Şəhadət zirvəsində qərar tutan igid  

 

 

Ölümün bizi vaxt, harda haqlayacağını bilmirik. Əgər bilsək, heç ölməz, ya da bu dünyaya gəlməzdik bəlkə . Şairin dediyi kimi, bilsək, dünyaya gəlməzdik, analar aldatdı bizi. Analarmı aldatdı bizi, yoxsa hərəmiz bir missiya, bir amal üçün göndərildik bu dünyaya, bilmirəm. Ancaq aramızda seçilmişlər var ki, bax, onlar həqiqətən bir missiya amal üçün göndərilmişdilər. vaxt bu dünyadan gedəcəklərini bilirdilər. Bu, o seçilmişlərdir ki, qısa ömürlərinə, az yaşlarına baxmayaraq, yerinə yetirdikləri müqəddəs missiya ilə əbədi həyatı qazandılar. Cismən gedişləriylə ruhən mənən ölməzliyə qovuşdular. Hər birimizin ürəyinin qanayan yeri, varlığımızın qürur simvolu şəhidlərimizdir onlar. Bu dünyaya məhz şəhadət cığırını şərəflə addımlamaq, böyük əzəmətli xalqın vüqarını özünə qaytarmaq, ölkəsinin başını ucaltmaq üçün gəlmişdilər şəhidlər.

Bu ali missiya üçün göndərilənlərdən biri Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Həsən Rəhim oğlu Həsənovdur. Bu gün Həsənin anadan olduğu, sabah isə (2 oktyabr) şəhadətə ucaldığı gündür. qəribədir gəlişinlə gedişinin arasında cəmi bir günün olması, amma bu bir günə şanlı bir ömürü sığdırmaq. Həsən məhz o seçilmişlərdəndir. Yaşasaydı, 32-ci yaşını qeyd edəcəkdi. Ancaq o, əbədiyyən 30 yaşında qalmağı seçdi.

Həsən Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində Rəhim Məryam Həsənovların ailəsində anadan olub. 1997-2008-ci illərdə 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Həyat yoldaşı Qəriyyə xanım Həsəni səsindəki titrəyiş, gözlərindəki qürur qarışıq kədər, üzündəki kövrək təbəssümlə yad edir. Onlar Həsənlə 2016-cı ilin dekabr ayında bir-birini çox sevərək ailə həyatı qurublar. Bu izdivacdan onların Ömər Həsən Camal adlı iki övladları var. Ömər 2019-cu ildə, Həsən Camal isə 2021-ci ildə- atasının şəhadətindən beş ay sonra dünyaya gəlib. Qəriyyə xanım deyir ki, ikinci oğluna Camal adını müharibəyə getmədən öncə Həsənin özü seçibmiş. Onlar da uşaq doğulandan sonra həm atasının adını bu körpədə yaşatmaq, həm şəhidimizin arzusunu yerinə yetirmək üçün uşağa hər iki adı veriblər.

Qəriyyə xanım Həsən haqqında danışır: "Biz evlənəndən az müddət sonra Həsən hərbidə xidmətə başladı. Çox ailəcanlı, mehriban, mərd, igid insan idi. Heç nədən qorxusu yox idi. Hansısa problemlə üzləşəndə deyirdi ki, insanın problemsiz günü olmasın. İşinə görə bəzən əsəbi ola bilirdi, amma həm çox gülərüz idi. Hər kəsi öz dilində danışdırmağı bacarırdı. Elə bu xasiyyətinə görə hər kəs onunla yaxın olmaq istəyirdi".

2020-ci ilin Tovuz döyüşlərindən sonra Həsən elə hey fikirli, gərgin günlər keçirir. General-mayor Polad Həşimovun digər şəhidlərimizin ölümüylə heç cür barışa bilmir vaxtın yetişdiyini deyir. Onsuz da Həsən hər zaman Qarabağ probleminin həlli haqqında düşünür, müharibənin qaçınılmaz olduğunu deyərmiş. Dostlarıyla söhbətində "kaş ki, müharibə başlaya bu işi biz həll edək. Bizə qaldı, balalarımıza qalmasın" - deyərmiş. Elə olur...

Sentyabrın 21-də Həsənin qardaşı səfərbərliklə təlimlərə çağırılır. Bundan təlaşlanan Qəriyyə xanım öz narahatlığını Həsənlə bölüşür. Həsən isə bir az da acıqlanaraq: "Niyə təlaşlanırsan? İndi sabah mənə nəsə olsa, məni gətirsələr, sən məni beləmi qarşılayacaqsan, xalqın içinə beləmi çıxacaqsan? Zəif olma"-deyir sanki sözləriylə sevdiyi həyat yoldaşını əbədi gedişinə hazırlayır.

