“Müharibəyə getmək
üçün əlillik haqda sənədini cırdı”
Lent.az-ın
və Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan
“Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid
Şaiq Kəlbiyevə həsr edilib.
Şaiq Namiq oğlu Kəlbiyev 1994-cü il
sentyabrın 10-da Bakı şəhərində anadan olub.
2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində
E. Eyyubov adına 273 nömrəli tam orta məêtəbin
birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada
təhsil alıb.
“Qardaşıma demişdim ki, onun tabutunu
açmasanız, sizi bağışlamaram” - ŞƏHİD
ƏMANƏTİ
Tabutunu açmağa qoymadılar, bu günə
qədər də elə bilirəm sağdır -
ŞƏHİD ƏMANƏTİ
www.instagram.com
Óçíàòü áîëüøå
Şəhid Şaiq Kəlbiyev
2007-ci ildə təhsilini Qaradağ rayonunun
Sahil qəsəbəsində 319 nömrəli tam orta məêtəbdə davam etdirib və 2012-ci ildə
buranı bitirib. 2012-2014-cü illərdə Sosial-İqtisadi
Kollecində təhsil alıb.
Şəhid Şaiq Kəlbiyev
2014-2016-cı illərdə Azərbaycan
Silahlı Qüvvələrinin "N" saylı hərbi
hissədə müddətli həqiqi hərbi xidmət olub.
2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə
savaşıb. Döyüş meydanından yaralı hərbçilərin
çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində
Lələtəpə strateji nöqtəsinin işğaldan
azad edilməsi zamanı fərqlənib.
2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
üçün başlanan Vətən müharibəsi
zamanı Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb.
Şaiq Kəlbiyev oktyabrın 15-də
Füzuli döyüşləri zamanı şəhid olub.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində dəfn
olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq
Kəlbiyev ölümündən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
Gənclik gözəldir...
Ölümün bütün forması faciəvidir.
İstər cavan, istərsə də yaşlı insanın
ölümü bir evdən, bir ailədən, bir nəsildən
gedir. Bəlkə də ən dəhşətli təbiət
hadisəsidir ki, insan heç zaman bu faktla barışmır.
Dünyaya gəldiyi gündən yaşamaq üçün, əcələ
məğlub olmamaq üçün cürbəcür
mübarizələr aparır, hər dəfə ölüm
surəsi oxunanda yaxasını ondan kənara çəkmək
istəyir. Amma gün gəlib, vədə tamam olur və vədəsi
çatan hər kəs dünyadan köç edir.
Şəhid Şaiq Kəlbiyev əsgər
yoldaşı ilə
Hər bir fərdin taleyi fərqli olduğu kimi
ölümü də fərqli olur. Şəhidlik məqamı,
vətən, torpaq uğrunda sevərək candan keçmək
hər kəsə nəsib olmur. Bunun
üçün sevgi, cəsarət, əqidə çox
vacibdir. İstər birinci Qarabağ müharibəsində,
istərsə də İkinci Qarabağ müharibəsində
vətən uğrunda canından keçənlər həm
sevgi, həm cəsarət, həm də əqidə
daşıyıcıları idilər. 26 yaşlı Şaiq
Kəlbiyev də şəhidlik məqamına ucalan,
özündə ən yaxşı insani şəxsi keyfiyyətləri
daşıyan azərbaycanlı gənclərdən biri olub.
Onların evinə çatanda mənzillərinin
qarşısına vurulan barelyefə diqqətlə
baxıram. Yaraşıqlı simasından mavi gözlərinin
dərinliklərindən boy verən nakam kədəri onun
haqqında hazırlayacağım yazı üçün
gücləndirici səbəbə çevrilir.
Qapını üzümə eyni ilə
Şaiq kimi mavi gözləri olan, uca boylu, qara donlu, qara
örpəkli qadın açır. Şaiqin anası. Məni
Şaiqin portretləri, əşyaları, paltarları ilə
bəzədiyi otağa aparıb deyir:
- Bura onun
otağı deyil. Amma indi onun otağına
çevrilib. Saatlarla burada əyləşib
onun şəkilləri ilə danışıram. Amma o, mənə cavab vermir.
Şəhid
Şaiq Kəlbiyev anası ilə
Səkinə
xanım oğlunun uşaqlıq illərindən söhbətə
başlayır:
-
Üç ovladım vardı. İki oğlan,
bir qız. Şaiq evin ortancılı, həm
də elə uşaqlıqdan bacarıqlı balam idi. Hara gedərdim, Şaiq mütləq mənim
yanımda olardı. O, uşaq olanda mən tez-tez xəstələnirdim.
