Altı medalla qayıdan iki qardaşın müharibə günləri

 

Rəcəbov Tunar: “Bu xəbəri eşidəndən sonra sevindik və

şükür deyərək yerlərimizdə rahat oturduq

2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq Vətən müharibəsi başladı. Buna görə gənclərimiz torpaqlarımızı qorumaqişğal olunan ərazilərimizi düşməndən azad etmək üçün könüllu olaraq orduya yazıldılar. Heç kim Vətən uğrunda erməni işğalçıları ilə vuruşmaqdan çəkinmirdi. Xatırladaq ki, 2020-ci ilin iyul ayında bir neçə gün davam edən Tovuz döyüşləri zamanı da kifayət qədər gənclərimiz könüllü cəbhəyə yazılmışdılar.

 

II Qarabağ müharibəsi başlayanda bəzi ailələrdən bir neçə qardaşın eyni anda döyüşlərdə iştirak etdiyini müşahidə etmişdik. Həmin qardaşlardan sağ qayıdanlar da oldu, şəhidlik zirvəsinə ucalan da. Hətta bir ailədən iki qardaş müharibədə iştirak edərək şəhid olmuşdu. Əlbəttə ata və ananın iki oğlunu müharibədə itirməsi faciədir. Lakin təəssüflər olsun ki, müharibənin çox acı nəticələri olur.

 

Haqqında söz açacağımız iki qardaş da Vətən müharibəsində iştirak edib. Cəbhədə düşmənin məhv edilərək torpaqlarımızdan qovulması üçün bütün güclərini ortaya qoyublar. Sonunda da qələbə qazanaraq evə alnıaçıq qayıdıblar. Qardaşlar müharibədə iştirak etdiklərinə görə, birlikdə 6 medalla təltif olunublar.

 

Rəcəbov Tunar Bayram oğlu

 

Rəcəbov Tunar Bayram oğlu 1999-cu il sentyabrın 15-də Şəki rayonunun Şorsu kəndində anadan olub. Orta təhsilini Şorsu kənd tam orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra səhhəti ilə əlaqədar olaraq bir müddət əsgərliyə gedə bilməyib. Yalnız 2020-ci ilin may ayının 4-də həqiqi hərbi xidmətə yola düşüb. Əsgərlik illərini Beyləqanda keçirib. Hərbi hissədə əsgər kimi xidmətdən əlavə eyni zamanda sürücü kimiqulluq edib. 2021-ci ilin oktyabrın 3-də ordudan təxris olunub.  

 

Tunarın əsgərlik illəri müharibə vaxtına düşüb. Həmin vaxt o hərbi xidmətdə idi. Lakin deyir ki, ilk öncə Beyləqanda xidmətdə olan vaxt günlərin birində qəfil həyəcan siqnalı veriblər. İyul ayının 13-də hərbi hissəni tərk edərək şəxsi heyəti Füzuli rayonuna aparıblar. Burada onların təlimləri başlayıb. Gedən gündən müharibə başlayan vaxta qədər təlimlər keçiblər.

 

Müharibə başlayan günə kimi təlimlərdə olduğunu ailə üzvlərinə deməyib: “Evdə elə bilirdilər ki, Beyləqanda hərbi hissədə xidmətimi keçirəm. Yalnız müharibə başlayandan bir həftə sonra evə zəng edərək döyüşdə olduğumu dedim. Bildirdim ki, hər şey yaxşıdır, narahat olmayın”.

 

O, müharibənin necə başlamasını xatırlayaraq bildirir ki, sentyabrın 26-da onlara xəbərdarlıq olunub ki, ola bilsin müharibə başlasın. Hamı hazır vəziyyətdə olmalıdır: “Mənə gecə saat 2-də dedilər ki, maşını sür gedirik mərmi gətirməyə. Biz artilleriya bölüyü olduğumuz üçün mərmilərimiz kifayət qədər deyildi. Gecə yola çıxdıq. Yolda bizi saxladılar. Səhər isə dedilər ki, gedirik Sabirabad rayonuna. Yolda olanda müharibənin başlanmasını eşitdik. Mən mərmi gətirməyə getdim. Qayıdanda isə gördüm ki, əsgər yoldaşlarımın vəziyyəti yaxşıdır. Amma qışqırmaqdan səsləri batmışdı”.

