Rusiya-Ukrayna mühariəsində ən vacib faktor
Qərb yenidən Vladimir Putini lazımınca qiymətləndirmədi. Rusiya prezidenti dəfələrlə Ukraynanın real ölkə olmadığını, Ukraynada Rusiya tarixi torpaqlarının olduğunu və Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbin marionetakası və qeyri-qanuni lider olduğunu bəyan edib. Noyabr ayına qədər 100.000-dən çox rus əsgəri ölkəni üç tərəfdən mühasirəyə alıb və Ağ Ev yaxınlaşan hücumla bağlı daha çox xəbərdarlıqlar edib. Bununla belə, Qərbdə bir çox adam buna inanmadı, ağıllı və təcrübəli ekspertlər Putinin blef etdiyinə əmin idi. Onlar onun “qılınc çəkməsini” sadəcə danışıqlar masasımda əlini gücləndirmək üçün bir hiylə olduğunu düşünürdülər.
Sonra Putin Ukraynaya
hücuma başladı. Fevralın
24-də səhər saatlarından
başlayaraq Rusiya qüvvələri Ukraynanın
27 regionunun ən azı 17-sində yerləşən
hərbi obyektlərə
və hava limanlarına raket zərbələri endirib və bu, ən
çox məhdud müdaxilə gözləyən
bir çox analitikləri təəccübləndirib.
Zərbələr qurudan, dənizdən
və havadan endirilib. Ukrayna ordusunun məlumatına görə, Ukrayna qüvvələri Rusiyanın
7 təyyarəsini, 7 helikopterini
vurub, 24 tank və 20-dən
çox zirehli texnikasını zədələyib
və ya məhv edib. Ukrayna tərəfdən 130-dan artıq
itki var. Zərər geniş olsa da, Ukrayna təslim
olmayıb. Ölkə
parlamentinin deputatı
Andrii Osadçuk deyir ki, ruslar
gözlədikləri kimi
hərəkət edə
bilmədilər: “Birinci
günün yekunu: ruslar planlaşdırdıqları
və gözlədiklərindən
çox az
şey əldə etdilər. Ukrayna döyüşür”.
Axşama yaxın rus qoşunları Dnepr çayının
ikiyə böldüyü
Kiyevə yaxınlaşırdı. Paytaxtın bir
çox yolları dardır və hərəkət etmək
çətindir. Yerli sakinlərin
bəziləri silahlıdır.
“Ukrayinska Pravda” xəbər saytının
məlumatına görə,
döyüş zamanı
şəhərləri qorumaq
üçün kiyevlilərə
10.000 avtomat verilib.
Parlament üzvlərinə də
AK-47-lər təklif olunub.
Televiziya kanllarında minlərlə
insanın təhlükəsiz
yerə qaçmağa
çalışmalarını, Kiyevdən Ukraynanın qərbindəki Lvova gedən yollardakı tıxacları görmək
mümkündür. Minlərlə insanın öz ölkələrini müdafiə
etmək üçün
ərazi müdafiə
birləşmələrinə qoşularaq yaşadıqları
yerdə qalmağa üstünlük verib.
Könüllülər silahlı qüvvələrin
rəsmi hissəsidir və ağır silahlardan istifadə etmək səlahiyyətinə
malikdirlər. Ukraynanın
ABŞ-dakı səfiri
Oksana Markarova deyir ki, ukraynalılar
döyüşəcək: “Təkcə bizim cəsur və həvəsli ordumuz deyil, bütün ukraynalılar savaşacaq”.
Putin Ukraynaya daxil
olmaqla çox səhv hesablamalar aparıb. O, sürətli
hücum həyata keçirə, hətta Kiyevi də ələ keçirə bilər. Lakin bundan sonra daha çətin hissə gəlir. Ukrayna xalqı heç vaxt Moskvanın ölkəyə yeni prezident seçməsinə
imkan verməyəcək.
