…Qalanı xatirədir
Biz hərbiçi ailələrinin
yaşadığı şəhərciyə çatanda
havaya qaranlıq çökmüşdü. Günortadan yağmağa
başlayan yağış maşınımızın ön
və arxa şüşələrinə çırpılaraq göz yaşı kimi
süzülürdü. Sürücümüz
maşını qaranlıq bir həyətdə saxlayıb,
«çatdıq» - dedi. Sonra da əlavə etdi:
-Şəhərciyin işıqları yanmır. Nə edək?
-Gəlişimiz
barədə məlumatlıdırlar. Bizi
gözləyirlər. Gedək, dedim.
Havanın qaranlıq və yağışlı
olmasına baxmayaraq hərbi şəhərciyin həyətində
bir hərəkətlilik vardı. Telefonlarının
işığını yandırıb çala-çuxur,
asfalt örtüyü uçulub dağılmış səkilərlə
evlərinə tələsən kiçik yaşlı sakinlərdən
biri qaranliq havada
nabələd olduğumuzu hiss edərək ayaq saxlayıb
amiranə bir səslə:
-Kimin
evini axtarırsınız? Şəhid, mayor
Rəhim Hüseynovgilə gəlmisinizsə odur, pəncərəsindən
bayraq asıllmış mənzil. Birinci podyezd,
üçüncü mərtəbə - deyib yoluna davam etdi…
Nəzərlərimiz oğlanın göstərdiyi pəncərəyə
yönəldi.
Pəncərədə
göz kimi kiçik şamın şölələri,
bir də üç rəngli müqəddəs
bayrağımızın ay ulduzu parıldayırdı.
Qapını üzümüzə şəhidin həyat
yoldaşı Günel xanım açır. Girəcəkdə bizi qarşılayan
oğlanları əllərini başları təni
qaldırıb, hərbi qaydada salam verib, özlərini təqdim
edirlər. Hikmət, Rüfət… Balaca
qardaşımın da adı Fikrətdir. O, hələ
danışa bilmir. Hikmət əlavə edir.
Fikrət öz aləmində idi. Gülümsər
baxışlarla bizi süzür, gah da onun üçün təzə
alınmış maşını diqqətimizi çəksin
deyə qazlayıb, siqnal verirdi. Söhbətə körpü
salmaq məqsədi ilə:
-İşıqlarınız çoxdan sönüb? Belə hallar
tez tez baş verir, soruşuram.
Hikmət «Bizim işığımız 20 oktyabr 2020-ci
ildən, atam cənnətə gedən gündən
sönüb, cavabını verir».
Günel xanım söhbətə qoşulur. Rəhim
çox hazırcavab və zarafatcıl idi. Hikmət də
atasına çəkib… Burada
işıqların sönməsi də adı bir haldı,
tez- tez sönür. Biz öyrəncəliyik.
Yəqin indi yanar, deyir.
Mayor Rəhim Qədir oğlu Hüseynov 1 iyul 1984-cü
ildə Zərdab rayonun Gəlmə kəndində anadan olub. 1998-2001-ci illərdə Cəmşid
Naxçıvanski adına hərbi litseydə,
2001-2005-ci illərdə Heydər Əliyev adına Ali hərbi
məktəbdə təhsil alıb. 2005-2006-cı
illərdə Sillahlı Qüvvələrin Təlim Tədris
Mərkəzində xüsusi kurs keçərək
İngilis, rus, erməni dillərini mükəmməl öyrənib.
Rəhim Hüseynov
Azərbaycan Silahlı Qüvvələrinin
Sülhməramlı Əməliyyat İmkanları
Konsepsiyası (OCC Bn) taborunun komandiri olaraq dünyanın bir
sıra ölkəsində ölkəmizi ləyaqıtlə
təmsil edib. 2020-ci ildə NATO-nun Əfqanıstan İslam
Respublikasının Həmid Kərzayi
adına Beynəlxalq Hava Limanının qorunmasında
iştirak edən Qətiyyətli
Dəstək, Qeyri –Döyüş missiyasını yerinə
yetirən Azərbaycan Sülməramlı taborunun komandanı
Rəhim Hüseynov NATO Mertorious
Service ilə təltif olunan ilk və yeganə azərbaycanlı
zabitdir.
Rəhim Hüseynov 27 sentyabr 2020-ci ildə Vətən
Müharibəs başlayan gündən qanlı
döyüşlərə qatılaraq Füzuli, Cəbrayıl,
Qubadlı rayonlarının düşməndən azad edilməsində
xüsusi qəhrəmanlıq göstərərək 20
oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən
sonra «Qarabağ» ordeni və «İgidliyə görə»
medalı ilə təltif olunub.
