VƏTƏN
BİZİMÇİN DEYİL, BİZ
VƏTƏNÇİN DOĞULDUQ
Rayonumuzun Quşçu kəndində
eyvanı Vətənimizin cənub qərb istiqamətinə-
Qarabağ səmtinə baxan
kürsülü bir ev var. Sentyabrın 27-də başlayan 44 günlük Vətən
Müharibəsində Talış-Suqovuşan və Ağdərə
uğrunda döyüşlərdə rəşadətlə
vuruşaraq şəhid olmuş Fərid İsmixan oğlu Cəfərov
sağlığında həmin evdə yaşayıb. Şəhid
balamızın atası, vaxtilə I Qarabağ müharibəsinin
döyüşçüsü olmuş İsmixan kişi
bizimlə söhbətinə keçmiş xatirələrini
danışmaqla başladı. Dedi ki, düşmən ilk dəfə
torpaqlarımızı işğal
etmək niyyəti ilə
baş qaldıranda subay-sağlıq vaxtım idi. Hamı kimi
mənim də qəlbimdə coşub, çağlayan ən
ümdə arzu ac yalquzaq, qudurmuş it kimi addımbaşı
xalqımızı dalayan, xain gözləri
torpağımızda, təknəmizdə qalan nankor ermənlərin
ayaqaltı etdikləri müqəddəs torpaqlarımıza
sahib çıxmaq idi. Elə bu niyyətlə də
döyüşürdük. Lakin nə yazıq ki, o
dövrün səbatsız
siyasətçilərinin, hakimiyyət hərislərinin
günahı ucbatından istəyimiz baş tutmadı.
Sonra İsmixan kişi dərindən
köks ötürüb, kövrələ-kövrələ
cəsurluğu və şücaəti
ilə onlara və xalqımıza qürur hissi yaşadan
şəhid oğlundan danışdı. Dedi
ki, Fərid ailəmizin ikinci övladı idi.
Bacısı Nuranədən sonra 13 noyabr 1998-ci ildə anadan olmuşdu. Orta məktəbi
bitirən Fərid həqiqi hərbi
xidmətə çağırıldı. O, ilyarımlıq
hərbi xidməti dövründə özünü nümunəvi
əsgər kimi göstərə
bildi. Vətən qarşısında həqiqi hərbi xidməti
borcunu şərəflə başa
vuraraq ordudan tərxis olundu. İkimiz də sənətkarlıqla
məşğul idik. Tikinti
işlərindən az-çox başımız
çıxdığından gördüyünüz bu evi də
ata-bala köməkləşib
araya-ərsəyə gətirmişik. Sonra da toyunu etdik
balamızın. Elə
yumşaq ürəyi vardı ki. Hamıya qarşı
mehriban və səmimi idi. Böyüyün - kiçiyin
yerini bilir, hörmətini saxlayırdı. Lakin ötən
ilin iyul ayında
respublikamızın dövlət sərhəddini
silahlı təxribatla xaincəsinə pozan ermənilərin
bu yerə-göyə sığmayan vəhşiliyindən
sonra özünə
sığışmırdı Fərid. Hiss edirdim ki,
onun xarakterində əvvəlki ürəyi yumşaqlıqdan
əsər-əlamət qalmayıb. Özü də boynuna
alırdı ki, mənfur düşməndən qisas almaq
hissi içimi alışıb
- yandırır.
Nəhayət, sentyabr ayında səfərbərlik
haqqında çağırış gələndə sanki Fəridin
üzərindən ağır bir yük
götürülüb. Onu yola salanda atası deyib ki, ay oğul, yağı düşmən
üzərində qələbə çalmaq biz
keçmiş döyüşçülərə qismət
olmadı. Qoy bu şərəf sizə qismət olsun, Qələbə
sorağınızı eşidək. Bəxtiyar Vahabzadədən
bu misraları deməyi də unutmadı İsmixan kişi:
Vətənin arxasında,
Biz həmişə dağ olduq.
Vətən bizimçin deyil,
Biz Vətənçin doğulduq.
Atasının xeyir-duasından,
öyüd-nəsihətindən sonra o, anası Aynurla
görüşüb. Daha sonra içəri evə keçib
həyat yoldaşı Fəridə xanımla və hələ
bir yaşı tamam
olmamış körpə qızı Nurlananı sevələyərək
sağollaşıb. Ailə üzvlərini Allaha ismarlayaraq, tezliklə qələbə
müjdəsi və görüşmək arzusu ilə igidlər,
ərənlər və cəngavərlər meydanına, odlu cəbhəyə yola
düşüb.
Çox şükürlər olsun ki, məhz
ölkəmizin və xalqımızın əsl sahibi,
torpaqlarımızın hər
zərrəsinin ürək yanğısı ilə qədrini bilən, təəssübünü
çəkən möhtərəm
Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev cənablarının
çevik siyasəti, polad iradəsi
və yenilməz sərkərdəliyi ilə Qüdrətli Ordumuz illərboyu
arzuladığımız şanlı Zəfər salnaməsinin
müəllifi oldu. Bu gün azadlıqda olan, şəhid
qanı ilə suvarılan Qarabağ torpağına Cəfərovlar ailəsinin yeganə oğul
övladı Fəridin də
qanı qarışıb.
...Quşçu kəndində ana qədər
sevdiyimiz və əzizlədiyimiz doğma torpağa tapşırılan Fərid kimi qəhrəman
vətən oğullarının igidliyi, mərdliyi və fədakarlığı sayəsində
bu ölkədə alnı açıq, qürurlu və qalib
xalq kimi yaşamağı haqq etdyimizə görə
onların hər birinin ölməz ruhu qarşısında
baş əyir, uyuduğunuz məzarlarınız nurla dolsun, -
deyirik.
Cəfərov Fərid İsmixan oğlu
ölümündən sonra Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin sərəncamı ilə "Vətən
uğrunda" medalı ilə təltif olunmuşdur. Sonsuzadək
ürəyimizdə yaşayacaqdır!
Əminə
YUSİFQIZI,
Respublikanın
əməkdar jurnalisti
Olaylar.-2021.-25
iyun-1 iyul.-S.18.