Nə vaxt yataqdan qalxıb, ev işi
görməyə başlayırdımsa, Şaiq məndən
əvvəl özünü işə atardı. Məktəblərində 20 yanvar, Xocalı hadisələri
ilə bağlı bütün tədbirlərdə Şaiq
birinci sırada olurdu. Mənim cehizlik
bakallarımdan, rumkalarımdan o, cürbəcür süvenirlər
düzəldirdi.
Səkinə xanım Şaiqin əl işləri
düzülən şkafa yaxınlaşıb oradan içərisinə
parafin tökülmüş, cürbəcür qurumuş
çiçəklərlə bəzədilmiş
şüşə qabları gətirib göstərir.
- Bax,
görürsən, şamlar quruyub. Hələ
də atmamışam. Bunların
hamısını öz əlləri ilə düzəldib.
O, ən lazımsız əşyaları, paltarları belə
atmazdı, hamısından nə isə düzəldərdi.
Qayğı...
- Biz
dörd bacı, dörd qardaş olmuşuq. Amma
Şaiq məni nə bacıya, nə qardaş möhtac etməmişdi.
Təsəvvür edin ki, yeddi yaşı olanda,
mən xəstə idim yerdə yatırdım. Şaiq birinci sinfə gedirdi. Ona dedim ki, mama qurban
həkimə gedəcəm, xalanı çağır, gəlib
məni çimizdirsin. Dedi, mama, xalanı neynirsən,
özüm çimizdirəcəm səni. İndi
mənə deyirlər ki, Sən Şaiqi niyə çox istəyirsən.
O, balaca canı ilə məni vannaya qoyub çimizdirdi. O, mənə
elə oğul olub. Ona görə də elə
bil ki, mən Şaiqlə hər şeyimi itirmişəm.
Balaca da olsa, mənim nəslimin başı idi
(ağlayır).
Marketdə işləyəndə nənəsi ilə
mağazaya gələn bir uşaq oyuncaq üçün
ağlayır.
Şaiq heç kimə məhəl qoymadan həmin
oyuncağı öz hesabına alıb uşağa
bağışlayır. O, şəhid olanda həmin nənə
və nəvə bizə gəlmişdilər. Uşaq
Şaiqin şəkillərinə baxıb
ağlamışdı.
Ailə üzvləri deyir ki, Şaiq 2016-cı ildə həqiqi
hərbi xidmətdə olarkən evə gəlməyinə
üç gün qalmış Aprel döyüşləri
başlayır. Döyüşlərin başlanacağını bilsə
də, o, ailə üzvlərinə bu barədə heç nə
demir. Və döyüşə yollanır.
Səkinə xanım deyir ki, Şaiq həmin
döyüşlərdən evə çox ağır vəziyyətdə
qayıdır:
- Aprel
döyüşləri başlananda bizim heç nədən
xəbərimiz yox idi. Mən onu qutuya qoyub bağlasam belə saxlaya bilməzdim.
Ona görə ki, aprel döyüşləri
zamanı şəhid olan dostunun tikələri Şaiqin əlində
qalmışdı. Şaiq o
döyüşlərdən evə çox pis halda
qayıtdı. Evə gələndən
sonra döşəyin üstündə yata bilmirdi. Mən məcbur qalıb quru çarpayının
üstünə döşəkağı sərirdim,
Şaiq onun üzərində yatırdı.
Şəhid
Şaiq Kəlbiyev
- Niyə?
- Kontuziya
almışdı, beyin pozulmuşdu.
Söhbətimizin bu yerində Şaiqin komandiri Xanlar bəy
zəng vurur.
O, telefon vasitəsi ilə Şaiq haqqında ürək
sözlərini demək istədiyini bildirir:
- Mən
Şaiqgilin dəstəsinə oktyabrın 15-də
qoşuldum. Onun bir günlük komandiri
olmuşam. Ayın 16-da Şaiqgillə
birinci döyüşə yollandıq. Şaiq
hamıdan irəlidə, mənim gözlərimin
qarşısında canavar kimi döyüşürdü.
Onu döyüşdən saxlamaq mümkün
deyildi. Əslində Şaiqi
döyüş meydanında görmək lazım idi. Mən quru-quru sözlərlə onun
döyüşməsini ifadə edə bilmirəm. Çox təəssüf ki, mən onu bir gün
tanıdım. Həmin gün də o,
şəhidliyə, şəhadətə qovuşdu.
Canavar
kimi
- Bildiyimə
görə sizin yanınızda şəhid olub?
