“Mən ölməyə deyil,
öldürməyə gedirəm, qızım Nazlıya
yaxşı baxın!”
Düşmən qarşısında inamla dayanıb, Vətənimizi,
torpaqlarımızı qoruyarkən şəhid olan igid
qardaşlarımızdan biri də şəhid Qənbərov
Bilal Xanlar Oğludur.
Şəhid
Qənbərov Bilal Xanlar Oğlu 1993-cü il
sentyabrın 29-da Bakı şəhərində anadan olub.
2000-2001-ci illərdə Səbayıl rayonu Birinci Qarabağ
şəhidi Etibar Əliyev adına 162
saylı orta məktəbdə təhsil alıb.
Uşaq vaxtı həddindən çox ərköyün
idi, məhlədə hər kəsin təsifin çəkərdi. Dostalrın
çox istyirdi. Uşaqlıqdan əməyi
çox sevirdi.
2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin
Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində
müddətli həqiqi hərbi xidmətdə olub. Yanvarın 5-də hərbi
xidmətdən tərxis olunmuş Bilal Qənbərov 2020-ci
il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında
olan ərazilərin azad edilməsi üçün
başlanan Vətən müharibəsində iştirak edib.
Vətən müharibəsi ərəfəsində
Bilal Qənbərov əvvəlcə Ağcəbədidə
yerləşən “N” saylı hərbi hissədə təlimlərə
qatılıb.
Anası Gültəkin xanımla telefonla danışanda
tezliklə döyüşlərdə iştirak etmək
üçün ön cəbhəyə göndəriləcəyini
bildirib:
“Bilal 2018-ci ildə hərbi xidmətə getdi, 2020-ci ildə
geri qayıtdı. Qayıdanda dedi ki, ana, müharibə olacaq, əgər
olsa, mən gedəcəyəm.
Mən gedib ora könüllü yazılmışam, son
müddət hərbi biletində görmüşəm ki,
könüllü yazılıbmış. Hazırda qazi olan əsgər
yoldaşı bu yaxınlarda mənə dedi ki, biz birlikdə
könüllü yazılmışdıq, o, sadəcə siz
narazı olmayasız deyə evə xəbər etməmişdi.
Müharibəyə gedəndən sonra zəng
etmişdi. Deyirdi, cəbhədə ağır
döyüşlər gedir. Yaxın
günlərdə bizi də ön cəbhəyə
aparacaqlar, döyüşlərdə iştirak etmək üçün
hazırıq. Boyunbağım belə
hazırdır. Onun içərisində
ad-soyadım var. Müharibədir, əgər şəhid
olsam, onun köməyi ilə kimliyimi müəyyən etmək
mümkün olacaq. Amma mən ölməyi
deyil, öldürməyi, qələbə ilə
sağ-salamat qayıtmağı düşünürəm”.
Şəhidin
bacısı Aidə xanım xatirərindən
danışır ki,
2020-ci ildə yanvarda qardaşım hərbidən
yeni gəlmişdi: “2020-ci il Tovuz döyüşlərində
general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev
şəhid olanda qardaşım dənizdə işləyirdi,
çox narahat idi. Mənə səs atdı ki,
dört bir yanmız sulardır əlim yetmir çox narahatam
burda kaş məndə onların yanıda olardım.
Genralımız şəhid olub biz durub baxa bilmərik! Gələn kimi mən hökmən hərbiyə
gedəcəyəm.
Bilalın
ən böyük arzularından biri ali təhsil
alıb yaxşı bir peşəyə sahib olmaq, qızı
Nazlını hərtərəfli böyütmək idi. Boş vaxtlarını onunla keçirər,
qızına qayğı göstərərdi. Ailəli idi, bir qız övladı var. Bütün
varlığı ilə qızına bağlı idi.
Övladı ilə selfi çəkirdi, onunla uşaq kimi
oynayırdı.
49-nömrəli
orta məktəbin həyətində qardaşımı yola
salırdıq, dedim sənə sadə telefon alım. Dedi
narahat olma mənə telefon lazım deyil, bəyəm mən
döyüşdə erməniyə deyəcəyəm ki, bir
dəqiqə gözlə mənə evdən zəng gəlir?
Çox zaraftcıl idi. Yola
düşəndə son sözü bu oldu ki, narahat olma hər
şey yaxşı olacaq. Şuşa da
bizim olacaq, o torpaqlar da, daha bu yoldan dönüş yoxdur.
Onu deyə - deyə, gülə - gülə
yola saldıq. Bilal yola düşərkən
qələbə ilə qayıdacağını bildirdi.
