MURADIN
VƏTƏN SEVGİSİ
Sentyabrın 16-da son görüş zamanı Murad "Ana, mən şəhid olacam", Xavər ana isə cavabında "Oğlum sən general olacaqsan", - deyib. Ancaq ananın yox, Muradın arzusu çin olub.
Qəhrəmanlar anadan elə qəhrəman doğulurlar. Əgər elə olmasa, onlar peşələrin ən çətini, ən məsuliyyətlisi olan hərbçi peşəsini seçməzlər. Həyatlarının ən qayğısız zamanlarında ana köksündən, isti ev-eşiyindən ayrılıb, hərbi məktəbə yollanmazlar. Hərbçilər bu yola addım atdıqları yolun dönüşünün necə olacağını yaxşı bilirlər. Kimisinin ömür və döyüş yolları uzun olur, kimisində isə qısa. Muradın ömür yolu 23 il, müharibə ilə nöqtələnən hərbçi kimi qət etdiyi yol isə 9 il olmuşdur. Onun hərbçi peşəsinə vurğunluğu 2014-cü ildə yazdığı bu sətirlərdən duyulur.
VATAN UĞRUNA
14 yaşında giydik üniformayı cılız bedenlerimize,
Gençliğimizi harcadık Vatan uğruna.
Ama hiçbir zaman keşke demedik biz,
Siz sıcak
yataklarınızda uyuyun
diye.
Bakmayın gülüp eğlendiğimize.
Siz gezip tozarken, biz ayağımız yara-bere içinde eğitim yaptık.
Siz sevgilinizle müziğin ritminde kendinizi kaybederken,
Biz düdük sesiyle kollarımız parçalanana
kadar "Vatan sağolsun!" diyerek süründük.
Siz alkolden üç kuruşluk insanların kollarına düşerken,
Biz yanı başımızda
susuzluktan bir heykel gibi yerlere
yapışan adamlar gördük.
Siz “aşk” dediniz, biz “Vatan” dedik.
Ne yaptıysak olmadı,
Kötü olan yine biz olduk.
Olsun, biz yine
susar, bir sigara daha yakarız.
Ama şunu asla unutmayın:
Şayet
bir gün güneş bizimle doğup, bizimle batmazsa,
Sizin için
de artık güneş
doğmayacaktır.
Müəllif: Nağıyev Murad
İstanbul, Türkiyə
4 fevral 2014
Nağıyev Murad Mayıl oğlu 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olmuşdur. Ailədə üç oğul
övladından sonuncusu,
valideynlərinin istəklisi
imiş. Murad hələ
1 yaşını tamam
etməzdən öncə
ailəsi Bakı şəhərinə köçmüşdü.
Muradın sonrakı həyatı
Bakıda davam etmişdi. 2003-cü ildə Bakı şəhəri Sabunçu
rayonu Bakıxanov qəsəbəsi 271 N-li
tam orta məktəbdə
təhsil almağa başlamışdı. Muradın bir
çox özünəməxsus
xasiyyəti var idi. Mehriban, gülərüz, xeyirxah, mərhəmətli
olmağı onu fərqləndirirdi. Elə bu
xüsusiyyətlərinə görə də o hər kəs tərəfindən sevilirdi.
Evlərinin ən balacası
idi. Ancaq evlərindən ən
tez uçanda o oldu. VIII sinfi bitirdikdən sonra hərbçi olmaq niyyəti ilə sənədlərini Cəmşid
Naxçıvanski adına Hərbi liseyə vermiş və yüksək balla qəbul olmuşdu. Elə bu səbəbdən
də təhsilini davam etmək üçün İstanbulda
Kuleli Askeri Liseyə göndərilmişdi.
Orada 4 il
hərbi təhsil aldıqdan sonra Ankara Ali Hərbi Məktəbinə
daxil olmuşdu. Türkiyədə baş
verən iğtişaşlar
səbəbindən 1 il sonra vətənə dönmüş
və təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdi. Keşməkeşli həyat yolu
olan zabit 2020-ci ildə AAHM-i leytenant hərbi rütbəsi alaraq bitirmişdi. Pandemiya
səbəbindən ailəsi
həmin gün Muradın yanında ola bilməmişdi.
Daha sonra Bakıda N saylı hərbi hissədə xidmətə
başlamışdı. Murad tank komandiri kimi fəaliyyət göstərmişdi.
