Dəyərli ziyalımız, şair publisist Fuad
İslamoğlunun şeirlərinin bir neçəsini
təqdim edək
Qələbə soraqlı nida!
Nöqtəni
təşvişə saldı,
Biçarə rəqib mat
qaldı,
Ondan
qisasını aldı,
Qələbə soraqlı nida!
Özünü vaxtlı yetirdi,
Mövzunu qəti bitirdi,
Qəlbə rahatlıq gətirdi,
Qələbə soraqlı nida!
Mükəmməl nitqə rəng
qatdı,
Yağıların səsi batdı,
Uğurla
məqsədə çatdı,
Qələbə soraqlı nida!
O, məlhəm oldu
illətə,
Düşməni saldı zillətə,
Böyük rüh verdi millətə,
Qələbə soraqlı nida!
Heyrətləndirdi hər kəsi,
Dünyanı bürüdü
səsi,
Pozacaqdır atəşkəsi,
Qələbə soraqlı nida!
04.10.2019
Şəhidlərin
xatirinə...
İgidlər yerindən dursun,
Düşmənə zərbələr vursun,
Qarabağda
çadır qursun,
Şəhidlərin xatirinə.....
****
Zamanı verməyək yelə,
Hamımız verək əl-ələ,
Sahib
çıxaq doğma elə,
Şəhidlərin xatirinə.....
****
Qoymayaq qan yerdə qalsın,
Düşmənlər bundan
zövq alsın,
Ordumuz qələbə
çalsın,
Şəhidlərin xatirinə.....
****
Sonraya qalmasın
qisas,
Budur, ən
vacib, ən əsas,
Düşmənlərə qurduraq yas,
Şəhidlərin xatirinə.....
****
Səbir olur
müvəqqəti,
Artıq mövqeyimiz,
qəti,
Bitirək bu məşəqqəti,
Şəhidlərin xatirinə.....
27.09.2020
Artıq Vətənə
dönməyin vaxtıdır!
Sinəmə çəkilib
dağ Qarabağda,
Aran Qarabağda,
dağ Qarabağda,
Qalmasın zəbt
olmuş dağ Qarabağda,
Artıq Vətənə
dönməyin vaxtıdır!
Uzun müddət
yurd işğalda qalıbdır,
Arsız düşmən
elimdə kök salıbdır,
Bu haqsızlıq
səbri əldən alıbdır,
Artıq Vətənə
dönməyin vaxtıdır!
Yağı çaş-baş
qalıb, yolu tam azır,
Quyusunu bir
az da
dərin qazır,
Ər oğullar
cəbhədə tarix
yazır,
Artıq Vətənə
dönməyin vaxtıdır!
Ali Baş
Komandanın qətiyyəti,
Millətimin, ordumun
həmiyyəti,
Otuzdurdu yerinə
bədniyyəti,
Artıq Vətənə
dönməyin vaxtıdır!
Açıldı buz
bağlamış işin
donu,
Budur, artıq
çatıb düşmənin
sonu,
Axıradək qovacayıq
biz onu,
Artıq Vətənə
dönməyin vaxtıdır!
Fuad İslamoğlu
07.10.2020
Qarabağ Azərbaycandır!
Allah bu
“iş”i tez bitir,
Qələbə sevinci
gətir,
Ayrılığı sona yetir,
Biri ruh,
digəri candır,
Qarabağ Azərbaycandır!
Açılsın düyünün
bağı,
Rədd olsun
yurdumdan yağı,
Geri alaq
Qarabağı,
Biri ruh,
digəri candır,
Qarabağ Azərbaycandır!
Xalq dəstəkləyir
İlhamı,
Bir olub
bütün el, hamı,
Birlikdir verən
ilhamı,
Biri ruh,
digəri candır,
Qarabağ Azərbaycandır!
Arsız düşmənə
ar olsun,
Tanrı haqlıya
yar olsun,
Deyən diliniz
var olsun,
“Qarabağ
Azərbaycandır!”
Biri ruh, digəri candır.
Dəyişir dövrani-gərdiş,
Çünki “iş”imiz
düz bir “iş”,
Ağızlarda olsun
vərdiş,
Biri ruh,
digəri candır,
Qarabağ Azərbaycandır!
Hamı səs versin haqq səsə,
Qoymayaq ki, bu səs kəsə,
Bəyan eyləyək hər kəsə,
Biri ruh, digəri candır,
Qarabağ
Azərbaycandır!
Fuad İslamoğlu
Hərbi And.- 2020.- 23 oktyabr.- S.16.