ZƏNGİLANDAN
ZƏNGƏZURA GÖRSƏNƏN YOL
44 günlük müharibədə Azərbaycan
Ordusunun əks-hücum sürəti xəyallarımızdan və
arzularımızdan sürətli oldu. Lakin arzudan arzu doğur,
indi mənim xəyallarımın üfüqündə
ZƏNGƏZUR tamlığı var. Qarakilsənin (Sisyan)
Ərəfsə (haylar Arevis deyirlər) kəndinə getmək
istəyirəm. 1987-ci ildə son dəfə
gördüyüm ana yurduma…
101 il əvvəl Zəngəzur ərazisi
113,895,97 kv.km olan Azərbaycan
Demokratik Respublikasının tərkibində idi. (Àäðåñ –
êàëåíäàð Àçåðáàéäæàíñêîé Ðåñïóáëèêè, Áàêó, 1920, səh. 50). Sovet hakimiyyəti
illərində ərazimiz 27 min kv. km azaldı. Bu isə Ermənistanın
ərazisinin 90 %-ni təşkil edir. Bunlar Zəngəzur,
İrəvan, Bəyazid, Şərur-Dərələyəz və
Göyçə mahalının ərazisidir.
Pic225 Zəngəzur xəritəsi -
ZƏNGİLANDAN ZƏNGƏZURA GÖRSƏNƏN YOL
XVIII əsrdə Zəngəzur
mahalının ərazisinin böyük hissəsi Qarabağ
xanlığının, bir hissəsi isə Naxçıvan
və İrəvan xanlığının tərkibində
olub. Çar Rusiyası dövründə isə o, Gəncə
(Yelizavetpol) quberniyasının tərkibində idi.
1897-ci ildə isə Zəngəzurun əhalisi
142 min nəfər olub ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı,
63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur. Ermənistan
Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr
olunmuş statistik məcmuəsində göstərilir ki,
1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər
əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27
min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı
olmuşdur (yəni əhalinin 85,2 faizi).
Köçürmələrə
baxmayaraq XX əsrin əvvəllərində Zəngəzur
mahalında 321 kənddən cəmi 81-ində ermənilər
yaşayırdılar. (mənbə: Êàâêàçñêèé êàëåíäàðü íà 1900 ã.,
III Îòäåë. Ñòàòèñò. ñâåä. ñ. 42-43, Åëèçàâåòïîëüñêàÿ ãóáåðíèÿ. Ñâîä
ñòàòèñòè÷åñêèõ äàííûõ èçâëå÷åííûõ èç ïîñåìåéíûõ ñïèñêîâ íàñåëåíèÿ Êàâêàçà.,
Òèôëèñ, 1888, ñ.V) Onlarda 1813-1828-ci illər müqavilələrindən
sonra köçürlənlənlər idi.
7 bölgədən – Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri,
Zəngilan, Qubadlı və Laçından ibarət olan Zəngəzur mahalında 240 azərbaycanlı
(türk), bundan üç dəfə az erməni kəndi var
idi.
Erməni millətçilərinin XIX əsrin
sonlarından “Böyük Ermənistan” yaratmaq xülyaları
daha da gücləndi. 1885-ci ildə Marseldə “Armenakan”,
1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə
Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar.
1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən
sonra “Daşnaksütyun” partiyası və Erməni Milli
Konqresi daha geniş fəaliyyətə başladı. Eyni
zamanda, Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz
işləri üzrə müvəqqəti fövqəladə
komissar təyin edilən S.Şaumyan azərbaycanlıların
kütləvi qırğınının təşkilatçısı
və rəhbərinə çevrildi.
Erməni silahlı qüvvələri tərəfindən
1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər
olan dövrdə Zəngəzur qəzasında 109,
Qarabağda 157 kənd dağıdıldı.
1918-1920-ci illərdə Zəngəzur Azərbaycan
Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir,
Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ
general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda
sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın
tərkib hissəsi kimi ayrıca inzibati bölgə – qəza
olub.
