Vətənə sevgisini
qəhrəmanlığı tamamladı
Qərbdən Alazan, cənubdan Böyükçay çaylarının əhatə etdiyi qədim bir kənddə, Lahıcda Məhəmməd adlı bir kişi yaşayırdı. Kənddə xırda təsərrüfat işləri ilə məşğul olurdu. Halal zəhmətiylə ailəni dolandırırdı.
1990-cı ilin bir
yay səhəri idi. Məhəmməd kişinin qızı
Vəsilədən sonra
oğlu dünyaya gəlmişdi. Adını İsmayıl
qoydular. Balaca İsmayılın
gəlişi ilə atanın qəlbində yeni arzular, ümidlər,
istəklər çiçək
açmışdı. Ömür-gün yoldaşı Həlimə
xanımla balaca İsmayılı el-obaya,
Vətənə layiqli
bir övlad kimi böyüdürdülər.
İsmayıldan sonra Elvinin dünyaya gəlişi də böyük sevincə səbəb oldu.
İsmayıl böyüyüb Zaqatala rayonunun Lahıc kənd orta məktəbinə gedəndə
ən çox sevinən də Həlimə ana olmuşdu. Məktəb ləvazimatları ilə çantanı doldurub balaca İsmayıla yaraşan şagird formasını geyindirib əlindən tutub təhsil ocağına aparan ananın həmin gün sevinci yerə-göyə sığmamışdı.
İsmayılın ilk müəllimi Cəvahir müəllim ona ilk dəfə "Ana", "Vətən"
sözlərini yazmağı
öyrətmişdi. Cəvahir müəllim
də, sinif yoldaşları da İsmayılı iti yaddaşa malik, çalışqan şagird
kimi sevirdilər.
Fəxrəddin müəllim
İsmayılın digər
fənlər kimi Azərbaycan
dili və ədəbiyyat dərsinə
də həmişə
hazırlıqlı gəldiyini,
yuxarı siniflərdə
digər fənləri
də daha yaxşı oxuduğunu deyirdi. Təbiət fənlərinə marağı çox olduğunu görən valideynlər İsmayılı
həkim görmək
arzusundaydılar.
Bir gün Murad (Murad Atayev
indi polkovnikdir) dayısıgilə gəlir. Balaca İsmayıl
qohumu Muradı ilk dəfəydi ki, kursant formasında görürdü. Böyüyəndə onun da könlündən
Murad kimi kursant, sonra zabit olmaq keçmişdi.
Murad ona kursant həyatından,
təhsildən, idmandan,
bir sözlə, hərbi xidmətin maraqlı anlarından danışırdı. İsmayıl onu maraqla dinləyirdi,
dinlədikcə də
İsmayılda hərbi
xidmətə, zabit peşəsinə maraq oyanırdı. Özü-özünə
deyirdi:
- Mən də böyüyəndə Murad
kimi kursant, daha sonra zabit
olacam.
İsmayıl böyüdükcə ölkənin
müharibə şəraitində
yaşadığını, ərazilərimizin iyirmi faizinin mənfur ermənilərin işğalı
altında olduğunu yaxşı dərk edirdi. Vətənə, torpağa, millətə
əvəzsiz sevgi daha da güclənirdi.
Doqquzuncu sinfi bitirəndən sonra İsmayıl təhsilini Bakıdakı
Kimya Biologiya Təmayüllü Respublika
Liseyində davam etdirdi. Liseydə oxuduğu illərdə
nizam-intizamıyla, təhsilə
böyük marağı
ilə müəllim və şagirdlərin rəğbətini qazandı.
Liseyi bitirəndən
sonra İsmayıl Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə
müraciət etmək
üçün valideynlərinin
razılığını almışdı. Həmin
il Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ən yüksək bal toplayanların
arasında İsmayıl
Səmədov da vardı.
İsmayılın kursant həyatı başladı. Onun illər uzunu
qəlbinin dərin guşəsində kök
salan arzusu yavaş-yavaş boy atdı.
İsmayıl peşəkar idmançı
olmasa da, fiziki cəhətdən möhkəm bir gənc kimi böyümüşdü. O, verilən
bütün normativləri
vaxtında və peşəkarlıqla yerinə
yetirməyə, yüksək
hərbi bilik və bacarıqlar əldə etməyə çalışırdı.
Təhsil aldığı illərdə
İsmayıl hərbi
bilikləri mükəmməl
mənimsəyirdi ki, gələcəkdə zabit
kimi xidmət edəndə tabeliyində
olanlara hərb elminin sirlərini asanlıqla aşılaya bilsin.
Atası Məhəmməd Səmədov
deyir ki, İsmayıl heç zaman xidmətin çətinliyini dilinə
gətirməyib. Hərbi işlərdən danışmağı xoşlamırdı.
Həm kursant olanda, həm də zabit kimi hərbi
xidmət edəndə
onu peşəsindən
razı görürdüm.
