Ağdaş yüksəkliyində döyüş: “Əgər ölümdən
qorxacağamsa, onda sizə
necə rəhbərlik edəcəyəm?”
Başını torpağa qısıb, otları ovuclamışdı. Güllələr vıyıltı ilə qulağının dibindən sivişib keçirdi. Dərindən nəfəs alırdı. “Yox!Yox! Hələ ölmək olmazdı. Hələ görüləsi çox iş vardı!” deyə düşündü. Başını qaldırıb, güllələrin arasından qaçmağa başladı. Bir az irəliləyib yenidən yerə uzandı. Beləcə qısa fasilələrlə qaçaraq səngərə qayıda bildi.
Oradan da məruzə etmək üçün birbaşa ştaba gedərək polkovnik-leytenant Əhməd Quliyevin yanına getdi. Əhməd Quliyevlə qapıda qarşılaşdılar.
– Əhədov, Allaha şükür sağ-salamat qayıtmısan.
– Bəli, yoldaş polkovnik, hər şey qaydasında getdi.
– Gəl, səni bir qucaqlayım e. Oğulsan, oğul.
Əhməd Quliyev Elşad Əhədovu bağrına basıb qucaqladı.
– Mən də hərbi hissə komandirinin yanına gedirdim. Amma keç içəri
danış görək
necə oldu. Həm sənin qayıtmağın
və tapşırıqla
bağlı da məruzə etməliyəm.
Elşad Əhədov onun ardınca otağa keçdi. Polkovnik-leytenantın
göstərişi ilə
stulu çəkib,oturdu. Əhməd Quliyev dəmir fincanlara çay süzüb dedi:
– Oğulsan e, talış balası. Atanın çörəyi sənə halaldı.
Danış görək e, necə
oldu?
– Yoldaş Quliyev, tapşırıq üzrə
gecə ilə düşmənlə aramızdakı
əraziyə gizlincə
girdim. Özümlə götürdüyüm 6 minanı, əvvəlcədən
təyin etdiyimiz yerlərdə basdırmağa
müvəffəq oldum.
Ancaq bütün bunları edərkən maksimum ehtiyyatla tərpənirdim ki, məni görməsinlər.
Buna görə də çox vaxt itirdim. Artıq hava işıqlaşırdı.
Geri qayıtmağım təhlükəli olduğu
üçün, məcbur
orada tapdığım
ağacın qovağında
gizləndim. Bir müddət
burada gözlədim.
Sonra erməni tanklarının
hərəkətə keçdiyini
gördüm. Yəqin ki,
düşmən yeni hücuma hazırlaşırdı.
Elə təzəcə tərpənmişdilər
ki, tanklardan səkkizi və düşmənin xeyli canlı qüvvəsi məhv oldu. Bundan sonra çaxnaşma düşdü. Aləm dəydi
bir-birinə. Mən də
fürsət bu fürsətdi deyib, başladım qaçmağa.
Ancaq duyuq düşmüşdülər.
Az qalsın
əclafların gülləsinə
tuş gələm.
Əhməd Quliyev təmkinini
pozmadan dedi:
– Qələt edirlər, onların özü nədir ki, gülləsi də nə ola?
Çox böyük iş görmüsən
e, Elşad. Bu bizim işimizi bir xeyli asanlaşdırdı.
Hazırda göstəriş verəcəm birbaşa hücuma keçək.
Sürətli hücumla onları
qəfil yaxalayacayıq.
– Mən vətənimə xidmət edirəm, komandir. Bu vətən
üçün ölsəm
də azdır.
– Halaldı sənə. Sən Rusiyada oxumuşdun, hə?
– Yox, yoldaş Quliyev. 1982-ci ildə 7-ci sinifi bitirib Cəmşid Naxçıvanski
adına Hərbi liseyə daxil olmuşam. Oranı da qurtarıb Ukraynanın Kamenets-Podolsk
Ali Komandirlər məktəbində
oxudum. Ondan sonra da Volqoqradda baş leytenant kimi xidmət keçmişəm.
– Təcrübə öz sözünü deyir də. Yaxşı, sən get dincəl. Danışarıq.
Elşad Əhədov polkovnik-leytenant
Əhməd Quliyevlə
sağollaşıb otaqdan
çıxır.
Sözügedən hadisənin üstündən
bir həftə keçmişdi. Elşad Əhədovun da
olduğu tabor onun düşmən tanklarını
məhv etməsi sayəsində bir xeyli irəliləmişdi.
Qarşıda Ağdaş yüksəkliyi
dururdu. Bu çətin
bir o qədər də strateji əhəmiyyətli bir
post idi.
Taborda ciddi hazırlıq işləri
gedirdi. Ştabda yüksək rütbəli
zabitlər hücum planını ən xırda detala fikir verir, hər
şeyi əvvəlcədən
götür-qoy edirdilər.
Əhədov qapını
döydü, sonra içəri girib hərbi salam
verdi:
– Məni çağırmısınız,
cənab polkovnik.
Polkovnik-leytenant Əhməd Quliyev eynəyinin altından onu süzdü.
– Gəl, gəl Əhədov. Döyüş planını hazırlayırıq.
Səni də bilirsən niyə çağırmışam?
