Mübarizin şəhidliyindən bəri döyüş əmri gözləyən
şəhid Teymur Rəsulov
Payızı hər nə qədər çox sevsək də, iki ildir bu
sevginin yanına bizim üçün bir də nisgil əlavə
olunub. Artıq payız həm
də neçə-neçə
nur üzlü igidimizin şəhidliyə
ucaldığı zamanın
göstəricisidir. Bu gün haqqında bəhs edəcəyim qəhrəman qardaşımız
da məhz bu nisgilimizin bir
Şəhid Rəsulov Teymur
Yavuz oğlu 1988-ci il, 23 martda
Sahil qəsəbəsində
anadan olub. Bakı şəhəri Qaradağ
rayonu Əliheydər Kazımov adına
228 nömrəli tam orta
məktəbdə təhsil
alıb. 2000-ci ildə
Həbib bəy Mahmudbəyov adına
2 saylı Texniki-Hümanitar
Elmlər Liseyinə qəbul olub. 2005-ci ildən həmin
kollecdən məzun olub. Yüksək balla Azərbayacan
Dövlət Neft və Sənaye Unversitetinin Energetika fakültəsinə qəbul
olub. Təhsilini başa vurduqdan
sonra 2009-2010-cu ildə
Tərtətdə N saylı
hərbi hissədə
əsgər olub.
Şəhidin yaxın dostu və ailə üzvü Sahib Altay onunla
bağlı xatirələrini
bizimlə bölüşərkən
bildirib ki, Teymur Milli Qəhrəman
Mübariz İbrahimovla
birgə əsəgərlik
keçib: “Mübariz
İbrahimov həmin vaxt gizir kimi
xidmət edirdi. Onun şəhidliyindən sonra
Teymur anasına zəng etmişdi ki, zabit kimi
hərbidə qalmaq istəyir, lakin anası razı olmamışdı. ƏSgərlikdən gələndən sonra elektrotexnika üzrə ixtsisalaşmış və
sahə üzrə özün inkişaf etdirmişdi. Ölkə üzrə
27-öncül elktrotexnika mühəndisindən
biri idi.
Teymurun başqa
bir xüsusiyyəti onda olan şeir
ruhunun olması idi. Teymur Turan imzasıyla
şeirlər yazırdı.
Dövrü mətbuatda şeirləri,
esse və məqalələri dərc
olunurdu. Ən böyük
arzularından biri də şeir, esse və məqalələrindən
ibarət ilk kitabını
nəşr etdirmək
idi. Şəhadətindən sonra onun bu arzusunu valideynləri
reallaşdırıblar.
2020-ci ildə Tovuz
döyüşlərində Milli Qəhrəman Polad Həşimovun şəhadətə yüksəlməsindən
sonra gedib iyulun 15 də könüllü qeydiyyatdan
keçdi. Sentyabrın
27-də özü getdi
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ
Rayon İdarəsinə müraciət
etdi. 3 gün
getdi-gəldi, geri qaytarıldı. Ayın 29-u yenidən
komisarın qəbulna
düşüb xahiş
edib ki, məni müharibəyə
aparın. Sentyabrın 30-da Sumqayıtın Təlim-Tədris
Mərkəzinə aparıldı.
Oktyabrın 3-dən cəbhənin
Füzuli istqamətindən
başalayaraq, Füzulinin
bir çox kəndləri, Cəbrayıl
rayonu, Xudafərin körpüsü ətrafı
kəndləri, xüsusilə
Soltanlı- Daşkasən
kəndləri, Xocavəndin
Hadrud qəsəbəsi
və qəsəbə
ətrafı kəndlərin
azadlı uğrunda döyüşlərdə iştrak
edib. Oktaybrın 18-də keçmiş Xocavənd-Hadrud-Şuşa yolunun
üzərində Şuşaya
10 km-lik məsafədə
döyüş yoldaşı
Ülvi Haciyevlə birgə şəhid olublar”.
Şəhidin dostu bildirib ki, Teynurun dəfnindən
bir neçə gün sonra bacısı Şəhla xanmın yuxusana gəlib:
“Yuxuda bacısına
deyib ki, mən tək deyiləm. Mənim çöldə bir döyüş yoldaşım qalıb.
O, mən şəhid
olduğum yerdədir,
onu axtarırlar. Kömək edin onu oradan
götürsünlər. Bu yuxudan bir neçə gün sonra sosial şəbəkələrdə
Teymurgilin döyüş
bölgəsindən bir
şəkli yamlandı
və məlum oldu ki, onların
həmin şəkildəki
döyüş yoldaşı
Ülvi Hacıyev itkindir və axtarılır. Şəhadətindən 58
gün sonra qəhrəman şəhid
Ülvinin nəşi
də Teymurun şəhid olduğu yerdən tapıldı.
Teymur 10
il öncə
bir yazı yazmışdı, burada şəhid Milli Qəhrəman Mübariz İbrahimovdan bəhs edirdi. Yazırdı ki, “O gecə sübhə qədər hərbi hissəyə həyəcan siqnalı verildi, ancaq döyüş əmri verilmədi ki, verilmədi... Mən isə yaşımın neçə olmasından asılı olmayaraq ömrümün sonuna kimi bu əmri
gözləyəcəyəm!”.
Teymur şəhid
olmamışdan bir ay
öncə bu sözləri yaxın dostuna demişdi. “Mən qalıcı deyiləm, məndən sonra bir Teymur
adı ürəyinizdə
qalsın istəyirəm.
