Qızının ad gününü təbrik edib
şəhid oldu... -
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Denis Aleksandr oğlu Əliyev haqqındadır.
Milliyətcə rus olan Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Oktyabrın 9-da Bakıdakı Müqəddəs Arxangel kilsəsində Denis Pronin-Əliyev əsl vətən qəhrəmanı kimi qarşılanır. Onun tabutunun önündə yüksək mənsəbli arxiyepiskop Aleksandr, protoierey Andrey Bezotosnıy dualar oxuyurlar. Denisi Keşlədəki Şəhidlər Xiyabanında dəfn edilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Səssizlik
Vətən müharibəsinin ilk günlərində şəhid olmuşdu Denis. Onun şəkillərini görəndə yadıma nədənsə birinci Qarabağ müharibəsi zamanı şəhid olan Milli Qəhrəman Albert Aqarunov düşmüşdü. Albert də Denis kimi azərbaycanlı yox, başqa millətin nümayəndəsi idi. O, yəhudi mənşəlli idi, Denis isə milliyyətcə rus idi. Bakıda doğulub boya-başa çatmışdı. Bakıda təhsil alıb, azərbaycanlı xanımla ailə qurmuşdu. Azərbaycana, ailəsinə, doğulduğu torpağa bağlılığını isə xanımının soyadını götürməklə bir daha sübut etmişdi. İkinci Qarabağ müharibəsi başlanan kimi isə Denis cəbhəyə yollanmış və elə müharibənin dördüncü günü şəhid olmuşdu. Denisin həyat yoldaşı Aynurə xanımla görüşümüz də elə birgə ömür sürdükləri evdə baş tutdu.
Bir zamanlar səsli-küylü, qonaqlı-qaralı olan evin divarlarından indi sükut yağırdı. Aynurə xanım divanın bir küncünə sıxılıb Denisin divardan asılan şəkillərinə baxır və onunla olan günləri xatırlamağa başlayır.
Aynurənin sözlərinə görə Denis o qədər də rahat uşaqlıq illəri keçirməyib. Böyük ailələri olub. O, orta məktəbi bitirən kimi Gəncədə hərbi xidmət keçir. Sonra isə işləməyə başlayır. Qazandığı hər şeyi öz əlinin zəhməti və halal əməyi ilə yerinə yetirib:
- Mənim anam rus, atam isə
azərbaycanlı
idi.
Atam Ağdam şəhərində anadan
olub, orda orta məktəbə gedib. Sonra təhsili ilə
əlaqədar Bakıya
gəlib. Ancaq Denis Bakı
ruslarından olan ailədən idi. Biz
Denislə təsadüfən
tanış olmuşuq. Mən rəfiqəmlə şəhərdə gəzəndə,
o, bizə yaxınlaşıb
mənimlə tanış
olmuşdu. Sonra biz telefonla yazışmağa
başladıq. Deins mənim
ardımca çox gəlib getdi. İlk vaxtlar onunla ciddi münasibətə, yəni ailə qurmağa o qədər də könüllü deyildim.
- Bəs necə oldu, ailə qurdunuz?
- O, çox inadkar insan idi. Öz istəyinə
çatmaq üçün
çox çalışdı.
Mən yaşca ondan çox böyük idim. Amma o, buna əhəmiyyət
vermirdi. Sonra mənə
şeirlər yazmağa
başladı. Təəssüf ki, o şeirlərdən heç biri qalmayıb. Biz ailə qurandan sonra mən onun ailəyə necə bağlı olduğunu şahidi oldum. Çox ailəcanlı insan
idi. Denigil iki qardaş,
iki bacı olublar. O, ailənin sonbeşiyi idi. Onun ailəyə bağlılığı
elə öz ailəsindən başlamışdı.
Bir-birləri ilə çox
mehriban idilər.
Xilaskar
Denis hərbi xidmətdən
qayıdandan sonra qaynaqçı kimi fəaliyyət göstərir. Daha çox
fərdi sifarişlərlə
işləyir. Aynurə isə
orta məktəb müəlliməsi olur.
Onlar ailə qurandan uzun müddət sonra cütlüyün Alina adlı bir qızları dünyaya gəlir. Aynurə deyir ki, Alina olandan
sonra Denis ailəsinə
daha çox bağlanır:
- Bizim qızım olandan sonra Denis bütün məhəbbətini
qızına saldı.
O, ata kimi qızını çox sevirdi. Alina onun üçün
həyatın mənası
idi. Həyatda nə edirsə,
etsin hər şeyi qızımız Alina üçün etdiyini deyirdi. Hər gün bizi məktəbə
aparar, məktəbdən
gətirərdi. Yağışlı, soyuq günlərdə xüsusilə həssas və diqqətli olurdu. Gecikməkdən ehtiyat edirdi
ki, birdən biz islanarıq, üşüyərik.
Hətta
bir dəfə Denis rayona gedirdi. O, əvvəlcədən qonşuluqdakı
taksi sürücüsü
ilə danışmışdı
ki, hər gün bizi məktəbə
aparıb, gətirsin.
Çox evcanlı adam idi.
Nə isə xarab olurdusa, sınırdısa,
özü düzəldirdi.
Bazar isə həmişə birlikdə gedərdik.
Denis əvvəllər məni qısqanardı.
Misalçün rəfiqəmlə harasa getməyə qoymazdı, amma sonralar məni və ətrafımı tanıdıqca bu qısqanclığı da
azaldı.
