Şəhid anası: “Prezidentin
dəmir yumruğu arxasında anaların polad biləkli oğulları durdu!”
Şəhidlər ölmürlər. Şəhidlik adi ölüm
deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu
şəkildə qurban
vermək deməkdir.
Bu gün haqqında söhbət açacağım
qəhrəman şəhidimiz Cəfərov
Vüqar İnşallah
oğlu 23 mart 1991-ci ildə
Nizami rayonunda anadan olub. 1998-ci ildə 70 nömrəli
pilot litsey məktəbdə
1ci sinfə gedib və 2009-cu ildə məktəbi bitirib.
Şəhid haqqında danışan atası bildirir ki, Vüqar orta məktəb vaxtı kikboksinqlə məşğul olurdu. Heç
nədən qorxmayan uşaq idi:
"Evimizin sonbeşiyi,
ən istəklisi idi. Allah onu elə gözəl yaratmışdı, elə
bil rəssam yaratmışdı. Həmişə onu örnək göstərirdi komandir.
Mən özüm bu millətə, dövlətə
o qədər bağlı
insan olmuşam, mənim balalarım da o cür sadiq,
torpağının təəssübün
çəkən olub.
Vüqar
hərbi xidmətdə
milli qavardiyanın əsgəri olub. Əsgərlikdən gələndən sonra daxili qoşunlara
müraciət elədi.
Daxili İşlər Nazirliyinin
Xüsusi Təyinatlı
Kobra dəstəsində
plomyotçu kimi baş çavuş idi. 10 illik
qüsursuz xidmətə
görə təltif edilib, bir neçə
mükafatları var, həm də dövlət tədbirlərinin
iştrakçısı olub.
2020-ci il iyul-avqust aylarında ilk seçimdə Yaşma ilə təlimə qatıldı. 27 sentyabrda
Murov istiqamətindən
hücuma keçdilər.
Murovdakı 5 yüksəklikdən 3-ün mənim balamgil azad etmişdilər".
Şəhid anası Cəfarova
Səmayə xanım
deyir ki, Prezdentin dəmir yumruğu arxasında biz anaların polad biləkli oğulları durdu:
"Qarabağ Azərbaycanın
qeyrət qapısı
idi, gedənlərin biri də mənim
oğlum idi. Şükür ki, mənim balama da qismət
oldu, düşməndən
Xocalı soyqırımının
qisasını almaq.
Həmişə uşaqlıda mənə
deyirdi ki, ana, mən sənin
torpağını azad
edəcəyəm. Hər dəfə
kəndləri alanda deyirmiş ki, bura mənim ana Vətənimdir. Biz Cəbrayılın Aşağı məzrə
kəndindənik. Bizim kənd
Araz qırağı gözəl kənd idi, Xudafərinə də yaxın idi. Balam oraları azad edib, şəhid oldu!
Üç balam var, iki
oğlum, bir qızım var. Vüqar sonbeşiyim idi. Aldığı əmək haqqının
yarısından çoxunu
ehtiyacı olan ailələrə verirdi.
Həmişə evə gələndə
ayaqlarımın altından
öpürdü. Deyirdi cənnət
anaların ayağının
altındadır. Sən mənim
mələyimsən. Bir
gün gəldi dedi, ana, bir
qız var sənə oxşayır.
Mən onunla ailə quracağam. Balam deyirdi
ki, oğlum olsa, adını Cəfər, qızım olsa, anamın adın qoyacağam. Arzusu idi ki, ailə
qurub dünya səyahətinə çıxsın.
Nişanlı idi, oktyabrın
8-də toyu olmalıydı,
5-i ölüm xəbəri
gəldi.
Bir dəfə zəng edəndə öskürürdü,
dedim ki, get qərargaha isti çay iç. Dedi,ana, bura
Kəlbəcərdi, burda
çay var?! İgid odur atdan düşə atlana, igid odur
hər əzaba qatlana! Balamın axırıncı sözü
bu oldu... (red. ağlayır)
Həmişə şəhidlikdən danışanda
deyirdi, ana, o hər kəsə nəsib olmur. Dostu Mehmana
deyib ki, gəl, şəkil çəkdirək mən
geri qayıtmayacağam".
Şəhit atası deyir ki, oğlum şəhid olanda döyüş
yoldaşları gəlib
alnımdan öpürdü:
"Deyirdilər ki, Cəbrayıl istiqamətində
ermənilərin “Dəhşət”
ləqəbli polkovnik-leytenantı
Artur Qalstayan sürücüsü ilə
birlikdə qaçdığı
an Vüqar pekası ilə məhv etdi onu. Qalstayan Birinci Qarabağ savaşında Xocalı soyqırmında hamilə
qadınların qarnını
deşib, pişik balası yığıb,
güllələyirmiş. Mənim oğlum əsl qəhrəman idi. Komandiri deyir ki, mühasirəyə
düşmüşdük, 1 gün mina polyasını
keçdi, getdi hamımız üçün
su gətirdi. Heçnədən qorxmayan oğul
idi. Mən onun adı ilə
qürur duyuram!( red..ağlayır)
Allah bütün şəhidlərə
rəhmət eləsin,
onlar hamısı mənim üçün doğmadır. Müstəqil Azərbaycan var olsun! Ali Baş Komandan İlham Əliyev var olsun! Müharibə vaxtı biz bütün
ölkə dəmir yumruq kimi birləşdik,
düşmənləri qovduq
dədə-baba yurdumuzdan.
Bu gün Azadıq
müstəqildirsə, torpaqlarmızda
vəhşi erməni
yoxdursa, rahat nəfəs ala bilərik.
Allah ölkəmizi güclü ordumuzu hər zaman müzəffər eləsin!"
Hərbi xidməti Azərbaycanın
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının baş
çavuşu olan Vüqar Cəfərov
2020-ci il sentyabrın
27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsi
zamanı Cəbrayılın
azadlığı uğrunda
gedən döyüşlərdə
savaşıb. Vüqar Cəfərov
oktyabrın 5-də Cəbrayıl
döyüşləri zamanı
şəhid olub.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən
Vüqar Cəfərov
ölümündən sonra
"Vətən uğrunda"
,"Cəbrayılın azad
olunmasına görə"
və "Kəlbəcərin
azad olunmasına görə" medalları
ilə təltif edilib. İkinci Fəxri xiyabanda
dəfn olunub.
Sonda şəhid atası bildirdi ki, bizə
böyük təskinlik
olar ki, balamızın adı oxuduğu məktəbə
verilsin: "O zaman rahat dünyadan köçərik. Biz Cəfərovlar ailəsi dövlətimizdən, millətmizdən,
müzəffər Ali Baş
Komandanımızdan çox
razıyıq. 1967-ci ildən 8-ci km qəsəbəsi
salınan vaxtı ilk
sakinlərindən olmuşuq.
Oğlum
qəhrəmanlığı ilə o məktəbin adını daşımağa
layiqdir. Kaş ailəmizin arzusu yerinə yetəydi"
Qeyd edim
ki, şəhidin adına abidə-bulaq kompleksi var. Ruhun şad olsun, şəhidim!
Aydın
Tağıyev
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 21 oktyabr.- S.8.