75 gün itkin düşən, "Murov
aslanı" ləqəbli şəhid mayor
İlkin Rzayev
Haqqında söz açacağımız növbəti qəhrəman Vətən müharibəsi
şəhidi mayor Rzayev İlkin Cəfər oğludur. Mayor Rzayev
İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində
anadan olub. O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə
isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb.
2002-ci ildə Heydər
Əliyev adına
Azərbaycan Ali Hərbi
Məktəbinə daxil
olur. 2006-cı ildə hərbi məktəbi bitirərək
"Leytenant" rütbəsini
alır.
İlkinin atası Rzayev Cəfər Qəhrəman
oğlu Birinci Qarabağ müharibəsində
Füzulidə döyüşüb. O, 5-ci sinifdə
oxuyanda atası qızğın döyüşlərdə
olub. 1993-ci ildə
Kəlbəcərin işğalı
zamanı hadisələrdən
çox təsirlənən
İlkin özünə
söz verib ki, böyüyəndə
hərbçi olub mənfur düşməndən
ana-bacılarımızın qisasını alacaq.
Evdə həmişə hərbini
sevdiyini deyərmiş.
Şəhidin anası Rzayeva Balaxanım deyir ki, komandiri İlkinin
ailəsinə, anasına
çox bağlı insan olduğunu qeyd edirdi:
"Həqiqətən də elə idi. Dostları çağırırdı gedək əyləşək,
deyirdi yox, ana, mənə öz ailəmin, əzizlərimin yanında
olmaq daha xoşdur. Yeddinci sinifdən İlkin
oruc tutur, namaz qılırdı.
Kaş ki, bir gün
İlkin gəlib deyərdi, ana, mən maaşımı aldım hamısını
da xərclədim.
İnanın, deyirdi ancaq
evim mənim üçün rahatlıqdır.
2013-cü ilin aprelində
atası yol qəzasına düşəndə,
İlkin Murovda idi. Qohumlarımızdan zəng edib
komandirinə deyiblər.
İlkin
həmin vaxt postda imiş, deyiblər ki, atası qəza törədib gəlsin icazə kağızını
götürsün. Buraxılış vərəqin götrüb
gəlmişdi. Atası rəhmətə
gedəndən sonra mən İlkini evin böyüyü bilirdim. Atasını maşınla vuran
adamın həmin günü övaldı olmuşdu, sevindiyindən qəza törətmişdi.
Hər kəs istədi ki, qəzadan sonra İlkin şikayətçi olsun.
O isə dedi mən atamı görmüşəm, duymuşam,
yanımda olub, indi körpənin günahı nədir ki, ən gözəl
çağlarında atası
həbsxanda yatsın.? Çox mərhəmətli qəlbi
vardı. Çox uzaqgörən
idi. Aylarla İlkin evə
gələ bilmirdi.
Tez-tez onun təəssüfün
çəkirdim. 5-6 aydan bir gəlirdi.
Əlləri qabar-qabar olardı.
Deyirdim, niyə belədir əllərin anan qurban? Deyirdi post tikirik, səngər qazırıq, mən öz əsgərlərimə
kömək edirəm.
. O öz əsgərlərinə
balaları kimi baxırdı. Çox istəyirdi, hamının
pal-paltarını gətirib
yudurdurdu evdə. Bir gün su baçoklarında
su gətirirdi evə. Yanındakı əsgərlər gəldilər ki, komandir, icazə ver götürək, qoymadı. Eyvandan baxırdım, gələndə
dedim, oğlum, başqa komandirlər əsgərlərinə iş
gördürür, sən
də komandirsən niyə icazə vermədin sənə kömək etsinlər? Dedi onlar əsgərdilər,
Vətənə xidmət
etməyə gəliblər,
mənim evimə su daşmağa deyil. Mən heç bir
əsgərə qıymaram.
Sentyabrın 20-də tezdən kiçik
oğlum Rasimə dedim ki, naməni
apar yola sal, uşaqlardan narahatam. Göygölün
Toğanalı kəndin
çatanda İlkinə
zəng etdim dedi özüm gəlib səni görəcəyəm. İlkin gəldi,
görüşdük, salmlaşdıq.
Çox
narahat idi. Dedi müharibə olacaq artıq vaxt yetişib. Sual verdim səndə gedəcəksən? Dedi,
ana, gözlədiymiz gün gəlib çatıb. Ana, atamı vuran sürücü
yadındadır ? Dedim,
bala nə üçün soruşursan?
Dedi, görürsən
yadından çıxıb.
Bax o qəza idi. Bu isə qeyrət, namusdur! Bax, o dağlarda ermənilər
bizim torpağımızı
tapdayıb. Ana, sən
hərbçi anasısan!
Mən getməliyəm,
Vətən çağırır!