İşığın
yanmasını çox gözləməli olmadıq… Otaqda Rəhimin xatirə güşəsi
yaradılıb. Divardan səliqə ilə
asılmış uniforma, müxtəlif illərdə
aldığı fəxri fərmanlar, orden-medallar, səliqə
ilə çərçivəyə salınmış şəkillər
və şəkillərdən bizə baxan boylu-buxunlu qəhrəmanımızın
gülümsər baxışları ilə üz-üzəyik…
Yağış təkcə bayırda
yağmırdı. Ürəyindən qara qanlar axan Günel xanımın
da göz yaş sel kimi sellənib gedirdi… Rüfət
ayağının ucu ilə qalxıb anasının göz
yaşlarını silməyə çalışır…
…Biz
Şüvalanlıyıq. Rəhim hərbi litseydə oxuyanda
tez-tez dayısıgilə qonaq gələrdi. Rəhimin
dayısının həyətində su olmadığı
üçün suyu bizim həyətdən götürərdilər. Dayısına su daşımaqda kömək edən
Rəhimi həyətimizdə tez-tez görərdim. Sarışın bir oğlan idi. Hər dəfə
qablara su dolduranda altdan-altdan mənə
baxdığını hiss etsəm də uşaq olduğumuz
üçün fərqinə varmazdım. Amma,
məsum, gözəl gözləri var idi. Bir gün bu mənalı
gözlərin sehirinə düşəcəyimi heç
ağlıma belə
gətirməzdim. Aradan bir müddət
keçmişdi. Mən Qərb
Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Bir gün dərsə gedəndə avtobus
dayanacağında, hərbi formada uca boylu, yaraşıqlı
bir lentenantın mənə baxdığını
gördüm. Rəhim idi… Allah, necə də
dəyişmişdi. Uniforma elə bil bunun
boyuna, buxununa biçilmişdi. Yaxınlaşıb salam verdi. Günel, necəsən?
- dedi. Səsə diksinən
kimi oldum...
Rəhimlə bir avtobusla gedəsi olduq. İçimdən qəribə
bir hiss keçdi. Yolun bitməsini heç istəmirdim. İstəyirdim ki, bütün ömrüm boyu bu hərbi
formalı oğlanla birgə yol gedəm. Vallah,
təklif etsəydi ki, ömrümüzü birlikdə elə
bu avtobusda keçirək, razılaşardım. Onun yolu yaxın olduğu üçün, yol pulumu
ödəyərək məndən tez düşdü. Bu arada telefon nömrəmi almağı da
unutmadı. Guya mənzil başına
sağ-salamat çatıb çatmamağım onun
üçün maraqlıymış. Əsgərliyə,
uzaq səfərə getmirdim ki… Dərhal da nömrəmi
vermişdim… Düzünü desəm, həmin
gün onun zəngini səbirsizliklə gözləmişdim.
Beləcə, bizim yarımçıq qalmış həyat
hekayəmiz başladı…
Zəfərim
sənsən…
Mən atasız böyümüşəm. Qardaşım
da olmayıb. Rəhim mənə gözəl
ər-ömür gün yoldaşı olmaqla
qardaşsızlığı, atasızlığı unutdura
bildi. Uşaqlıağımda çəkdiyim
çətinlikləri yadımdan çıxartdı. Bu dünyanın bütün gözəlliklərini
Rəhimdə tapmışdım. O, doğulduğu, kəndi
də,valideyinlərini də, bu vətəni
də ilahi bir eşqlə sevməyi bacarırdı. Rəhimə kimi valideyinlərinin 4 uşağı
olub, amma yaşamayıblar. Olan kimi ölüblər… Həmişə deyərdi ki, məni Allah 4
uşaqdan sonra valideyinlərimə mükafat olaraq verib.
Gərək elə yaşayam ki, onlar həmişə mənimlə
qürur duysunlar… Rəhimin
35 yaşı tamam olanda yenə evdə yoxu idi. Telefonla təbrik
göndərdim… Mesajda «zəfərim sənsən» yazdım. Təbrikim
çox xoşuna gəlmişdi… Evdə olanda
niyə elə yazdığımı soruşdu. Dedim bu
dünyada uğurum da, ümidim də sənsən. Səninlə övladlarımızın da,
özümün də bir ömür qürur
duyacağımıza çox inanıram.
