“Gözlərimin qarasını verərəm, Qarabağı vermərəm” deyən şair

 

 

Bəlli bir həqiqətdir: şair-doğma xalqının yaradıcı istedadının daşıyıcısıdır. Onun bu qeyri-adi qisməti şairlik amalının ucalığını, eyni zamanda çətinliyini şərtləndirir. Öz varlığında xalq başlanğıcını duymaq şairin poeziyasına təbiilik, səmimilik, vətəndaşlıq, aşılayan amildir. Belə poeziyanı geniş oxucu kütləsi sevir, yaddaşına yazır. Tofiq Bayramın vətəndaş inamlı, xalqsevər poeziyası beləcə sevilir. Azərbaycan ədəbiyyatında və poeziyasında görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın özünəməxsus bir yeri var. O, hər zaman poeziyamızın seçilən şairlərindəndir. Xarakterindəki bütövlük, çılğınlıq, onun şeirlərində və bütün yaradıcılığında özünü göstərir. Tofiq Bayramın poetik inamına, ilhamına qol-qanad verən vətən sevgisi, xalq eşqidir. Azərbaycan mövzusu onun yaradıcılığının məhək daşı, hərəkətverici qüvvəsidir.

 

AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Tofiq Bayramın anadan olmasının 86-cı ildönümü tamam olur.

 

Tofiq Bayram 1934-cü ildə dekabrın 16-da Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinəAzərbaycan müəllimiqəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera Balet Teatrında ədəbi hissə müdiri, “Ulduzjurnalı redaksiyasında, “Ədəbiyyat incəsənətqəzeti redaksiyasında şöbə müdiri, “Yazıçınəşriyyatında baş redaktor müavini işləyib.

 

Lope de VeqanınHiyləgər məşuqəpyesini tərcümə edib. A.T.TvardovskininYaddaşın hökmüpoemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.

 

Tofiq Bayram müxtəlif yerlərində çalışsa da onun dəyişməyən əsas yeri isə yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub. 1998-ci ildə sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün onun adını daşıyan istirahət parkının açılışında ümummilli lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.

 

Şairin sevimli bacısı Svetlana Bayramova qeyd edir ki, Tofiq Bayramın himayə edilməsində unudulmaz Heydər Əliyevin böyük xidməti xeyirxahlığı olub. Şairin ötən əsrin 70-ci illərində türk müğənnisinə yazdığı şeirin Türkiyədə yayılması Moskvada bəzi dairələrin etirazına səbəb olub, Bakıya "tədbir görülsünmesajı gəlib. Millətinin söz adamlarını həmişə hifz etməyi bacaran Heydər Əliyev böyük ustalıqla Tofiq Bayramı bu təzyiqlərdən, hətta həbsdən qoruya bilib.

 

Tofiq Bayramın şeir gülüstanından hansı çiçəyi çəksək məxsusi ətri, rəngi mənası var. Zəlimxan Yaqub deyərdi ki, Tofiq Bayram çiçəkləri şeir kimi sevərdi, şeiri çiçəklər kimi. Dəfələrlə şairi görüşlərdə güllərin içində itən görmüşəm. Onun görüşlərində gül dəstələrindən dağ yaranardı. Həqiqətən qəribə şeir deməyi vardı. Elə bil yeriyən dağ silkələnirdi. İçində vulkan ləngərlənərdi. Bu püskürən vulkanın nəfəsindən qopan misralar o qədər zərif, həzin olardı ki, adamın yeddi qatından keçərdi. Mürgülü günlərin xiffəti ürəyinə ox kimi sancılardı:

 

Biz ki unutmuşduq ilk məhəbbəti,

 

Ah bu qəfil görüş kaş olmayaydı.

 

Mənim gözlərimdə eşqin həsrəti,

 

Sənin gözlərində yaş olmayaydı.

 

Tofiq Bayram ürəkləri fəth edən şair idi. Onun qadın, ana mövzusunda yazdığı şeirlərin ahəngindəki etiraflar, arzular, nigarançılıq olduqca təbii, səmimi məlhəmdir. Kimə ünvanlanmasından asılı olmayaraq, oxucu üçün çox doğmadır. Hər kəsin öz dərdi, həyəcanı, sevinci, düşüncələri dil açır bu şeirdə.Qadın ürəyiadamın bütün varlığını riqqətə gətirir:

 

Necə rəhmlidir, necə amansız,

 

Necə mehribandır, qadın ürəyi!

 

Sən onu incitsən, bil ki, a qansız,

 

Ağlayan kamandır qadın ürəyi.

 

Unudulmaz, korifey ifaçılarımız Tofiq Bayramın sözlərinə yazılmış mahnıları xüsusi şövq ahənglə oxuyublar. Çoxu da dünyasını dəyişib. Nəfəslər bitsə , səs yaşamaqdadır. Hər dəfə Əbülfət Əliyevin ifasında bu mahnıları dinlədikcə, sanırsan ki, sənət yolu həqiqətən uzundur. Bir təsəlli var ki, mənəvi xəzinəmizin bu inciləri həmişəyaşardır, yeni ifaçılar da Tofiq Bayramın sözlərindən ibarət mahnıları həvəslə, yeni tərzdə oxuyurlar.

 

Tofiq Bayram torpağına bağlı, poetik amalına sadiq, humanist, istedadlı bitkin qələm sahibi olan şəxsiyyət kimi seçilərək, sevilirdi. Həyat müşahidələri çox dərin idi. Güclü poetik mühakiməsi onu həmişə şablonçuluqdan, süni müraciətlərdən uzaqda saxlayırdı. Duyğularını səmimi, ifadəli, təsirli qələmə alırdı. Şeirlərinin poetik vüsəti çox genişdir. Bu səbəbdən onun poeziyasında müxtəlif şəxsiyyətlərin şərəfinə hörülmüş şeir çələngləri çox əlvan, füsunkar maraqlıdır. "Səttar çələngi”ndən nümunə:

 

Rəssamlıq ilahi vergiydi səndə,

 

Bəs, necə oxutdun gülü çiçəyi,

 

Görünür, üç ürək varmış sinəndə:

 

Füzuli, Üzeyir Səttar ürəyi!

 

Vətən torpağına baş əyənləri, ellər baş üstə bayraq tək saxlardeyən Tofiq Bayram o səhərlərin arzusu, istəyi ilə yaşayırdı ki, sabah ölüm olmasın yer kürəsində. Bu bəşəri diləklərin sarı simində Vətən nəqarət idi.Gözlərimin qarasını verərəm, Qarabağı vermərəmhayqırırdı böyük məramlı, əqidəli, məğrur şairimiz! Ulduz sanılı arzuların sahibi idi, dostlarını, tanışlarını tez-tez başına yığaraq, onlar üçün Vətən ünvanlı şeirlərini oxumağı da çox sevərdi:

 

Hər qarış torpağı dünyaca şirin,

 

Hər axan bulaqda səsim-ünüm var,

 

Sevgidən füsunkar, röyadan şirin,

 

Arzudan müqəddəs bir Vətənim var.

 

Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub.

 

Hərbi And.- 2021.- 8 yanvar.- S.19.