Elin qəhrəman oğlu…
El dərdini dərdi bilən el oğlu,
El yolunda getdin dönülməz yolu...
Yaxşı insanların ardınca deyilən "Evdən deyil, eldən getdi" sözlərini tez-tez eşidirik. Bu sözü çox insanlar şəhid Vəlizadə İbrahimə
də şamil edir. İbrahim sonuncu mənzilə yola salınanda ümidi olduğu çox insanlar onu bala, qardaş,
dost kimi yola saldı. Bir evin kandarından
çıxıb neçə-neçə
evə ümid işığı saçan
oğul gedişi ilə də çox ürəkləri
sızlatdı. Dərdlilərin, ehtiyac sahiblərinin yol yoldaşı olan İbrahim ən böyük yaxşılığı isə
Vətənə etdi.
Vətəni düşmənin murder pəncəsindən xilas edən bu qəhrəman
etdiyi bütün yaxşılıqların qarşılığında
cənnətlə mükafatlandırıldı.
Vəlizadə İbrahim 1997-ci il aprelin 2-də Naxçıvan Muxtar Respublikasının Babək
rayonunun Yarımca kəndində anadan olmuşdu. 2003-cü ildə
Yaqub Seyidov adına Yarımca
kənd tam orta məktəbində təhsil
almağa başlamışdı.
2011-ci ildə Heydər
Əliyev adına
Ali Hərbi liseyə daxil olmuş, oranı bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul
olmuşdu. 2018-ci ildə AAHM - dən məzun olduqdan sonra təyinatla Tərtər rayonunda N saylı hərbi hissədə xüsusi təyinatlılar qrupunda xidmətə başlamışdı.
Ancaq İbrahim XTQ - in əsgəri
olduğunu ailəsindən
gizləmişdi. İbrahimin vətən
sevgisi bambaşqa idi. "Azərbaycan
himni anamın bitməyən şirin laylasıdır" deyib.
Hər dəfə himnimizi duyanda qüruru boy-boy olub. Hətta öz toyunda
vağzalı deyil himnimizin sədaları altında sevdiyi ilə əhd-peyman bağlayıb. 2018- ci ildə Billur xanımla ailə həyatı qurduğu zaman kiçik dövlətində
böyük sevgisi ilə böyüyəcək
körpələrinin də
özü kimi dövlətinə, millətinə
bağlı olmağını
arzu edib. Hətta ilk və son övladına şəhid Fərid Əhmədovun adını
əmanət edən zaman bir gün
Fəridin böyüyüb
adını daşıdığı
qəhrəmanın qisasını
alacağını da
dilə gətirib.
1 yaşlı körpəsini cəmi 10 gün görən İbrahim bala qoxusundan doymayıb. Elə ilk snayper atəşi ilə vurulduğu an da bunu dilə
gətirib:
- Mənimki bura qədər imiş. Mən Fəridimdən doymadım.
Kaş ki, bu an balamı
görə bilərdim.
Kaş ki, Fəridimin qoxusunu ciyərlərimə
çəkib şəhid
olardım. (Bunları
yazmaq mənim üçün çox ağırdı...)
İbrahim Vətən müharibəsində
qət etdiyi şərəfli döyüş
yolu ilə yaddaşlarda qalıb. Müharibənin ilk günü mübarizəyə
qoşulan İbrahimin
çətin döyüş
vəziyyətindən səhhətində
ciddi problemlər yaranıb. Oktyabrın 1-də mədə qanaxması ilə hospitala çatdırılan
İbrahimin vəziyyəti
ağır olsa da həkimlərin israrına baxmayaraq hospitalda qalmaqdan imtina edib. "Gizirim şəhid
oldu, döyüş yoldaşlarım döyüşdədir
mən burda yata bilmərəm" deyib və gedib.
