Vətən müharibəsinin son günündə şəhidlik zirvəsinə
yüksələn qəhrəman
Qırx dörd günlük Vətən müharibəsində
sona kimi
döyüşlərdə iştirak edib şəhidlik zirvəsinə ucalan Əliheydər Hüseynlinin
bu gün doğum günüdür.
Ağstafa rayonunun
Qırılı kəndindən olan şəhidimiz
Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd
və Şuşanın azad edilməsində
qəhrəmanlığı ilə seçilib.
Əliheydər Hüseynli 1994-cü il aprelin 14-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Daha sonra yüksək balla Azərbaycan Texniki Universitetinə daxil olub, oranın məzunu olan Əliheydər “Azərişıq”ın əməkdaşı idi. Əliheydər elə ilk gündən Vətən müharibəsinin iştirakçısı, bu haqq savaşına könüllü yollananlardan biri olub. Bir çox yaşayış məntəqələrini düşmən işğalından təmizlənməsində iştirak edib.
“Əliheydərin vətənə
bağlılığı körpəliyindən hiss etmişdim. Onun babası II Dünya müharibəsinin veteranı
idi. Körpə vaxtı gəlib
babasından müharibə
ilə maraqlanırdı.
Elə bil ki, özünü
bu günümüzə,
indiki Vətən müharibəsinə hazırlayırdı.
Nişanlı idi, ona toy etmək istəyirdik.
Evin tək oğlu idi. Atası rəhmətə getdiyindən, istəyirdik
ki ona toy edək. Fikrimizi söyləyəndə mənə
dedi ki, dayı toy vaxtıdır?
Sağlıq olsun, torpaqlarımızı azad
edək, sonra”, - deyə şəhidin dayısı Nəriman Musayev bildirib.
Əliheydər döyüşlərdə iştirakını
anasından gizlətsə
də, bacıları
ilə danışanda
həmişə onlara
“anamdan muğayat olun” deyib. Noyabrın 9-da müharibənin başa çatmasına saatlar qalmış, Əliheydər
sonuncu döyüş
zamanı düşmən
mərmisinə tuş
gəlir və ağır yaralanır.
Çoxlu qan itirən
Əliheydər şəhidlik
zirvəsinə yüksəlir.
Bu gün doğum gününü - 27 yaşını
təbrikə gələnlər
arasında döyüş
yoldaşları da var idi şəhidimizin...
“Bütün şəhidlərimizə Allah rəhmət
eləsin. Əliheydər bizim qardaşımız idi. Döyüşlərdə də bizimlə
birgə iştirak etmişdi. Heç vaxt bizi darda qoymadı. O, özü burada olmasa da, məkanı
cənnətdir. Bütün şəhidlər
daim bizim qəlbimizdə yaşayır.
Onların yeri bizim ürəyimizdədir”, - döyüş
yoldaşı Ramal Quliyev əlavə edib.
Əliheydərin üç bacının bir qardaşı idi. Böyük bacısı Nərmin Musayeva deyir ki, qardaşı ilə o həmişə fəxr edib, bu gün də fəxr edir... Ailəsi ilə sonuncu dəfə telefonla danışanda dediyi “sizə sürprizimiz var” sözündəki sürprizi isə sonra məlum olur ki, Şuşa şəhərinin azad edilməsidir. Evlənmək, ailə qurmaq ona qismət olmasa da, Şuşanın azad olunmasını görmək istəyi ona nəsib oldu. “Bu gün onun doğum günüdür. Əliheydər bizim üçün çox dəyərli idi. Mən bu gün gördüm ki, o, hamı üçün dəyərli imiş. Onun yoxluğu bizim üçün çox ağırdır. Onunla fəxr edirəm. Bütün şəhidlər mənim qardaşımdır. Əliheydər də onun içində...”, - şəhid bacısı N.Musayeva bildirib.
Daha sonra
şəhidin təhsil aldığı Ağstafa
şəhər texniki-humanitar təmayüllü
liseydə şəhid Əliheydərə həsr olunan, yeni çap
olunan “Oğul
düşmən çəpəridir” kitabının təqdimatı
keçirilib. Qeyd edək ki
şəhid Əliheydər Hüseynli
ölümündən sonra dörd medalla –
“Döyüşdə fərqlənməyə görə”,
“Xocavəndin azad olunmasına görə”
və “Fizulinin azad
olunmasına görə” və “Vətən uğrunda”
medalları ilə təltif olunub. İndi onun əziz xatirəsi
təkcə ailə üzvlərinin qəlbində deyil, bütün
xalqımızın köksündə əbədi
özünə yer tutub:
qalib ölkənin, qalib
şəhidi kimi!
Hərbi And.- 2021.- 23 aprel.- S.15.