Əhədov təəccüblə dilləndi:
– Xeyr, komandir. Nə məsələdir?
– Oğlum, bu günə qədər həmişə üzümüzü
ağ çıxartmısan.
Nə tapşırıq vermişiksə,
hamısını layiqincə
yerinə yetirmisən.
İstər aldığın təhsil, istərsə də, hərbi sahədəki təcrübən
yeni hücumda sənə də vəzifə verməyimimizə
səbəb oldu.
Sənə olduqca çətin
bir tapşırıq
verəcəyik.
– Azərbaycan ordusuna xidmət edirəm. Nə tapşırığınız olsa, mən hazıram.
– Əhədov, bilirəm
ki, hazırsan. Gözü qorxmaz
igidlərdənsən. Sənə
on nəfərlik bir dəstə verəcəyik.
Bu dəstə ilə Ağdaş yüksəkliyinə çıxmaq
üçün orduya
öncüllük edəcəksiniz.
Amma onu deyim ki,
bu çox çətin tapşırıqdır.
Hətta şəhid də ola
bilərsiniz. Bu tapşırıqdan
imtina etsən, səni heç kim qınamaz.
Seçim yenə də
sənindir.
– Yoldaş polkovnik, mən bu vətən
üçün canımdan,
qanımdan da keçməyə hazıram.
Təki vətən sağ olsun.
– Əhsən, Əhədov. Səndən də elə bu yaraşardı.
Elşad
Əhədov planla tanış oldu. Daha sonra öhdəçiliyindəki
on nəfərlə söhbət
etdi. Onlara girdikləri yolun
necə çətin
olduğunu başa saldı. Döyüşçülərin hamısı onunla
ölümə belə
getməyə hazır
olduqlarını dedilər.
Bu sözlər Elşadın ürəyini
dağa döndərdi.
Gecə düşməyə başlamışdı. Elşad Əhədov
öz dəstəsi ilə hərəkətə
keçdi. Arxalarında ordu gözləyirdi.
Elşadgil gecənin qaranlığından
istifadə edərək
irəliləyirdilər. Öndə Elşad gedir, arxada iki əsgər,
onların arxasında
isə üç əsgər var idi. Beləcə on nəfərlik piramida formasında düzülmüş, bu vasitə ilə bir-birilərini qoruyurdular.
Əgər düşmənin yeri bəlli olarsa, qarşıdakı yaralansa və yaxud da həlak
olsa, arxadakılar düşməni məhv edə biləcəkdi.
Elşadın hərbçi yoldaşları
onun arxada getməli olduğunu, ümumi komandanı idarə etmək üçün sağ qalmalı olduğunu demişdilər. Amma Elşad
Əhədov bütün
bu deyilənləri yaxına buraxmadı.
O, liderin həmişə
öndə getməli
olduğunu dedi. Elşad Əhədov “əgər ölümdən qorxacağamsa,
onda sizə necə rəhbərlik edəcəyəm?” deyə
bildirdi.
Gecənin qaranlığında bir müddət getdilər. Çox keçmədi
ki, güllə səsləri gəlməyə
başladı. Tez daşların
arasında özünə
mövqe seçib, avtomatın qoruyucusunu açdı. Nişan alıb
atmağa başladı.
Arxadakı iki əsgər
də onunla eyni mövqeyə gəlib yerə uzandılar. Elşad Əhədovun
gülləsi bir düşmən əsgərini
məhv etdi. Tez ayağa durub irəliləməyə başladı.
Qaranlıqda kolluqda gizlənmiş
erməni zabiti tapançasının ucunu
çıxardıb, ona
tuşladı. Elşad Əhədov
heç nədən xəbərsiz bir formada özünü qarşıdakı düşmən
əsgərlərindən qorumaq
üçün əyilə-əyilə
irəliləyirdi. Bu anda düşmən zabiti silahından atəş açdı.
Güllə düz Elşad
Əhədovun çiynini
dəlib keçdi.
Erməni zabiti tətiyi
bir daha çəkdi. Elşad Orucovun
əsgərləri silahlarını
alovun çıxdığı
istiqamətə çevirib,
atəş açmağa
başladılar. Erməni zabiti
üçüncü kərə
atəş açdıqdan
sonra tirtap yerə sərildi. Elşad Əhədov isə üç güllə yarasına rəğmən
hələ də ayaqda idi. Hərbçi yoldaşları ona
çatıb qolunun arasına girdilər.
Digər
əsgərlər onların
təhlükəsizliyini təmin
etmək üçün
atəş açırdılar.
Elşad
Əhədovu yerə
uzatdılar. Və
o, gözünü əbədiyyən
həyata yumdu...
Elşad Əhədov Ağdaş yüksəkliyini fəth edə bilməsə də, şəhidlik zirvəsinə ucaldı. Azərbaycan
Resbublikası Prezidentinin
14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra
“Azərbaycan Bayrağı”
ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı” adına
layiq görülmüşdür.
Elşad Əhədov doğma kəndində dəfn olunub. Öz kəndində
orta məktəb və park Milli Qəhrəmanın adını
daşıyır.
Emin Piri
Hərbi And.- 2022.- 3 iyun.- S.16.