Şuşanın musiqi məktəbləri məclisləri

 

TANINMIŞ PUBLİSİST VASİF QULİYEVİN TƏQDİMATINDA

 

 

Azərbaycan xalq musiqisinin inkişafında formalaşmasında Şuşa şəhərində yetişən xanəndə musiqişünasların müstəsna xidmətləri var.

 

Qarabağ xanəndələri burda muğam sənətini daha da inkişaf etdirmiş, onu zənginləşdirərək bu günə qədər gətirib çıxarmışlar. Şuşanın klassik xanəndələri məlahətli, gözəl səsləri sənətkarlıqları ilə bütün Qafqazda, Orta Asiyada, Yaxın Orta Şərq ölkələrində məşhur olan böyük möhtəşəm muğam ifaçılığı məktəbi yaratmışlar. XIX əsrin ikinci yarısında xanəndəlik vokal sənətinin inkişafında Şuşada müxtəlif sənətkarların yaratdıqları musiqi məktəblərinin mühüm əhəmiyyəti olub.

 

Qarabağ tarixi, eləcə qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi Vasif Quliyev AZƏRTAC-ın müxbirinə deyib: "Xarrat Qulunun musiqi məktəbi-XIX əsrin məşhur musiqişünası, klassik Şərq muğamlarının kamil bilicisi, şair Xarrat Qulu Məhəmməd oğlu Yusifinin Şuşada yaratdığı bu məktəb dinə xidmət məqsədilə açılmışdı. Məktəbə gözəl səsi olan gənclər cəlb olunur, iştirakçılara dini mərasimlərin, xüsusilə məhərrəmlik təziyəsinin keçirilməsi üçün şəbih rollarında oynamaq, o cümlədən, Şərq musiqisinin əsasları, muğamlar, el havalarını düzgün oxumaq qaydaları öyrədilirdi. Həmin yığıncaqlar get-gedə sırf musiqi məclislərinə çevrilmiş, instrumental musiqinin, xanəndəlik vokal sənətinin inkişafında Hacı Hüsü, Məşədi İsi, Qaraçı Əsəd, Şahsənəm oğlu Yusif, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaği Zülalov, Sadıqcan, Cabbar Qaryağdıoğli, Keçəçi oğlu Məhəmməd kimi bir sıra ustad sənətkarların yetişməsində əhəmiyyətli rol oynayıb.

 

Xarrat Qulunun vəfatından sonra 1883-cü ildə "Kor Xəlifə" ləqəbli bir musiqişünas onun yolunu davam etdirərək Şuşada yeni musiqi məktəbi açıb. "Kor Xəlifə"nin musiqi məktəbi 1883-1893-cü illərdə dini xarakterli musiqi məktəbi olub. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan dini işlərə nəzarət edən "Kor Xəlifə" ləqəbli Molla Əli Molla Kəlbəli oğlu tərəfindən açılıb. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şair mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi praktikası, muğam oxumaq, tar, kamança digər musiqi alətlərində ifa etmək öyrədilir, klassik musiqi əhali arasında geniş təbliğ olunur, şagirdlər kamil bir musiqişünas kimi formalaşır, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya muğam müsabiqələri təşkil edilir, daha çox istedadlı gənclər üzə çıxarılır, onları həvəsləndirmək üçün mükafatlar verilirdi. Şagirdlər xalq şəbih tamaşalarında, müxtəlif dini mərasimlərdə, xüsusilə məhərrəmlik mərasimlərində daha fəal iştirak edir, həmin tədbirlərin daha təntənəli, təsirli yüksək səviyyədə keçməsinə çalışırdılar.

 

Onillik fəaliyyəti dövründə "Kor Xəlifə"nin məktəbi nəinki Qarabağda, hətta qonşu vilayətlərdə İranda da tanınıb. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində, vokal çalğı musiqisinin tərəqqisində bir çox ustad sənətkarların, musiqi xadimlərinin yetişməsində böyük rol oynamış, Azərbaycan musiqisinin inkişafına təsiredici təkan vermişdir.

 

1893-cü ildə "Kor Xəlifə" vəfat edəndən sonra məktəb sahibsiz qalmış, bir müddət sonra isə bağlanmışdır.

 

 

 

XIX əsrin axırlarında Şuşada açılan Molla İbrahimin musiqi məktəbi özündən əvvəl fəaliyyət göstərən məktəblər kimi dini xarakter daşıyır, təlim fars dilində keçilirdi. Məktəbə 10 yaşından 12 yaşınadək yalnız gözəl səsi, poeziyaya xüsusi həvəsi olan, həmçinin gələcəkdə məhərrəmlik taziyələrində kişi rolları ilə bərabər, qadın qız rollarını da ifa etmək üçün yüksək səsə malik istedadlı uşaqlar qəbul edilirdi. Məktəbdə klassik muğam dəsgahları, onların nəzəriyyəsi, quruluşu, tərkibi, ifası, eyni zamanda, ərəb, fars, türk dilləri, dini mərasimlər, şəbihgərdanlıq, Hafiz, Nizami, Sədi, Xəyyam, Füzuli, Zakir, Seyid Əzim Şirvanı, Tofiq Fikrət kimi Şərq şairlərinin qəzəlləri öyrədilirdi. Ümumiyyətlə, götürdükdə bütün diqqət dini misteriyalara - şəbih üçün müğənnilər yetişdirilməsinə verilirdi. Burunda boğazda oxumaq qadağan idi, çünki bu, xoşagəlməz hal hesab olunurdu.

 

Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Mehralı oğlu Bahadır, Bülbül başqa sənətkarlar ilk musiqi təhsillərini Molla İbrahimin məktəbində almışlar. Məktəb XX əsrin təxminən ikinci onulliyinin axırlarına qədər fəaliyyətini davam etdirib.

 

XIX əsin axırlarında məşhur musiqi xadimi Xarrat Qulu Yusifinin vəfatından sonra böyük muğam ustası Hacı Hüsünün yaxından iştirakı ilə musiqişünas-alim Mir Möhsüm Nəvvab Qarabağinin Şuşada təşkil etdiyi musiqi məclisi həm "Xanəndələr məclisi" adlanırdı. Burada əsas məqsəd yeni xanəndələr nəsli yetişdirmək, xanəndəlik sənətini xalq arasında geniş yaymaq klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək idi. Bəzən "xanəndələr ittifaqı" adlandırılan bu məclis uzun illər həm musiqi məktəbi rolunu oynayıb. Məclisdə vaxtaşırı musiqi yarışları, muğam müsabiqələri keçirilir, gənc istedadlar üzə çıxarılırdı. Məşədi İsi, Keştazlı Haşım, Şahsənəm oğlu Dəli İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz Abbas, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Malıbəyli Həmid, Xanlıq Şükür, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev kimi sənətkarlar məclisin yetirmələri eyni zamanda əsas üzvləri idilər.

 

"Xanəndələr məclisi" Azərbaycan musiqisinin muğam sənətinin inkişafında, yeni xanəndələr musiqiçilər nəslinin yetişməsində mühüm rol oynayıb".

 

 Quliyev Vasif

 

Hərbi and.- 2021.- 6 avqust.- S.16.