QANI İLƏ
TARİX YAZIB TARİXƏ DÜŞƏNLƏR
Sual olunur ki, Vətən hardan başlanır? Sərhəddənmi, hər kəsin evindənmi, yaşadığı
şəhərdənmi? Vətən ayaq atdığımız
torpaqdan başlayır,
əsgərlərimizin vətən
keşiyini qoruduğu
sərhəddən başlayır.
Vətən ən əsası içimizdəki
sevgidən ən ali bir hisdən başlanır. Təki vətənə layiqli övlad olaq. Məmməd Arazın nəzmə çəkdiyi
misralırın dili ilə desək "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim".
Vətənini canı, qanı bahasına qoruyan Məmmədli Nicat Rizvan oğlu da Vətən torpağını qanıyla
suvarıb bərəktləndirdi.
8 noyabır Zəfər
gününün birinci
ildönümündə Culfa
şəhərində olduq. Qəhrəman el oğullarımızın uyuduğu
ruhlar xiyabanını
ziyarət etdikdən sonra şəhidin evlərinə yollandıq.
Ailəsi ilə həmsöhbət
oldub qəhrəmanımızı
daha yaxından tanımağa çalışdıq.
Nicat
1999-cu il iyulun 31-də Culfa şəhərində dünuaya
açıb. Bir böyük
bacısı Zeynəbdən
sonra 3 oğul övladın böyüyü
olub Nicat. Ondan kiçik qardaşları
Cəmil və Kənan.
2005-2013-cü
illərdə Culfa şəhərində 2 nömrəli
tam orta məktəbində
təhsil alan
vətnpərvər Nicat
təhsilini hərb sahəsində davam etdirməyə qərar verir.
Beləliklə o, 2013-2016-cı illərdə Heydər Əliyev adına Naxçıvan
Hərbi Liseyindədə,
2016-2020-ci illərdə isə
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
(AAHM) ali hərbi təhsil alır. Leytenant rütbəsi ilə təhsilini başa vuran Nicat Məmmədli
tağım komandiri kimi Ağdamın Xındırısdan kəndində
düşmənlə üzbəüz
mövqedə yerləşən
motoatıcı hərbi
hissədə vətənə
xidmətə başlayıb.
Xidmətdə olduğu müddətdə
zəkası, çevikliyi,
səmimiyyəti ilə
yoldaşlarının böyük
rəğbətini qazanan
Nicatın atası Rizvan Məmmədli dedi ki, 2020-ci il sentyabrın
27-də düşmən bütün
cəbhə boyu təxribata əl atanda Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün Vətən
müharibəsi başlananda
Nicat döyüşlərə
qatılıb.
Ağdam, Talış kəndi, Ağdərə Tərtər
rayonunun Suqovuşan qəsəbəsinin azadlığı
uğrunda gedən döyüşlərdə düşmənə
qarşı savaşıb
Nicat Məmmədli.
Şəhidin anası Minayə xanım bildirdi ki," Nicat həm Naxçıvan hərbi liseyində, həm Bakıda Ali hərbi Məktəbdə
təhsil aldığı
dövrdə müəllimlərini
və məktəb yoldaşlarını zəkası,
savadı, yaxşı
işləri ilə heyrətlədirirdi. Hər zaman xoş
xəbərlər və
təşəkkürnamələr alırdıq. O, 3 dil
bilirdi. Rus, İngilis və
Polyak dillərini bilən Nicat daim araşdırmalar aparıb biliyini artırmağı sevirdi.
Yerli və dünya ədəbiyyatı yazarlının
əsər və romanlarını oxuyar, mütaliə aparardı.
Hərbi
xidmətə başladığı
dövrdə də günlük tutmuşdu.
Vaxtı
olduqca qeydıər aparırdı. Bundan əlavə
Nicat romanda yazmağa başlamışdı.
Təssüf ki, nə günlüyü nədəki
pomanı bizə gəlib çatmadı."
Ananın bu son cümləsindən
sonra doluxsunub kövrəlməsi ilə
otağa bir sükut çökdü. Otaq demişkən
nəyinki ələşdiyimiz
otaqda evin bütün otaqlatında qəhrəmanımızın fotoşəkillətindən
ibarət güşələr
yaradılıb. Ən böyük
guşə isə əyləşdiyimiz otaqdadır.
Burada insan özünü bir muzeydə hiss edir. Hər küncündə, hər
divarda Nicatın xatirəsinin yaşadığı,
bir işartısı
olan Qəhrəman muzeyi.
