Böyük Qayıdışın ilk
addımı atılır: Ağalı kəndi sakinlərini
qarşılamağa hazırdır
Milli
Məclisin deputatı Əliabbas Salahzadə
-Əliabbas
müəllim, ilk dəfə olaraq 28 May tarixini Müstəqillik
Günü kimi qeyd etdik. Dövlət başçısı
İlham Əliyevin qeyd etdiyi kimi, bu bayramı ikiqat bayram edən
qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın
bayram tədbirlərində iştirakı oldu. Dünyaya
örnək göstərilən Azərbaycan-Türkiyə
dostluğunu, qardaşlığını, müttəfiqliyini
necə şərh edərdiniz?
-Azərbaycan-Türkiyə
dostluğu, qardaşlığı tarixi köklərə
malikdir. Təkcə 44 günlük Vətən müharibəsinin
başlandığı 2020-ci ilin 27 sentyabrından bugünədək
keçilən yola nəzər salmaq kifayətdir ki, bu
qardaşlığın sarsılmazlığını, əbədi
olmasını böyük qürurla deyək. İkinci
Qarabağ savaşının başlandığı ilk andan
Azərbaycanın yanında olan qardaş Türkiyə,
dünyaya “Azərbaycan tək deyil” mesajını
ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ölkəmizə mənəvi və siyasi dəstəyini
sonadək göstərdi. Tarixi Zəfərimizin dünyaya təqdimatı
olan 10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər
paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin yanında olan Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin
iyununda Milli Qurtuluş Günündə Azərbaycanın
döyünən ürəyi, Qarabağın tacı, nəinki
ölkəmizin, Türk dünyasının mədəniyyət
paytaxtı Şuşamızda oldu, bu məkanda Müttəfiqlik
Bəyannaməsi imzalandı. Türkiyə Prezidenti azad
Qarabağa, azad Şuşaya ilk səfər edən dövlət
başçısıdır. Bu, Azərbaycan-Türkiyə
qardaşlığının, böyük öndərlər
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim
sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin
“Bir millət, iki dövlət” tezislərinin təsdiqidir. Prezident İlham Əliyevin
vurğuladığı kimi, Türkiyə və Azərbaycan
arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə
bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz,
milli maraqlarımız, xalqlarımızın
qardaşlığı həmrəyliyi dünya miqyasında
nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik
nümunəsidir. Ötən ilin oktyabrında Azərbaycan və
Türkiyə Prezidentləri Qarabağın dünyaya
açılan qapısı kimi dəyərləndirilən
Füzuli Beynəlxalq Hava Limanının açılışını
birgə etdilər. Beynəlxalq standartlara cavab verən bu hava limanı Azərbaycan və
Türkiyə mütəxəssislərinin birgə səyləri
nəticəsində reallığa çevrildi. Bundan sonra Zəngilanda
iki dost, qadaş ölkənin birgə investisiya layihəsi
olan “Dost Aqropark”ın təməli qoyuldu. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə
azadlığına qovuşan Qarabağın yenidən
dirçəldilməsi işlərində ölkəsinin
yaxından iştirakını qardaş dəstəyi
adlandıran Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan hər bir
çıxışında bildirir ki, İkinci Qarabağ
müharibəsində düşmənə qalib gələn
Azərbaycan xalqının Qələbəsinə öz
uğuru kimi sevinən Türkiyə xalqı azadlıq
mübarizəsində olduğu kimi, bərpa işlərində
də Azərbaycana hər cür dəstəyini davam etdirəcək.
Azərbaycan-Türkiyə
qardaşlığının
dünyaya nümayişi olan mühüm addımlar
sırasında dövlət başçısı İlham Əliyevin
mayın 14-də Türkiyəyə
işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının
açılış mərasimində, 28 May-Müstəqillik
Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
ölkəmizə səfəri zamanı Bakıda ilk dəfə keçirilən
“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında
iştiraklarını qeyd etməliyik. Bu mühüm hadisələr
bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə hər
zaman bir yerdədir. Qardaş ölkənin Prezidentinin Azərbaycanın ilk dəfə
Müstəqillik Günü kimi qeyd etdiyi 28 Mayda ölkəmizdə olması, bayram
tədbirlərində iştirakı
iki ölkənin liderlərinin də
qardaşlığının dünyaya təqdimatı oldu.
