Vətənin xilası üçün doğulmuşlar həmişə xatırlanacaq

 

E.Təhməzov Murov yuksəkliyi, Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə, bir çox erməni postlarının alınmasında böyük şücaətlər göstərmiş və Talış yüksəkliyi istiqamətində gedən ağır döyüşlər zamanı isə, düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi mühasirədən xilas etmişdir

 

Şəhidimiz Kəşfiyyat rəisi Cənab Polkovnik- Leytenant Təhməzov Elzamin Kamal oğlu. 26.10.1979-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. H.Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunudur.

 

20 ildən artıq Vətənə qüsursuz xidmət göstərmiş, bununla yanaşı Amerika, Almaniya( Pakistan ,İraq Slaveniya,Türkiyə, NATO təlimlərində və s. ölkələrdə Azərbaycanı təmsil edibeyni zamanda bu ölkələrdə hərbi təlimlərdə olub. Təlimlərdən əlavə olduğu xarici ölkələrdə müxtəlif kurslar keçib.

 

“II Vətən Müharibəsi” başlayan zaman Elzamin Təhməzov briqadanın kəşfiyyat rəisi idi. Vətənimizin mudafiəsi uğrunda böyük qəhrəmanlıqlar göstərmişdir. Morov yuksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə, bir çox erməni postlarının alınmasında böyük şücaətlər göstərmişdir. Talış yüksəkliyi istiqamətində gedən ağır döyüşlər zamanı isə, düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi mühasirədən xilas etmişdir. Komandanlıq etdiyi briqadanı qələbəya doğru uğura aparmışdır. Ancaq sentyabrın 29-da düşmən tərəfindən atılan minamiyot mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.

 

Qeyd edək ki, şəhidimizin Vətənə əmanət olan 14 və 8 yaşında iki qız övladı var. Ailəsini ziyarət etmək, onlara sahib çıxmaq, hər birimizin müqəddəs borcudur.

 

Cənab Polkovnik-Leytenant, Sizin qəhrəmanlığınızi, xidmətlərinizi nə qədər yazsaq da, bu kiçik paylaşıma sıgışdıra bilmərik. Haqqınız heç vaxt ödənə bilməz.

 

Bu yerdə ustad şairimiz M.Arazın bir şeirindən məşhur bənd yada düşür:

 

Vətən mənə oğul desə nə dərdim?

Mamır olub qayasında bitərdim.

 

Siz Vətənin işğaldan azad olunan dağında, daşında, qayasında mamır olub bitdinizSizin kimi qəhrəmanların sayəsində, 30 ildir işğalda olan o dağlar, daşlar, qayalar sizlərin al qanı ilə gül açdı. Bu Vətənin ərazi bütövlüyünü öz qanınız, canınızla bərpa etdinizbu Vətəni yaşadan siz şahidlərin bu torpaqlarda qoyduğunuzheç vaxt silinməyəcək izləriniz olduolacaq da.

 

Siz Vətənsiniz, Vətən də Siz! Vətən igid şəhidləri ilə Vətəndir!

 

Məkanınız cənnət olsun. Nur içində yatın, əziz şəhidlərimiz! Ruhunuz qoy rahat olsun ki, Noyabrın !0- erməni faşistlərini diz çökdürməklə qazandığımız QƏLƏBƏ ilə intiqamınız alındı və qanınız yerdə qalmadı.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Səbinə Nazimqızı

 

Hərbi And.- 2021.- 23 aprel.- S.6.