 

Tunar qeyd edib ki, birinci Füzulinin Zobcuq qəsəbəsində döyüşlərə başlayıblar. Sonra onları Alxanlı kəndinə aparıblar. Orada isə gecə vaxtı yerdəyişmə edərək Cəbrayıl rayonuna gediblər. Burada bir neçə gün qaldıqdan sonra isə Xocavənd rayonuna yollanıblar. Ümumiyyətlə, döyüşlər vaxtı bir çox ərazilərdə olub. Onlara xəbər verirdilər ki, ordumuz rayonları və kəndlərimizi bir-bir düşməndən geri alır. Buna görə də, onlar hər dəfə yerdəyişmə edərək irəli gedirdilər.

 

Müharibə davam edirdi. Tunar isə sürücü olduğundan ordumuza lazım olan sursatları daşıyırdı.

 

Günlərin birində onlar Cəbrayılda olanda ermənilər bizi atəşə tutdular. Əsgərlərimizin yerini bildiklərinə görə dayanmadan atırdılar ki, bizim mövqeləri məhv etsinlər. Tunar vurğulayıb ki, onlarda üç batareya idi: “Vuran batareyalardan biri biz olduğumuz üçün və atışları dəqiq etdiyimizə görə komandanlıq düşmənin dəqiq hədəflərini hazırlayıb bizə verirdi. Biz də aldığımızbu hədəflərlə onları dəqiq vururduq”.

 

Cəbrayılda olanda onunla eyni çağırışçı olan əsgər yoldaşının ayağından qəlpə yarası almasını xatırlayır: “Şükür ki, hər şey yaxşı qurtardı. Sadəcə olaraq yaralandı. Onu xəstəxanaya apardılar”.

 

Xocavənddə olduqları zaman yenə ermənilər şəxsi heyətimizin yerini bilmişdilər. Bu dəfə də ermənilər bizi güclü atəşə tutmağa başlamışdılar. Ancaq Tunar həmin vaxt Beyləqana getmişdi. Topumuz vurulduğuna görə onu aparmışdı. Qayıdıb gələndə maşını öz mövqelərimizdə rahat bir yerdə saxlamaq istəyib. Lakin düşmənin atəşi dayanmaq bilmirdi. O istəyib ki, maşından çıxıb döyüş yoldaşlarımın yanına getsin. Elə bu an ermənilərin atdıqları mərminin qəlpəsi maşına dəyib. Tunar bu an yerə uzanıb ki, mərmi və ya qəlpəsi ona dəyməsin. Sonra qalxmaq istəyib, amma mərmilər dayanmadığına görə özünü qorumaq üçün bir müddət yerdə uzanmağa davam edib. Sonda özünü toplayaraq yoldaşlarının yanına sağ-salamat gedə bilib. Ara sakitləşəndən sonra gedib maşına baxıb və görüb ki, qəlpə maşını deşik-deşik edib. Oradan da Xocavəndə gediblər. Burada da döyüşlər davam edib.

 

Noyabrın 10-u gecə saatlarında şəxsi heyətə müharibənin dayanması barədə xəbər veriblər: “Axır ki, biz qələbə qazandıq. Bu xəbəri eşidəndən sonra sevindikşükür deyərək yerlərimizdə rahat oturduq”.

 

Tunar deyib ki, dekabr ayının 21-də onları Beyləqandakı hərbi hissəyə gətiriblər: “2021-ci ilin may ayının 5-də həyəcan siqnalı verərək bizi yenidən ayağa qaldırdılar. Dedilər ki, Qubadlı rayonuna gedirik. Oktyabr ayının 1-nə kimi orada xidmətdə oldum. Həmin gün isə məni Beyləqandakı hərbi hissəyə geri qaytardılar. İki gündən sonra təxris etdilər”. 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına görə, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Hal hazırda Bakıda yaşayır. Subaydır. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin üzvüdür.

