Çöhrəsindən Günəş
kimi nur yağan 18 yaşlı şəhidim...
Torpaq uğrunda canını fəda edən vətən övladı əslində
ölmür,
ölümü ilə əbədilik
qazanır, şəhidlik zirvəsinə
ucalır. Eynilə şəhid Rəhimli Ömər də bu məqama ucaldı.
Şəhidlik nədir? Şəhidlik müqəddəs
məqsəd üçün həyatını
verməkdir.
Bizim üçün din, vətən, torpaq, şərəf
kimi anlayışlar müqəddəsdir və
bu müqəddəs dəyərlərimizə
hər hansı səbəblə zərər
verəcək, dil uzadacaq kimsələrə
heç çəkinmədən
müharibə edər,
lazım gələrsə,
canımızı fəda
edərik.
Rəhimli Ömər Rəşad
Oğlu 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində
anadan olub. 2008-2019-cu illərdə Hindarx qəsəbəsində Birinci
Qarabağ müharibəsinin
qəhrəman şəhidi
Etibar İsmayılov adına tam orta
məktəbdə təhsil
alıb.
Ömər 2020-ci ilin fevral ayından
sonra Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin Ağcabədi
rayon Hərbi Komissarlığı
tərəfindən müddətli
həqiqi hərbi xidmətə çağırılıb. O, Sumqayıt
şəhərində yerləşən
"N" saylı hərbi
hissədə xidmət
edib.
Şəhidin atası Rəhimov Rəşad oğluyla bağlı xatirələri
bizimlə bölüşüb.
Atası deyir ki, Ömər ailənin böyük övladı olub:
"5 ayın əsgəri
idi. Ömərin tək istəyi
hərbçi olmaq idi. Deyrdi mən hərb
tarixində ad qoyan hərbçi olacağam.
Elə də oldu. Ömər İkinci Qarabağ müharibəsi başlayanda
27 sentyabr ərəfəsi
Sumqaytda "N" saylı
hərbi hissədə
xidmət göstərirdi.
Ordan ön cəbhəyə könüllü əsgər
seçimi edilərkən
çıxıb qabağa
ki, mən də döyşməyə
gedirəm. Komandir deyib
oğul, sən gənc əsgərsən
hələ 5 ayın yeni tamam olub,
sən gözlə.
İsrarla deyib xahiş
edirəm, Vətən
çağırır mən
hökmən getməliyəm.
Çünki biz Qarbağlıyıq,
biz getməyib kim gedəcək?
İlk dəfə
Füzuli istiqamətində
döyüşə qatılıb. O ağır
artilleriyada topçu idi. Füzuli, Cəbrayıl, Zəngilan,
Xocavənd, Hadrut, Şuşa istiqamətində
döyüşüb. Handurtun azad
olunmasında iştrak
edib. Komandiri danışırmış ki, 18 oktyabrda mühasirəyə düşüblər.
Səhərə kimi bunlara yerdəyişmə etdim ki, ermənilər qaldığımız yeri
vurmasınlar. Səhər açılanda
komandir şəxsi heyəti toplayanda baxır ki, 7 nəfərlik bir manqa yoxdur. Sonra şəxsi heyətə sual edir ki, kim öz istəyi ilə itən əsgərlərmizin
arxasınca gedirsə,
qabağa çıxsın
gedək onları tapıb gətirək. Deyir, əsgərlərin ən
kiçiyi Ömər
heç qorxmadan qabağa çıxdı
ki, mən gedirəm. Komandiri deyir ki, Ömər çox cəsur oğul idi, qorxamadan həmişə düşmənin
üzərinə gedirdi.
Zərrə belə ölümdən,
ermənidən qorxusu
yox idi. Bax, o cür qəhrəman idi mənim övladım.(red. ağlayır)"
Atası
bildirir ki, 7 noyabrda sevincək bizə zəng edib Şuşanın azad olunmasını xəbər verdi:
"Dedi ata, ölsəm
də, arzum yoxdu daha Şuşanı
azad etdik. Balam 9 noybrda Şuşa istiqamətində
yaralandı. Şuşadan-Hadruta 7 saata gətiriblər
yollar çox pis gündə idi. Oradan da Füzuliyə
gətirdilər, müayinə
olundu, dedilər ki, ağır yaralıdır. Təcili Bakıya
aparmaq lazımdır.