Məzuniyyətə gələndə soruşdum ki, xidmətdə çətinliklərin
varmı? "Mənə görə narahat olmayın, tabeliyimdə neçə-neçə
cəngavər oğullar
var. Onları döyüşə
hazırlayıram. Ona
görə də hər an xidmət
yerində, əsgərlərimin
yanında olmalıyam",
- deyirdi.
İsmayılın ilk xidmət yeri ehtiyat hərbi hissəydi. Bu hərbi
hissə tez-tez təlim məşqlərində
olur, döyüş atışlı çalışmaları
həm gecə, həm də gündüz yerinə yetirirdi. Leytenant İ.Səmədov komandiri olduğu taqımın əsgərlərini
qısa müddətdə
yaxından tanımışdı.
Onlarla fərdi söhbət aparmış, ailə vəziyyəti, qayğı
və ehtiyaclarını
öyrənmişdi. Əsgərlərin vəzifə borclarını
əvvəlcə izah
edir, daha sonra dərindən mənimsədiyinə əmin
olmaq üçün
yoxlayırdı. İstənilən ərazidə taktiki gedişləri onlara izah edirdi. Komandanlığın qərarı ilə
hərbi hissənin şərəf lövhəsinə
leytenant İsmayıl
Səmədovun da şəkli vurulmuşdu.
Zabit kimi xidmətə başladığı hərbi
hissədə bir ili tamam
olmamış - İsmayıl
xidmətini xüsusi təyinatlı qüvvələrdə
davam etdirməyə müvəffəq oldu. O, xüsusi təyinatlı qüvvələrdə bölmə
komandiri təyin olundu. Qısa müddətdə İsmayıl bilik və bacarığı, nizam-intizamı və şəxsi keyfiyyətləri
ilə seçilənlərdən
oldu. Yuxarı komandanlıq tərəfindən
fəxri fərmanlara layiq görüldü.
Gənc zabit ayrı-ayrı vaxtlarda iki dəfə
qardaş Türkiyədə
və Gürcüstanda
keçirilən kurslarda
döyüş hazırlığını
daha da artırmışdı.
2016-cı
il Aprel
döyüşlərində İsmayıl Səmədov
komandiri olduğu bölmə ilə Lələtəpə istiqamətində
irəliləmək tapşırığı
alır. Bu döyüşdə
düşmənin xeyli
canlı qüvvəsini
və döyüş
texnikasını məhv
edirlər.
Azərbaycan Respublikasının Prezidentinin
Sərəncamı ilə
2018-ci ildə İsmayıl
Səmədov "Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin 100 illiyi
(1918-2018)" yubiley medalına
layiq görülüb.
İsmayıl tabeliyində olan şəxsi heyəti yüksək döyüş
və mənəvi hazırlığa gətirmək
üçün bilik
və bacarıqlardan məharətlə istifadə
edirdi. O, öz peşəkarlığını döyüş meydanında
tətbiq edirdi.
Gizir Cavad Babayev və digər silahdaşları
döyüşə cəsur
komandirlə getməyi
arzulayırlar. Çünki komandirin döyüş
meydanında qəbul etdiyi qərarlar düşməni böyük
itkilərə məruz
qoyurdu.
Vətən müharibəsində iştirak
etmək İsmayıla
da qismət oldu. Kapitan rütbəsinə qədər yüksələn
İsmayılın komandiri
olduğu bölmə
Füzuli, Cəbrayıl,
Xocavənəd yaşayış
məntəqələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənə
sarsıdıcı zərbələr
vurdu, bir neçə döyüş
texnikasını və
xeyli sayda canlı qüvvəsini məhv etdi.
Oktyabrın 11-də kapitan İsmayıl Səmədova Xocavənd yaxınlığındakı Gorazilli
kəndi istiqamətindən
düşmənə köməyə
gələn silahlı,
canlı qüvvə ilə dolu üç
maşının məhv
edilməsi tapşırığı
verildi. Həmin avtomobillər onların
yerləşdiyi ərazidən
bir qədər aralıdan keçirdi.
Cəsur
zabit bir avtomobili dəqiq atəşlə məhv edir. Daha iki avtomobil və düşmən əsgərləri dağlara
qaçarkən vurulur.
Qeyri-bərabər döyüşdə kapitan İsmayıl Səmədov son anda düşmən gülləsindən
yayına bilmir. Cəsur komandir canından artıq sevdiyi Vətən torpaqlarının
azadlığı yolunda
şəhid olur.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
kapitan İsmayıl Məhəmməd oğlu
Səmədov ölümündən
sonra "Vətən
Müharibəsi Qəhrəmanı"
adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”,
“Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.
Zaqatala rayonundakı
5 nömrəli tam orta
məktəbə Vətən
Müharibəsi Qəhrəmanı
İsmayıl Səmədovun
adı verilib.
Vətən Müharibəsi Qəhrəmanı
kapitan İsmayıl Səmədovun Nurgül və Mehdi adlı
övladları bizlərə
yadigar qalıb.
Bəxtiyar ƏLİYEV
Hərbi And.- 2022.- 25 fevral.- S.16.