"Vətən Fədailəri" Naxçıvan
şəhidləri kitabının
təqdimat mərasimi
keçirilib
Vətən Fədailəri Naxçıvan
şəhidləri kitabının
təqdimat mərasimi
keçirilib - FOTOLAR
Qanları ilə
vətən torpağına
qəhrəmanlıq dastanı
həkk edən şəhidlərimizin qəhrəmanlıqlarını
kitablardan oxuyuruq. Həmin kitablardan daha biri ərsəyə gəldi. Şairə, publisist Manya Səxavətqızı şəhidlərimizə
həsr etdiyi növbəti bir layihəsi olan "Vətən Fədailəri"
layihəsinin ilk cildi "Vətən Fədailəri" Naxçıvan
şəhidləri kitabını
ərsəyə gətirərək
şəhidlərimizin adını tarixə həkk etdi. 22 oktyabrda Müdafiə Nazirliyinin göstərişi
ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kitabın
təqdimatı keçirilib.
Təqdimatda Naxçıvandan
olan çoxsaylı ailələrlə yanaşı
Bakıda yaşayan şəhid ailələri
də iştirak ediblər. Eyni zamanda Müdafiə Nazirliyinin nümayəndə
heyəti və bir çox dövlət nümayəndəliyi
tədbirdə iştirak
ediblər. Tədbirin
ilk dəqiqəsində
şəhidlərimiz birdəqiqəlik
sükutla anılıb
və ardınca dövlət himnimiz səsləndirilib. Tədbirin
aparıcısı Kamran
Yaradanquliyev ilk olaraq çıxış
üçün sözü
polkovnik Elşad Əbilova verib. Elşad Əbilov 44 günlük zəfər tariximizdə qəhrəmanlarımızın
göstərdiyi şücaətlərdən
söhbət açıb
və qəhrəmanlarımızın
adlarının tarixə
həkk olunmasını
yüksək qiymətləndirib.
Bakıvaxtı.az xəbər
verir ki, layihənin müəllifi
şairə, publisist Manya Səxavətqızı
öz duyğularını
qonaqlarla bölüşüb.
Aylarla üzərində
çalışdığı kitabın ərsəyə
gəlməyindən söhbət
açan Manya xanım kitabda zəhməti olan hər kəsə öz təşəkkürünü
bildirib. Naxçıvandan
olan 155 şəhidin şərəfli ömür
və döyüş
yollarından bəhs olunan kitabda ayrıca hər şəhidə ithaf olunmuş bir şeir də yer alıb. Aylarla üzərində çalışılan, hər
bir şəhidin həyatı hiss edilərək yazılan
"Vətən Fədailəri"
Naxçıvan şəhidləri
kitabı ailələrin
təsəllisi olub.
Layihənin ərsəyə gəlməsində bilvasitə
rolu olan qazi Əbdül Məmmədovun oğlu, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov da öz çıxışında
şəhidlərin yüksək
məqamından söz
açıb. Ərsəyə
gələn kitab barəsində ətraflı
məlumat verib.
Kitabın maliyyə dəstəkçisi
Bəhruz Məmmədov
da şəhidlərin
adlarının əbədiləşdirilməsi
üçün atılan
bütün addımlarda
əlindən gələn
köməyi heç
zaman əsirgəməyəcəyini
və belə bir layihədə yer aldığı üçün qürur hissi keçirdiyini deyib.
Millət Vəkili
Aydın Hüseynov öz çıxışında
atılan addımın
önəmindən, şəhidlərin
müqəddəsliyindən söhbət açıb.
Şəhid adlarının yaşaması
üçün hər
zaman böyük addımlar atan, 2 dəfə Manya Səxavətqızının şəhidlərimizə
həsr etdiyi kitabın təqdimatını
keçirən Nərimanov
Rayon İcra hakimiyyətinin Gənclər
və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da bir azərbaycanlı,
bir naxçıvanlı
kimi çıxış
edərək fikirlərini
bölüşdü.
Dəyərli ilahiyyatçılarımız Hacı Şahin müəllim və Hacı Ramil Bədəlov dəyərli
kəlamları ilə
şəhidliyin anlamını
izah edərək şəhid ailələrinin
dərdlərinə təsəlli
olublar. Onlar da şəhidlərimizin ömür yollarının
kitablarda həkk olunmasının vacibliyini
vurğulayıblar.
Dəyərli şəhid ataları, anaları, qardaşları,
bacıları, yoldaşları
"Vətən Fədailəri"
Naxçıvan şəhidləri
kitabının təqdimatında
şəhid adlarının
əbədiyaşarlığını görərək təsəlli
alıblar.
Şəhid atası Mayis
Gülməmmədov , Əsəd
Ələkbərov Elman
Məmmədov bir şəhid atası olaraq "Vətən Fədailəri" Naxçıvan
şəhidləri kitabının
ərsəyə gəlməyində
çəkilən zəhməti
yüksək qiymətləndirərək,
belə addımlardan təsəlli aldıqlarını dilə gətiriblər.
Şəhid anaları Gülşad ana, Rəna ana öz çıxışlarında
övladları qurban olan vətəndə şəhid adının yaşadılmasından təsəlli
aldıqlarını vurğulayaraq
atılan addımı
yüksək qiymətləndiriblər.
Şəhid qardaşları
Elyar Vəliyev, Toğrul Məmmədov kitab haqqında və tədbir haqqında təəssüratlarını
bölüşübər.Vətənə
əzasını qurban
verən şəhadətin
bir addımlığından
dönən qazi Ülvi Qədir çıxış edərək
atılan addımın
önəmini vurğulayıb. Bundan başqa Vətən müharibəsinin
daha bir qazisi Əfsələddin bəy və digər hərbiçilər
öz iştirakları
ilə şəhidlərimizə
olan ehtiramlarını
göstəriblər.
Naxçıvan Ali məhkəsinin
sədr müavini Fərman müəllim də tədbirdə iştirak edib. Şairə, publisist Nəcibə İlkin öz şeiri ilə şəhid dərdlilərin şəhid
adlı yarasına məlhəm olub.Şəhidlərimizin
adlarını öz nəğmələri ilə
yaşadan Ruslan Səfəroğlu da həmin gün tədbir iştirakçılarının
yanında oldu.Üç
saata yaxın davam edən "Vətən Fədailəri"
Naxçıvan şəhidləri
adlı kitabın təqdimat mərasimində
vətənpərvər ruhlu
musiqilərə də
yer verilib
Hərbi
And.- 2021.- 29 oktyabr.- S.5.