"Onu dəfn etməyə aparanda yerə qan dammışdı"  

 

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Birinci Qarabağ müharibəsi zamanı şəhid olan Babayev Rakif Cəlal oğlu haqqındadır.

Babayev Rakif Cəlal oğlu 1973-cü il iyul ayının 26-da Lerik rayonunun Vov kəndində on üç uşaqlı ailədə anadan olub. Orta məktəb təhsilini Vov kəndində yerləşən orta məktəbdə başa vurub. 1991-ci ilin iyul ayında Rakif həqiq hərbi xidmətə yollanır. Ancaq xidmət müddəti başa çatsa da, o, könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edir. 1993-cü il avqust ayınn 9-da Rakif Ağdam uğrunda gedən döyüşlərdə Ağdamın Yusifcanlı kəndində şəhid olur. Avqustun 11-də isə doğulduğu Vov kəndində torpağa tapşırılır. Ölümündən sonra Vov kəndində yerləşən orta məktəbə onun adı verilir.

Gördüm yağışın altında məni gözləyir” – Şəhid mayorun yoldaşı danışır...

“74 gündən sonra yuxuma girib dedi, Gəncədə dənizin dibindəyəm” – ŞƏHİD ƏMANƏTİ

"Ona de bizi tez qovuşdursun" - Bu günə toyu salınan şəhidin nişanlısından təsirli sözlər

Üç məzar...

Aradan on ay vaxt keçib, amma həmin günün təfərrüatını yaxşı xatırlayıram. İsti avqust günlərinin birində dincəlmək üçün Bakıdan Lerikə yola düşdük. Qalacağımız kənd hər tərəfi yaşıllıqlarla əhatə olunmuş dağların qoynunda yerləşirdi. Kəndin girəcəyində yerli sürücü kənd məzarlığının yanından keçəndə sürəti azaldıb salavat çevirdi. Diqqətimi 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Hüseynovun mərmər baş daşı cəlb etdi. Sürücü məzarlıqda Qarabağda şəhid olan üç şəhidin məzarının yerləşdiyini qeyd edəndən sonra onların qəbrini ziyarət etmək istədiyimi bildirdim. Hər üç şəhidin məzarına qırmızı lentlər dolanmış, onlar hər üçü gəncliklərinin ən gözəl çağında bu dünya ilə vidalaşmışdılar.

Birinci Qarabağ müharibəsində şəhid olan Rakifin məzarı məni xeyli mütəəssir etdi. Ümumiyyətlə, özümBirinci Qarabağ müharibəsinin içərisindən çıxıb gəldiyim üçün həmin dövrün şəhidlərinin adlarını eşidəndə, şəkillərini görəndə, izaholunmaz hisslər yaşayıram. Sanki həmin ağır illərə yenidən qayıdıram.

Mənzil başına çatanda, kənddəki hər üç ailə ilə görüşəcəyimi qət etdim. Elə ilk səfərimi də Rakifin ailəsindən başladım. Rakifin qardaşı Mirbağır müəllim və onun ailəsi ilə yaşadıqları mənzildə görüşdük. Hər tərəfi al qırmızı, sarı, bəyaz qızılgüllərlə əhatə olunmuş həyətə girəndə, Mirbağır müəllim bir kənarda əkilmiş zəfəran bitkisinin ləçəklərini dərirdi. Bizi görüb bütün işini yarımçıq saxlayan Mirbağır müəllimlə masa arxasına keçəndə, hiss etdim ki, otuz illik söhbəti, xatirələri nəql etmək onun üçün asan olmayacaq. O, xatirələrinə elə Rakifin gənclik illərindən başladı:

- Rakif məndən on üç yaş balaca idi. Onun körpəliyi, uşaqlıq və yeniyetməlik illəri mənim gözümün qarşısında keçib. Hətta bir dəfə yadıma gəlir ki, o, çox pis xəstələnmişdi. Rəhmətlik atam məni səhər vaxtı yuxudan oyatdı, mən atla başqa kəndə həkim gətirməyə getdim. Buraların qışı sərt keçir. Həmin qış da qurşağa qədər qar yağmışdı. Soyuqdan dona-dona başqa kəndə gedib, həkimin evində qızışandan sonra onu götürüb Rakifin yanına gətirmişdim. Yəni dediyim odur ki, Rakif elə mənim qucağımda böyümüşdü.

