Üç medalla təltif olunan Vətən müharibəsi şəhidi Səlim Sultanovun doğum günüdür

 

İyunun 15-i Vətən müharibəsi şəhidi Sultanov Səlim Sultan oğlunun doğum günüdür. Qəhrəman əsgər döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra üç medalla təltif olunub.

 

Səlim 2002-ci il iyunun 15-də Quba rayonunun Zərqova kəndində anadan olub. Orta məktəbdə təhsilini başa vurduqdan sonra 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.

 

Səlim Sultanov Vətən müharibəsinin ilk günündün döyüşlərə qatılıb. Əvvəlcə Suqovuşan, Ağdam cəbhələrində savaşıb. Sonrakı döyüş yolu Şuşa istiqamətində olub. 18 yaşlı döyüşçü düşmənlə savaşda şücaəti ilə hərbiçi yoldaşlarının rəğbətini qazanıb. Müharibə zamanı özüyeriyən artilleriya taqımının heyət üzvü kimi xidmətini yerinə yetirib.

 

Səlim noyabrın 2-də Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

 

Səlim mərd, qorxmaz oğul idi. Hamının hörmətini qazanmışdı. Vətən müharibəsində Xocalının Çanaqçı kəndində şəhid olub. Bizimlə telefonla danışırdı. Özü döyüşlərdə olsa da, bizə ürək-dirək verirdi. Qələbə qazanacağıq deyirdi. Sonuncu söhbətimizdə bir neçə gün ona zəng çatmayacağını söylədi. Ondan sonra şiddətli döyüşlərə girib. Torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Oğlumla fəxr edirəm”, - deyə şəhidin atası Sultan Sultanov söyləyib.

 

Səlim Sultanovun bir qardaşı bir bacısı var. O, təkcə ailəsinin yox, eləcə təhsil aldığı məktəbin, yaşadığı kəndin sevimlisi olmağı bacarıb. Şəhid olmazdan bir neçə gün əvvəl ailəsi ilə əlaqə saxlayan döyüşçü düşmənin məhv edildiyini, müharibənin bitməyinə az qaldığını bildirib.

 

Şəhid anası Niyazə Sultanova deyib: “Səlim ortancıl övladım idi. Döyüşlər zamanı bir neçə dəfə telefonla danışmışıq. Sağ-salamat qayıdacağam deyirdi. Vətənini çox sevirdi. Vətən uğrunda da şəhid oldu”.

 

Səlim Sultanov Prezident İlham Əliyevin müvafiq sərəncamları iləİgidliyə görə”, “Vətən uğrundaAğdamın azad olunmasına görəmedalları ilə təltif olunub.

 

Hərbi and.-2021.-18 iyun.-S.6