“Bir ananın iki oğlu, bir ağacın iki qolu” kimi dəyərləndirilən
Azərbaycan və Türkiyə hər zaman bir yerdə olub və
bundan sonra da bir yerdə olacaqlar. İki qardaş ölkənin
siyasi iradəsi, qətiyyəti sayəsində reallaşan
layihələr ölkələr, xalqlar arasında əlaqələri
daha da möhkəmləndirir. Bu birlik regionda sülhün, təhlükəsizliyin
qarantıdır. Postmünaqişə dövrünün əsas
reallıqlarından olan yeni əməkdaşlıq
formatlarının yaradılmasında vacib amil olan regionda
dayanıqlı sülhün və təhlükəsizliyin təminatında
da hər iki dost ölkə öz sözlərini deyirlər.
“TEKNOFEST Azərbaycan” festivalında Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın “Bəli, bizlər kədəri də,
sevinci də bir olan, sözdə deyil, əməldə də
qardaş olan iki dövlətik, iki xalqıq”, Prezident İlham
Əliyevin “Bir də təvazökarlıqdan kənar olsa da,
hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim
qardaşımla mən. Biz ölkələrimizi müstəqillik
yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə
demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir
və biz bir-birimizə güc qataraq böyük dünya
çapında bir güc mərkəzinə çevrildik”
kimi fikirləri Azərbaycan-Türkiyə münasibətlərinin
dünəninə baxış fonunda gələcəyinin
aydın mənzərəsini təqdim edir.
-Ötən
həftənin mühüm hadisələri sırasında
dövlət başçısı İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl
və Zəngilan rayonlarına səfərləri oldu. Bu səfər
Böyük Qayıdış barədə hansı təsəvvürü
yaratdı?
-Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən
sonra işğaldan azad edilmiş ərazilərimizə hər
səfəri tarixi hadisə kimi dəyərləndirilir,
Böyük Qayıdışa doğru atılan addım kimi
xarakterizə edilir. Hər bir səfər mühüm sosial
obyektlərin açılışı və təməlqoyma
mərasimlərinin kçirilməsi, tarixi və dini abidələrimizin
bərpası istiqamətində mühüm addımların
atılması, yol, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi,
yenidən qurulması ilə yadda qalır. Hər bir bölgənin
inkişafında yol infrastrukturu əsasdır. Dövlət
başçısı İlham Əliyev bu məsələyə
xüsusi diqqət göstərir. Ölkə Prezidenti
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan
rayonlarına səfərləri də bu baxımdan diqqətçəkən
oldu. Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun tikintisi ilə tanış olan dövlət
başçısı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Cəbrayıl
rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı
stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl”
enerji qovşağının təməlqoyma mərasimində
iştirak etdilər. Sonra Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda Zəngilan Beynəlxalq Hava
Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə
Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan
məscidinin tikinti işləri ilə tanış oldular,
İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma
mərasimində iştirak etdilər. Daha sonra Prezident
İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
Zəngilan şəhərinin Baş planı təqdim olundu.
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində
“Ağıllı kənd” layihəsinin birinci mərhələsi
üzrə açılış mərasimində iştirak
edən ölkə Prezidenti
Ağalı kəndinin sakinləri ilə
görüşündə Azərbaycanın müstəqillik
tarixindən geniş bəhs edərək diqqəti tarixi Zəfərimizə
yönəltdi və əminliklə
bildirdi ki, Azərbaycan
xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. 44
gün ərzində həm ərazi
bütövlüyümüzü, həm ədaləti, həm
də milli ləyaqətimizi bərpa
etdik.