Həsrət...

Bu məqamda Rakifin yaxın qohumu, bizimlə birgə Mirbağır müəllimgilə gələn Kamil dayı da söhbətə qoşulur:

- Rakif çox cəngavər, zirək uşaq idi. Müharibə başlananda onun necə vətən üçün can yandırması, həqiqi sevgi ilə döyüşlərə qatılması indi də xatirimdədir. Təsəvvür edin ki, o, hərbi xidmətə gedəndən düz bir il yarım sonra evlərinə məzuniyyətə gəldi. Neçə dəfə məzuniyyət versələr də, döyüşü kənara qoyub gələ bilmirdi. Biz onun ölümündən sonra komandiri ilə söhbət edəndə, o, deyirdi ki, Rakifgil düşmənlə ağacların başından vuruşurdular.

Mirbağır müəllim qaldığı yerdən davam edir:

- Şəhid olandan sonra biz elə bu Kamillə onun şəhid olduğu Yusifcanlı kəndinə getdik, Rakifin komandiri ilə danışdıq. İndiki kimi yadımdadır ki, o, Rakif barədə xatirələrini danışarkən  çox kədərlənirdi (kövrəlir). Bilirsiniz, indi mən sizə otuz ilin söhbətlərini danışıram. Asan deyil, bu qədər zamandan sonra köhnə yaraları təzələmək. Amma otuz il keçsə də mən onu unutmamışam. Bu həyatda heçunudulmur. Əsasən də doğma insanların itkisi...

Sevgi...

- Sevdiyi qız vardı?

- Var idi. Amma gənc yaşda ölümü bu sevginin ailəyə çevrilməsinə imkan vermədi.

- Bu gün Rakifi xatırlayanda, onunla bağlı ən çox nəyi xatırlayırsınız?

- Biz ailədə çox uşaq olmuşuq. Amma bu uşaqların içərisində ən gülərüzü, ən mehribanı, xoşxasiyyəti o idi. O, hara gedirdisə, mütləq ordan özünə bir dost tapıb gəlirdi. Rakif bax, bu gördüyünüz həyətdə böyümüşdü. İndi sizinlə söhbət edə-edə həyətə göz gəzdirirəm, elə bilirəm ki, o, hardansa, gülə-gülə çıxıb gələcək, əlini boynuma salıb mənimlə zarafatlaşacaq.

Biz o vaxtı çox əziyyətlə böyümüşdük. İndiki imkanlar və şərait yox idi. Ona görə Rakifin də uşaqlığı həmin çətinlik illərinə düşdü. Rakif təsərrüfat işlərində bizə çox kömək edirdi. Mən orta məktəbdə müəllim işləyəndə, Rakif mənim şagirdim olub.

- Necə oxuyurdu?

- Yaxşı oxuyurdu. Mən ona Rus dilindən dərs deyirdim. Tərbiyəli uşaq idi. Ümumiyyətlə bizim kəndin uşaqları sakit, tərbiyəli idilər. Siz bayaq dediniz, onunla bağlı yadınızda qalıb. Unutmamış deyim. Onu hərbi xidmətə yola salanda, mən apardım. İlk dəfə idi ki, Rakiflə yol yoldaşı olduq. Onda bizim yol səfərimiz o qədər maraqlı keçmişdi ki, bax, həmin günü unuda bilmirəm.

- Sonuncu dəfə Rakifi zaman gördünüz?

- 1993-cü ilin mart ayında evə on günlük məzuniyyətə buraxmışdılar. O, on gün qalmadı. İki, üç gün qalıb geri qayıtdı. Amma gələndə, bütün qohumlara baş çəkdi. O zaman indiki qədər sabitlik deyildi. Hərc-mərclik baş alıb gedirdi. Ona görə Rakif martda gedəndən sonra biz ondan xəbər ala bilmədik. Heç onu harda axtaracağımız barədə düz-əməlli məlumatımız yox idi. Sonradan isə Ağdama gəldiyini eşitdik.

Qəhər...

Mirbağır bəy qardaşını, gözünün qabağında böyüyən oğlanı xatırlayarkən gah qəhərlənir, gah fikrə gedir. Yaddaşının künc-bucağında olan bütün xatirələri çözələyib bizə çatdırmağa çalışır. Amma xatirələr hamısı yaxşı olmur axı... Rakiflə bağlı xatirələrin içərisində isə onun şəhid olma, ölüm xəbərini almaq da var...

