"Çadırda
palçığın, suyun içində
böyümüş uşaq
erməni ilə barışa bilməzdi"
Yolum Ağdamın
Bənövşələr kəndinə idi. Orada da bir evin oğlundan
bir elin qəhrəmanına çevrilən
şəhid qardaşlarımızdan
birinin ocağı vardı. Vətən müharibəsi şəhidi
Əmirov Adəm Elçin oğlunun ailəsini ziyarət edib, qardaşımızın
xatirəsini birlikdə
yad etdik. Bu ocaqda şəhidin
valideynləri və nənəsi ilə həmsöhbət oldum.
Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan
kəndində doğulub. Ailədə iki qardaş, bir bacıdırlar.
Şəhidin atası Elçin
Əmirov bildirir ki, hələ orta məktəbi bitirməmiş qaçqın
düşüb, 4 il könüllü Sərhəd Qoşunlarında
xidmət edib. Əvvəlcə qaçqın kimi
Bərdənin Ərəb
çadrı düşərgəsində
yerləşdiriliblər. Daha sonra onlar
Ağdamın Bənövşələr
kəndində evlə
təmin ediliblər:
"Adəm də
birinci sinfə ərəb çadırında
gedib. Oğlum orta təhsilli
idi. Daha sonra peşə
təhsili müəssisində
çilingərlik təhsili
almışdı. Ailəmizin böyük
övladı idi.
2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb,
2019-cu ildə isə başa vurub. Əsgərlikdən gələndən sonra narahat idi.
Bizə deyirdi ki, Ağdam
erməni tapdağı
altında ola-ola mən buralarda dayana bilmərəm.
Məni Vətən çağırır,
getməliyəm. Elə oldu
ki, 2020-ci ildə Müddətdən artıq
hərbi xidmətə
(MAXE) qəbul olundu və tuşlayıcı kimi xidmətə başladı. Sonra manqa
komandiri olub. 5 illik müqavilə
bağlamışdı, ancaq
iki ay sonra şəhid oldu".
Anası Südabə xanım deyir ki, nə
qədər düşünürəm,
Adəm bizi heç vaxt incitmədi, heç vaxt əziyyət vermədi. Çox mərd oğul idi:
"Torpaqlarımızın işğalı ilə barışa bilmirdi. Bəlkə də
çadır şəhərciyində
doğulması, əziyyətli
günlərimiz ona təsir etmişdi. Həmişə deyirdi torpaqlarımızın
işğalı ilə
barışa bilmərəm,
mən də gedib qisasımı alacağam. Çadırda palçığın, suyun içində böyümüş uşaq
erməni ilə barışa bilməzdi.
Hər evə gələndə kirli paltarları yudurtmağa gətirirdi və bütün isti paltarları yığıb
əsgər yoldaşları
üçün aparırdı. Yeddi əsgəri
vardı, deyirdi, ana onları mənə tapşırıblar,
tez getməliyəm birdən üşüyərlər,
xəstlənərlər. Onlara isti geyim aparmalıyam".
Hər şəhid evindəki kimi bu ocaqda
da şəhid guşəsi var. Adəmin
şəkilləri, hərbi
geyimləri, təltifləri,
uğrunda canından keçdiyi Vətən bayrağı...
Adəm
haqqında xatirələrini
bizimlə bölüşən
nənəsi Ziba müəllimə nəvəsindən
qürurla danışır:
"Onun uşaqlığı
ilə bağlı çox şey xatirimdədir. Bir dəfə uşaqlardan
narahat oldum, dərsdən sonra çadır şəhərciyinə
getdim ki, onları görəm.
Yağışlı günlər idi,
gedib gördüm çadır palçığın,
suyun içindədir.
Uşaqlar da üşüyürdülər,
qardaşı ilə Adəmi götürüb
özümlə gətirdim.
O zaman Adəmin 4, qardaşının 2 yaşı
qardaşının iki
yaşı vardı. Uşaqları yedirib-içirib, isti yer-döşəkdə
saxlayırdım. Səhəri
məktəbdən gələndə
Adəm dedi, nənə, anamgil çadırda üşüyürlər
axı, bizi çadırımıza, onların
yanına apar. Dörd yaşlı uşaq ana-atasını düşünürdü...
Bir dəfə
mənə sənədlərini
toplayırdı, mənə
zarafat etdi ki, nənə, sənin 3 oğlunun ala bilmədiyi torpağı mən alacağam. Qorxmaz, igid
uşaq idi. Ailə qayğısı çəkərdi,
heç kimi incitməyi sevməzdi".
Atası deyir ki, nəslimizin
Birinci Qarabağ müharibəsində də
şəhidləri olub. 5 yaxın qohumum Papravənd kəndində
ermənilərin Ağdarə
istiqamətindən hücumu
nəticəsində şəhid
olublar. Adəm də əsgərlikdə
minomyotçu olub:
"Deyirdim, gəl, səni evləndirək, deyirdi ki, gərək ailəmizin güzaranın yaxşılaşdıram sonra evlənərəm. Döyüşdən heç bir məlumat verməyi xoşlamırdı. Həmişə deyirdi ki, Qarabağ Azərbaycandır! Burda ölüm var, ancaq biz əbədi tarixə düşəcəyik. Bir dəfə zəng edərək hal-əhval tutdu, dedi az qalıb sizin kəndi alıb verəcəyik. Həmin vaxtı Ağdərədəki erməni kalonu vurulmuşdu. Döyüş yoldaşı danışırdı ki, müharibə vaxtı 1 saata 140 minamyot mərmisi atmışdı. Hamısının üstünə Əmirov Adəm yazırdı. Döyüşlərdə qabaqada ayaq üstə döyşürdü. Heç nədən qorxmazdı.
Mən ata kimi ona deyirdim, səni arxadan vursalar, elə bilərəm qaçmısan, qəbul etmərəm. Çox igid oğlan idi, heçnədən qorxusu yox idi. 14 oktaybr gecə saat 01:00- da Adəm zəng etdi ki, iki xatadan qurtarmışam, özümə qurban demişəm. Şəhid olduğu gün gecə yuxu da görüb. Gecə saat 4-də komandirinə deyib ki, nəsə qan iyi gəlir, narahatam. Həmin gecə 5-6 radələrində ermənilər həmin səngəri vurublar, Adəm də şəhid olub.
Vətən müharibəsi zamanı gecə- gündüz könüllü səngər qazmışam. Biz bütün varlığımızla Vətənə, millətə, bu torpağa bağlı insanlarıq. Mən öz övladlarımı da bu cür tərbiyyə etmişəm. Qismət elə gətirdi ki, öz oğlumun qəbrini də özüm qazdım. Balamsız heç dözə bilmirəm..."
Şəhid Adəm Əmirovun Mingəçevirdə təlimdən sonra N saylı hərbi hissəyə quru qoşunlarına gətirilib, Suvçanlı-Hacı Məmmədli istiqamətində, Qarqar çayı istiqamətindəki ərazidə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı, Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Adəm "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Atası
Adəmin adına
bulaq tikdirib. Ailəsinin arzusudur ki, yaşadığı
küçəyə onun
adı verilsin.
Ruhun şad olsun, şəhid Adəm Əmirov!
Aydın Tağıyev,
Azərbaycan Jurnlistlər Birliyinin
üzvü,
müstəliq
araşdırmaçı jurnalist
Hərbi And.- 2022.- 23 sentyabr.- S.16.