Oğlunun arzusunu yerinə yetirməyən
şəhid anası: "Hər dəfə güzgüyə
baxanda utanıram"
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Allahverdiyev Vüsal Tahir oğlu haqqındadır.
Vüsal Tahir oğlu Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olub. Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçür. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam edir. 2006-cı ildə məktəbdən məzun olmuş və 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil alıb.
"Oğlumu arxası üstə çevirdim, sinəsindən qan su kimi axırdı" – Xocalı şəhidinin anası Lent.az-a DANIŞIR
Vüsal Allahverdiyev 2010–2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Vüsal Allahverdiyev 12 iyul 2020-ci il tarixində başlayan Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edərək könüllü olaraq yenidən hərbi xidmətə yazılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Tarix
44 günlük Vətən müharibəsi zamanı onun görüntülərini çox izləmişdik. Hərbi xidmətə yola düşdüyü avtobusun pəncərəsindən baxır, kiməsə yarı zarafat, yarı ciddi deyir, ağlayıb eləmə ha. Bax, ağlasan, məndən incimə. Bu video uzun müddət sosial şəbəkələrdə paylaşılır. Hər kəs şəhid Vüsal Allahverdiyevin bu videosunun altından xoş sözlər yazır, onun qorxmazlığını ifadə edir. Ailəni tapmaq, Vüsalın anası, əmisi ilə söhbətləşmək o qədər də çətin olmadı. Vüsalın adına yaradılan İnstaqram profili vasitəsi ilə onun əmisi Mahir bəylə əlaqə saxlayıb vədələşdiyimiz vaxtda görüşürük. Vüsalın atası az danışan insan olduğundan, həm də oğlu haqqında danışmağa çətinlik çəkdiyindən reportaj əsnasında Vüsalın anası Hicran xanımla və əmisi Mahir bəylə söhbətləşirik.
Hicran xanım oğlu ilə bağlı yadına düşənləri asta, həzin şəkildə xatırlamağa, yada salmağa başlayır:
-
Vüsal evimizin ilk övladı idi. O, Qubadlıda anadan olub.
Biz Qubadlıdan qaçqın gələndə,
Vüsalın beş yaşı vardı. Sumqayıtda məskunlaşdıq, vüsal da 23
saylı məktəbə getdi. İddialı,
əlaçı uşaq idi. Tarix
fakültəsinə, tarixi şəxsiyyətlərə
marağı çox idi. Hüseyn Nihal
Adsızın bütün kitablarını Türkiyədən
sifariş edib oxuyardı. Mən onun
iqtisadçı olmasını istəyirdim, ona görə də
o sahəyə getdi. Amma həmişə
deyirdi ki, mənim marağım tarixə idi, siz
qoymadınız.
- Tarixi
şəxsiyyətlərdən kimlərlə
maraqlanırdı?
Atatürklə maraqlanırdı, Heydər Əliyevi,
Elçibəyi, Məmmədəmin Rəsulzadəni bəyənirdi. Üzdə
olan adamlarla, türklərin tarixi şəxsiyyətləri ilə
çox maraqlanırdı. Bir az da
Vüsal qapalı uşaq idi. Hər sözü
danışsın, desin, belə şeyləri sevmirdi. Vüsal bir çox tanınmış banklarda maliyə
mütəxəssisi kimi işləyib. Sonuncu dəfə
aparıcı bankların birinə imtahan verdi,
gözləmədiyi halda onu filial müdiri kimi işə dəvət
etdilər.
Əmi,
dost...
Söhbətimizə qoşulan Vüsalın əmisi
Mahir bəy də qardaşı oğlunu yada salır. Onun xoş
xüsusiyyətlərini sadalamağa başlayır.
Vüsalın timsalında həm qardaşı oğlunu, həm
də ən yaxın dostunu itirdiyini deyir:
-
Vüsal uşaqlığından həmişə çox
mehriban, səmimi, özünü çox istədən olub. Onun uşaqlığı demək olar ki, elə mənim
yanımda keçib. Çox sirr saxlayan,
özünə qapanan idi. Heç vaxt istəməzdi
ki, onun yaxınları ona görə həyəcan
keçirtsin. Hətta bir dəfə o,
yıxılıb qolunu yaralamışdı, onu xeyli vaxt
anasından gizlətdi ki, görməsinlər. O, məndən
on üç yaş balaca olub. Onunla əmi bala yox, həm də
dost olmuşuq. Həmişə mənə
deyirdi ki, sən mənim böyük qardaşımsan. Vüsalın atası ilə mən iki qardaş
olmuşuq. Bizim başqa bacımız,
qardaşımız olmayıb. Mənim də
üç qızım var. Yəni Vüsal bizim nəslin
davamçısı idi. Amma qismət
olmadı. Əvəzində bizim
soyadımızı tarixə yazıb getdi. O, həmişə
zəiflərin yanında olardı, güclülərin
yanında olmağı sevməzdi. Anası
haqlıdır. Vüsalın ən
türk tarixinə böyük marağı vardı. Azərinin “Çırpınırdı qara dəniz”
mahnısını çox sevir, ana laylası kimi hər
gün dinləyirdi. Onun ən böyük
arzusu böyük türk dünyasının yaranması və
Qarabağın işğaldan azad olunması idi. Ona görə də müharibə başlanan kimi o
hərbi komissarlığın qarşısından çəkilmədi.