Azadlıq arzusu sonsuzdur
və ukraynalılar bunun uğrunda öləcəklərini sübut
ediblər.
Ümumiyyətlə, Putinin oynadığı oyun öz bəhrəsini
verəcəkmi? Bu, Moskvanın
məqsədlərini necə
müəyyənləşdirdiyinizdən
asılıdır. Putin
2014-cü ildə ciddi
şəkildə Ukraynada
başlayan qərbləşmə
cəhdini dayandırımaq,
NATO birliyini məhv etmək, ABŞ-ı hörmətdən
salmaq və Avropa təhlükəsizlik
arxitekturasını yenidən
yazmaq istəyir.
O, Ukraynadan dörd məqsədə çatmaq
üçün şans
kimi istifadə edir.
Çox güman ki, Rusiya Ukraynanın aviasiya sistemlərini məhv edəcək və bu zaman
rus tankları daha rahat irəliləyə
biləcək. Bundan sonra şiddətli
küçə döyüşləri
başlaya bilər.
Rusiyanın hərbi gücü
Ukraynanı kütləvi
şəkildə üstələsə
də, kiçik ölkənin bəzi üstünlükləri var. Ukraynalılar
illərdir Moskvanın
ilk növbədə Krımı,
sonra isə Donbası ələ keçirmək cəhdinə
müqavimət göstərir.
Ukrayna qoşunları yüksək
motivasiyaya malikdirlər,
ərazini yaxşı
bilir və hazırkı böhranı
ekzistensial olaraq görürlər. Başqa sözlə,
Putin böyük güc
tətbiq etsə, bütün ölkəni ələ keçirə bilər, amma onu əbədi saxlaya bilməyəcək.
Xüsusilə Ukrayna millətçilərinin
məskəni hesab olunan qərb hissədə müqavimət
şiddətli olacaq.
Kiyevdə yerləşən
“Razumkov Mərkəzi”nin yanvar ayında ukraynalılar arasında keçirdiyi sorğuda respondentlərin
45 faizi Rusiyanın işğalına qarşı
silahlı müqavimət
göstərəcəklərini bildirib.
Putinin arzular siyahısında növbəti
yerdə Zelenskidən
qurtulmaq durur. Ukrayna prezidentini
devirmək asan olmayacaq. Müharibə keçmiş komediya
aktyorunu vilayət siyasətçisindən vicdanlı
dövlət xadiminə
çevirdi. Zelenski və
komandası 2021-ci ilin
çox hissəsini hakimiyyəti gücləndirmək
məhkəmə və
antikorrupsiya islahatlarını
gücləndirməklə keçirdi. Zelenskinin
Ukraynada islahat edə bilməsi nə qədər ağır olsa da, Putinin aqressiyasına
sərt reaksiya verdi. O, böyük
fiziki cəsarət nümayiş etdirdi, bunkerdə oturmaqdan imtina etdi, bunun
əvəzinə əsgərlərlə
açıq ərazidə
səyahət etdi və sarsılmaz vətənpərvərlik göstərdi.
Fevral ayında Qərb ona təslim olmaq və əvvəlcədən
müəyyən edilmiş
müddət ərzində
ölkəsinin NATO istəklərini
dondurmaq üçün
təzyiq etdikdə, Zelesnki onlara mənfi cavab verdi. Qərb Donbasda
müharibəyə son qoymağı
nəzərdə tutan
əlverişsiz Minsk razılaşmalarını
həyata keçirməyə
çalışarkən da
Zelenski eyni şeyi etdi.
Zelenski və komandası həm doğru, həm də yanlış işlər görür. Ukrayna ilə
Rusiya arasındakı
uzun sərhəd Kiyevin ən böyük zəifliklərindən
biri idi. Təəccüblüdür ki, ukraynalılar
bunu aylar əvvəl möhkəmləndirmədilər.
