Xüsusi təyinatlı əzmkarlığı ilə
fərqlənən cəsur
döyüşçü...
44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalı altında
qalan torpaqlarımızın
azad olunması ilə nəticələndi. Bu müharibədə Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının
hərbi qulluqçuları
döyüş tapşırıqlarını
uğurla yerinə yetirərək şücaət
nümunələri göstəriblər.
Onlardan döyüşlərə qumbaraatan
kimi qatılan çavuş Beydiyev Ənvər Çingiz oğlu şərəfli döyüş yolu keçən mərd oğullarımızdan biridir.
Çavuş Ənvər Beydiyev
1992-ci il iyunun 13-də Şəki rayonunun Oxud kəndində anadan olub. 1998-2010-cu illərdə
doğma kəndindəki
Nurpaşa Hümmətov
adına tam orta məktəbdə təhsil alıb.
2010-cu ilin iyul ayından 2012-ci ilin yanvar ayınadək Ənvər Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli
həqiqi hərbi xidmət keçib. Hərbi
xidmətdən qayıtdıqdan
sonra 3 il
Şəki Rayonlararası
Mühafizə Şöbəsində
mülki mühafizəçi
vəzifəsində işləyib.
O, 2016-cı ilin mart ayında
Daxili Qoşunlarda müddətdən artıq
həqiqi hərbi xidmət etmək üçün sənədlərini
verərək, Lənkəran
rayonunda yerləşən
“N” saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi
dəstəsində atıcı
vəzifəsinə təyin
olunub. Həmin ilin dekabr ayında isə xüsusi təyinatlı dəstəyə keçirilib.
Xüsusi təyinatlı
dəstənin atəş
təminatı və xüsusi həmlə qrupunda heyət nəfəri vəzifəsində
xidmət edən hərbi qulluqçumuz
2020-ci ilin may ayında
xüsusi həmlə
qrupunda atıcı-qumbaraatan
vəzifəsinə təyin
edilib. Vətən müharibəsi başlayana
qədər bu vəzifədə xidmət
edən Ənvər xüsusi təyinatlıların
sırasında torpaqlarımızın
azad edilməsi uğrunda mübarizəyə
qoşulub. Xüsusi təyinatlı
kimi də təlim və məşğələlərdə qazandığı təcrübə
döyüş sınağında
onun köməyinə
yetib.
Qazimiz Vətən
müharibəsində ön
sıralarda döyüşən
dəstələrdə olub. Füzuli,
Cəbrayıl və Şuşa istiqamətlərində
aparılan hərbi əməliyyatlarda fəal
iştirak edib.
2020-ci ilin oktyabr
ayının 17-də çavuş
Ə.Beydiyev Füzuli
rayonunun ərazisində
döyüş əməliyyatına
cəlb olunub. “Beton
post” adlanan ərazidə
şiddətli döyüşün
getdiyini bildirdi: “Düşmənin artilleriya
vasitələrinin atəşinə
məruz qaldıq. Çoxlu sayda minaatan mərmisi atılırdı.
Lakin düşməni məhv edərək möhkəmləndirilmiş
postlarını tutmağa
müvəffəq olduq.
Bu döyüşdə dəstəmizin hərbi qulluqçusu kiçik gizir Anar Məmmədov
qəhrəmancasına şəhid
oldu”.
Ənvərin daxil olduğu qrup buradan Cəbrayıl
rayonunun ərazisinə
göndərilib. İşğaldan azad olunan Cəbrayıl rayonunda axtarış əməliyyatlarında
iştirak ediblər.
Digər bölmələrlə yanaşı,
bu qrupun da qarşısına qoyulan növbəti döyüş
tapşırığı Şuşanın azad olunması olub. Hərbi
qulluqçumuz Şuşa döyüşlərində
də öz mətinliyi ilə fərqlənib. Ən qaynar nöqtələrdə
bacarıqlı, qətiyyətli
hərbçi kimi döyüşüb, düşmənə
sarsıdıcı zərbələr
vurmaqla onu texnika və canlı qüvvə sarıdan itkiyə uğradıb.
Döyüşçülərimiz Şuşaya meşə və dağ keçidlərini aşaraq
həmlə ediblər. Ənvərin daxil olduğu qrup bir neçə
gün yol qət edərək Şuşanın ətrafına
yaxınlaşıb. Şəhərin yaxınlığında əlverişli
mövqelərin tutulması,
düşmənin köməyə
gələ biləcək
canlı qüvvəsinin
qarşısının alınması
tapşırıqları verilib.
Onların qrupu mayor Cavid Tağıyevin rəhbərliyi
altında (hazırda
“N” saylı hərbi hissədə “Gürzə”
şərti adı daşıyan xüsusi təyinatlı dəstənin
komandiri) Şuşa
ətrafındakı meşəlik
ərazidə irəliləyərək
Xankəndidən Şuşaya
gələn yolu nəzarətə götürmək
üçün “Zapravka”
deyilən əraziyə
istiqamət alıblar.
Ənvər burada noyabr ayının 6-da yaxın məsafədə
gərgin döyüşlərin
getdiyini bildirdi: “Həmin əraziyə çatanda düşmən
zirehli texnika ilə bizim qüvvələri atəşə
tutmağa başladı.
Qrupun tərkibində
iriçaplı silahlar
az olduğundan,
düşmənin zirehli
texnikalarına qarşı
mübarizə aparmaq çətin idi. Mənim RPQ-7
qumbaraatanı ilə düşmənin zirehli texnikasına atəş açmağım nəticəsində
2 tank zərbə alaraq
geri çəkildi.
İşğalçıların xeyli sayda canlı qüvvəsi isə məhv edildi. Yaralanan hərbi qulluqçularımız
oldu. Düşmən tankından bizim
mövqeyə atılan
mərminin qəlpələri
mayor Cavid Tağıyevi
qolundan və ayağından yaraladı.