- Bəli,
bəli. Elə yanımda döyüşən
zaman əl qumbarası onun yanında partladı və o, şəhid
oldu. O, yaralanan zaman mən onu səngərə tərəf
çəkəndə, qışqırdı ki, komandir siz kənara
çəkilin, sizə də vurarlar. Sonra mən
qarşı tərəfə atəş açmağa
başladım. Sonradan Şaiqin yanına
gedəndə, o, artıq şəhid olmuşdu.
Şəhidin atası Namiq Kəlbiyev deyir ki, oğlu
çox istiqanlı, dünya görüşlü uşaq
olub. Valideynlərinin,
qohumlarının hörmətini saxlamağı bacarıb:
-
Bilirsiniz, mənim üçün bu barədə
danışmaq çox çətindir. Heç
vaxtı çətinliyini bildirməz, problemlərini deməzdi.
Həmişə deyirdi ki, mən istədiyim yerə
özüm, öz gücümlə gedib çıxacam.
Həqiqətən də elə oldu. O,
texnikumun dizayner fakültəsini bitirdi. Onu əsgərə
yola salandan sonra işləri ilə tanış
olub bilmişdilər ki, Şaiq rəssamdır. Ondan sonra hərbi hissədəki rəsm işləri
ilə ancaq Şaiq məşğul olmağa başlayır.
Hər dəfə zəng vuranda deyirdi ki, ata, mən
rəsm, çertyoj çəkməkdən yoruldum. 2016-cı ilin martın 31-də Şaiq xidməti
bitirib evə qayıtmalıydı. Ancaq o,
bizə heç nə bildirmir, birbaşa döyüşə
yollanır. Biz Şaiqdən bir də 25
gündən sonra xəbər tutduq. O, mənə zəng
vurub bir kəlmə dedi: “Ata mən sağam”.
Şaiq evə elə bir vəziyyətdə gəlib
çıxdı ki, biz dəhşətə gəlmişdik. Üst
başı didik-didik, psixoloji vəziyyəti çox pis idi.
Mən onun əvvəlki
sağlamlığını qismən də olsa bərpa etmək
üçün altı ay əziyyət çəkdim.
Ruhi vəziyyəti bərpa olana qədər onu
bir dəqiqə də gözdən qoymamışam. Eyvana çıxanda belə ondan əvvəl
çıxırdım ki, birdən nə isə bir hadisə
olar, kontuziyalı adamdır. Ona görə
evdə it, pişik də saxlamışam. Hərbi hissədə olarkən dostlarının iti
balalamışdı. Ordan yadında
qalmışdı, özü ilə bir balaca it də gətirmişdi.
Halbuki bizim hamımız namaz qılan
adamlarıq. Özü də namaz qılan, oruc tutan adam idi. Arzulayırdı ki, Kərbəlaya
getsin.
Xilaskar
Şaiq yaralananda dostları onun qanını saxlamaq
üçün ayağını bağlayırlar. Həmin vəziyyətdə
görür ki, düşmən tərəfdən iki nəfər
onlara yaxınlaşır. Tez dostlarına
bu barədə xəbər verir. Son məqamda
belə nə qədər dostunun həyatını xilas edir.
Sonra onun evli dostlarından biri bizə gələndə mənə
dedi ki, ölüm ayağında belə bizim həyatımızı
xilas etdi. Bu gün balalarımın
üzünü görürəmsə, bunu Şaiqə
borcluyam.
Şaiq hərbi xidmətdən qayıdandan sonra belindən
əməliyyat olunur. Onun belinə dəmir millər
taxılır. Həkimdən hərbi xidmətə
yararsız olduğu barədə kağızı da olur.
Lakin, İkinci Qarabağ müharibəsi
başlanan zaman həkimin verdiyi kağızları gizlədir,
sonra isə onları cırır. Səkinə xanım
deyir ki, ona əslində əlillik kağızı
düşsə də, Şaiq ondan belə imtina edir:
- Şaiq bir müddət yaxınlıqdakı marketdə
baş kassir işləyib. Siz imkan etsəniz,
gedin oranın rəhbəri İlham müəllimdən
Şaiqi xəbər alın. Görün
onun haqqında necə danışacaqlar. O, dəfələrlə
Şaiqə demişdi ki, sənə əlillik
kağızı düşür, gedək düzəltdirək.
Amma Şaiq imtina etdi.
