"Günlərlə Polad
Həşimovun videolarına baxıb deyirdi
ki, bu qisas
yerdə qalmaz!"
Haqqında söz açacağım növbəti qəhrəman qardaşım Vətən müharibəsi şəhidi Şükürlü Nicat Ayaz oğludur.
Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də
Səbail rayonunun Badamdar qəsəbəsində
anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində
49 saylı "Intellect" liseyində təhsil alıb. 2014-2019-cu illərdə
isə Slavyan Universitetində (BSU) "Beynəlxalq
münasibətlər" üzrə
ali təhsil
alıb. Karate idman növü ilə məşğul olub və Azərbaycan
daxili yarışlarda
bir sıra nailiyyətlər əldə
edib. Nicat Şükürlü 2009-2011-ci
illərdə Azərbaycan
Silahlı Qüvvələrinin
Gədəbəy rayonunda
yerləşən "N" saylı hərbi hissəsində müddətli
həqiqi hərbi xidmətdə olub. Şəhidimiz subay idi.
Şəhidin atası Şükürov
Ayaz deyir ki, Nicatdan çox
danışa bilərəm. İnanın,
onun haqda az qala bir kitab yazmaq
olar:
"O, dünyaya gələndə
də Birinci Qarabağ müharibəsi
idi. Müharibə ilə gəldi,
müharibə ilə
getdi balam. Mən Nicatın dünyaya gəlişini dostlarımla
birlikdə şadyanalıq
etdim, atəşfəşanlıqla
qeyd etdim. Hər kəs deyirdi əsgər dünyaya gəlib. Oğlum idmanı çox
sevirdi, 5-ci sinifdən
karate ilə məşğul
idi. Ulu öndər Heydər Əliyev adına
olan turnirlərdə birnci yerə layiq görülüb. Çox igid, qorxmaz ,
tərbiyəli övlad
idi. O qarşısına
məqsəd qoymuşdu
ki, ali
təhsil alacaq. Hərbiyə gedəndə
təhsil ala bilməmişdi,
hərbidən gələndən
sonra getdi ali təhsil
aldı. Nicat evdə ciddi
uşaq idi. Sanki
bir kişi
siması vardı, çox vətənpərvər
idi. O, uzun illər idi ki, namaz qılırdı,
heç vaxt heç kəs bilmirdi ki, Nicat
ibadət edir. Çox rəhimli insan idi. Həmişə kasıbların, imkansızların yanında
olardı. Oğlum hər
Ramazan bayaramında maşının doldurardı
ərzaqla, aparıb imkansız ailələrə
yardım edərdi.
Dostları deyir ki, biz istəyirik övladlarımızı
onun kimi tərbiyə edək.
Oğlum
bütün Birinci Qarabağ şəhidlərinin
intiqamını aldı,
çünki o təəssüratlarla
böyümüşdü".
Şəhidin anası Şükürova
Yeganə deyir ki, heç bilmirəm mən haradan başlayıb danışam. Ayağı yer tutandan
biz həyət evində
idik. Həmişə
deyirdi mən əsgər olacağam:
"Uşaqlıqdan tapança,
avtomatları olardı,
hərbi oyunlar oynayırdılar, balacalıqdan
o cür həvəsi
vardı. Həmişə atası ona
çoxlu oyuncaqlar alırdı, onları söküb baxmaq istəyirdi. Ana- atasına, dostlarına sadiq uşaq idi. Orta məktəbdə müəllimləri Nicatı
çox istəyirdi.
O, riyaziyyatı çox
gözəl bilirdi, çox seçilən uşaq idi.
Uşaq
vaxtı həyətimizdə
yuxarıdan yıxıldı,
başı daşa dəymədi, ancaq illər keçdi başından yaralanaraq şəhid oldu balam... ( Red: ağlayır)
Nicat
2020-ci il 27 sentyabrından könüllü
kimi 3 dəfə müraciət etmişdi səfərbərliyə, sonra
apardılar. Füzuli-Hadrud istiqamətində döyüşüb. Balam oktyabrın11-də axşam saat 7-8 radələrində şəhid
olub. Səbail rayonu badmdar
qəsəbəsində dəfn
olunub".
Şəhidin atası Şükürov
Ayaz deyir ki, karantin vaxtı
Nicat hərbidə
Gədəbəydə idi,
o qədər qar yağmışdı ora qalxmaq mümükünsüz
idi. Dedi qar yağır yollar bağlıdır gəlmə, ata. Dedim darıxıram, göydən
daş da yağsa, gələcəyəm.
Yollar çox dəhşətliydi,
şoferin biri düşüb addım-addım
gedirdi, avtobus da arxasınca. Getdim çatdım o vəziyyətdə.
Dedim kimin valideyni gəlməyibsə,
onları da yığ gətir. Nicat onları yığdı gətirdi. Oturub ata-bala söhbət
edirdik. Aldığım nələr vardı
elə ordaca hamısını payladı
əsgər yoldaşlarına.
Axsayırdı, ayaqqabılarını çıxardım. Hələ də
gözümün önündədir
balamın həmin halı. Komandirləri Nicatdan çox
razılıq edirdi.
Dedim o ibadət edəndir, ona şərait yaradın. Sağ olsunlar komandirləri həmişə
zəng edirdi mənə ki, Nicat bizim əsgərimiz
yox, qardaşımızdır.
Həmişə zəng edəndə deyirdi, ata, burdan
Göyçə gölü
görünür. Azərbaycanımızın çox gözəl
yerlərini işğal
ediblər düşmənlər,
bu torpaqları onlara verməyəcəyik.