Postmünaqişə
dövrünün reallıqları fonunda “Böyük
qayıdış” prosesindən
bəhs edən dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinin surətlə davam etdiyini, birinci
pilot layihənin məhz Zəngilanda Ağalı kəndində icra
edildiyini diqqətə çatdırdı. 200 evdən ibarət müasir kənd
salınıb. Kəndin genişləndirilməsi və əlavə
150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli,
üçmərtəbəli mənzil tipli evlərin
inşası nəzərdə
tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi,
bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta
biznesə dəstək xidmətləri mövcuddur. Təbii
ki, atılan bütün addımların təməlində
soydaşlarımızın rahat yaşayışı, bu ərazilərimizin
ən müasir formada yenidən qurulması dayanır. Tarixi
sahibinə qovuşmuş bütün torpaqlarımızda
genişmiqyaslı bərpa-quruculuq işləri həyata
keçirilir. İnfrastruktur layihələri
reallaşdırılır. Avtomobil, dəmir yolları çəkilir,
Beynəlxalq Hava Limanları tikilir. Qeyd etdiyimiz kimi, ötən
il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi.
Bu il isə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə
verilməsi planlaşdırılır. Zəngilanda “Dost Aqropark”
salınıb. Digər ərazilərdə də
aqroparkların yaradılması nəzərdə tutulub. Təkcə
bir səfər çərçivəsində
açılışı və təməlqoyma mərasimi
keçirilən, eyni zamanda, bərpa və yenidənqurma
işləri davam edən sosial obyektlərin say tərkibinə
diqqət yetirməklə Böyük Qayıdış barədə
aydın təsəvvür yarada bilərik. Böyük
Qayıdışın ilk addımı atılır.
Ağalı kəndi sakinlərini qarşılayacaq
- Əliabbas
müəllim, işğaldan azad edilmiş ərazilərimizdə
qısa müddətdə görülən
genişmiqyaslı işlər ölkəmizin iqtisadi və
maliyyə imkanlarının təqdimatında əhəmiyyətli
rol oynayır. Azərbaycanın gələcək iqtisadi
inkişafını necə xarakterizə edərdiniz?
- Dövlət
başçısı İlham Əliyevin Ağalı kəndinin
sakinləri ilə görüşündə qeyd etdiyi
kimi, hər kəs bilməlidir
ki, görülən işlər asan başa gəlmir. Azad
edilmiş ərazilərin miqyası dörd Lüksemburq
ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.
Erməni vəhşiliklərinin şahidi olan bu ərazilərimiz tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Bu torpaqlarda yeni həyatın başlanması, əvvəlki simalarına qayıtmaları üçün zamana böyük ehtiyac var. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti bütün bu işləri öz daxili imkanları hesabına görür. Azərbaycan 30 ilə yaxın dövrdə müharibə vəziyyətində yaşasa da iqtisadi imkanlarını artırmaq üçün mühüm addımlar atdı və uğurlu nəticələri göz önündədir.
Bugünümüzün əsas hədəfi bu ərazilərdə bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq və soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Cənab İlham Əliyevin vurğuladığı kimi, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. Birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək.
30 ilə yaxın dövrdə işğal
altında qalan torpaqlarımızda həyat canlanır, yeni nəfəs
duyulur. Hər bir ərazimiz özünəməxsus iqtisadi
imkanlara malikdir. Dövlət başçısı İlham Əliyevin
Fərmanı əsasında iqtisadi rayonlarıın yeni
bölgüsünün həyata keçirilməsi, yeni
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, həmçinin
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in
təsdiqlənməsi işğaldan azad edilmiş
torpaqlarımızın malik olduqları potensialdan səmərəli
istifadə etməyi təmin edəcək. Tezliklə bu ərazilərimiz
böyük investisiyalar, turizm məkanına çevriləcək.
Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının təmin
olunması üçün geniş imkanlar yaranır. Qarabağlı və Şərqi Zəngəzurlu
Azərbaycan öz iqtisadi inkişafı ilə dünyanın
diqqətində olacaq. İqtisadiyyatın şaxələndirilməsi
üçün əlavə imkanlar mövcuddur. Qeyri-neft
sektorunun inkişafı əhalinin məşğulluğuna,
işsizlik probleminin həllinə dəstək olacaq. Bu ərazilərdə
də Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”,
DOST, ABAD mərkəzlərinin yaradılması kiçik və
orta sahibkarlığın inkişafını sürətləndirəcək.
Bir sözlə, işğaldan azad edilmiş ərazilərimiz
sözün əsl mənasında dirçələrək
ölkə iqtisadiyyatının inkişafında öz
payları ilə diqqətdə olacaqlar.
Hərbi And.- 2022.- 10 iyun.- S.6.