“Şəhidlər
ölməz, Vətən bölünməz!” layihəsi davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə AYB-nin üzvü, “Ömür axarı”, “Vətənsevər” və s. kitabların müəllifi olan Bədirə Rza Həsənqızı tərəfindən Azərbaycanın Milli Qəhrəmanlarına həsr etdiyi şeirlər və esselər təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, şair şəhidlər və Qarabağ haqqında yazdığı şeirləri ilə Azərbaycan xalqının qəlbindən keçənləri qələmi ilə ifadə edib.
“Gülüstan”
və “Xəzər nəğmələri” ədəbi birliklərinin
üzvü olan Bədirə
Rza Həsənqızının təqdim
etdiyi “Hünər göstər!”, “Şəhid
ömrü”, “Gözlə Haqqın şahidini”, “Haqq yolu”, “Kim bilməlidir?”,
“Əsir yurda doğru...”,
“Xocalısız, Qarabağsız”, “Bir yürüş lazımdı...”, “Nisgilimsən,
Qarabağım”, “Yazacaq tarix
qanlı sinləri”, “Heyif dedim”,
“Biz borcluyuq şəhidlərə”,
“Daim kömək olaq
Vətənsevərə”, “Sən, zəfər nəğməsini
söylə...”, “Mücadilə – alın yazımız”
adlı şeirləri pdf formasında yerləşdirilib.
Hərbi And.- 2020.- 25 sentyabr.- S.17.