Bir elin oğlu
İlkin Saməddin oğlu Ağaquliyev bir ocağın yeganə övladı idi. O, 2000-ci ilin
oktyabr ayının
4-də Şabran şəhərində
dünyaya göz açmışdı. 2017-ci ildə
Şabran şəhər
Tofiq Abbasov adına tam orta
məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki
Kollecin "Fiziki tərbiyə" müəllimliyi
ixtisası üzrə
tələbə adını
qazanmışdı. Erkən yaslarında
cüdo idman növü ilə məşğul olan İlkin rayon və zona yarışlarının
dəfələrlə qalibi
olmuşdu. 8 oktyabr 2018-ci ildə həqiqi hərbi xidmətə yollanmışdı.
Vətən müharibəsi başlayanda
Murov yüksəkliyi,
Talış, Ağaçuq,
Ətyeməz kəndlərinin
və Suqovuşanın
alınması uğrunda
gedən ağır döyüslərdə cəbhədə
ön sırada oldu. Döyüş tapşırığını
yerinə yetirirərkən
düsmənin mövqeyinə
keçərək, kəşfiyyat
məlumatlarını toplayıb
sonra da geri qayıdanda ordumuz tərəfindən
onların məhv edilmiş və qoyub getdikləri texnikanın, hərbi sursatların çəkilişini
apardı. İlkin oktyabrın
16-da düşmənlə Suqovuşan yüksəkliyində
gedən qanlı döyüşlərdə Azərbaycan
əsgərinə xas
bir şücaət göstərərək qəhrəmancasına
şəhid oldu.
İlkin cüdo ilə məşğul olurdu. Rayon birinciliklərində, zona
yarışlarında iştirak
edirdi. Qələbələrinə görə aldığı
mükafatlarla hələ
ki, doğmaları, onu tanıyanlar məşqçiləri sevinirdi.
Arzusu beynəlxalq yarışlarda iştirak
etmək, I yeri qazanıb qalib kimi üçrəngli bayrağımızı başı
üzərində dalğalandırmaq
idi...
Ən müqəddəs
savaşda, Vətən
müharibəmizdə, döyüş
meydanında mənfur
düşmənə qalib
gələn igid əsgəri döyüşçü
yoldaşları çiyinlərində,
o çiyinlərdə üçrəngli
bayrağımıza bükülü
tabutda İlkini, başı üzərində
üçrəngli bayrağımızı
dalğalandıra-dalğalandıra uğrunda şəhid olduğu torpağa tapşırdılar.
İlkin bir ananın, bir atanın tək övladı olmadı. Şəhid oğulları indi
neçə-neçə ata,
neçə-neçə ana
doğma, əziz övladı bilir. Valideynlərinə indi səbr, toxtaqlıq verməyə isə hətta ilk yaranan Söz də acizdir...
Şabran
şəhər Tofiq Abbasov adına
tam orta məktəbin
müəllimi, İlkinin
əmisi qızı Günay xanım kövrələ-kövrələ nəql edir ki, Qarabağ işğal olanda İlkin heç dünyaya gəlməmişdi.
Ancaq iş bunda idi ki,
sonralar böyüyüb
yeniyetmə bir oğlan olanda sosial şəbəkələrdə
İlkinin paylaşmaları
Qarabağla, yurd-yuvaya
sevgi, məhəbbətlə
bağlı olardı.
Məktəbli ikən xahiş edib evdə yazı stolunun üstünə üçrəngli
bayrağımızı aldırıb
qoymuşdu. Gözləri önündəki o bayrağa hər dəfə iftixarla, qürurla baxardı.
Və... Bir gün bildi ki, "Bayraqları bayraq edən üstündəki qandır..."
Və işğal
altındakı torpaqlarımızı
qəsbkar yağıdan
azad edib Vətəni bütövləşdirmək
lazımdır. Qarabağ Azərbaycandır!
Hərbçi olmaq qərarına gəldi.
İlkin müharibənin 20-ci günündə,
20 yaşında Suqovuşan
uğrunda gedən ağır döyüşlərdə
düşmən gülləsinə
tuş gəldi.
Evin tək övladı... Valideynlərinin dilinin əzbəri, gələcəklə
bağlı xəyallarının
ümid, çıraq yerləri
idi... Nazını çəkə-çəkə, əzizləyə-əzizləyə böyütdükləri övladları...
Ancaq o igid oğul ata-anasının onu böyüdə-böyüdə
çəkdikləri nazlarının,
şıltaqlıqlarının əvəzini böyüyüb
valideynlərinə qaytarmağa
yox, anası qədər müqəddəs
bildiyi doğma Vətəninin - Azərbaycanın
"nazını" çəkməyə,
ona övladlıq borcunu ödəməyə
tələsdi...
İlkin xalça üzərində idman yarışların
da rəqiblərinə dəfələrlə qalib gəlmişdi. Ancaq İlkin ən böyük Qələbəsini döyüş meydanında qazandı. Otuz ildən bəri düşmən tapdağı altında olan torpaqlarımızı qəsbkarlardan azad edərək qalib oldu.
Bəlkə də şəhərimiz Şabranın küçələrində gəzib dolaşarkən onlarla yeniyetmə həmyaşıdı kimi məni tanıyıb hörmətlə salam verənlər arasında çox güman ki, İlkin də olub: "Salam, Aydın müəllim!" - deyə. Bəlkə də onu tanımadığımı hiss edib gülümsəyərək: "Mən sizi tanıyıram. Kitablarınızı oxumuşam..." da deyib.
İndi isə İlkini Vətən yolunda canından keçən bir şəhid oğul kimi bütöv Azərbaycan tanıyır və əsrlərlə, nəsillərlə şəhid adı ilə yaşayacaq.
Böyük şairimiz Səməd Vurğunun misrasıdır: "Biz gəldi gedərik, sən yaşa dünya..."
Biz gəldi gedərik, elədir. Vətən yaşasın! Və o Vətən, o vətənin vətəndaşları bütün şəhid oğulların adlarını öz yaddaşlarında əbədi yaşadacaq. Bu həm də hər birimizin vətəndaşlıq borcudur. Necə ki, "bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram..."
lll
Qarşımda bir sənəd var. Bu sənəd İlkin Saməddin oğlu Ağaquliyevə hərbi xidmət dövründə
verilib.
... Qarabağ uğrunda Vətən müharibəmiz başlayanda
şəhidlik zirvəsinə
yüksələn İlkin
komandanlığının bu xasiyyətnamədə yazdıqlarını qanı
bahasına sübut etdi.
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
Hərbi And.- 2022.- 4 noyabr.-
S16.