Dünya şöhrətli geoloq və bacarıqlı elm təşkilatçısı – akademik Mirəli Qaşqay

 

Akademik Mirəli Qaşqay ölkəmizdə mineralogiya-geokimya petrologiya-metollogeniya elmi məktəblərinin əsasını qoyanlardan biri olub. Alim Azərbaycanın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparıb, filiz qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını mineralogiyasını hərtərəfli öyrənib. Onun bir çox əsərləri, o cümlədənDünya alunit yataqlarının tədqiqiikicildlik əsəri ölkə geoloq-mineroloqlarının masaüstü kitabına çevrilib.

  Yanvarın 7-si dünya şöhrətli geoloq, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəli Qaşqayın doğum günüdür. O, 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1912-ci ildə Gəncə gimnaziyasında oxuyub, 1924-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) geoloji-kəşfiyyat fakültəsinə qəbul olub, 1930-cu ildə Zəylik alunit yatağının geoloji-kəşfiyyat işlərinə rəhbərlik edib, 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının (EA) Petroqrafiya İnstitutunun (Sankt-Peterburq) aspiranturasında təhsil alıb. Moskva şəhərində SSRİ Elmlər Akademiyası Geologiya Elmləri İnstitutunun ixtisas komissiyasının iclasındaİstisu mineral bulaqlarının geoloji-petroqrafik geokimyəvi səciyyəsimövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Akademik Mirəli Qaşqay filiz əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. O, nəinki görkəmli alim, həm bacarıqlı elm təşkilatçısı idi. Mirəli Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun təsisçilərindən biri olub. Onun təşəbbüsü köməyi ilə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya kristalloqrafiya kafedrası, geologiya faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində o, Geologiya İnstitutunda filiz yataqlarının geokimyası mineralokimyası şöbəsinə rəhbərlik edib böyük bir məktəb yaradıb.

Mirəli Qaşqay 1942-ci ildəAzərbaycanın əsas ultrahəssas süxurları sahəsində mineraloji-petroqrafik tədqiqatlarmövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü birinci akademik-katibi vəzifəsinə seçilib, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin professoru olub.

Görkəmli alim Britaniya, İrlandiya ABŞ mineralogiya cəmiyyətlərinin həqiqi üzvü seçilib. O, 1967-ci ildə sovet nümayəndə heyətinin tərkibində Paquoş Sülh Konfransının işində iştirak edib. OnunYeraltı sərvətlərin vəhşicəsinə istismarı haqqındaƏrəb şərqi onun təbii sərvətlərimövzularında çıxışları o dövrün tərəqqipərvər dairələrində böyük marağa səbəb olub.

Mirəli Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xaricdə geniş qeyd edilib. Onun elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada başqa ölkələrdə çap olunub, adı görkəmli alim kimi bir çox ölkələrin ensiklopediya məlumat kitablarına (“Kim kimdir” – Avstriya, “Kim kimdir” – ABŞ, Çikaqo) daxil edilib.

Alim Azərbaycanın hidrokimyəvi rayonlaşdırılmasının əsas prinsiplərini işləyib hazırlayıb respublikanın bütün ərazisi üzrə beş min metrədək dərinlik istiliyinin yayılma qanunauyğunluqlarını əks etdirən orijinalAzərbaycanın geotermik xəritəsi”ni tərtib edib. OnunZəylik yatağında alunitləşmə kaolinləşmə”, “Azərbaycanın əsas ultrahəssas süxurları”, “Azərbaycanın mineral qaynaqları”, “Tərtər çayının yuxarı axarının geologiyası”, “Şuşa rayonunun geoloji-petroqrafik xarakteristikası, mineral qaynaqları faydalı qazıntıları”, “Listve-nitlər, onların genezisi təsnifatı başqa fundamental əsərləri keçmiş SSRİ- bir çox xarici ölkələrdə yaxşı məlum idi. Alim yeddicildlikAzərbaycan geologiyasınəşrinin tərtibatçılarından biri olub.

Akademik Mirəli Qaşqayın rəhbərliyi altında geologiya elminin müxtəlif istiqamətləri üzrə 60 namizədlik 10-dan çox doktorluq dissertasiyası müdafiə edilib. Mirəli Qaşqay keçmiş Sovet İttifaqında Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri həqiqi, Lvov Geologiya Cəmiyyətinin, SSRİ Elmlər Akademiyası Yer Elmləri Bölməsinin nəzdindəki Petroqrafiya Komitəsinin üzvü seçilib. O, “Azərbaycan Sovet Ensiklopediyasıbaş redaksiyasının, Terminologiya Komitəsinin, “Sovet geologiyasıAzərbaycan SSR EA-nın Xəbərləri” (Yer elmləri seriyası) jurnallarının redaksiya heyətinin üzvü olub.

Görkəmli alim iki dəfə (1945-1962-ci, 1967-1974-cü illərdə) Azərbaycan EA-nın akademik-katibi seçilib.

Tanınmış geoloq Mirəli Qaşqay 1977-ci il aprelin 23-də Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

Hərbi And.- 2020.- 10 yanvar.- S.20.