Həmişə öz-özünüzə düşünün və
düz addımlar atın”.
Sahib bəy deyir ki, sentyabrın 27-də getdi Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətindən geri qayıdanda yarı yolda dedi siz
gedin, mən gəlmirəm:
“Sən demə,
o Şəhidlər xiyabanına
gedirdi. Ordan öz təəssüratları
əsasında bir esse yazdı. Yazının bir hissəsində şəhidlərə
müraciətlə belə
deyirdi ki, "Sizin öz arzularınıza,
mənim də sizə qovuşacağım
gün gəlib çatdı".
Şəhidin atası Yavuz Rəsulov deyir ki, qardaşım rəhmətə gedəndə
övladlarım hələ
balaca idi: "Teymur mənim evimin yeganə oğlu idi. Həm də soyadını daşıdığı evin
sonbeşiyi idi. Uşaqlıqdan etibarən
onunla sərhəd qoyulan ata-oğul münasibətimiz olmayıb,
yaxın dost olmuşuq
həmişə deyirdi
ki, yaxşı dost olmağı bacaran adamlardan yaxşı valideyn də olur, övlad da olur. Allah bütün
rəhmət eləsin
şəhidlərə rəhmət
eləsin!"
Sahil xatirələrini yada salanda, Teymurun həmişə ona, "mənə nəsə olsa, birinci sənə
xəbər edəcəklər",
deməsini xatırlayır:
"Oktyabrın 21-i gecə
03:30-da Beyləqandan tibb
xidməti rəisi zəng edib və Teymurun şəhidlik xəbərini
verdi. Onun boynundan
asılmış gilizin
içərisindən adım
və telfon nömrəmin qeyd olunduğunu dedilər.
Qeyddə yazılıb ki,
mənə nəsə
olsa, ilk bu dostuma zəng edin. Döyüş yoldaşları deyirdi
ki, Hadrutdakı 2 günlük ağır döyüşdən hamısı
sağ çıxmışdı.
Ərzaq maşınıları
vurulub, əmr gəlib ki, Şuşa istqamətində
getsinlər. Teymur üzünü yoldaşlarına
tutub deyib ki, az da yaşasaq, çox da yaşasaq,
heç bir fərqi yoxdur. Ailəmizlə sağollaşıb gəldiymiz yol şərəfli yoldur.
Şəhidlik qəhrəmanlıq ölümsüzlükdür. Unutmayın, şəhidlik
bütün ölüm
səbəblərindən üstün
yeganə əbədi
yaşamaq yoludur! Orada olan yoldaşlarından biri danışırdı
ki, həmin yerdə Teymuru gülüməsəyən gördüm,
sanki üzünə bir nur gəlmişdi.
Dedi ki deyəsən
sonumuz çatıb. Anında minamyot zərbəsi ilə bunların manqasını vurublar, Teymur şəhidlik zirvəsinə yüksəlib.
Allah rəhmət eləsin!"
Azərbaycan Ordusunun əsgəri
olan Teymur Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
Vətən müharibəsi
zamanı Xocavəndin
və Cəbrayılın
azadlığı uğrunda
gedən döyüşlərdə
savaşıb. Teymur Rəsulov
oktyabrın 21-də Cəbrayıl
döyüşləri zamanı
şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Teymur Rəsulov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Teymur Rəsulovun valideynlərinin şəxsi təşəbbüsünə əsasən, Qaradağ rayon Sahil qəsəbəsində fəalaiyyət göstərən şəhid Elçin Əziziov adına 301saylı uşaq bağçasının həyətində Teymur Rəsulov və qəsəbə şəhidlərinin xatirəsinə abidə kompleksi inşa edilmiş və park salınmışdır. 2021-ci ilin oktyabrın 19-da həmin abidənin açılış tədbiri keçrilib. 2022-ci ilin martın 23-də şəhidin 34-cü doğum günü valideynlərinin təşəbbüsü, şəxsi hesbına və Sahil İctimai Birliyinin dəstəyi ilə Sahil qəsəsbəsində yerləşən mərkəzi parkda "Yaşıl Sahil" adlı ağacəkmə aksiyası keçrilmiş, aksiyanın keçirildiyi əraziyə qəsəbə şəhidlərinin adı verilmişdir. Bundan başqa Qobusatan rayonu yeni massiv ərazizində küçələrdən biri şəhid Teymur Rəsulovun adını daşıyır. Yaxın qohumu tərəfindən küçədə adına xatirə guşəsi açılıb.
Eyni zamanda Azərbaycan Neft və Sənaye Universitetində bir seminar auditoriyası, Sahil qəsəbəsində yerləşən 228, 253 və 319 saylı orta məktəblərdə, Biləcəri qəsəbəsində yerləşən 297 saylı bir sinif otağı şəhid Teymur Rəsulovun adını daşıyır.
2022-ci ilin iyun ayında valideynlərinin şəxsi təşəbbüsü və vəsaiti hesabına şəhid Teymur Rəsulovun "Qürub vaxtı" kitabı nəşr edilmiş, kitab iki hissədən ibarətdir. 1-ci hissədə Teymurun esse və məqalələri, ikinci hissədə isə Teymurlu xatirələri yer alır.
Allah rəhmət etsin, nur üzlü
şəhid qardaşım!
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 11 noyabr.- S.16.