Söhbətimizə davam edərkən Minayə xanımdan müharibə zamanı Nicatın ailəsi ilə telefon əlaqəsi yaradıb yaratmadığını soruşdum. "Döyüşlər başlamazdan
əvvəl gündə
bir neçə dəfə telefonla danışardıq. Amma Vətən
müharibəsi başlandıqdan
sonra gün ərzində bir dəfə zəng edərdi. Hal-əhvalımızı soruşub
hər şeyin yaxşı olduğunu deyib sağollaşardı.
Danışığımız çox az
çəkirdi. Nicatdan döyüşdə
olub olmadığını
soruşanda "Yox ana mən döyüşdə
deyiləm."deyirdi. Hərbi ilə bağlı heç bir sualımıza cavab vermirdi. Son danışığımız
4 oktyabr səhər
12 radələrində oldu.
Hər şeyin yaxşı olduğunu, telefonunu bizə göndərəcəyini
bildirib sağollaşdı.
Dostu Kənanla birlikdə çəkdirdiyi bir neçə fotonu bizə göndərdi.
Fotolar işğaldan azad edilmiz torpaqlatımızda
çəkilmişdi. Dözədim 40-45 sonra dəqiqə
mən zəng etdim. Oğlum niyə bizə döyüşdə olduğunu
bildirmədin deyəndə
"Nə deyərdim
ana?... olamaz.
Özünüzdən muğayat olun.
Telefonumu
dostum Kənan verirəm. Sizə çatdıracaq." deyib dəstəyi asdı.
Sonradan öyərdik
ki, elə həmin gün 15:30 radələrində şəhid
olub."
Şəhidin atası Rizvan müəllim mobil telfondan göndərilmiş
oğlunun bir səs yazısını bizə dinlətdi. Dostu Nazimə göndərdiyi səs yazısında Nicat dostuna: "
Olduğumuz yerdə
ölüm riski böyükdür. Nazim əyər
mənə nəsə
olsa kitablarım sınindir. Fotoaparatımı qardaşıma çatdırın.
Mobil telefonumu isə satıb vəsaiti kimsəsiz körpələr evinə
bağışlayın. Özünə yaxşı bax
Nazim. Salamat qal."-deyib.
Yaşdığı qısa ömürdə müsbət keyfiyyətləri,
fərqli xüsusiyyətləri
ilə seçilən
Nicat şəhadəti
ilə də fərqləndi. Suqovuşanın azad olunması
uğrunda gedən döyüşlər zamanı
Nicat yaxınlığına
düşən qubaranı
görən kimi dərhal özünü qumbaranın üzərinə
atır. 30 nəfəri ölümdən
qurtaran qəhrəmanımız
şəhidlik zirvəsimə
ucalır. Şəhidimiz 12 oktyabrda böyük izdihamla qarşılanaraq doğulduğu Culfa şəhərində dəfn
edilir.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən
Nicat Məmmədli ölümündən sonra
"Vətən uğrunda",
Cəsur döyüşçü"
, " Suqovuşanın azad
olunmasına görə"medalları
və 3 -cü dərəcəli rəşadət
erdeni ilə təltif edildi.
Nicatdan kiçik,
evin ortancıl oğlu Məmmədli Cəmildə vətənpərvər
qardaşı kimi hərb sənətini seçib. O, hərbi xidmətini bitirən kimi sənədlərini hərbi hissəyə təqdim edərək müddətdən ardıq
həqiqi hərbi qulluqçu kimi xidmət edir.
Artıq arxada qalmış Vətən müharibəsində
düşmənlə üzbəüz
döyüşüb onu
geri oturdarkən şəhid olmuş igidlərimiz, ilk növbədə,
onları dünyaya gətirən, böyüdüb
ərsəyə çatdıran,
qələbə öyüdü
ilə cəbhəyə
yola salan ata-anaların can itkisidir. Lakin düşmənin
ümummilli bir bəla mənbəyi kimi yox edilməsinin
böyüklüyü və
əzəməti isə
ondadır ki, qazanılan bu qələbə hüdudsuz
ağrı-acılarımızı üstələyə bildi.
Nicatın valideyinlərinin
timsalında övladını
itirən ata-analar da, son mənzilə dəyanətlə
yola salanda ağrılarını bir
kənara qoyub, çiyərparalarının, can
yoldaşlarının axan
qanları ilə qazanılan ümummilli dinclikdə necə böyük payları olduğundan qürurlandılar.
Bizi evində qonaq edib söhnətləşən
ailəyə təşəkkür
edir və qeyd etmək istəyirəm ki ,Azərbaycan xalqı bu valideyinlər
və onların yetişdirdiyi igidlərə
daim minnətdar olacaq, onların əziz xatirəsini daim yüksək tutacaqdır.
Bəxtiyar ƏLİYEV
Hərbi And.- 2022.- 5 avqust.- S.13.