Ən azından onlar sərhədi PUA, minalar və əldəqayırma
partlayıcı qurğularla
gücləndirməli idilər.
Ukrayna öz ehtiyat qüvvələrini səfərbər
etmək üçün
çox gözlədi.
Zelenskinin mesajları isə
uyğunsuz olub.
O, təhlükənin böyük
olmadığını söyləsə
də, daha sonra isə rusların şimaldakı
Xarkov şəhərini
bir anda ələ keçirə biləcəyini vurğuladı.
Kiyevin hakimiyyət
dəhlizlərində Putinin
Zelenskidən qurtulmaq və daha çevik
bir lider təyin etmək istədiyi barədə şayiələr dolaşır. Qısa videomüraciətində
Zelenski Rusiya qüvvələrinin “1 nömrəli
hədəfi” olduğunu
söylədi. Moskvanın ən
çox səhv hesablaya biləcəyi hissə isə liderlik məsələsindədir.
Ukrayna
2014-cü ildə Rusiyayönümlü
prezident Viktor Yanukoviçi
hakimiyyətdən uzaqlaşdıran
“Avromaydan” inqilabından
sonra kəskin şəkildə dəyişib.
Lakin Moskva dəyişikliyin nə qədər dərin olduğunu başa düşmür.
Ukraynalılar 8 il ərzində təcavüzə
tab gətirdikdən, sonrakı
münaqişələrdə 14 min insanın ölümünə
və 1,7 milyon insanın ölkə daxilində köçkünlüyünə məruz qaldıqdan sonra Kreml tərəfindən
dəstəklənən lideri
heç vaxt qəbul etməyəcəklər.
Rusiya Zelenskini düzgün qiymətləndirmir. Zelenski bilir
ki, o və ailəsi öldürülə
bilər. Və yenə
də o, heç nədən çəkinmir.
Putin şübhəsiz ki, uzun sürən
müharibədə batmaqdan
çəkinir. O bilir ki, müharibənin uzanması Rusiyada böyük itkilərə
səbəb olacaq və beləliklə, bu, ölkə daxilində narazılıqlar
yaradacaq. Lakin minlərlə rusiyalının
etiraz əlaməti olaraq küçələrə
çıxmasına səbəb
olan Krımın ilhaqından sonra 8 il ərzində
Putin özünü daxili
narazılığa qarşı
uğurla izolyasiya etdi.
Bütün bunları söyləmək
lazımdır: Rusiya ictimaiyyətinin bəziləri
Putinin müharibəsini
bəyənməsələr də, etiraz etmək üçün çox da cəsarətli
deyillər. Cümə
axşamı günü
53 şəhərdə ruslar
müharibəyə etiraz
etmək üçün
küçələrə çıxdılar və
1700 nəfər saxlanıldı,
lakin acı reallıq odur ki, plakat qaldıran
bir neçə min rus Putinə təhlükə yaratmır.
Üstəlik, Rusiyanın Ukrayna
ilə bağlı hekayələri güclüdür,
rəy sorğuları
göstərir ki, rusların əksəriyyəti
Krımın ilhaqını
və separatçıların
ərazilərinin müstəqilliyini
dəstəkləyir.
Ukraynalılar arasında isə Putin tamamilə fərqli bir problemlə üzləşir. Ukrayna sahillərindən iyirmi mil aralıda, Qara dənizdə İlan adası yerləşir. İşğal günü adaya yaxınlaşan rus gəmisi orada yerləşən 13 sərhədçidən silahlarını yerə qoymağı tələb edib. Onlar bundan imtina edərək sona qədər döyüşüblər, hər biri həlak olub. İlan adası kiçikdir, okeanda otla örtülmüş qayadan böyük deyil, lakin onun müdafiəçiləri təslim olmaqdan imtina edirdilər. Cəsarəti nəzərə almaq lazımdır…
Dəyanət
Ağalarlı
Ordu.az
Hərbi And.- 2022.- 11 mart.- S.14.