Bir ailənin iki
övladı: Biri şəhid, digəri qazi
Bu dəfə şanlı Vətən müharibəsinin daha bir şəhidi Əhədzadə Elsəvər Ağacan oğlunun evini ziyarət edib, onunla bağlı xatirələri ailəsi ilə birlikdə yad etdik.
Elsevər Ağacan oğlu Əhədzadə 3 iyul 1995-ci ildə
Bakı
şəhərində
anadan olub. 2001-ci
ildə Bakı şəhəri Nizami rayonu Xalid Quliyev
adına 62 nömrəli tam-orta məktəbin birinci sinifinə gedib. 2012-ci ildə məktəbi bitirib və həmin il
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin
Tikinti matereallarının
və məmulatlarının
mühəndisliyi ixtisasina
qəbul olub. Universiteti yüksək nəticələr
ilə bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Respublikası
Silahlı Qüvvələri
sırasında xidmətə
çağırılmışdır.
Tovuz rayonunun “N” saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə xidmətini başa vurub.
Şəhidin anası Əhədova
Dilbər ana deyir ki, yazıq
balam yataqxanada qalmağımızdan, kasıbçılığımızdan
heç rahat ola bilmirdi.
Səhərdən axşama
kimi işləyirdi:
“Balam yataqxanada çox çətin şəaritdə böyüdü. Orta məktəbə, ali məktəbə,
hətta əsgər gedənəcən yataqxanada
yaşadı balam. Orta məktəbdə oxuyanda
3 ay yay tətili vaxtı gedib restoranlarda işləyirdi.
Çox
ailəcanlı idi.
Ailəmizi həmişə həyat yoldaşım dolandırırdı. Ancaq o xəstlənəndən
sonra Elsevər hər şeyi öz üstünə götürmüşdü. O qədər dürüst uşaq idi, yalan danışmazdı. Kaş o sağ olaydı əvvəllki kimi yatqxanda yaşayaydıq.(red.ağalayır)
Çox düzgün uşaq idi mən heç
zaman ondan bir şikayət eşitməmişəm. Qonşular, müəllimlər
onun tərbiyəsindən
danışırdı. Böyük-kiçik yerini bilən
idi. Çox yardımsever uşaq
idi. Pandemiya vaxtı ehtiyacı
olan analara, uşaqlı ailələrə
gedib kömək edirdi. Heç vaxt gördüyü
işdə özünü
öndə göstərmirdi.
Heç
vaxt şöhrətpərəst
olmayıb. Dostları da
özü kimi sadə uşaqlar idi. Atası 2019-cu ildə insult keçirtdi, ona görə çox narahat idi.Xəstəlikdən
əvvəl yoldaşım
gündüz zavodda işləyirdi, axşam da əlavə növbətçilik edirdi
ki, ailəmizi dolandırsın. 2020-ci ildə açıq ürək əməliyyatı
olundu. Elsevər şəhid olandan
sonra ikinci qrup əlillik verildi. Həmişə onun yanında
olardı, atasın dinləyərdi, problemlərimizi,
ailənin yükünü
balam öz üzərinə götürmüşdü.
Getdiyi vaxtdan ancaq qardaşı ilə danışırdı. Fərid bütün
məsləhəti Elsevərdən
alırdı. Elsevər ağsaqqal
uşaq idi, Fərid çox çılğın idi.
İki balam da eyni
vaxtda əsər getmişdi. Fərid gedəndən sonra
çox darıxırdım.
Döyüş yoldaşları, zabitlər deyirdilər ki, Elsevər deyirmiş nə olur mənə olsun, Fəridə heç nə olmasın. Onların təlimləri Perekeşküldə
idi. Bizə demirdi ön
cəbhədəyik, deyirdi
elə Perekeşküldəyik,
hər şey yaxşıdır”.
Atası
Əhədov Ağacan
İbrahim oğlu deyir ki, Elsevər
nəsə bir çətinliyi olduğunu
demirdi:
“Həmişə deyirdi
ki, biz qalibik, siz qəlbinizi fərah tutun! Tez-tez zəng
edib deyirdi ki, Fərid necədir? Mən ondan narahatam.
Ancaq qardaşının qalırdı.
Ailəmizin tək yadigarı oğlum Fərid Əhədov da müharibədə yaralanıb,
Qarabağ qazisidir. Ancaq ona
hələki əlillik
verməyiblər. Çünki yarası yüngül idi. 44 günlük
döyüşdə ayağından
qəlpə yarası
almışdı. Elsevər gedəndə
hələ bilmirdik ki, müharibə olacaq. Artıq Fərid gedəndə
müharibə başlamışdı,
gecə-gündüz gözlərimə
yuxu getmirdi. Balalarımdan elə narahat
idim. Əlim ürəyimin başında
idi”.
Anası
Dilbər xanım deyir ki, oktyabrın
15 də Fərid yaralanmışdı, bizə
heç bir şey demədi:
“Elsevər şəhid olanda Fərid Hadrudda yaralanmışdı, Xocavəndə xəstaxanada yatırdı. Qardaşının şəhid olmağını ona demirdik. 40 dan bir az qabaq Fərid təxris oldu. Gəlib gördü binanın qabağından bayraq asılıb. Balam dayana bilmirdi. Siz təsəvür edirsiniz ki, bir balam yaralanıb, bir balam da şəhid olub. Mən nələr çəkmişəm. Kaş balam sağ olardı sanki bizim problemlərimizi həll etmək üçün getdi balam. (red.ağlayır)
Biz Elsevərlə qürur duyuruq! 25 il həyat yolu onu göstərirdi ki, balam təhsilində, ailəsində, hərbidə düzgünlüyü ilə böyüyən uşaq idi. Mənim balam Vətən yolunda torpaq yolunda şəhid olub. Oğlumun adına çox işlər görülür. Dövlətimizdən çox razıyam, onlar balamın adını yaşadırlar. Vətən sağ olsun, dünya durduqca müstəqil Azərbaycan var olsun!”
21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən müharibəsi”nin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli istiqamətində aparılan əməliyyatlarda iştirak edib. 21.10.2020-ci il tarixində Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Qeyd edək ki,
Əhədzadə Elsevər Ağacan oğlu şəhid olduqdan
sonra dövlət şəhid ailəsini
mənzillə təmin edib.
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 21 oktyabr.- S.16.