Qüdrətli, qalib Azərbaycanın memarı
Xalqımız ulu öndər Heydər Əliyevin 98-ci ildönümünü qalib
kimi qarşılayır.
Məhz bugünkü
günün memarı
olan Ümummilli Liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi
bütövlüyünün təmin olunmasına həsr edən Ulu Öndərin yarımçıq qalmış
ideyalarını dahi şəxsiyyətin siyasi
məktəbinin ən
layiqli yetirməsi Prezident İlham Əliyev reallaşdırdı.
Rəşadətli Azərbaycan
Ordusu xalqımızın
30 illik yurd həsrətinə birdəfəlik
son qoydu. Ötən il noyabrın 10- da Ermənistan dövləti
təslim olduğunu rəsmən təsdiqlədi.
Azərbaycan qalib Sərkərdə, Müzəffər
Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində
öz gücünə
torpaqlarımızı işğaldan
azad etdi. Bununla da ulu
öndər Heydər
Əliyevin vəsiyyətini
yerinə yetirdi.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Demokratiya və İnsan Hüquqları Komitəsinin
sədri, hüquq üzrə fəlsəfə
doktoru Çingiz Qənizadənin “Qüdrətli,
qalib Azərbaycanın
memarı” sərlövhəli
məqaləsində yer
alıb.
Ç.Qənizadə bildirib ki, Prezident,
Ali Baş Komandan İlham Əliyev 2020–ci il noyabrın 8-də xalqa müraciətində
bu barədə dediklərini xatırlatmaq
yerinə düşərdi:
“Mən bu gün, eyni zamanda, ulu öndər
Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük
Qələbədir! Şəhidlərimizin,
Ulu Öndərin ruhu şaddır bu gün! Gözün
aydın olsun Azərbaycan! Gözünüz
aydın olsun dünya azərbaycanlıları!”
Ulu Öndərin
siyasi kursunun prioritetini Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması,
ölkəmizin beynəlxalq
səviyyədə tanınan
ərazi bütövlüyünün
təmin olunması təşkil edirdi. Dünyada baş alıb gedən ikili standartlar, ədalətsizlik münaqişənin
dinc yolla nizamlanmasına imkan vermədi. Bu arzunun yalnız
dahi şəxsiyyətin
ən layiqli davamçısı İlham
Əliyev tərəfindən
reallaşacağına əminliyini
bildirən Ulu Öndər xalq müraciətində demişdi:
“...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri,
planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm”.
Bu gün
xalqımız 18 il əvvəl səsləndirilmiş
müdrik fikirlərin
reallaşdığının şahididir. Azərbaycan artıq dünyada qüdrətli, qalib dövlət kimi qəbul edilir. Bu qüdrətli Azərbaycanın memarı
ulu öndər Heydər Əliyevdir.
Azərbaycanın ən yeni tarixinin
bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Onun respublikaya ilk dəfə rəhbərlik
etdiyi 1969-1982-ci illərdə
müdrik idarəçilik
qabiliyyəti və gərgin zəhməti sayəsində respublikamız
iqtisadiyyatda, elmdə,
mədəniyyətdə, təhsildə
- həyatın bütün
sahələrində mühüm
tərəqqi dövrü
yaşamışdır. Bir vaxtlar sovetlər
birliyində ən geridə qalan respublika kimi tanınan Azərbaycan Ulu Öndərin rəhbərliyindən sonra
keçmiş SSRİ-də
qabaqcıllar sırasına
qoşuldu. Sonradan Kremldə fəaliyyət göstərdiyi illərdə
- 1982-1987-ci illərdə Siyasi
Büronun üzvü
olmaqla SSRİ Nazirlər
Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə
də qəlbi daim xalqımızla birgə döyünmüşdür.
O dövrdə ölkənin
ən mühüm sahələrinə rəhbərlik
məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə də Azərbaycanın inkişafını,
əlaqələrinin möhkəmləndirilməsini,
ərazi bütövlüyünün
təmin olunmasını,
milli kadrların yetişdirilməsini daim diqqət mərkəzində
saxlayırdı.
Ulu Öndər təkcə
həmin dövrdə
deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək
bu ali amal
uğrunda yorulmaz fəaliyyət göstərib,
ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq
qazanıb. O, hələ
sağlığında hər
bir azərbaycanlının
qəlbində əbədi
heykəlini qoymuşdu.
Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq,
üzüağ çıxıb,
müstəqil dövlətdə
yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
1987-ci il oktyabr plenumunda Heydər Əliyev SSRİ-nin ovaxtkı rəhbəri
Mixail Qorbaçovun millətlər arasında
ədavət toxumu səpməsinə, ayrı-seçkilik
etməsinə, ümumiyyətlə,
siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun
üzvlüyündən və
SSRİ Nazirlər Soveti
Sədrinin birinci müavini vəzifəsindən
istefa verdi. Bundan istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Azərbaycanın ayrılmaz
hissəsi olan Dağlıq Qarabağa və ölkəmizə qarşı ərazi iddialarını açıq
şəkildə həyata
keçirməyə başladılar.
“Torpaqdan pay
olmaz” deyərək ayağa qalxan və kükrəyən xalqımızın haqq səsi Kremli silkələdi. Əlləri
digər xalqların qanına batmış keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov xalqın azadlıq, suverenlik arzusunu təpədən dırnağa
qədər silahlanmış qanlı ordu ilə susdurmağa
çalışdı. Ancaq
buna nail ola bilmədi.
Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı
qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə
qarşısında qoyaraq,
qanlı faciəsinin baş verdiyi günün ertəsi -
1990-cı il yanvarın
21-də Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək
siyasi bəyanatla çıxış etdi.
Ulu Öndər 20 Yanvar faciəsinə etirazını bildirməklə
sovet rəhbərliyinin
cinayətkar əməllərini
ifşa etdi.
Müstəqilliyin ilk illərində
ölkənin məruz
qaldığı hərbi
təcavüz, Qarabağ
münaqişəsinin ağır
nəticələri, habelə
ölkə daxilində
vətəndaş müharibəsinin
reallığa çevrildiyi
bir şəraitdə
nicat axtaran xalqımızın yeganə
ümidi olan ulu öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər həmişə olduğu
kimi, bu dəfə də xalqın səsinə səs verdi, ömrünün qalan hissəsini doğma xalqına, Vətəninə
həsr etməyə hazır olduğunu bildirdi. Dövlət idarəçiliyindəki zəngin təcrübəsi,
siyasi uzaqgörənliyi,
polad iradəsi, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində
xalımızı və
dövlətimizi böyük
bəlalardan xilas etdi, müstəqilliyimizi əbədiyyətə çevirdi.
Ulu Öndərin müdrikliyi sayəsində
Azərbaycan güclü
iqtisadiyyatı olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrildi.
1993-cü ildən
ömrünün sonuna
qədər, yəni,
2003-cü ilədək memarı
və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının
dünyaya inteqrasiya olunmasında bütün imkanlardan istifadə edən Ulu Öndər
bugünkü qüdrətli
və qalib Azərbaycanın memarıdır.
Ömrünün qalan hissəsinin
müstəqilliyimizin əbədiliyinə,
öz xalqının və Vətəninin inkişafına sərf edən Ulu Öndər
Azərbaycanı dünyaya
tanıtdırdı. Xalqımızın
xoşbəxt, firavan gələcəyi üçün
etibarlı bünövrə
yaradaraq, dövlət
idarəçilik mexanizmini
formalaşdırdı.
Heydər Əliyevin
fəaliyyəti nəticəsində
Azərbaycan Şərqlə
Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən
birinə çevrilmişdir.
Müasir müstəqil
Azərbaycan dövlətinin
tərəqqisi Heydər
Əliyev ideyalarının
təntənəsidir. Sevinirik,
fəxr edirik ki, Ulu Öndərin
yarımçıq qalmış
arzularını, o cümlədən
ata vəsiyyətini Prezident İlham Əliyev həyata keçirir. Bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Bu, hər bir azərbaycanlıda
qürur hissi yaradır. Bu hissi xalqımıza Prezident İlham Əliyev bəxş edib.
Ulu Öndərimizin
varisçilik ənənələrinə
daim sadiq olan Prezident İlham Əliyev onun arzu və
ideyalarını müvəffəqiyyətlə
həyata keçirir.
Heydər Əliyev uzaqgörənliyi
ilə əsası qoyulmuş Azərbaycanın
parlaq gələcəyi
qaçılmazdır. Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi yolla inkişaf edən müstəqil Azərbaycan
bundan sonra Prezident İlham Əliyevin rəhbərliyi
ilə daha böyük nailiyyətlər
əldə edəcəkdir.
Hərbi And .- 2021.- 13
avqust.- S.8.