3 oğlu müharibədə
iştirak edən ata:
“Kaş balamın bir
övladı olardı…”
Bu gün sizə
işğal altındakı torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş
qəhrəman şəhidimiz Məmmədov Ceyhun Qafar oğlundan söhbət açacağıq. Ceyhun Məmmədov 20 oktyabr
1996-cı ildə Ağcabədi
rayonunun Qaraxanlı kəndində anadan olub. 2004-2014-cü bu kəndin
tam orta məktəbində
təhsil alıb.
Ceyhun Məmmədov
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında
müddətli həqiqi
hərbi xidmət edib. Qusar rayonunda yerləşən
"N" saylı hərbi
hissədə xidmətini
davam etdirib. Ceyhun Məmmədov hərbi xidmət müddətində
2016-cı ilin aprelin
2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində
iştirak edib və fərqlənib.
2018-ci ildən etibarən müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Beyləqan rayonunda yerləşən
minaatan korpusda xidmət edib, minaatan kursunu keçib və minaatan vəzifəsinə
başlayıb.
Şəhidin anası Məmmədova
Qətibə ortancıl
övladı olan Ceyhunla bağlı xoş xatirlərini ürək yanğısı
ilə danışırdı: “O, Aprel döyüşlərində əsgər
kimi iştirak etmişdi, hərbiyə çox böyük həvəsi vardı. Biz istəyirdik ki,
polis olsun, ancaq o, israrla hərbiyə getmək istədiyni deyirdi. Elə dediyini etdi də. Həmişə
deyirdi, ana, sən xeyir-dua et, mən bu
yolu tutub gedəcəyəm. Düşmən torpaqlarmızda at oynada,
biz də oturaq yerimizdə sakit?! Buna mən heç
cür dözə bilmərəm”.
Şəhid anası deyir
ki, Vətən müharibəsi vaxtı 3
övladım Vətənə
xidmət edirdi, əlim ürəymin başında idi, balalarımdan ötrü çox narahat idim. Ceyhungil 4 qardaş idilər.
Müharibə vaxtı əkiz
qardaşları da hərbi xidmətdə iştirak edib. Şəhid Ceyhun ortancıl oğlum idi:
“Ceyun balamın döyüş yolu – Füzuli-Xocavənd-Şuşa istiqamətində keçib. O, müddətdən
artıq 2 il
6 ay xidmət etmişdi,
3 ili tamam olanda müqaviləsin yeniləyəcəkdi. Çox israr
edirdim ki, bala sizi nə
əziyyətlə böyütmüşük,
yaşlı adamlarıq
müqavilən bitəndə
qayıt, gəl evimizə. Mənə cavabı bu
oldu ki, mənim işim, sənətim, peşəm
də hərbçidi,
mən yerimdən məmnunam.
Hər gələndə mənə ətir alıb gətirirdi. Həmişə zarafat edirdi
ki, ana, məni haçan evləndirirsən? Sevdiyi
qız da var idi... (red.ağlayır)”.
Şəhidin böyük qardaşı
Məmmədov Nurxan bildirib ki, böyük
qızımın adını
Lalə qoymuşdu, onun bu addan
xoşu gəlirdi. İkinci qız
övladımın adını
Ceyhunə qoydum.
Şəhidin atası Məmmədov
Qafar deyir ki, o heç kəsə sirrin deməzdi, nə də mənə danışardı: “Deyirdi
ki, tezliklə Şuşaya gedəcəksiz,
sizi aparıb orada qulluq edəcəyəm,
o günlərə az
qalıb. O cür torpaqları erməniyə
vemək olmaz! Balam Vətən müharibəsində
minaatan idi, həm də çox bacarıqlı texnar idi, hərbi
maşınları da
idarə edirdi. Füzuli istiqamətində döyüşdə
1 gündə erməninin
bir neçə Uralını çıxarıb
qənimət kimi təhvil vermişdi.
Müharibdən bir həftə qabaq dedi ki, ata,
mən bilirəm əmilərim də, sən də çıxmayacaqsan, ancaq xahiş edirəm, uşaqları kənddən
çıxart onlardan
çox narahatam.
Oktyabrın 19-u idi, dedi, yarım saata çata bilərsən Beyləqan yolunun üstündə “Xudafərin”
restoranının yanına?
18 dəqiqəyə çatdım, qucaqladım
balamı. Ona pul aparmışdım, şəhid olanda həmin pulları portmanatında idi.. Dostlarını da qucaqladım, dedilər əmi, narahat olma biz qalib gələcəyik!
Orada balalarımızla
son görüşüm oldu. Oktyabrın 20-si ad günü idi. Subay idi, 24 yaşı vardı, ad gününə
4 gün sonra şəhid oldu. Kaş balamın bir övladı olardı.. (red.ağlayır)”
Şəhid atası Məmmədov
Qafar deyir ki,
müharibənin ən qızğın vaxtları idi, əkizlərim mənə
zəng etdi, onlar da Vətənə
qulluq edirdilər:
“İnanın, canımı 3 yerə bölmüşdüm sanki. Hər an sək-səkədə idim, gözlərimə yuxu getmirdi. Əkizlərimlə danşdığım vaxtı icra nümayəndəsi Şahin müəllim də zəng edirmiş ki, Ceyhun yaralanıb. Qardaşım dedi ki, icra nümayəndəsi səni gözləyir, qaçaraq getdim. Birdən zəng gəldi, özümdən asılı olmayaraq telefonuma əlimi atıb qulaq asdım, gördüm Şahin müəllimə dedilər ki, dərdinizə şərikik. Yol boyu hələ mənə heç nə çatmırdı, şokda idim. Deyirdim ki, dərdinizə şərikik nə deməkdir? Balama nə olub ki? Qudamın maşını ilə getdik Füzuliyə. Orada diaqnostikaya girdik. Dedim müəllim, dərdinizə şərikik nə deməkdir? Axı Şahin müəllim mənə deyir ki, Ceyhun yaralanıb. Vəsiqəni təqdim edib girdik içəri, içəri girəndə ürəyim getdi. Ayağından tanıdım ki, 6-ci mənim balamdır. Qəlpə böyrünə dəymişdi, balamın...”
Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində minaatan olaraq iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ceyhun Məmmədov 25 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə",
"Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Bir zamanlar şəhidin yaşadığı küçə indi onun adını daşıyır.
Şəhidin atası Məmmədov Qafar tərəfindən Qaraxanlı kəndinin yerdən qaynama bulağı bərpa edilib. Ailəsi tərəfindən adına bulaq inşa edilib.
Qaraxanlı kəndindən olan
şəhidlərimizin adına kəndin xaricdə yaşayan iş
adamları Quliyev qardaşlarının dəstəyi
ilə abidə-park kompleksi tikilir və 8 Noyabr Zəfər Günüə kimi istifadəyə verilməsi nəzərdə
tutulur.
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 14 oktyabr.- S.16.