Gələcəyə
baxıb yaşayardı…
Rəhimin çox gözəl xasiyyəti var idi. Heç vaxt keçmişi
yada salmaz, keçmişdə olan xoşa
gəlməz bir hadisəni xatırlamazdı. Sən
onu etdin, bunu etdin-deməzdi. Oldu, bitdi… Gələcəyə
baxmağı, gələcəkdə nə edəcəyini
düşünərdi. İşində də,
evdə olduğu kimi idi. Qarabağın
azad olunacağına, vətənin bütövləşəcəyinə,
gələcəyə çox ümüdlə baxardı.
Söhbətə
Hikmət qoşulur:
-Atam deyərdi
ki, bu dünyanın iki müqəddəsi var. Bir ana, biri vətən.
Biri ilk, biri son ünvanımız. Ananı sevərək vətəni qoruyacaqsan. Özü Vətəni qorumağa gedəndə həmişə
deyərdi ki, evin kişisi sənsən. Ailəmiz
sənə əmanət. Bu dəfə
atam getdi, özü vətənin bir parçası oldu.
Bizi vətənə, anamızi isə bizə əmanət
etdi…
Səsi titrədi. Səs boğazında düyüldü.
Sözünün ardını gətirə bilmədi.
Rüfət anasının boynuna sarılıb yenə sellənən
göz yaşlarını silməyə
çalışdı…
Qurban
demişdim…
Döyüşə gedəndə bizə bildirməzdi. 2016-cı ilin
aprel döyüşlərində də iştirak etmişdi.
Bir də döyüşlər bitəndən
sonra bildik ki, Rəhim ön xəttdə düşmənlə
üz-üzə döyüşlərdə olub, vəzifəsini
yerinə yetirib. Rəhim həmişə
deyərdi ki, Qarabağ problemi tezliklə həll
olunmalıdır. Bu problemi
övladlarımıza saxlamağa bizim haqqımız yoxdur.
Bu dəfə də döyüşə
getdiyindən xəbərimiz yox idi. Ermənilərin
növbəti təxribatı, torpaqlarımıza təcavüzü
haqqında cənab Ali Baş Komandanın Xalqa müraciəti
zamanı xəbər tutdum. Müharibə xəbərini eşidən
kimi evimizdə ehtiyat pulumuz var idi. Ondan tez 170
manat ayırdım. Düşündüm
ki, 170 manata bir qurbanlıq qoç almaq olar. Rəhim müharibədən sağ-salamat dönəndə
ayağının altında kəsərəm. Telefonuna zəng vurdum. Zəng
çatmadı. Düzünü desəm narahat
deyildim. Rəhim həmişə deyərdi
ki, mənə heç nə olmaz. Özünü
güllə keçməz, odda yanmaz, suda batmaz hesab edirdi.
Bizi də özünə
inandırmışdı. Ona nə isə
olacağını ağlıma belə gətirməzdim.
Bir neə gün sonra zəng etdi… Kefi kök
idi. Elə bil dünyanı ona
bağışlamışdılar. Füzulinin bir
sıra kəndlərini düşməndən təmizləyib,
Cəbrayıla girmişdilər… Elə hey deyirdi ki, narahat olma, qələbə
bizimlədir. Nə yeyib, nə içdiklərini
soruşdum. Zarafatından qalmadı. Ermənilər mal, davarların bizə qoyub gedirlər.
Kabab yemişəm. Narahat olma, dedi.
Son dəfə
Qubadlıdan zəng etmişdi. Mühüm strateji əhəmiyyətli
yüksəkliklər uğrunda döyüşdüklərini,
tezliklə Şuşadan şad xəbər verəcəklərini
dedi… Sevinirdim. Qürurlanırdım.
Uşaqlarımızı başıma yığıb
«Atanız bir qəhramandır» deyirdim… Arada elə
forslanırdıq ki, elə bil işğaldan azad olunan
torpaqları biz özümüz geri qaytarırdıq…
Ermənilər
Rəhimin ölüm xəbərini eşidib bayram edirdilər…
Bir gün Facebookun erməni seqmentinə girib ermənilərin döyüşlərin gedişi haqqında fikirlərini öyrənmək istəyirdim. Qəfil bir xəbər ürəyimə bıçaq kimi sancılıb sanki ürəyimi iki bölüb keçdi. Azərbaycan Sulhməramlılarının 1-ci tabor komandiri mayor Rəhim Hüseynovun ölüm xəbəri erməni saytlarında manşetə çıxarılmışdı… Gözlərimə inanmadım.Tez Rəhimin nömrəsini yığdım, zəng çatmadı… Elə bu vaxt anam zəng edib Rəhimin ağır yaralandığını, ardımca gəldiklərini dedi. Maşınımız Zərdaba istiqamət götürəndə anamgilin məni sakitləşdirmək üçün dediyi yalanlara inanmadım, artıq Rəhimin öldüyünə əmin oldum.
