Xüsusi təyinatlı və xüsusi istedadlı qazimiz
Səbuhi həm xüsusi təyinatlı, həm də xüsusi istedadlı qazilərimizdəndir. Vətən müharibəsinin
qəhrəman iştirakçılarından
olan Səbuhi əslən Füzulidəndir.
Elə onun uğrunda döyüşdüyü bölgələrimizdən
biri də Füzulidir, aldığı
medallardan biri də Füzulinin adı ilə bağlıdır.
Xüsusi Təyinatlı Qüvvələrin
giziri olan Qurbanov Səbuhi Mais oğlu 12 oktyabr 1995-ci ildə Sabirabad rayonunda anadan olub, orta
təhsillidir. 4 aprel
2018-ci ildən hərbçi
kimi fəaliyyətdə
olub. Vətən
müharibəsinin ilk günündən
vuruşanlardan olmuş,
Cəbrayıl, Füzuli,
Xocavənd istiqamətində
gedən döyüşlərdə
can qoymuşdur. Oktyabrın 5-də ağır yaralandığına
görə döyüşü
davam etdirə bilməyib.
Sağ ayağından qəlpə
yarası alan
Səbuhi sağ budun üçdə birini dəlib keçən qəlpə
yarası, toxuma defekti və sağ ayağın postravmatik ağır sinir zədələnməsi
diaqnozu ilə uzun müddət müalicə olunub. Hazırda sağ ayağında hissiyat yoxdur. Ümid edirik ki, çəliklə yeriməyi
müvəqqəti olacaq.
Bununla belə, bəzi problemləri təəssüf
ki, qalıcıdır.
Bu səbəblərdən artıq hərbçi kimi xidmətini davam etdirə bilməsə də, bir yazar olaraq
özünü təsdiqləyə
bilər. Əvvəllər yazdığı şeirləri
gizli saxlayan qazi gənc yazarımız artıq ciddi yaradıcılıq haqqında düşünür.
Ali Baş Komandanımız tərəfindən "Füzulinin
azad olunmasına görə", "Xocavəndin
azad olunmasına görə" və
"Cəsur döyüşçü"
medallarına layiq görülən qazimiz həm də orijinal şeirlər müəllifidir. Belə döyüşçülərimizi hərtərəfli tanımaq,
onların yaratdıqları
bədii nümunələrlə
tanış olmaq xüsusilə qürurvericidir. Nümunə
üçün onun bir qəzəli və heca vəznində
bir şeiri ilə tanış
olaq.
No
description available.
Gülnar
SƏMA
***
Gecələr qəlbini bu dərddən üzərsən,
gözəlim,
Dərd çəkib yoxdur ölən, məncə, dözərsən, gözəlim.
Daha mən olmayacam gəlsə, xəyalım
qonaq et,
Oturarsız o içər, sənsə
süzərsən, gözəlim.
Sənə verdikdə ürək
öncə xəbərdar
elədim,
Dedim, o etdi, onu birdən
əzərsən, gözəlim.
Paralanmış ürəyin hər
tikəsi bir boyda,
Böyüyündən kiçiyə önünə
düzərsən, gözəlim.
Unudulmaz
olan o köhnə görüş yerlərini,
Təzə aşiqinlə birlikdə gəzərsən, gözəlim.
Nə qədər nifrətimin sahibi olsan da
belə,
Gözə görsənsə gözün
gözümü bəzərsən,
gözəlim.
Məni
fərz et gedirəm intihara dalğalara,
Sən isə dalğalanan mavi Xəzərsən, gözəlim.
***
Qram-qram
vurar səni,
Heç vaxt birdən-birə yıxmaz.
Sevgi elə azardır ki,
Canın çıxar, səsin çıxmaz.
Kim daha çox sevdi demə,
Qalan mənəm,
gedən sənsən.
Bakı
adi bir şəhər,
Onu gözəl
edən sənsən.
Çox
şeyləri unutmuşam,
Olmasın gəl, mənlə işin.
İki şeyi
unutmadım.
Bir gülüşün,
bir gedişin.
Bəxtim
elə pisdir mənim,
Ən pis nə var, onu
seçər.
Yanımdaydın düşünürdüm,
Çox xoşbəxtəm, bu da keçər.
Mən səninlə dəyərliydim,
Uzaqdasan, mən sənsizəm.
Məsafələr önəmsizdir,
Hardan baxsan dəyərsizəm.
Getmək üçün əlləşirsən?
Sonra peşman
olarsan sən.
Getdikcə gözəlləşirsən,
Çirkinləşsən qalarsan sən?
İllər keçsin, fərq
eyləməz,
Fikirləşmə yox olansan.
Bu istedad hardan gəlir,
Yoxkən belə çox olansan.
Həyat
çəkir bizlə
film,
Son bölümdü var
nöqtəsi.
Sənin
rolun xoşbəxt qadın,
Məndə intihar səhnəsi.
Səndə günah görməzdim
mən,
Dəyməz bizə nəzər sandım.
Bağışla ki, dəyər
verdim,
Səhv eylədim, dəyər sandım.
Asandır, ayrılaq demək?
Sonrası var, gerisi var.
Sənə yazmır ya unudub,
Ya yanında
birisi var.
Başqasına baxmaz dedim,
Heyf sənə
inandım mən.
Sən onunla yatan vaxtı,
Yenə sənə oyandım mən.
Təkcə sevgi istəmişdim,
Demirdim ki, əyil mənə.
Nə çəkdiyin maraqlıdır,
Lakin vacib
deyil mənə.
Gülnar
Səma
Hərbi And.- 2021.- 12 fevral.- S.9.