Ona dəstənin feldşeri gizir Aydın Rzayev ilkin tibbi
yardım göstərdi.
Biz onların şəxsi heyət daşıyan avtomobillərini
atəşə tutaraq
məhv edirdik. Düşmən iriçaplı silahlarımızın
sursatının tükəndiyini
başa düşdüyündən,
öz hərbi qulluqçularını zirehli
texnika ilə aparmağa başladı”.
Qazimiz yaralanmasını belə
xatırladı: “Düşmən
yaxın məsafədə
döyüşdə məğlub
olduğundan, uzaq məsafədən mövqelərimizi
tank və minaatanlardan
atəşə tuturdu.
Noyabr ayının 6-da axşam vaxtı Şuşa-Xankəndi
yolunda düşmən
tankından bizim mövqeyə atılan mərminin partlaması nəticəsində ayaqlarımdan
qəlpə yarası
aldım. Mənimlə pusquda olan xüsusi
təyinatlı qüvvələrin
2 nəfər zabiti də yaralandı. Yaralı vəziyyətdə meşə
istiqamətində təxminən
100 metrə kimi süründüm. Meşədə digər yaralılarımızın
saxlandığı yerə
gəldim. Yaralanmağıma baxmayaraq, bu halda həmin gün və səhəri gün axşama qədər döyüşçü yoldaşlarımla
birlikdə döyüşü
davam etdirdim. Burada dəstəmizin hərbi qulluqçularından
kömək üçün
gələn baş çavuş Kənan Kərimov, çavuşlar
Mehrac Qarayev və Zamiq Ağayevin
də olduğu təxminən 15 nəfərlik
qrup yaralılarımızın
düşmənə əsir
düşməsinin qarşısını
almaq üçün
mövqelənərək atəş
nöqtələri qurmuşdu.
Onlar, həmçinin, Xankəndi
istiqamətindən Şuşaya
gələn işğalçıların
qüvvələrini pusquya
salaraq məhv edirdilər. Düşmən burada yaralıların və pusqu qrupunun
olduğunu müəyyən
etdiyindən, tank və
100 nəfərə yaxın
canlı qüvvə ilə bizim tərəfə həmləyə
keçdi. Sayca üstün
olan düşmənə
qarşı qorxmadan yaxın məsafədə
mübarizə aparırdıq.
Düşmən tankının yaxınlaşdığını
görən baş çavuş Kənan Kərimov məsafənin təxminən 20 metrliyində
tankın qarşısına
çıxaraq qumbaraatanla
atəş açdı.
Bu atışdan zərbə
alan tank Xankəndi istiqamətində
geri çəkildi. Bundan qorxuya düşüb qaçmağa cəhd edən düşmənin
100 nəfərə yaxın
canlı qüvvəsi
məhv edildi”.
Ənvər düşmənin bir
neçə zirehli texnikasını sərrast
atışları ilə
sıradan çıxaran,
canlı qüvvəsini
ciddi itkiyə məruz qoyan, döyüşçülərimizin irəliləməsində hünər
göstərən, onunla
birlikdə xidmət etmiş baş çavuş Kənan Kərimovun, çavuşlar
Mehrac Qarayev və Zamiq Ağayevin
xidmətlərinin unudulmayacağını
bildirdi.
Hərbi qulluqçumuz noyabrın
8-də döyüş bölgəsindən
təxliyyə olunaraq
Hadruta gətirilib. Füzuli,
Gəncə və Ağcabədidə müalicə
alan qazimiz
daha sonra müalicəsini
Daxili Qoşunların
Hərbi Qospitalında
davam etdirib. Ənvər burada
tibb işçilərinin
ona xüsusi diqqət və qayğı göstərdiklərini
vurğuladı.
Ənvərin yarımqrup komandiri,
3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş çavuş Kənan Kərimov onunla birlikdə Şuşa ətrafında bir sıra döyüş tapşırıqlarını yerinə
yetirdiklərini söylədi: “Ənvər
olduqca vətənpərvər
bir hərbi qulluqçu olduğunu döyüş meydanında
göstərdi. O, qumbaraatan
olduğundan şəxsi
heyətdən bir az öndə gedib. Düşmənin bir neçə zirehli texnikasını sıradan çıxarıb.
Düşmən texnikasının
sıradan çıxarılması
nəticəsində döyüşçülərimizin
az itki ilə
irəliləməsinə imkan
yaradıb. Ənvər
hətta düşmənin
öz silahı - snayperi ilə çoxlu sayda atəş nöqtəsini
susdurub”.
Azərbaycan Respublikası Prezidentinin
18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli və
29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə
çavuş Ə.Beydiyev
“Cəsur döyüşçü”,
“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Hazırda xidmətini davam
etdirən çavuş
Ə.Beydiyev xidmət
etdiyi dəstənin qarşısına qoyulan tapşırıqların yerinə
yetirilməsində öz
ayıq-sayıqlığı və çevikliyi ilə komandanlıq tərəfindən müsbət
xarakterizə olunur.
2021-ci ilin may ayında Azərbaycan sərhəddini pozaraq silahlı insidentdən sonra hadisə yerindən qaçan və Yardımlı rayonunun ərazisində gizlənən
İran vətəndaşlarının
zərərsizləşdirilməsi üzrə əməliyyatda
da fəal iştirak edib.
Belə hərbi
qulluqçularımızın fədakar xidməti şəxsi heyət üçün layiqli nümunədir.
kapitan Sadıq Rəfiyev
DİN-in Daxili Qoşunlarının
Hərbi And.- 2021.- 17 sentyabr.- S.6.