Şuşaya bayraq sancmaq isə ən
böyük arzusu idi. Arzusunun da arxasınca getdi” (red.
ağlayır..)
Sonuncu dəfə 31 oktyabrda sonuncu dəfə telefonla
danşdıq.
Tezdən saat 7-də dedi ki, Şuşya giririk,
hamımızla sağollaşdı, telefonun kodunu verdi və maaş kartının kodunu veri mənə.
Dedi ki, burda vəziyyət çox qarışıqdır, nəsib
olsa, görüşərik”.
Şəhid
anası Gültəkin xanım deyir ki, oğlu 2020-ci il 29 sentyabrda- öz ad günündə hərbi
xidmətə çağrılıb və gizir kimi gedib:
“28 sentyabrda səhəri doğum gününü qeyd
etməyə hazırlaşırdıq. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsindən
zəng gəldi. 29-u günü səhər
saat 5-də getdi. Döyüş yolu Füzuli, Cəbrayıl,
Hadrut, Şuşa istiqamətində olub. Lakin hələ ki Xocavənd və Cəbrayıl
istiqamətindəki döyüşləri ilə
bağlı medalları verilməyib. Balam
döyüşə gedəndə qızının 3
yaşı vardı, gələn il
fevralın 2-də 6 yaşı tamam olacaq. dövlətimizin
dəstəyilə təmənasız, Nərimanov rayonunda
yerləşən modern tipli məktəb-bağça
kompleksində tədris alır.
Bilalın
adı ata babasının adıdır, o da 1941-45 illərin İkinci
Dünya müharibəsi iştrakçısıdır. Qəhrəman babasının adını
daşıyırdı.
Tez-tez oğlumla danışırdım. Deyirdi hər
şey yaxşıdır. Ac-susuz deyilik, hər
şey gözəldir burda. Bir dəfə dedi ki,
Prezdentin çıxışları bizi ön cəbhədə
çox ruhlandırır. Heç bir qorxacaq
çəkinəcəyimiz yoxdur, ermənilər siçan
kimi qaçıb girirlər yerə. Daim
irəli, araxaya yol yoxdur, bunu əminliklə bilirik, bizi Vətən,
torpaq çağırır. Dedi, ana, bu gecə yatma bizə
dua et. Hər şeyimiz var, bircə duamız
çatmır. Dedim ki, sizin üçün təkcə
Azərbaycan anaları deyil, bütün dünyada yaşayan
azərbaycanlılar dua edir. Bilalla təxminən oktyabrın
sonuna yaxın danışdıq dedi ki, başı dumanlı
dağların yaxınlığındayıq”.
Atası
Xanlar Qəmbərovun dediyinə görə Bilal ona ancaq rəsmi
açıqlanan məlumatlar qədər danışıb, əlavə
heç nə demirmiş:
“Deyirdi əlavə məlumat verə bilmərik. Bilal Hadrurt
istiqamətində döyüşlərdə də
iştirak edib. Oradakı düşmən
istehkamları Azərbaycan Ordusunun hücumunun
qarşısını ala bilməyib. Artıq
oktyabrın 9-da Hadrut qəsəbəsi işğaldan azad
edilmişdi. Nəticədə Ermənistan
Silahlı Qüvvələrinin Füzuli və Cəbrayıl
istiqamətində yerləşən hərbi hissələrinin
həm idarəedilməsi, həm də təchizatı pozulub.
Çünki idarəetmə Hadrutdan həyata
keçirilirdi. Bilal Hadrut azad olduqdan bir
gün sonra bizimlə danışdı.
Oktyabrın 10-da onunla danışa bildik. Səsi
çox yaxşı gəlirdi, sevinirdi. Düşməni
necə məhv elədiklərindən bəhs edirdi.
Oktyabrın 11-də səhər tezdən də
danışdıq, yaxşıyam dedi, sağollaşdı. Ondan sonra Bilaldan 4 gün xəbər
çıxmadı. Həmin vaxt məhəlləmizə
2 şəhid gətirildi. Biz fikirləşirdik
ki, yəqin Bilala da nəsə olub. Bir də
oktyabrın 15-də evlə əlaqə saxladı.
Hadrutda olduğunu dedi. Üç gün itkin
düşübmüş. Başına gələnləri
telefonda danışa bilmədi. Ancaq onu dedi ki, SMS
yazmayın, telefonun ekranı işləmir.
Məhəlləmizin şəhidlərdən də
xəbəri var idi”.
