17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
zərbaycanın müstəqilliyinin
bərpa olunmasında
tarixi rol oynamış Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən
biri olan 17 noyabr – Milli Dirçəliş Günüdür.
Azərbaycan xalqının
hüquq və mənafelərini qorumayan,
ermənilərin Azərbaycana
qarşı torpaq iddialarını, erməni
separatizmini və terrorunu dəstəkləyən
bir rejimə qarşı kütləvi
xalq hərəkatı
1988-ci il noyabrın 17-də başlandı.
Tarixin bugünü xalq Bakı şəhərində Azadlıq
meydanına axışmaqla
70 il Azərbaycanı
müstəmləkə əsarətində
saxlayan Sovet imperiyasına qarşı
ilk kütləvi etiraz
səsini qaldırdı.
Bir yumruq kimi sıx
birləşərək bütün
dünyaya sübut etdi ki, o, azad
olmağa layiq xalqdır. Qüdrətli xalq hərəkatının
əzəməti Respublikamızın
bütün şəhər
və rayonlarını
bürüdü.
Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan
sonra 17 noyabr tarixi xalqın milli-azadlıq hərəkatının
başlanğıc günü
- Milli Dirçəliş
Günü kimi qeyd olunmağa başladı.
Bu il xalqımız Milli Dirçəliş Gününü
30 ildir doğma
torpaqlarımızın 20 faizini işğal altında saxlayan,
28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə
məhəl qoymayan Ermənistanın
silahlı qüvvələrinə
qarşı Böyük Vətən
savaşında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab
İlham Əliyevin rəhbərliyi
altında Müzəffər Azərbaycan Ordusunun
yağı düşmən üzərində zəfər ili ilə birgə keçirir.
Bakı metropoliteni kollektivi
bu ikiqat bayram sevinci münasibətilə
xalqımızı təbrik edir, Rəşadətli
Azərbaycan ordusuyla qürur
duyduğunu bildirir.
Hərbi And.- 2021.- 19 noyabr.- S.6.