Balam 22 noyabr Bakıda Hərbi Hospitalda şəhidlik zirvəsinə
ucaldı.
Ömər azyaşlı olduğuna
görə, respublikada
azyaşlı şəhid
ailələri siyahısındayıq".
Şəhid Ömər Rəhimov
Gənclər və İdman Nazirliyi tərəfindən ölümündən
sonra sərbəst güləş üzrə
Respublikanın ən gənc 1-ci dərəcəli
idman ustası adına layiq
gorülüb. Onu da xatırladaq ki, Bakı şəhərində
dəfələrlə adına idman yarışları keçrilib.
Bundan başqa, Mədəniyyət Nazirliyində
şəhidin adına film çəkilib.
Bakıda Muğam Mərkəzində
həmin filmin təqdimatı olub. Eyni zamanda, Azərbaycan Telveziyası və Nizami Kino Mərkəzində
də təqdimatı
keçirilib.
Atası Rəşad müəllim
deyir ki, Ömər şəhidlik
zirvəsinə yüksəldikdən
sonra, yeni övladımız dünyaya
gəldi. Adını da elə Ömər
qoyduq: "Bu körpə
bizə sanki Allah tərəfindən bir təskinlikdir. Elə hey qığıldanıb, güldükcə sanki yaram, ağrı-acılarım
qaysaq bağlayır.Hər
anım, hər dəqiqəm Ömərdir.
Heç
səsi qulağımdan
getməyib, elə hey
gözümün önündədir.
Elə bilirəm bu saat gələcək..."
Anası
Rəhimova Zülfiyyə
deyir ki, Ömərin hərbi xidmətə getməyi pandemiya dövrünə düşdü deyə,
biz onu ziyarət edə bilməmişdik:
"Tez-tez telefonla
danışırdıq. Daha sonra
Sumqayıta gedib görüşdük. Çox dözümlü
uşaq idi. Deyirdi ki, ana, ata,
narahat olmayın hər şey yaxşıdır. Mən özüm
gələcəyəm narahat
olmayın. Sinif yoldaşı deyir ki, Aprel döyüşlərinə
görə məktəbə
az uşaq
gəlirdi. Deyir Ömər dedi ki, bu müharibəni
bizə saxlayırlar,
bu torpaları biz azad edəcəyik. Sanki torpaq uğrunda
şəhid olacağın
bilirmiş."
Şəhidin atası deyir ki, Ömər 4 il əvvəl Hindarx qəsəbənin Aprel döyüşlərində
qəhrəmancasına şəhid
olmuş Dilsuz Qarayevin qəbrini
ziyarət edib, deyərdi ki, biz Qarbağa qaydacağıq,
sizin qanınızı
yerdə qoymaycağıq.
Ömər əmisi Elşənlə çox
möhkəm dost olub.
Hər sirrin əmisi ilə bölüşərmiş.
Əmisinə deyib ki, şəhid xəbəri gəlsə, bilin ki, mənəm. Ağlamayın, Vətən
uğrunda biz oğullar
ölməsə, kim ölməlidir?! Başınızı dik tutun!
Ansı
danışır ki, əsgərlikdən bir il qabaq
Ömər dedi ki, ana, mən
şəhid olacağam.
