanitar atəşkəs rejiminə
Ermənistan tərəfindən
riayyət olunmadığını,
əksinə atəşkəs
zamanı Gəncə
şəhəridə mülki
əhalinin təcavüzkar
tərəfindən vəhşi
atəşə məruz
qaldığıni bildirmişdir.
Cənab
Prezident bildirmişdir
ki, Moskva şəhərində baş
tutmuş son danışıqların
nəticələri Azərbaycanın
xeyrinədir. Danışıqların nəticələri kimi imzalanmış bəyannaməyə
görə münaqişənin
həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır.
Bu prinsiplər isə Azərbaycnın maraqlarına cavab verir. Odur ki, Ermənistan
silahlı qüvvələri
torpaqlarımızdan çıxmalıdır.
Danışıqların formatını
dəyişdirmək arzusunda
olan rəsmi Yerevan öz məqsədinə
nail ola bilmədi.
Moskva danışıqlarının nəticəsi
Azərbaycanın növbəti
uğuru kimi qəbul olunmalıdır.
Cənab Prezident qeyd etmişdir ki, münaqişənin siyasi
yolla həll edilməsində Türkiyə
fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu
hər kəs üçün aydındır.
Bu nüfuz artır
və qardaş ölkəmizin beynəlxalq
münasibətlər sistemində
də əhəmiyyəti
böyüyür. Söz sahibi
olan Türkiyə ilə dövlətlər
hesblaşmaq məcburiyyətindədirlər.
Odur ki, Türkiyə bu problemin həllində
iştirak etməlidir.
Cənab Prezident erməni diasporuna qarşı aparılan mübarizənin
əhəmiyyətini qeyd
edərək bildirilmişdir
ki, uzun illərdir Azərbaycan xaricdəki erməni diasporunun yaydığı
qara təbliğatla üzləşir və məqsəd Azərbaycanı
ləkələmək və
erməni işğalına
bəraət qazandırmaqdır. Dünya KİV-lərinə təsir edən erməni diaspor təşkilatları
27 sentyabr təxribatları
başlayan andan Azərbaycana qarşı çirkin təbliğat kompaniyası aparırlar.
Cənab
Prezident real vəziyyətlə
bağlı həqiqətləri
dünya ictimaiyyətinə
çatdırdığı üçün türk mətbuatına öz minnətdarlığını bildirmişdir.
Cənab Prezident bildirmişdir ki, Ordumuz doğma
torpaqlarımızın işğaldan
azadetmə missiyasını
uğurla davam etdirir. Azərbaycan xalqı öz
haqq müharibəsini
aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı
heç kəs döndərə bilməz.
Milli Məclisin deputatı
Rauf Əliyev
Hərbi And.- 2020.- 16 oktyabr.- S8.