Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməzdir

 

 

Tərbiyə işində əsas məsuliyyət, ağırlıq ailənin üzərinə düşür. Odur ki, yaxşı ailə tərbiyəsi görənlər valideyninin üzünü edənlər üçün həmişənecə ağıllı, ədəbli, əməksevər uşaqdırifadələrini işlədirlər. Belə gənclər mənəvi cəhətdən sağlam, mədəni, səmimi uzaqgörən olurlar. Ona görə müasir gəncləri şüurlu, dərrakəsi dərin, dünyagörüşü geniş görmək istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli bu məsələyə ciddi yanaşmalıyıq. Valideynlər tərbiyə işini elə məqsədyönlü qurmalıdırlar ki, övladlarının əxlaqi dəyərlərinə elə zərgər dəqiqliyi ilə fikir verməlidirlər ki, sonda onlara qazandırdıqları üçün peşmanlıq hissi yaşamasınlar. Onlar öz övladlarını elmli, mədəniyyətli, peşəkar olmaları üçün hələ kiçik yaş dövrlərindən hər bir hərəkətlərinə, nitqlərinə, davranışlarına, dostluq etdiyi adamların xarakterinə fikir verməlidirlər. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi vətənpərvərlik hislərinin tərbiyəsimövzusunda bu həftə mən fikirlərimiHərbi Andoxucuları ilə bölüşəcəm.

 

Şəxsiyyətin əsasını qoyan cəmiyyətin ilkin struktur vahidi ailədir. Məhz ailədə ilk tərbiyə alınır uşaqlar ilk sosial təcrübəyə yiyələnir, bir şəxsiyyət kimi formalaşırlar. Ailə ilk tərbiyə ocağı kimi böyüyən uşağın gələcək inkişafında, taleyində mühüm rol oynayır. Uşaq böyütmək, ərsəyə çatdırmaq hər bir valideynin qarşısında duran ən çətin, məsuliyyətli eyni zamanda şərəfli bir işdir. İnsan nəslinin sağlam doğulub, boyabaşa çatmasında düzgün tərbiyəsində ailənin əsas xüsusi funksiyaları özünü büruzə verir. Ulu öndərimiz Heydər Əliyev ailə tərbiyəsi ilə əlaqədar deyirdi: “Ailə tərbiyəsi öz xarakterinə görə nadir bir haldır. Bu tərbiyə ata-ananın övlada məhəbbəti uşaqların da ata-anaya bu cür hissləri kimi bir mənəvi əsas üzərində qurulurMənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi Azərbaycanın gənclərindən uşaqlarından asılıdır”.

 

Milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə əxz olunmasıdır. Burada vicdan, milli mənlik kimi hisslər önəmli rol oynayır. Odur ki, gənclər arasında bu xüsusiyyətlərin formalaşdırılması nəticə etibarilə vətənpərvərlik hissinin inkişafına gətirib çıxarır. Qonşu respublikalarla müqayisədə Azərbaycanda həmişə gənc nəslin tərbiyəsinə xüsusi önəm verilib. Azərbaycan Xalq Cumhuriyyəti dövründən başlayaraq gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi onlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsi istiqamətində böyük işlər görülürdü. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün cəhdlər edilirdi. Bu dövrdə çoxlu sayda milli mənlik şüurunun yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan gənclər yetişib. Gənclərin yaradıcılığının məhsulu olan böyük

 

ədəbiyyat yaranıb bu illərdə. Orada həm milli şüur hissi, həm Azərbaycan sevgisi var.

 

Hər bir cəmiyyətdə güclü milli şüurun, sağlam düşüncənin, mənəvi-psixoloji mühitin mövcudluğu öz növbəsində dövlətin mənəvi əsaslarının möhkəmliyindən xəbər verir. Dövlətin mənəvi əsaslarının davamlı etibarlılığını təmin etmək üçün isə gənc nəsil düzgün ruhda yetişdirilməli, milli-mənəvi dəyərlər yeni nəslə ötürülməlidir. Bu baxımdan ölkəmizin gələcəyi olan gənc nəslin milli vətənpərvər ruhda formalaşması üçün davamlı addımlar atılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə Öz nitqlərində gənc nəslin düzgün tərbiyə olunmasının əhəmiyyətindən bəhs edərək, gənclərin vətənpərvər, milli ruhda tərbiyəsinin hər bir şüurlu vətəndaşın, dövlətin borcu olduğunu bildirib.

 

Bu gün uşaqlarımız gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəsilə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər təqdirəlayiqdir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan tarixinin mədəni irsinin dərindən öyrənilməsi, qorunması beynəlxalq aləmdə təbliğ olunması istiqamətində məqsədyönlü aparır. Onun Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycanı dünya Avropa ölkələrində tanıtması hər birimizin qəlbini fərəh hissi ilə doldurur. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanı, vətənpərvərlik hissini daha da gücləndirir.

 

Ümumiyyətlə, Vətən sevgisi Ulu Öndər ideyalarından qaynaqlanır. Tarixi çıxışlarının birində Ümummilli Liderimiz Heydər Əliyev belə deyib: “Müstəqilliyi qazanmaq olar, amma onu qoruyub saxlamaq çox çətindir”. Vətənini sevən, öz xalqına vətəninə sadiq onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Hər kəs öz varlığıyla Vətənininə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır. Vətənpərvərlik isə özü üçün deyil, eli üçün yaşamaqdır. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev bütün ömrünü ancaq xalqına dövlətinə həsr etdi.

 

Milli mənlik şüuru sayəsində millət, xalq etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün mənəviyyat məsələsi mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Ümummilli lider Heydər Əliyevin təbirincə desək, “Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda

 

xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. Məhz gənclər Azərbaycan xalqının qaymaqlarından yararlanaraq nəinki özlərini vətənpərvər ruhda tərbiyyə etməli, həmçinin bu ideyanın təbliğatçısına çevrilməlidirlər. Gənclik dərk etməlidirlər ki, Azərbaycan xalqı ta qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi keçib. Onlar torpaqlarını öz qanları, canları bahasına qoruyub. Tariximizin şanlı səhifələrini vərəqləsək, mütləq ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Müasir Azərbaycan gəncliyi bu qəhrəmanlardan ibrət dərsi almalı, Vətəni qorumağı özlərinə şərəf hesab etməlidir.

 

xoş bizə ki, 2020-ci ilin sentyabrın 27-sində başlayan İkinci Qarabağ müharibəsində bütün dünya gördü ki, bizim kifayət qədər vətənpərvər gənclərimiz var. O gənclər ki, ölümün üzünə dik baxırdılar mərdanə vuruşurdular. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin o mərd gənclərin sayəsində biz qalibik qürurluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

 

 Aytən Nazimqızı

 

 Hərbi And.- 2021.- 29 oktyabr.- S.7.