 

Rəcəbov Elvin Bayram oğlu

 

Rəcəbov Elvin Bayram oğlu 1994-cü il aprelin 1-də Şəki rayonu Şorsu kəndində anadan olub. Şorsu kənd tam orta məktəbində təhsil alıb. Əsgərliyə 2012-ci ilin aprel ayında gedib. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında keçirib. Tank əleyhinə qumbaratan bölüyündə kiçik çavuş manqa komandiri olub.  2013-cü ilin oktyabr ayında təxris olunaraq evə qayıdıb.

 

Elvin müharibəyə necə getməsi haqda danışanda bildirib ki, Vətəni qorumaq üçün könüllü gedib. Bir gün işdə olan zaman evdən atası ona xəbər verib ki, artıq getməlisən, səni çağırırlar: “Evdə mənə uğurlar arzulayıb yola saldılar. Mən də getdim. Sentyabrın 26-da bizi hərbi hissəyə apardılar”.

 

Rəcəbov Elvin: “Ermənilər başımızın üstünə dörd qırıcı qaldırmışdılar”

 

Əvvəlcə Füzuliyə gediblər. Orada toplanışları olub. Silah-sursatlarını hazırlayaraq bir neçə gün hazır vəziyyətdə gözləyiblər. Sonra isə döyüşlərə başlayıblar: “Komanda verildi ki, Cəbrayıla getməliyik. Ora əlavə qüvvə lazımdır. Döyüşlərimiz başladı. Orada şəhidlərimiz və yaralılarımız oldu. Ardınca Qubadlı sonra da Laçına qədər getdik. Qubadlıda olanda bir neçə saat fasiləsiz döyüşümüz oldu. Ermənilər başımızın üstünə dörd qırıcı qaldırmışdılar. Hamısını da bizimkilər dəqiqliklə vuraraq yerə saldılar”.

 

Gün keçdikcə döyüşlər çətinləşirdi. Ermənilər torpaqlardan geri çəkilmək istəmədikləri üçün əllərində olan bütün silahlardan istifadə edirdilər. Buna baxmayaraq, torpaqlarımız azad edildikcə ordumuz irəli gedirdi. Elvin bir məqamı xüsusi vurğulayıb ki, ordumuz hücuma keçəndə əksər hallarda sübh tezdən düşmən üzərində gedirdi.

 

Bir hadisəni hətta gününə kimi dəqiqliklə danışıb: “Oktyabr ayının 26-da ermənilər bizim mövqeləri bombalamaq üçün səmaya iki qırıcı təyyarə qaldırmışdılar. Lakin xoşbəxtlikdən hər ikisibizim hava-hücumundan müdafiə qüvvələrimiz tərəfindən dəqiqliklə vurularaq məhv edildi”.

 

Qubadlıdan sonra Laçına gediblər. Burada Güləbürd kəndində bir az dayanıblar. Səngər qazaraq mövqelərini möhkəmləndiriblər. Lakin orada olduqları dörd gün ərzində ermənilər yüzlərlə minamyot mərmilərini yağış kimi ordumuzun üzərinə yağdırıblar.

 

Noyabrın əvvəlində müharibənin bitməyinə bir neçə gün qalmış Laçın dəhlizinə gediblər. Orada meşədə bir neçə gün qalıblar. Gecə saatlarında isə eşidiblər ki, müharibə dayanıb. Qələbə bizimdir.

 

2020-ci il dekabr ayının 29-da Gəncədə yerləşən hərbi hissədən təxris olunub.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Hazırda Şəki rayonunun Şorsu kəndində yaşayır. Evlidir, bir oğlu bir qızı var. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin üzvüdür.

 

Bəxtiyar CƏFƏRLİ

 

Hərbi And.- 2022.- 4 mart.- S.10-11.