Bir dəfə dedim ki, ananla gəlirəm.
Dedi anam gəlsə, mən gedib qalxacağam dağa görüşməyəcəyəm.
Bu qədər kişilərin
yanına qadına əziyyət verib niyə gətrirsən, olmaz! Özüm gələcəyəm. Həmişə yemək-içmək göndərərdik Nicata,
hamısını əsgərlərə
verirdi".
Şəhid anası Yeganə
xanım deyir ki, Nicat ali məktəbə qəbul olmamışdı.
Getdi hərbi xidmətini çəkdi gəldi, hazırlaşıb
universitetə qəbul
oldu:
"Hər gün
tezdən saat 6 tamamdan günorta 12-yə kimi oxuyurdu, kiçik bir dükanda işləyirdi. Bütün hazırlıq
pulun oradan düzəldirdi. Çox səliqəli,
çox xoş ünsiyyətçil idi.
Könüllü olaraq bir sıra dövlət tədbirlərində fəal
iştirak edib.
Tovuz hadislərindən sonra Nicat bir an
belə sakitlik tapmadı. Adını könüllü olaraq yazdırdı, günlərlə
Milli Qəhrəman Polad Həşimovun videolarına baxıb deyirdi ki, bu
qisas yerdə qalmaz. Deyirdim Nicat ölməyə
nə yaman tələsirsən. Deyirdi,
ana, ölməyə yox, öldürməyə!
Nicata hərbi
komissarlıqdan zəng
gələndə çox
sevinirdi, qonşular belə qarşısına
durdu ki, getmə evin tək oğlusan. Mən
son görüşdə çox
narahat idim, mənə dedi belini bükmə, başını dik tut, sən bu cür
oğulun anasısan. Narahat olma, torpaqlarımızı
azad edəcəyik!
Bir dəfə
Nicatın telefonuna baxırdım, gördüm
dostu ilə bir yazışması var, müharibəyə getməzdən qabaq. Dostu yazıb
ki, sən niyə gedirsən könüllü? Sən Qarabağ
görmüsən? Nicat da deyir ki, bu
qədər güclü
ordumuz var, biz nə qədər güclənmişik. Amma erməni
bizim torpaqlarımızdan
çıxmaq istəmir.
Gedib bu torpaqlarda şəhid olan, qaçqın düşən,əziyyət
çəkən hər
kəsin qisasını
alacağıq. Vətən çağırırsa,
biz müsəlləh əsgərik!"
Şəhidin bacısı Nigar xanım deyir ki, qardaşımın əsgəri deyirdi ki, biz Hadrut istiqamətində hərəkət
edirdik. Yollar çox qaranlıq və dumanlı idi: "Nicat bizə dedi ki, nəsə havadan bir təhlükə
yağır. Yanımızda yaralı vardı, nə qədər yorğun olsa da, Nicat onu
da ordan çıxarmağa çalışırdı.
Bir neçə saatdan sonra bizi atəşə
tutdular. Nicat kömək
etdiyi əsgərin yanında bərk yaralanmışdı. Allah rəhmət eləsin, çox igid, vətənpərvər oğul
idi..."
Şəhidin atası Şükürov
Ayaz deyir ki, 1991-ci ildə çox qarışıq
zaman idi.Qarbağdan kütləvi qaçqınlar
gəlirdi: "Əsgər
yoldaşım da qaçqın gəlmişdi,
ona çox dəstək oldum, uşaqları körpə
idi. Digər qaçqınlara da əlmizdən nə gəlirdi yardım etdik. Bu yaxınlarda Birinci və İkinci Qarabağ müharibələri
şəhidlərinin xatirə
məqbərəsinin açılışında
həmin dostum Birinci Qarabağ müharibəsi şəhidi
İsrail Məmmədovun
həyat yoldaşı
İpək xanım dedi ki, Nicat
getdi İsrailin qanını aldı.
Birinci Qarabağ müharibəsi bizim gözlərimizin önündə oldu, Xocalı müsibəti mənə o qədər ağır təsir etmişdi ki, inanın, mən hələ də o müsibətləri unutmuram. Həmişə evdə bu hadisələrlə bağlı övladlarıma danışırdım. Düşmənin etdiyi vəhşilikləri göstərirdim, uşaqlar da o təəssüratlarla böyüyürdü. Bir az böyüyəndən sonra mənə deyirdi, ata, siz necə bu haqsızlıqlara dözmüsünüz. O vaxtı ordu qurculuğu yox idi, yeni dövlət idik. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi dövründən sonra bizdə hər şey inkişaf etdi. Onun siyasəti bizi çox qabağa apardı, bütün dünyaya öz sözümüzü deyə bildik. Bu gün onun siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir. Şükür bu günə! Biz qalibik, biz güclü dövlətik, bu cür qəhrəman oğulların sayəsində biz torpaqlarımızı azad etdik, başımızın üstündən bu qaralar birdəfəlik getdi".
Azərbaycan Ordusunun çavuşu olan Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Şükürlü oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nicat Şükürlü ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Qeyd edək ki, təhsil aldığı 49 saylı "Intellect" liseyində şəhidimizin büstü qoyulub, yaşadığı küçədə barelyefi qoyulub. Digər məktəblərdə sinf otaqları adına verilib. Adına xatirə bulaq kompleksi var.
Ailənin ən böyük arzusudur ki, böyüyüb-boya başa çatdığı küçə Şükürlü Nicat Ayaz oğlunun adına verilsin.
Ruhun şad
olsun, Vətənin qəhrəman oğlu!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 9 dekabr.- S.11.