Məcburi olaraq adını yazdırıb getdi.
Onun vətənə sevgisi uşaqlıqdan
vardı, çünki müharibənin içində
doğulmuşdu.
Hicran xanımdan oğlunun evdə ən çox kiminlə
dərdləşməsini, kimə ürək
qızdırmasını xəbər alıram. Deyir Vüqar bir az qapalı uşaq idi. İnsanları öz
problemləri ilə yükləməyi sevmirdi:
-
Atası ilə o qədər də dərdləşməzdi.
Bayaq dediyim kimi qapalı uşaq idi. Nə isə sözü olardısa da mənə deyərdi.
O da həmişə olmazdı. Çox
“kaprizni” uşaq idi. Nə isə onu qane
etmirdisə, onu heç vaxt etməzdi. Bəlkə
də elə ona görə də 31 yaşı olsa da, ailə
qurmurdu. Doğrusu əvvəllər,
Vüsalın 25, 26 yaşı olanda, deyirdim hələ tezdir,
uşaqdır. İstəyirdim
özünün evi olsun ki, gələcəkdə ailəsi
ilə sərbəst yaşaya bilsin. Həm
də mən sanki özümə
sığışdırmırdım, xəyalıma da gətirə
bilmirdim ki, ona deyim, filankəslə evlən. Arada bu haqda evdə söz düşəndə,
Vüsal əsəbiləşirdi, deyirdi, sizin başqa
sözünüz yoxdur? Amma bir dəfə yadıma gəlir,
əlini kişiyana çiynimə vurub zarafatla dedi, ana, narahat
olma, sənin oğlunun dərdindən ölən qızlar
çoxdur. Narahat olma, hər şey
yaxşı olacaq.
Boş ev...
Ona öz
yaşadığımız binadan ev də
aldıq. Biz dördüncü mərtəbədə,
onun evi isə ikinci mərtəbədə idi. Evini təmir etdirdik. O evi alanda, Vüsal
gülümsündü, dedi ki, hə, elə mən də
sizdən uzaqlaşmaq istəmirdim. Vüsal
şəhid olandan sonra onun evinin qapısı bağlı
qaldı, maşını da həyətdə qaldı.
Bir il birtəhər dözdüm. Sonra onun maşınını da satdıq, evini də.
Dedim, Vüsal o evdə yaşaya bilmədisə, o ev mənə lazım deyil. Vüsal beş yaşından indi biz
yaşadığımız evdə yaşayıb. Ona aldığımız evi təmir edəndə,
zarafatla deyirdim ki, Vüsal sənin otağını
uşaqlarına kirayə verəcəm.
Vüsal beş yaşına qədər
yaşadığı Qubadlının xiffətini çox
çəkir. Yaxınları, dostları
hansısa bölgələrə, rayonlara səfər edəndə,
o, için-için kədərlənir, gedə bilmədiyi
Qubadlını görəcəyi günlərin arzu ilə
yaşayır. General Polad Həşimov
şəhid olanda, könüllü olaraq cəbhəyə
yazılır. Vətən müharibəsi başlananda
isə Vüsalın atası Hicran xanıma deyir ki, mən
Vüsaldan çox narahatam:
-
Yoldaşım mənə elə deyəndə, mən
inanmadım, ağlıma da gəlməzdi ki, o, cəbhəyə
gedər. Ancaq o, hər gün hərbi
komissarlığa gedib, cəbhəyə
aparılmasını tələb edibmiş. Gedəndə də evə gəldi, mənim
çiyinlərimdən tutdu, alnımdan öpdü.
Dedi, qürurlu ol, ağlama. Mən onda ona dedim ki, Vüsal, bu
yol sənin öz seçimindir, özünü qoru. Onu yol salmaq üçün eyvana
çıxdım. Eyvanımızdan
Vüsal bayraq asmışdı. O, həyətdən mənə
baxıb dedi, bax, başının üstündə bayraq var,
qürurlu ol. Bayraq qürur deməkdir. Hansı ana istəyər ki, balası müharibəyə
getsin, şəhid olsun. Yəni nə mən,
nə atası biz ona mane olmadıq. Yalan nə
deyim. O gedəndən sonra bacısı zəng vurdu,
dedi, gedək, onu hərbi komissarlıqdan yola salaq. Biz ora çatanda o, kənardan bizi gördü.