Daha sonra döyüşlər
zamanı ayağından
yaralansa da yenə də hospitala getməkdən imtina edib. "Torpaqlar alınmayana
qədər mənə
dincəlmək, yatmaq
haramdır" deyən
əzmkar qəhrəman
Murovdağ uğrunda mübarizə aparan və Murovdağa bayraq sancan qəhrəmanlardan
olub. O gün Murova ümid doğdu. "Bayrağım
nə gözəl yaraşır başı qarlı Murova" deyib şəhid İbrahim. Zəfər sevinci ruhunu
oxşayan İbrahim daha sonra Suqovuşan
uğrunda gedən döyüşlərdə iştirak
edib. Suqovuşanı da düşmənin
azğın pəncələrindən
azad etdikdən sonra oktyabrın 6-da düşmənin açdığı
snayper atəşi ilə şəhadətə
ucalıb.
Günlərlə İbrahimdən xəbər
ala bilməyən ailəsinə
onun şəhid olduğu xəbəri verilib. Naxçıvana gələn şəhidlər
sırasında İbrahimin
olmaması ailəni onun sağ olduğuna
ümidləndirib. Bir günün
min ilə bərabər
olduğu zamanlarda ailə dəfələrlə
İbrahimin gah şəhid olduğu gah da itkin
olduğu xəbərini
alıb. İbrahimin şəhid
olduğunu yoldaşı
Billur xanıma noyabrın 29-da yuxuda başqa bir tanıdığı şəhid
bəyan edib. Günlərdi İbrahimin
şəhid olduğu
xəbərini hər
kəs bilsə də nə Billur xanıma nə də Kifayət anaya bu barədə heç kim
nəsə deməyə
cürət etməyib.
Sübh namazı zamanı İbrahimin şəhid olduğu və gətirildiyini eşidən
anasının və yoldaşının ümidlərinə
nida qoyulub. İbrahim sevdiyinin ad gününə
öz şəhidliyini
"hədiyyə" edib.
(O anı izah etməkdə sözlər
aciz qalır.)
Son nəfəsində oğlunun həsrətini dilə gətirən İbrahimi oğlu Fərid qarşılayıb. Qəhrəman atanın qəhrəman oğlu atası kimi hərbi formada dünyadan xəbərsiz bayraqlı tabuta toxunub. Şəhid xanımı da şəhid yoldaşına
layiq şəkildə
onu qarşılayıb.
Billurun məğrur duruşu əsil Azərbaycan xanımının əsalətini
gözlər önünə
gətirib.
Vəlizadə İbrahim Malik oğlu 30 noyabrda Yarımca kənd qəbirsanlığında son mənzilə
yola salınıb. Bu gediş nələri özü ilə aparmadı? Atalı arzular, sevgi
dolu günlər, övlad adlı ümidlər, qardaş adlı dayaq bir məzara sığışdı.
Leytenant
Vəlizadə İbrahim
Malik oğlu Prezident İlham Əliyevin sərəncamı
ilə şəhadətindən
sonra "Vətən
uğrunda" medalı,
"Suqovuşanın azad
olunmasına görə
"medalı və
3-cü dərəcəli "Rəşadət" ordeni
ilə təltif edilib.
ŞƏHİD
İBRAHİM
İllərin sınağından çıxan
bu yenilməz xalq,
Dünənlərdən bu günə gələn müqəddəs bayraq,
Şəhid qanları ilə
yoğrulan ulu torpaq,
Səni
bağrına basıb
əziz balası kimi
Sonuncu nəfəsində
sıxdın vətən
əlini.
Yenilməz qəhrəmanım, düşmənə gəldin
sinə,
İllər sonra çıxardın
bu xalqı azad günə,
Qətrə-qətrə damladı qanın torpaq köksünə,
Məlhəm oldun qanınla
min ilin yarasına
İbrahim, qədəm qoydun şəhidlər dünyasına.
Səndən qaldı bir miras azadlığın açarı,
Vətənə əmanətdir şəhidim,
yadigarın.
Fərid
daha yaşamaz o atalı çağları,
O körpənin atası dönüb vətən daşına
Məzar daşın qərq olur gözdən axan yaşına.
Murovun zirvəsindən silib çisi, dumanı,
Zirvələrə ucaltdın qalib Azərbaycanı.
Sənin
tək qəhrəmanlar
heyran etdi dünyanı,
Hünər nəğməsi ilə
düşmən köksün
dağladın
Dillərin əzbəridir şəhid
İbrahim, adın.
Manya
SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 9
aprel.- S.22.