SON ATƏŞ
Bu vətənin dünənlərdən
bu günlərə uzanan qeyrət yolu var. O yolun yolçuları adları
vətənlə qoşa
çəkilən vətən
övladlarıdır. Harada yaşamaqlarından asılı
olmayaraq, ürəklərində
vətən sevgisi, Qarabağ həsrəti olan o övladlar vətənlə bütünləşir.
Bayrağının al rəngi şəhid
qanlarından götürülən
bu vətənin qəhrəmanlıq mücəssəməsi
sayılan övladları
çoxdur. Özü, sözü,
izi vətən olan o oğullardan olan Baxşəliyev Qərib İnqilab oğlu dünənlərdən
bu günə uzanan qeyrət yolunu layiqli şəkildə addımlayıb
izini sabahlara əmanət qoyub. Baxışlarından vətən torpağına
vətən sevgisini əks elətdirirdi, bu qəhrəman.
Baxşəliyev Qərib İnqilab
oğlu 22 may 1977-ci ildə
Bakı şəhərində
dünyaya göz açmışdı. Üç övladlı
ailənin son beşik
və tək oğul övladı olan Qərib ata – anasının və bacılarının
ümid dolu sabahları idi. Ötən illərlə bərbər böyüyən
qəhrəman 43 il sonra vətənə dayaq oldu. Əslən illərlə düşmən
tapdağı altında
qalan Laçının
Sadımlar kəndindən
olan Qəribin o kəndlə bağlı yalnız uşaqlıq xatirələri var idi. Ağlı kəsən zamanlardan
vətən torpaqlarının
düşmən tərəfindən
işğal olunması
Qəribin ürəyində
dərin bir iz buraxmışdı.
1983-1994-cü illər ərzində
N. Nərimanov rayonu 82
N – li tam orta məktəbdə təhsil
aldığı zaman
işğal altında
olan şəhər və rayonların
işğal tarixləri
çatanda ürəyindəki
nifrəti bir qədər də kəskinləşirdi.
Qərib kimi bir oğulun
hərbçi olacağı
heç kimə sirr deyildi. Ruhu vətən sevgisi ilə cilalanan bu oğul 1995-ci ildə Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi
Məktəbinə qəbul
olmuşdu. 1999-cu ildə hərbi təhsilini başa vurduqdan sonra Goranboy rayonu və Tərtər rayonunda yerləşən
N saylı hərbi hissələrdə xidmətə
başlamışdı. Sonra Cəmşid Naxçıvanski adına Hərbi liseydə bölük komandiri, tabor komandiri və psixoloq-təlimatçı
vəzifələrində çalışmışdı.
Bundan başqa Heydər Əliyev adına Hərbi
liseydə tərbiyəvi
işlər üzrə
rəis müavini, Azərbaycan Ali Hərbi Məktəbində baş
müəllim işləmişdi.
Qərib hərb sahəsindəki bilik və bacarıqlarını
gənc zabitlərlə
bölüşüb, onların
gələcəkdə vətənə
yararlı bir zabit olmaları üçün hər vəchlə çalışmışdı.
İllərlə göstərdiyi xidmətləri
yüksək qiymətləndirilən
Qərib Baxşəliyev
polkovnik – leytenant hərbi rütbəsinə
yüksəlməklə yanaşı,
“Qüsursuz xidmətə
görə” l dərəcəli
medalı, “Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin 10 illiyi”
yubiley medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdi.
Azərbaycan Ordusunun polkovnik – leytenantı ailəsində
də nümunəvi ailə başçısı,
gözəl ata idi. 2006-cı ildə könül verdiyi Gülnarə xanımın
ürəyinə yol tapmağı bacarmışdı.
2008-ci ildə ailə quran cütlüyün 2010-cu ildə
Əli adlı övladı, 2014-cü ildə
Məryəm adlı övladı, 2017-ci ildə
Əhməd adlı övladı dünyaya gəlmişdi. Ailənin dördüncü
möcüzəsi Cənnət
isə gələn ay
Şəhid qızı
kimi dünyaya gələcək.
Vətən həsrəti baxışlarına
yansımışdı, Qəribin. Laçın həsrəti köksünə
sığmayacaq qədər
böyümüşdü. Hər addımını vətənin
işıqlı sabahı
üçün atırdı
vətən oğlu.
Hər zaman əsgər və zabitlərə dediyi bir söz
var idi. “Heç vaxt
düşmənə əsir
düşməyin. Sonuncu güllənizi
özünüz üçün
saxlayın”. Döyüşdə sonuncu güllənin çox böyük mənası var. Qərib sanki verdiyi məsləhətləri
özü yaşayacağından
xəbərdar imiş.
Bəlkə də bir təsadüf idi.
Baxşəliyev Qərib Vətən müharibəsi başlanan
gündən vətənin
müdafiəsinə qalxıb. Cəbrayıl,
Füzuli, Qubadlı, Zəngilan və Laçın uğrunda gedən döyüşlərdə
alay komandiri
kimi mübarizə aparıb. Laçın həsrətli Laçın
oğlu qartal kimi düşmən üzərinə şığıyıb.
Günlərlə düşmən ordusunu darmadağın edən qəhrəmanın
yolu noyabrın 3-də
dumana düşüb.
O anda düşmənə
əsir düşəcəyini
anlayan Qərib son gülləsini başına
tuşlayıb və məğlubedilməz bir qəhrəman kimi adını tarixə yazıb. Sağlığında düşmənin qorxulu yuxusuna çevrilən qəhrəmanın
şəhid olduqdan sonra nəşi ilə savaşan düşmən uzun müddət şəhidin
nəşini geri qaytarmaqdan imtina edib. Bir müddət davam
edən danışıqlar
prosesindən sonra şəhidin nəşi Azərbaycana təhvil verilib. Dekabrın 8-də ll Fəxri
xiyabanda vətən torpağına tapşırılan
Qəribin ruhu o gün rahatlıq tapıb.
Xalqın
dərin ehtiramla yad etdiyi qəhrəman
polkovnik – leytenant Baxşəliyev Qərib İnqilab oğlu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə şəhadətindən
sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Xalqın qəlbində isə
o bir qəhrəmandır.
ŞƏHİD
QƏRİB
Mərdlik mücəssəməsi, qeyrət təcəssümüsən,
Qarabağın bu günkü parlaq, aydın günüsən,
Sən vətən torpağının
tər dərilən gülüsən,
Azadlıq bəxş etmisən
Qərib, bu məmləkətə
Sayəndə Qarabağım sayılmır
müstəmləkə.
Deyirdin ki, “Heç zaman əsir düşməm düşmənə,
Əsir düşmək yaraşmaz
nə xalqıma, nə mənə.”
Xilaskarın tək baxdın
şəhidim, son güllənə,
Əsir
düşməmək üçün
canına qıydın
Qərib,
Tarixin yaddaşında
bir tarix oldun şəhid.
Laçın həsrətli qəlbin
Laçınına qovuşdu,
Məğrur xalq ürəyindən
vətən dərdi sovuşdu,
Qarabağ dağlarında igidlər
qanad açdı,
Qartal olub süzdülər vətəni başdan – başa
Dünya qalib ölkəmə indi edir tamaşa.
Manya SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 28 may.- S.24.