Hər oğul
anasının bənzər
arzuları olur. Oğlunun sevdiyinə
elçi getmək.
Oğlunun xoşbəxtliyinə şahid olmaq. Vağzalı sədası
ilə sevincdən duyğulanmaq və daha nələr-nələr...
Xavər
ana da bu
arzularının çin
olacağı günün
çox yaxın olduğunu düşünürdü.
Heç
təsəvvür etməzdi
ki, bir gün
bu arzuların nakam ömrünə göz yaşı tökəcək. Əslində Murad qəlbindəki arzusunu dilə gətirəndə Xavər
ana çox təsirlənmişdi. Sentyabrın 16-da son görüş zamanı Murad "Ana, mən şəhid olacam", Xavər ana isə cavabında "Oğlum sən general olacaqsan" deyib. Ancaq ananın yox, Muradın arzusu çin olub.
Murad Vətən
müharibəsinin ilk günündən
döyüşlərə qatılanlar sırasında
yer alıb. Füzuli,
Cəbrayıl, Horadiz,
Hadrut, Zəngilan uğrunda gedən döyüşlərdə misilsiz
şücaətlər göstərib.
"Murad, səni
Allaha əmanət etmişəm" deyən
Xavər ana Muraddan "Ana, bir bilsən, yanımda nə qədər şəhid var" cavabını alıb.
O an Xavər ana Muradın öndə olduğunu anlayıb. Tank komandiri
olan Murad bütün döyüşlərdə
öndə gedib.
Sonuncu dəfə oktyabrın
11-də Murada getməməsini
deyiblər. Ancaq Murad
ailəli bir hərbçini tankdan düşürüb onun yerinə özü minib. Kalonun önündə gedən tank düşmən
tərəfindən vurulub.
11 oktyabrda qardaşına
"Haqqınızı halal
edin" yazıb. O mesajı
oxuyan qardaş özünə yer tapa bilməyib. Edilən zənglərin cavabsız
qalması Murada nə isə olmasından xəbər verirdi. Muradın şəhid olduğu
xəbərini duyan qardaşı bu xəbəri anasına necə verəcəyini düşünür. Əvvəlcə Muradın yaralı olması xəbərini deyir. Ancaq şəhid xəbərini
anadan gizlətmək mümkün deyil. Oktyabrın
19-da gecə Muradın
nəşi məscidə
gətirilir. Anasının ürəyi dözməz deyə anasına bildirmirlər. Oktyabrın 20-də Xavər ana son beşiyinin bayrağa bürünüb gələn
tabutunu bağrına basır. Oğlunun döyüşdən qalib əsgər kimi dönüşünü
xəyal edən ana ürəyi külə dönür.
20 oktyabrda Muradın nəşi II Fəxri Xiyabanda uğrunda can verdiyi torpağa tapşırılıb. Vətənə layiq oğul olmaq üçün ömrünün 9 ilini hərbinin sirlərinə
dərindən yiyələnməyə
həsr edən Murad zəfərin səbəbkarlarından biri
kimi tarixin yaddaşına həkk olunub.
Leytenant
Nağıyev Murad Mayıl oğlu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə şəhadətindən
sonra "Vətən
uğrunda" medalı
və "Cəbrayılın
azad olunmasına görə" medalı ilə təltif edilib.
ŞƏHİD
MURAD
Ötən zamanla birgə böyüyür həsrətin
də,
Ölümsüzlük yazıldı sənin bəxt, qismətində,
Neçə ürək çırpınır
qəmin əsarətində,
Sən olan xoş çağları
Murad, unutmaq olmur,
Sənin qəlbdəki yerin dolmur şəhidim, dolmur.
Sən ömrünü vətəni
yaşatmaqçün yaşadın,
Açılan hər səhəri
"Vətən" deyib
başladın,
Həsrətli torpaqları əzizləyib,
oxşadın,
Əllərinin istisi donub torpaqda qaldı
Cismin torpağa
döndü, ruhun göyə ucaldı.
Qəlblərdə yaşayırsan elin
şəhid balası,
Zamanla da sağalmaz qəlbin şəhid yarası,
Biz bilirik cənnətdi şəhidlərin dünyası,
Cənnətinin nuruna qərq olub Azərbaycan
Özü dünyadan köçüb, adı tarixdə qalan.
Manya SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 26 noyabr.- S.16.