Bilal Qənbərov Füzulinin və Şuşanın
azadlığı uğrunda gedən döyüşlərdə
də savaşdı, oktyabrın 17-də Füzulini
düşməndən azad etdilər. Bilalın qazi dostu Elşad deyir:
“Füzuli şəhəri uğrunda gedən
döyüşlərə qədər birlikdə olduq. Aramızda iki Bilal var idi. Qənbərov
Bilalı saç rənginə görə "Sarı" ləqəbi
ilə çağırırdıq. O, çox
zarafatcıl, tez ünsiyyət qura bilən pozitiv, mərhəmətli
bir dost idi. Müharibə şəraitində
yaşadığımız çətinliklərə
baxmayaraq, öz zarafatlarından qalmırdı və komandanın
əhvalını yüksəldirdi. Həmişə
qızından danışırdı. İlk
gündən etibarən bir yerdə olsaq da, Füzulidə
yollarımız ayrıldı. Çünki
mən yaralandım və yoldaşlarımdan xəbərsiz
ayrı düşdüm. Sonradan eşitdim
ki, Füzuli şəhərinin azad olunmasında iştirak
edib”.
Döyüş
yoldaşı qazi
Həsənov Fərid İlham oğlu danışır ki, 17
oktyabra kimi bir yerdəydik, sonra bölündük. Bilal dedi ki,
mən Şuşa istiqamətində getmək
istəyirəm, ora bayrağı özüm sancacağam. O, həmin
istiqamətdə qəlpə yarası almışdı, komandirlər nə
qədər desə də, geri dönməyib, deyib ki, 5-6
günümüz var Şuşaya çatacağıq.
Şəhid
anası deyir ki, döyüş yoldaşı İmanov
İmaməli gəlmişdi, gözündən qəlpə
yaraları almışdı. Bilalı vurulandan
sonra gec də olsa, həmin ərazidən bu oğlan
çıxardıb: “Deyir güllə yağış kimi
yağırdı. Bir neçe saat sonra
çıxardıb. Gözünü
açıb deyib, İmanov, məni burdan çıxart.12
kilometr yolu piyada dağlardan düşürdüblər, Xocavəndin
hospitalına gətiriblər. Noyabrın
3-dən 4-nə keçən gecə şəhid olub.
5 noyabr işdən icazə aldım ki, gedim nəvəmin
yanına. Gördüm qapımız döyülür, jekdən
bir nəfər qadındır, rayon icra hakimiyyətindən
bir nəfər. Bilalı soruşdular.
Dedim, nə olub ki, oğluma? Fikirləşdim,
yaralı olsa, hospitala aparadılar, evimə niyə gətirsinlər?
Sonra gördüm küçələr
süpürülür, bayraqlar düzülür.. Oğlum şəhid olub...
Mən bütün şəhidlərimizlə, qazilərimizlə
fəxr edirəm. Bizim 30 illik Vətən həsrətimizi,
ləyaqətimizi geri qaytardılar. Ölkəmizə
sülh, əmin-amanlıq diləyirəm. Başda Ali
Baş Komandanımız olmaqla, xalqımıza, millətmizə öz
təşəkkürümü bildirirəm. Torpaqlar
onların hesabına alındı, bizim balaca fidanlar o şəhidləri
unutmasın. Daha heç bir övlad şəhid
olmasın, müharibə olmasın, həmişə əmin-amanlıq
olsun. Ermənilərin mənfur əlləri
bu torpaqlardan əl çəksin. Həmişə
deyirdim, Allahım, oğlum Vətəninə layiqli övlad
olsun. Qarabağ əsilli vətəndaşlarımız
gedib torpaqları öpüb, qucaqlayıb, təşəkkür
edirlər. Mən oğlumla qürur duyuram! Bilal Şuşanı çox
sevirdi, ən böyük arzum orada oğlumun adına
küçə verilməsidir, onun adı əbədi
yaşasın”.
Azərbaycan Ordusunun əsgəri olan Şəhid Qənbərov Bilal Xanlar Oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizluli, Cəbrayıl, Hadrud, Şuşa uğurunda döyüşlərdə qəhramancasına döyüşərək həlak olmuşdur. Ölmündən sonar "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub
Gürcüstanın Bolnisi rayonunda şəhidin adına bulaq var, Səbail rayon 162-nömrəli məktəbdə adına baralyefi var, yaşadığı küçədə ailəsinin şəxsi vəsaiti hesabına xatirə löhfəsi hazırlanıb. Digər xatirə bulaq kompleksi isə Ədliyyə Nazirliyinin Pentesiar Xidmətinin dəstəyi ilə inşa olunub.
Şəhid Bilal Qəmbərov Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub. Ruhun şad olsun, şəhid qardaşım!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 25 noyabr.- S.12.