19 ilə böyük həyat sığdıran şəhidin ürək dağlayan hekayəti

 

Əlini köksünə qoyub hamıya “ürəksən, ürək!” deyirdi. Bəlkə onda bir zamanlar milyonların ürəyinə köçəcəyindən xəbərsiz idi. Anasına ön cəbhədə olduğunu söyləmirdi, ona qıymırdı. Bir az böyüdükdən sonra onu tək saxlayan ananın əlinə bir dəfə çirkli paltar verib yudurtmadı... Kiçik yaşından evin rəisinə çevrildi.

Bütün bu dediklərimizi 19 yaşa sığdıra bildi. Söhbət vətənə canını fəda etmiş Elvin Babayevdən gedir.

Evdə hələ də maketi dayanır, sanki qonaqları da özü qarşılayır.

Lent.az 2020-ci ilin oktyabrında şəhid olan Elvin Babayevin anası Kəmalə Rəhimova ilə müsahibəni təqdim edir:

-    O, evin böyük uşağı idi. Gəncədə anadan olsa da, orada yaşamayıb. 6 il Moskvada yaşadıq, sonra Bakıya köçdük. Ağdamda hərbi xidmət keçirdi. Xocavənddə vuruşurdu, narahat olmayım deyə, mənə ön cəbhədə olduğunu demirdi. Sonuncu dəfə mənimlə danışdı, sonra qardaşı Emilə dedi ki, məndən sonra evin kişisi sənsən, anamızdan muğayat olOktyabrın 2-də Suqovuşanda şəhid oldu, DNT ilə kimliyi müəyyənləşəndən sonra ayın 7-i Bərdə morqundan gətirdilər Bakıya. Mənə göstərmədilər üzünü.

-    Vəziyyətim yaxşı deyildi. Stressə düşmüşdüm, o biri oğlumu da tanımırdım. İndi-indi düzəlirəm. Ondan sonra hər şəhid xəbəri gələndə vəziyyətim pisləşir. Şəhid Səbuhi Əhmədovun cənazəsi bizim həyətə gətiriləndə öz balam kimi qarşıladım. Halva bişirdik, masa qoyduq həyətə, ehsan verdik. O da mənim balam kimi, yetimdir.

-    Sizin övladınız atasız böyüyüb deməli

-    Mən uşaqlarımı çox çətinliklə böyütmüşəm. Çox kiçik yaşlarından ata nədir bilməyiblər. Özüm yeməyib uşaqlarımı yedizdirmişəm, çox kasıblıq çəkdik. Elvin məktəbdə oxuyanda ofisiant işləyib günlük qazandığı 10 manatı mənə verirdi. O cür ürəyitəmiz, ağıllı, təmiz uşaq böyütmüşəm. İnanırsınız, bir dəfə olsun, köynəyini qoymurdu mən yuyum. Özü yuyub ütüləyirdi. Ayaqqabı bağından tutmuş, saatının şüşəsinə kimi hər şeyə diqqət edirdi. Gül kimi idi. Elə gözəl qoxusu var idi ki, hələ burnumun ucundadırSən demə, mələk imiş, Allah yanına aparacaqmış.

-    Arzuları, istəkləri nələr idi? Danışırdı sizə?

-    Məktəbi bitirəndən sonra universitetə daxil olmağa hazırlaşırdı. Sənədlərini Dövlət Sərhəd Xidməti Akademiyasına verdi, bir imtahandan kəsildi. İkinci imtahana da buraxılmadı. Ondan sonra hərbi xidmətə getdi. Hərbi formadan ötrü ürəyi gedirdi, çox sevirdi hərb sahəsini. 8 nömrəli orta məktəbdə təhsil almışdı. Xüsusilə, onlara hərbi hazırlıq fənnini tədris edən Hüseyn müəllimi çox sevirdi. Müəllimi deyirdi ki, Elvin uşaqlara silah söküb yığmağı öyrədir. Mənə dedilər ki, oğlumun şəhid olma xəbəri gələndə Hüseyn müəllim hönkürtü ilə ağladı. O qədər çox istəyirdi Elvini. Çox şirin uşaq idiHamıya da əlini köksünə qoyubürəksən, ürək!”deyirdi. Nənəsi   ona görə havalandı da. Qəbul edə bilmirdi ölümünü.

-    Nənə bəs, vaxtdan xəstələndi?

-    Elvinin 40-ı çıxan kimi anamın psixologiyası pozuldu. Həkim deyir ki, yaddaşında ciddi problemlər var. Yanında ağlaya bilmirəm, çıxıb çöldə ağlayıram ki, məni görməsin. Görəndə halı pisləşir. Elə bilir mən onun anasıyam.

-    Elvinin sizə son sözü oldu?

-    Ölümündən dörd gün əvvəl danışdıq. Çox narahat idim, dedim ki, sənə nəsə olsa, necə yaşayaram? Dedi ki, niyə elə deyirsən, ay ana? Canavar kimi oğlanam, ermənidən qorxacam? Ümumiyyətlə, hər gün şəhidlərin adına yasin oxuyuram, hədiyyə namazı da qılıram. Elvinin şəkilləri ilə, qoyub getdiyi xatirələri ilə nəfəs alıram. Onun saatını qardaşı taxanda xətrimə dəyir.

-    Bu pişik Elvinin idi?

-    . O, Elvin şəhid olan günü elə ağlayırdı kiYemək yemirdi, gözündən su axırdı. Təəccübləndim ki, niyə birdən-birə belə oldu ki? Hiss edirmiş. Həmin gün oğlumun qara xəbəri gəldi.

-   Elvinin sevdiyi qız var idi?

- Var idi, məktəbdə. Lalə adlı qızı sevirdi. Onun doğum günündə oyuncaq ayı qoymuşdu məzarının üstünə. Götürmürəm, elə qalıb orada. Lalə deyirdi ki, həmin oyuncaq ayını Elvin ad günümdə mənə hədiyyə almışdı, götürməmişdim. Doğrudan da məni sevdiyinə inanmırdım. Qıza dedim ki, sənə görə ölümü gözə almışdı. Qardaşı da şahiddi. Elvin LaləyəŞəhid olsam, məzarıma gələrsən?”, - deyə, mesaj yazıb. O da “Allah eləməsin, elə deməyazıb. Elvin şəhid olanda elə ağlayırdı kiElvin evimi yıxdı, qocaltdı məni. Elə oğul idi ki, hamı başına and içirdi.

 

Nigar Namiq

 

Hərbi And.- 2022.- 25 noyabr.- S.13.