Lakin daşnak Ermənistan Respublikası
Zəngəzuru tam anneksiya etmək üçün
çaılışırdı. Qarabağın
dağlıq hissəsində erməni qüvvələrinin
hücumları davam edirdi. Təssüf ki, Azərbaycan Xalq
Cümhuriyəti hökuməti Zəngəzurda törədilən
qırğınların qarşısının
alınması və bölgənin əldə saxlanması
üçün qətiyyətli addımlar atıb
düzgün siyasi qərar qəbul edə bilmirdilər. Bu barədə
hökumətin ilk Hərbiyyə naziri və Qarabağın
general-qubernatoru Xosrov bəy Sultanovun parlamentə müraciətlərini
də var.
Azərbaycan SSR hökuməti (Müvəqqəti
İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan
Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini
tələb etmişdi. Lakin bolşevik Rusiyası Azərbaycanın
ardınca Ermənistanın da sovetləşməsi
üçün erməni əhalisini ələ almaq istəyirdi.
Lenini inandırmağa çalışırdılar ki, Zəngəzurun
(eləcə də Naxcıvanın və Qarabağın) Ernənistana
verilməsi erməni xalqının sovet hakimiyyətinə
inamını artıra bilər. Rusiyanın xarici işlər
naziri Çiçerin 1920-ci il iyunun 2-də Orconikidzeyə məktubunda
bu məsələ ilə bağlı yazırdı:
”Daşnak (Ermənistan) hökuməti ilə kompromisə nail
olmaq bizə vacibdir”.
Zaqafqaziya üzrə fövqəladə
səlahiyyətli şəxs təyin olunmuş Orconikidze də
bu məsələdə ermənilərə dəstək
verirdi.
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz
Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin
razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz
bölgəsini Ermənistana vermək bərədə qərar
çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla
Ermənistan arasında “mübahisəli ərazilər” elan
olundu.
Zəngəzurun Ermənistana verilməsi
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK
Siyasi və Təşkilat bürolarının birgə
iclasının qəbul etdiyi qərarı ilə həll
olundu. Qərarın başlıca məqsədi onun mərkəzi
bəndində öz əksini tapmışdı. Orada deyilirdi
ki, Zəngəzur Sovet Ermənistanın tərkibinə
keçir.
Zəngəzurdan qoparılıb
daşnaklara verilən Qafan, Gorus, Sisyan və Mehrinin ərazisi
bütövlükdə 4505,5 kv.km-dir, yəni Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən
105,5 kv.km çox olub.
1921-ci ilin oktyabrın 13-də imzalanan
Qars müqaviləsində Naxçıvanın Azərbaycanın
ərazisi kimi təsdiqlənməsi ilə Ermənistanın
Naxçıvana yiyələnmək cəhdi boşa
çıxdı.
1988-ci ildə Zəngəzurda yaşayan
azərbaycanlılar dədə-baba yurdlarından qovuldular.
Kütləvi terrora məruz qalan azərbaycanlıların son
nümayəndələri məcburiyyət
qarşısında qalıb Zəngəzuru tərk edəndən
sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət
abidələri ermənilər tərəfindən
dağıdılaraq məhv edilib.
Qafqazda yeni tarixi şərait yaranıb –
Zəngilan, Qubadlı azad edilib, rəşadətli Ordumuz
Laçını da düşmən tapdağından
qurtarıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin dediyi kimi: – “Bizim ata-baba
torpağımız olan İrəvan xanlığı, Zəngəzur
mahalı, digər torpaqlar indi Ermənistan dövləti
üçün torpaq olubdur. Bunlar bizim tarixi
torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı
torpaq iddiası irəli sürmürük, halbuki sürə
bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi
ərazi qədim türk, Azərbaycan torpaqlarıdır.”
Bir əsr bundan əvvəlki səhfimizi
düzəltmək imkanını dəyərləndirmək
lazımdır. O ki qaldı, Zəngəzurun qalan hissəsinin
– Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehrinin Ermənistanın
BMT-də tanınan əraziləri olduğuna- indi də biz
deyərik ki, “bufer zona” kimi saxlayırıq.
“Apokalibsis” filminin sonunda vurğulanan fikrə
uyğun desək:
“Bu dağlarda mənim babam ov edib, o
düzlərdə mənim atam ev tikib.
Bu yurddan mən didərgin düşsəm
də, qayıdıram! Qayıdacayıq və həmin yerlərdə
bizim övladlarımız yaşayacaq”!
Şöhrət
Eyvazov, hərbi jurnalist, I Qarabağ müharibəsi
iştirakşısı
Hərbi
and.-2021.-11 iyun-S.8.