Dostlarından aralanıb bizim yanımıza gəldi, dedi, bura
nəyə gəlmisiniz? Nə işiniz var
burda? Orda xəbər çıxdı ki,
könüllülərin gedişini dayandıracaqlar.
Onda vüsal çox əsəbiləşdi, dedi, nə olur,
olsun biz gedəcəyik. Sonra onları avtobuslara
mindirdilər. Mən onda maskadaydım,
özümü nə qədər sıxdım ki,
ağlamayım, amma bacarmadım. Gördüm
ki, Vüsalın gözü elə məni axtarır.
Sonra məni görüb dedi, ağlama, ağlasan, məndən
incimə!
Mahir Allahverdiyev deyir ki, Vüsalla hər dəfə
danışan zaman ona “bəlkə geri qayıdasan, mən
döyüşürəm, təcrübəm var, sən
axı müharibə görməmisən” deyəndə
Vüsalın əmisinə etirazı daha kəskin olur. “Sən
döyüşüb Vətən qarşısında borcunu
yerinə yetirmisən, əmi, sənin uşaqların var, sən
qayıt ailənin yanına. Mən şəhid olsam,
anamdan, atamdan muğayat ol”:
- Həmişə
mən ondan narahat olurdum, deyirdim özünü qoru. Onun ən böyük arzusu Qubadlıya getmək idi.
Mən Qubadlıya əsgərlərə
yardıma, getdim, onunla görüşdüm. Mənə
dedi, kaş mən də gedərdim. Dedim,
inşallah qələbə qazanandan sonra birgə gedərik.
Amma sözlərim ona az təsir etdi. Tutulmuşdu. Dedi, yox, əmi, mənim arzum idi
Qubadlını görmək. Oktyabrın 28-də
sonuncu dəfə onunla görüşümüz oldu.
Dedi, özündən muğayat ol, mən qəhrəman
olacam, mənimlə fəxr edəcəksiniz. Ayın 30-da
onunla bir də danışdım, dedi, Xocavəndi
almışıq. Amma dünənki
döyüş çox ağır döyüş oldu, o
gün getsin, gəlməsin. Elə həmin günün
axşamı döyüş bölgəsindən yaralı
çıxanda, qardaşım mənə zəng vurdu, dedi
ki, Vüsal şəhid olub. İnana bilmədim.
Onun nəşi Füzulidə xəstəxanadaydı.
Vüsalın nəşini özüm
götürüb apardım məscidə, orda onu yudular,
bayrağa bükdülər.
Arzu...
Oktyabrın 1-də cəbhəyə yollanan Vüsal elə
soyuq və yağışlı payız günündə
Xocavəndə şəhid olur. Xəbəri birinci bilən
Vüsalın atası olur. Bəlkə də
xəbərin ağırlığından, dəhşətindən
Allahverdi bəy qara xəbəri birbaşa həyat
yoldaşına verir. Hicran xanım çətinliklə
də olsa, o günü yadına salır:
- Həmin
gün üzü axşama atası evə gəldi. Əslində təzə gəlib nahar edib
getmişdi. Onun qəfil gəlişi bir az
məni şübhələndirdi. Otağa girəndə
də gördüm nə isə rəngi üstündə
deyil. İndi həmin an yadıma düşəndə,
öz-özümə düşünürəm ki,
yoldaşım insafsızcasına, o xəbəri birbaşa mən
necə verdi? O, heç yalandan da olsa demədi
də ki, Vüsal yaralanıb. Gözümün içinə
baxıb dedi: Vüsal şəhid olub. Dondum
qaldım, bilmədim nə cavab verim, nə deyim.
İndi Vüsal mənim gözümün önündən
bir dəqiqə də olsun getmir. Rəhmətlik
sözünü mən ona yaxın qoya bilmirəm. Mənə ağır gəlir, toxunur kimsə ona rəhmətlik
deyəndə. Hərdən güzgüyə
baxanda, özümdən utanıram. Düşünürəm
ki, Vüsal heç vaxt istəməzdi ki, mən bu günə
düşüm. Şəhid olan gündən
bir dəfə də olsun mənim yuxuma girmir. Hər gün məzarına gedirəm,
ağlayıram, yalvarıram, xahiş edirəm ki, bala, bir dəfə
mənim yuxuma girmir. Amma bir dəfə də
olsun yuxuma girmir. Bu mənim dəhşətli
dərəcədə ürəyimi parçalayır. Məzarlıqda onu tanıyanlarla rastlaşıram.
Hamı deyir, mərd, qeyrətli oğul idi.
Hərbi And.- 2022.- 25
fevral.- S.12-13.