Mənim yoldaşım bu tabuta sığmaz, dedim.
Biz Gəlmə kəndinə çatanda ora xeyli adam toplaşmışdı. Tabutu görəndə gözlərimə inanmadım. Tabut gözümə balca göründü. Yox, dedim, bu, Rəhim deyil. Mənim yoldaşım bir dünyaya sığmıazdı, bu tabuta necə sığdı ki? Tabutu açdırdım. Rəhim həmişə yatanda sağ əlini ürəyinin üstə qoyardı. Yenə də əli ürəyinin üstə idi… Elə bil səsiz, səmirsiz yatmışdı… Rahat idi. Canından keçdiyi torpağın azad olacağına inanırmış kimi yatmışdı… Dəfn üçün hazırlıq görülmüşdü. Son anda Müdafiə Nazirliyindən xəbər gəldi ki, ikinci fəxri xiyabanda dəfn olunacaq. Belə də oldu.
Qələbə günü kəsilən qurban...
Rəhomə dediyim qurbanı kəsə bilməsəm də, Qələbə xəbərini eşidən kimi, qurbanlıq qoç alıb, kəsib payladım. Düşünürəm ki, övladlarımız daha müharibə görməyəcək. Analar övladlarının şəhid xəbərini almayacaqlar. Qadınlar daha dul qalmayacaq. Mənim Fikrətim az da olsa, anlamasa da ata nəfəsi duyub. Ata qucağı görüb. Qonşumuzda tezliklə bir şəhidin övladı olacaq. O uşaq ömrü boyu ata nəfəsi, nəvazişi görməyəcək. Qoy müharibə bir daha təkrar olmasın. Ömürlər yarımçıq kəsilməsin.
...Ömür gün yoldaşının qəhramanlıq səlnaməsini vərəqlədikcə Günel Əsgərovanın fərəhdən üzündə nur şölələnir, gözündən isə bulaq suyu kimi sel daşlanırdı. Rəhim ön cəbhədə düşmənin içinə irəliləyib canına vəlvələ salan taborun komnadiri olub. Döyüşü izləyən yox, öndə gedən komutan olub. Qubadlıda strateji əhəmiyyətli yüksəkliyi düşməndən azad edən zaman Rəhimin taboru düşmənin cididi müqavimətinə rast gəlir. Düşmən son ana qədər müqavimət göstərir. Qanlı döyüşlər getdiyi zaman Rəhimin yanına minaatan mərmisi düşür. Zərbənin dalğası nəticəsində Rəhimin bir qulağından qan gəlir. Eşitmə qabiliyyətini itirsə də döyüş yoldaşlarının müalicə almaq üçün geriyə, hospitala göndərilməsi haqqında təkliflərinə inadla yox deyir. «Olmaz, mən səxsi heyətə deyim ki, canımı götürüb geri çəkilirəm? Döyüşəcəm! Əsgərlərimin yanında olacam», deyir. Artıq düşmən mərmisi öz işini görmüşdü. Rəhim atılan atəş səslərinin haradan gəldiyini hiss etmirdi, irəliyə zirvəyə doğru can atırdı. Hiyləgər düşmən bunu yaxın məsafədən görüb hiss etmişdi. Döyüş yoldaşlarının onu düşmənin hədəf alması barədə çağrışlarını eşitməyən qəhrəman komandir qəfil düşmən snayperinin gülləsinə tuş gəlir…
Rəhimin uğrunda canını fəda etdiyi yüksəkiyi döyüş yoldaşları onun şərəfinə «Rəhim zirvəsi» adlandıriblar. İndi Qubadlıda bir zirvə var. Şəhidliyin Rəhim zirvəsi... Ömürlərini xalqına, vətəninə xidmətdə görənlər, canlarını bu vətən yolunda fəda etməyi bacaranlar zirvədə durmağı da bacarırlar.
Müqəddəs dərgahdakı zirvən
mübarək, ay Vətən Oğlu!
Elşən
QƏNİ
Hərbi And.- 2021.- 5 mart.- S.7.