Ötən ilin yayı. Hər tərəfi
bürüyən müharibə ab-havası. İşğaldan azad olunan torpaqlarla birgə gələn
şəhid xəbərləri hər bir azərbaycanlı
ailə kimi Şaiqin də ailəsini narahat edir. Ancaq bu ailənin narahatlığı ikiqat artıq
olur. Ona görə ki, Şaiq ön xəttə,
müharibəyə getməyə hazırlaşır. Evlərinə gəlir. Qapını
açıb onu qarşılayan anası Şaiqə deyir ki,
gəl evə xörək hazırlayım, ye, sonra
danışarıq. Şaiqin isə ilk sözü bu
olur: “Hərbi biletimi ver!”
- Nə qədər
elədim, dedim, mama qurban, gəl, evə, sənin
üçün ləvəngi bişirmişəm, ye, sonra
get. Dedi, mama hərbi biletimi ver, gedim, qol çəkim,
qayıdacam. Məni elə aldatdı. Sənədi
gətirənə
qədər o, bacısı ilə qucaqlaşıb
sağollaşır, ona məni tapşırır, deyir mamadan
muğayat ol, xəstədir, ona heç nə olmasın. Ay
qızım, kaş elə öləydim, bu günləri
görməzdim. Mən o biri otağa keçən
kimi Şaiq bileti götürüb gedir. Dəhlizə
çıxanda, gördüm o, yoxdur. Qızımdan
soruşdum, dedi, mama, getdi. Balam elə bil quş
olub əlimdən uçdu.
Cırılan
kağızlar
Namiq bəy oğlunun gedişini öyrənən kimi hərbi
komissarlığa yollanır. Oğlunu orda axtarıb tapır:
- Getdim
gördüm ki, çantası, geyimi hazır vəziyyətdədir.
Dedi, ata, mən gedirəm. Ona dedim, axı sənədin var, xəstəliyin
var, əməliyyat olunmusan gedə bilməzsən. Sənədin
cırıqların mənə göstərib dedi, sənəd
artıq yoxdur, cırıq-cırıq olub. Müharibəyə
getmək üçün əlillik haqda sənədini
cırmışdı. Əgər o sənədi
komissarlıqda görsəydilər, müharibəyə
aparmayacaqdılar. Amma sizə deyim ki,
Şaiq getməsəydi, böyük oğlumu aparacaqdılar.
Şaiq də bunu bilirdi. Mən ona dedim ki,
sənin əlilliyin var, qardaşın getsin. Dedi,
qardaşım döyüşdə olmayıb, amma mənim təcrübəm
var. Sentyabrın 29-da onu yola saldım. 30-dan onlar
döyüşə başlayır. Talışkənd,
Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində
döyüşlərə qoşulur. Ağdərədə
döyüşən zaman isə şəhid olur. O, 44
günün 17 gününü o, döyüşlərdə
iştirak edir. Orda olanda üç gündən
bir zəng vurub cəmi on saniyə bizimlə
danışırdı. Sonuncu dəfə ayın 15-də
zəng vurdu, dedi, ata indi yuxudan durmuşuq. Halallıq
ver mənə. Ola bilər ki, biz birdə
görüşmədik.
Atasından
halallıq alan Şaiq elə ertəsi
gün şəhid olur. Ailə isə hər
şeydən xəbərsiz, amma səksəkəli vəziyyətdə
cəbhədən gələn xəbərlərə qulaq kəsilir,
Şaiqin sağ qayıtması üçün allaha dualar
edir. Oktyabr ayının 17-də səhər vaxtı
Namiq bəyin telefonuna zəng gəlir:
- Mənə
zəng vurub dedilər ki, “JEK”dəndir. Şübhələndim.
Bildim ki, Şaiqlə bağlı nə isə
pis xəbər var. Həyətə düşdüm,
gördüm icra nümayəndəliyindən adamlar gəlib.
Ətrafda da xeyli qəsəbə sakini
vardı. Onlara dedim ki, Şaiqin yerini deyin, hardadırsa,
gedim gətirim. Mənə dedilər, heç nə
yoxdur, narahat olmayın. Dedim, nə siz, nə də
burdakı adamlar boş yerə gəlməmisiniz. Balamın
yerini deyin, gedib, gətirim. Ondan sonra dedilər
ki, Şaiqin nəşi Yevlaxdadı. Maşına
əyləşib getdim onu gətirməyə. Səkkizin
yarısında morqa çatdım. İcazə
vermirdilər baxmağa. Amma mən onun
üzünü açdım baxdım. Sağ
ayağından şah damarına qəlpə dəymişdi. Şaiq qan itirmədən dünyasını dəyişmişdi.
Axşam saat on birdə onu evimə gətirdim.
On səkkizində də dəfn etdik.
Samirə Əşgər
Hərbi And.- 2021.- 16 iyul.- S.8.