Dedim oğul, bəs anan necə
olar, elə demə! Stoldan çörəyi qırıb
dedi ki, Bu bərəkət haqqı
mən şəhid olacağam. Kəndə dostlarına da deyirmiş, mən şəhid olacağam:
"Cəbhədən zəng
edirdi ki, ana, Allah dövlətimizi,
millətimiz, Prezdentimizi
var etsin hər cür texnikamız var, ildırım kimi irəliləyirik, biz qalib
olacağıq! Torpaqlarmızı azad etdikcə erməniyə daha da nifrətim artır. Necə gözəl yerlərimizi
işğal edib bu qəsbkarlar. Buralar yer üzünün cənnətidir. Burada yaşamağa
da, ölməyə də dəyər. Bir gün Tarix
fənni müəlliməsi
Könül xanıma
zəng edib ki, müəllimə, dərsdə keçdiyinin
işğal altında
olan torpaqlarda Cəbrayılda, Xudafərin
körpüsünün üstündədir
tələbəniz!
Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ
uğrunda,
Adın
tarixlərə yazdı
şəhidlər,
Haqqın
dərgahına qalxdı
şəhidlər!
Deyirdi ermenilər
gedəndə içməli
su çənlərini
boşaldıb, güllələyib
getmişdilər. Balam Şuşa istiqamətində gedib
su tapıb. Uşaqlar susuzluqdan çox əziyyət çəkirmişlər,
bulağdan su içiblər ehtiyatların
götürüb dönədə
zaraft ediblər ki, bura Ömər
bulağı deyəcəyik
daha.
Ömər çox bacarıqlı uşaq idi. Orada heyvan kəsirmiş deyə, ona qəssab deyirdilər. Bir dəfə sual etdim ki, yeməyi necə bişirirsiniz? Dedi ki, bıcaqla əti doğrayıb, məftildə əti kabab edirdik, bütün əsgərlərlə bölüşürdük. Yollar narahat idi deyə, yemək hərdən gecikirmiş. nlar da ac qalmamaq üçün müvəqqəti bu cür təmin ediblər özlərini.
Axırıncı dəfə 9 noybrda əmisinə zəng edib ki, yaralanmışam, narahat olmayın məni Hadruta gətirirlər. Qrat mərmisi belindən qarın boşluğunu zədələmişdi. Sonra Füzlidə 1 gecə qaldı, gətirdilər Bakıya. Ayın 22-də şəhidlik zirvəsinə ucaldı. Torpaqlarını azad edildiyi yerlərə adını yazırdı. Həmişə deyirdi ki, bu yerlərə sizi gətirib gəzdirəcəyəm. Fevaralın 1-də ad günü idi. Deyrdi ki, məzuniyyətimi həmin vaxta istəyərəm, gələrəm nişan edərik. Sevdiyi qız vardı. Ömər çox gözəl texnar idi, gözəl yaradıcılığı, əl qabiliyyəti var idi. Həm də mebel ustası idi".
Azərbaycan Ordusunun əsgəri qəhrəman əsgəri Ömər Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində topçu olaraq oktyabrın 6-dan iştirak edib. Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Şuşa rayonunun Daşaltı kəndi istiqamətində başlayan əməliyyatlarda fərqlənib. Ömər Rəhimli 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanıb və Bakı şəhərində yerləşən Hərbi Hospitala yerləşdirilib. Bir müddət komada qaldıqdan sonra 22 noyabr 2020-ci ildə müalicə aldığı hospitalda şəhid olub. Doğulduğu Ağcabədi rayonunun Hindarx qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ömər Rəhimli ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edim ki, şəhidin adına qəsəbənin küçələrindən birinin adı verilib.
Eləcə də xatirəsinə bulaq inşa edilib. Ailəsi Ömərin xatirəsinə Hindarx- Ağdam arasında qurumuş artezianın birini bərpa etməklə xalqın istifadəsinə verib.
Şəhid atasının sn
sözü belə oldu:
"Mən həmişə dövlətimə, millətimə
bir müəllim kimi
xidmət etmişəm. Mənim üçün
qürurvericidir ki, oğlum şəhiddir. Torpaq,
uğrunda ölən varsa,
vətəndir. Biz bir
ölüb min dirilirik, yeni dünyaya gələn oğlum
Ömər də qardaşının vətənpərvərliyini
örnək götürəcək, müstəqil Azaərbaycana
layiqli vətəndaş olacaq!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 7 oktyabr.- S.7.