O günlərdə qardaşıyla çox maraqlanır, arxasınca gedib-gəlir. Sentyabrın 27-si gecəylə isə özü yola çıxır. Evdə "Gorana üçün gedirəm" deyərək. Qəriyyə xanım onun müharibədə olduğunu həmin axşam özünün etirafıyla öyrənir.

Həsən Vətən müharibəsində Füzulin Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəhrəman çavuş bu döyüşlərdə 40 nəfərdən çox əsgər yoldaşını mühasirədən çıxarıb.

Ailəsiylə son danışığı oktyabrın 1-i səhər saatlarında olur. Onda Qəriyyə xanım Həsəni ad günü-30 illik yubileyi münasibətiylə təbrik edir. Sonra isə gün yarım onun telefonuna zəng çatmır oktyabrın 3-də ailə gələn bir zənglə Həsənin şəhid olduğunu öyrənir.

Çavuş Həsən Həsənov oktyabrın 2-də- 30 yaşının ilk günündə Füzuli rayonun Əhmədbəyli kəndi uğrunda gedən döyüşlərdə 6 əsgər yoldaşını döyüş zonasından çıxarandan sonra qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 3-də Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Həsən Rəhim oğlu Həsənov şəhadətindən sonra "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəriyyə xanım deyir ki, Həsənin bu həyatdakı ən böyük arzuları övladlarıyla bağlı idi: "Elə bil hər şeyə tələsirdi. Hey nələrisə tez etmək istəyirdi. Ev almağa çalışırdı ki, uşaqlar rahat yaşasınlar. Təəssüf ki, bu, ona qismət olmadı. Həmçinin, övladlarının yaxşı təhsil almalarını, layiqli vətəndaş kimi yetişməklərini, yoxluq çəkməmələrini istəyirdi. Həsən özünü həm vətəninə, həm övladlarının xoş gələcəyinə qurban verdi.

Həsənsiz çox çətindir. Hələ onun yoxluğuna alışa bilmirəm. Onsuz iki oğlan uşağını böyütmək çox çətindir. Çalışıram ki, onun övladlarıyla, ailəsiylə bağlı arzularını mən həyata keçirim. Övladlarım üçün lazımdırsa, edəcəyəm, onları Həsənə, onun uğrunda canından keçdiyi vətənə layiq insan kimi böyüdüm. Atalarının adını onlar öz əməllərində yaşatsınlar".

Həsənin şəhidliyi onda cəmi bir yaşı olan oğlu Ömərin bəlkə özü bilmədən ən böyük travmasına çevrilir. Anası deyir ki, atasının tabutunu görməyə məcbur olan uşaq Həsənin yoxluğuyla susur bir danışmır. Həmçinin, atasının yoxluğu onu aqressivləşdirir. Körpə günlərlə, aylarla dayanmadan ağlayaraq evin içində, çöldə, bayırda elə hey kimisə axtarır, evə girmir, atasının ölümündən 2-cə ay öncə aldığı maşınında yatır. Anası deyir ki, o, atanın olduğunu tam dərk etməsə , həyatında kiminsə əskildiyini, hansısa əzizinin olmadığını hiss etmişdi sanki aylarla onun yoxluğunun ağrısını yaşadı. Nəhayət, ailəsi onu atasının məzarı üstünə aparır. Atasının məzarını görən uşaq sanki bundan sonra sakitləşir. İndi üç yaşı olan Ömər psixoloqun, mütəxəssislərin ailəsinin köməyiylə yavaş-yavaş normal həyatına qayıdır, nitqi bərpa olunur, ancaq qəlbindəki ata yanğısı sönübmü, atasının boşluğu dolubmu, bax, bu bilinməz. Bu gün dünyadan xəbərsiz körpə hansısa duyğuların təsiriylə atasının yoxluğuna susaraq, ağlayaraq etiraz edirdi. Bəs gələcəkdə onun heç zaman atasını görməyən Həsən Camalın qəlbindəki, həyatındakı ata boşluğunu kim, dolduracaq? Yəqin ki, heç kim, heç ... Təki qəhrəman atalarının adı ruhu bu şəhid əmanətlərinin hər zaman dayağı, köməyi olsun!

32-ci yaşın şəhadətin mübarək, igid Vətən oğlu!

 

Şahanə MÜŞFİQ

 

Hərbi And.- 2022.- 11 noyabr.- S.7.