Torpağı Vətən edən oğullar...
Dünən
- oktyabrın 11-i Bakı Slavyan Universitetinin (BSU) məzunu, Vətən müharibəsi
şəhidi Nicat Ayaz oğlu
Şükürlünün anım günüdür. Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Nicat Şükürlü kimi igid, cəsur, qəhrəman oğulları Vətən
müharibəsində böyük
tarixi Qələbənin
qazanılmasında misilsiz
rol oynadılar.
Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Bakı şəhərinin
Səbail rayonunun Badamdar qəsəbəsində
anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində yerləşən
49 nömrəli məktəb-liseydə
orta təhsil alıb. 2009-2011-ci illərdə
müddətli həqiqi
hərbi xidmətdə
olub. 2014-2019-cu illərdə BSU-nun Beynəlxalq münasibətlər,regionşünaslıq və jurnalistika fakültəsində
ali təhsil alıb.O, BSU-nun təhsildə fərqlənən
və universitetin ictimai-mədəni həyatında
fəal iştirak edən tələbəsi
kimi tanınıb. Eyni zamanda karate
idman növü ilə məşğul olan Nicat Şükürlü
respublikamızda keçirilən
müxtəlif yarışlarda bir sıra nailiyyətlər qazanıb.
Azərbaycan Ordusunun çavuşu
Nicat Şükürlü
2020-ci il sentyabrın
27-də erməni işğalı
altında olan torpaqlarımızın azad
edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin
olunması üçün
başlanan Vətən
müharibəsi zamanı
Füzuli rayonunun və Xocavənd rayonunun Hadrut qəsəbəsinin
azad edilməsi uğrunda gedən döyüşlərdə fəal
iştirak edib. Oktyabrın 11-də Hadrut döyüşləri zamanı
şəhid olan Nicat Şükürlü
oktyabrın 12-də Badamdar
qəsəbəsində yerləşən
Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan,
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirdiyi üçün Nicat Şükürlü Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 15
dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən
uğrunda" medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında
göstərdiyi şəxsi
igidlik və şücaətə görə
25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı
, həmçinin Füzuli
rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında
göstərdiyi şəxsi
igidlik və şücaətə görə
24 iyun 2021-ci tarixli Sərəncamı ilə
"Füzulinin işğaldan
azad olunmasına görə" medalı ilə təltif edilib,təhsil aldığı
49 nömrəli məktəb-liseydə
büstü qoyulub.
BSU-nun kollektivi
bütün şəhidlərimiz
kimi, Nicat Şükürlünün xatirəsini
həmişə uca tutur, universitetin tədris binalarında şəhidlərimizin əziz
xatirəsini yaşadan
stendlər və guşələr yaradılıb.
Allah rəhmət
eləsin!
Hərbi
And.- 2021.- 22 oktyabr.- S.-6.