İlkinə verdiyim sevgini indi onun balalarına
verirəm. Balası Nur dərsdən
gəlir, boynumu qucaqlayır, dünya mənim olur. Göydə Allah, yerdə
İlkinin ailəsinə,
balalarına bağlıyam,
hər şeyim bu körpələrdir"
Şəhidin həyat yoldaşı
Rzayeva Zeynəb xanım bildirir ki,
iki övaldımız
var:
"Qızımız
Nurun 7, oğlumuz Əlinin 5 yaşı var. Əli Bakı şəhəri, Nizami rayonu 10 nömrəli tam orta məktəbdə oxuyur. Həmişə evə gələndə deyir ki, hamının atası gəlib məktəbdən
götürü,r mənim
atam isə yoxdur... Biz ailəsi
olaraq çox istəyərdik ki, bu məktəbə İlkinin adı verilsin. Ən azından övladına da, bizə də təskinlik
olar.
İlkin deyirdi ki, qızımızın adını Nur qoyacağam. Deyirdi, Məhəmməd peyğəmbərin üzündə olan nur mənim övaldımda da olsun. Qızımız anadan olanda onun qulağına azan oxudu. Qızmızı çox sevirdi. Deyirdi yaxşı ki,mənim qız övaldım oldu. Qız övladı olan atalar başqa olur, bu başqa hissdir. Özümü çox xoşbəxt hiss edirəm. Oğlumuz Əli olanda, 2017-ci il idi. Həmin vaxt kəşfiyyatçılar neytral zonada qalmışdılar, ermənilər nəşini vermirdilər. Həmin vaxt İlkin oğlumuzun olduğunu bilirdi. Komandir soruşur ki, niyə 1 günlük də olsa getmirsən? Deyib ki, komandir, neytral zonada qalanlar da kimlərinsə atasıdır. Mən necə sevinə bilərəm? Çox vicdanlı insan idi...
27 sentyabrda artıq onlar Murova qalxırdılar, döyüş əmri verilmişdi. Gəldi ki, artıq müharibə başlayıb, mən gəldim sizinlə sağollaşmağa. Sonra çantasını hazırlamağımı istədi. Dedi mənim namaz dəstimi də qoy çantama. Maaş kartını verdi mənə, deyirdi birdən mənə nəsə olar, sizə pul lazım olacaq. Uşaqlarını, anasını öpüb qucaqladı, görüşdü getdi. Daha sonra oktyabrın 3-də Gəncəni bombaladılar, biz də ordaydıq. Çox narahat idik. Axırıncı zəngi oktyabrn 2-də oldu. Gəncə bombalanan vaxt oğlum Əlinin nitqi tutuldu. Orada bir gün zirzəmidə qaldıq. Sonra Bakıya gəldik. Zəng edirdik İlkinə rəisi deyirdi əlaqə saxlaya bilmirik, onlar çox qabaqdadır, birbaşa Kəlbəcər istiqamətinə getmişdilər. Son dəfə gedəndə mənə dedi, Zeynəb, gedirəm mənə nə deyirsən? Dedim heç nə, torpaqları azad etməyənə kimi gəlməyin!"
Balaxanım ana deyir ki, İlkinin oğlu dünyaya gələndə qardaşı oğlu Cəfər də dünyaya gəlmişdi. İlkin işdən evə gəldi, heç uşaqların üzünü görməmişdi:
"Körpələrin ikisini də apardım qapıya. Dedim hansı sənin övladındır? Dedi ki, ana, bax, bu qarabuğdayı uşaq mənimdir. Gözləri mənəm, qaraşınlığı sənsən.
Balam 75 gün itkin oldu, dekabrın 18-də İkinci Fəxri xiyabanda dəfn etdik.
Mənim oğlumun qəhrəmanlığını unutmasınlar. O, bütün varlığı ilə torpağa bağlı idi. Mən cənab Prezidentimizdən çox razıyam, çox istyərəm ki, böyüyən nəsillər bu qəhrəmanları unutmasınlar. Bizim oğullarımız yad əllərdə olan torpaqları qaytardı. İlkin kimi üç min şəhid bala getdi. Başda Ali Baş Komandan olmaqla hünər göstərdilər! Şəhid o zaman ölür ki, unudulur. Şəhid balalarımız unudulmasınlar! Millətimiz, dövlətimiz daima var olsun, üçrəngli bayrağımız həmişə yüksəklərdə dalğalansın!"
Rzayev İlkin Cəfər oğlu 2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlir. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib. 2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olub. Azərbaycan Ordusunun Mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak etmiş və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. O, təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək 2 oktyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən İlkin Rzayev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhun şad
olsun, şəhid qardaşım!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, müstəqil
araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 25 noyabr.- S.7.