- Onun şəhd ola biləcəyi, ölümü heç ağlımıza gəlməzdi. Çünki igid uşaq idi. Düşünürdük ki, olur, olsun, o, özünü xilas edər. Onun xəbəri gələn gün mən yoldaşımla Lənkərana diş həkiminə getmişdim. Bizim kəndə iki yol var. Deməli biz bir yolla getmişik, onun cənazəsini təcili yardım maşını o biri yolla gətirib. Eyni yolla getsəydik, yəqin ki, onun cənazəsi ilə elə yolda qarşılaşardıq. Biz rayona çatmamış, onun xəbəri gəldi. Heç kəndə necə qayıtmağım yadıma gəlmir. Həyətə girəndə gördüm ki, tabutu həyətin ortasına qoyulub. Rakifi snayperlə sol çiynindən vurmuşdular.

Bayaqdan bizi sakitcə dinləyən Nigar xanım, Mirbağır bəyin həyat yoldaşı da söhbətimizə qoşulur. Deyir, həyat yoldaşının ailəsinə gələndən sonra beş il Rakiflə bir evdə yaşayıblar:

- Mən gəlin gələndə, Rakif üçüncü sinfə gedirdi. Çox utancaq uşaq idi. Mən təzə gələndə, o, mənim yanımda xörək yeməzdi. Süfrəyə xörək qoyulanda, hamı yeyərdi, o, yeməzdi. Sonra baxardım ki, yeməyini götürüb gözdən kənar yerdə yeyir. Evdə ən çox anasına bağlı idi. Burda qonşuluqda qız istəyirdi, son dəfə gələndə, bizə dedi ki, o, qızı mənə alın. Qız da onu istəyirdi. Danışırdılar, söhbət edirdilər. Sonra Rakif anasını qızgilin evinə göndərdi. Anası da demişdi ki, əsgərlikdən gəlsin, ona qədər mənim qızım böyüsün, danışarıq. Amma tale elə gətirdi ki, Rakifə sevdiyi qızla ailə qurmaq qismət olmadı. Şəhid oldu, həmin qız da elə öz kəndimizdən olan başqa oğlanla ailə qurdu. İndi nəvələri var.

Quruyan göz yaşları...

Söhbətimizin bu yerində Rakifin bacısı Şükufə xanım da gəlib çıxır. Qardaşı haqqında xatirələrini bizimlə bölüşür:

- Aradan uzun zaman keçib. Çox sağ olun ki, onu yada salmısınız, gəlmisiniz. Rakif mənim yadımda gülərüz oğlan kimi qalıb. Yadıma gəlir, müharibədə olanda bir dəfə evə gəldi, anama dedi ki, ana, orda ən çox sənin üçün darıxıram. Anam indi çox yaşlanıb, soruşsaq, bəlkə də Rakifi yadına sala bilməz, yaddaşı yaxşı deyil. Amma xatırlayıram ki, onun ölüm xəbərini biz necə ağır qarşıladıq, anam illərlə özünə gələ bilmədi. O, şəhid olanda, mən ailəli idim. Mənə onun öldüyünü demədilər. Dedilər, nənən rəhmətə gedib. Amma mən inanmadım, hiss etdim ki, Rakifə nə isə olub. Atamgilə çatanda, gördüm ki, tabutun üstünə qırmızı şal səriblər, onda bildim ki, ölən odur. Onu dəfn etməyə aparanda, tabutunun yerinə qan dammışdı. Biz onun ölümünə o qədər ağladıq ki, gözümüzün yaşı qurudu. İndi ağlamaq istəsəm də, ağlaya bilmirəm (kövrəlir). Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar hamısı mənim qardaşımdır.

- Yuxuda görürsünüz?

- Əvvəllər tez-tez görürdüm. O, səliqə-səhmanına çox fikir verərdi. Yuxuda görürdüm ki, gəlir, öz otağını, paltarlarını səliqəyə salır. Rakif bizim ailənin on birinci uşağı olub. Onun  

 

Samirə Əşrəf

 

Hərbi and.- 2022.- n28 oktyabr.- S.12-13.