O, Azərbaycanı çox sevirdi, çünki burada anadan olmuşdu. Hətta günlərin birində özü mənə təklif etdi ki, bu ölkənin vətəndaşıyam, burada yaşayıram, həyat yoldaşım azərbaycanlıdır. Gəl, elə sənin soyadını götürüm. Mən də razılaşmışdım. Kifayət qədər mentalitetə bağlı adam idi. Azərbaycanlılar ailəsinə necə bağlı idisə, Denis də elə idi. Bayrağını, vətəni çox sevirdi. O, xristian idi, mən isə müsəlman. Amma müsəlman dininə və adətlərinə böyük hörmətlə yanaşırdı. Həmişə deyirdi ki, dinlərin fərqi yoxdur, əsas odur ki, Allah birdi. Mən onunla kilsəyə də gedirdim, dua da edirdik. Hətta o, əvvəllər kilsəyə getməzdi, mənimlə ailə qurandan sonra getməyə başladı. Bizim evimizdə “Quran” da var, “İncil” də. Xristian və müsəlman dininə aid olan dini bayramların hamısı evimizdə qeyd olunub.
Çağırış...
- Aynur xanım, bu gün bizimlə görüşəcəyimizi düşünəndə, ən çox Denislə bağlı nəyi xatırladınız?
- Çox şeyləri... Amma indi nədənsə çox vaxt Denislə yay tətillərində maşına Batumiyə getdiyimiz günləri xatırladım. Orda dənizdə çimməyimizi, xoş günlərimizi yada salıram. Denis dənizi, dəniz kənarında samovar qaynatmağı, kabab çəkməyi xoşlayırdı.
- Kababı necə bişirirdi?
- Çox yaxşı. Kabablar hamısı dadlı olurdu. Ümumiyyətlə o, məclis adam, süfrə əhli idi. Yaxşı süfrə qurmağı, insanlara qulluq etməyi xoşlayırdı. Qurduğumuz məclislərdə də həmişə deyib gülməyi, zarafatlaşmağı sevirdi.
Bütün xoşbəxtliklərin üzərinə nə zamansa kölgə düşür. Mütləq düşür. Aynurə və Denisin səadəti də İkinci Qarabağ müharibəsi başlanan gündən kölgələnir. Ancaq ailə faciə haqqında düşünmür. Denis əvvəlcə təlimlərə yollanır. Sonra isə vətən uğrunda vuruşub geri qayıdacağına söz verir. Aynurə deyir ki, hər şey sentyabr ayının 21-dən başlanır:
- Sentyabrın 21-də onu təlimlərə çağırdılar. Ordan da cəbhəyə yollandı. Telefonla hər gün mənimlə danışırdı. Ayın 27-də ondan zəng gəlmədi. 28-də susqunluq oldu. 29-da zəng vurdu. Mən ondan soruşdum ki, sən hardasan. Cavab verdi ki, artıq Füzulidəyik. Sonra da şəhid olma xəbəri gəldi. O, heç vaxt ölüm haqqında danışmazdı, heç mənim də ağlıma gəlməzdi ki, o, şəhid ola bilər. Çünki çox pozitiv insan idi. O, da, mən də inanırdıq ki, qayıdacaq (ağlayır). İndiyə qədər də mən inanmıram ki, o, yoxdur.
Ad günü...
- Sonuncu dəfə Denislə nə zaman danışdınız?
- O, sonuncu dəfə oktyabrın 6-da mənə zəng vurdu. Ertəsi gün qızımın ad günü olacaqdı. Qızını təbrik etdi, mənə dedi, ona hədiyyə və tort al. Səsindən hiss etdim ki, həmişəki kimi şən deyil. Dedim, nə olub sənə. Cavab verdi ki, bura çox soyuqdu, yağış yağıb hamımızın paltarları islanıb. Oktyabrın 8-də isə onun xəbəri çıxdı.
- Sizə kim xəbər verdi?
- Kim olduğunu
bilmədim. Komissarlıqdan evə zəng vurub
Denisin adını, soyadını soruşdular. Mən dərhal hiss etdim ki, nə
isə pis hadisə baş verib. Bilirsiniz, bədbəxtlik baş verəndə, doğmaların
başına bir iş gələndə, mütləq onu hiss edirsən. Zəng gələndə, bildim ki, Denisə
nə isə olub. Sonra bacıma zəng
vurdum, o, gəldi.
İndi həmin bacım da həyatda yoxdur. O, da apreldə dünyasını
dəyişdi. Mənə dedilər
ki, həyat yoldaşınız vətən
uğrunda şəhid
olub. Deinisin cənazəsini evə
gətirdilər (ağlayır).
Füzulidə başından vurulmuşdu.
Bir gecə Denis bizimlə burda qaldı. Mən tabutu açdırdım,
son dəfə onun üzünə baxdım.
Ertəsi gün isə
dəfn olundu. Bilirsiniz, hər zaman evdə, ailəsinin uşağının yanında
olan adamın indi birdən-birə olmamasını görmək
çox çətindir.
O. Qədər şən
adam idi
ki, indi evimizdəki bu səssizlik mənə çox pis təsir edir.
Aynurə
xanım danışır,
danışdıqca yanağı
boyu süzülən
yaşı əlindəki
dəsmalla silir:
- Deyir qızımın yanında çox ağlaya bilmirəm. Uşaqdır, istəmirəm ürəyinə salsın. Onsuz da atasının həyatda olmadığını, şəhid olduğunu dərk edəcək yaşdadır. Bir də mən onu öz kədərimlə yükləmək istəmirəm. İndi Alina qətiyyən atasının adını çəkmir. Susur, danışmır. Ümumiyyətlə atası haqqında bir kəlmə də söyləmir. Elə bil ki, o, da məni incidəcəyindən qorxur. Elə bil ki, atasını xatırlamağa qorxur. İndi mənim bircə məqsədim var. Qızımı atasına və vətəninə layiq böyütmək.
Samirə Əşrəf
Hərbi And.- 2022.- 7 yanvar.- S.12.